SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə96/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   90   91   92   93   94   95   96   97   98

______________Milli Kitabxana_______________ 

403 


 

Əvvəl gəl-gol deyib, sonra gizlənən  

Bir qızın sevilmək arzusu kimi. 

 

Biz yaxınlaşdıqca, o qaçır bizdən  



Şirin bir yuxunun nemətləri tək.  

Uzağa getdikcə gözlərimizdən  

Elə bil, biryolluq gözdən itəcək. 

 

Bizim Əmirxan da ilğımlar kimi  



Gah gözə görünür, gah qaçır gözdən;  

Ancaq inadlı bir sənətkar kimi,  

Onu axtaracaq, tapacağam mən!.. 

 

Axır sorağını mən Əmirxanın  



"Lenin" sovxozundan axtarıb aldım.  

Axtarış borcudur şair olanın,  

Bir axşam mən ona qonaq da qaldım. 

 

Söhbət şirin keçdi, yazmıram, ancaq  



Hələ görmədiyim iş hünərini.  

Üstünə heç bir şey artırmayaraq  

Yazıram özünün dediklərini: 

 

- Mən aqronom idim neçə il qabaq,  



Özümün gül kimi sənətim vardı.  

Ağacdan-ağaca calaq vuraraq,  

Əllərim sevinib xoşbəxt olardı. 

 

Böyük söz olmasın, bəzən insanlar  



Kor olub, göz yumur səadətinə.  

Qəlbində yurd salır qara bir azar,  

Qudurub xor baxır öz sənətinə. 

 

Mənim də qəlbimə girdi bir iblis,  



Məni də azdırdı acgöz ehtiras.  

Dedim bu sənətdən bir xeyir çıxmaz,  

Gedim pul qazanım... Güləcəksiniz... 

  

  




______________Milli Kitabxana_______________ 

404 


 

(Mən onun sözünü kəsərək bir an  

Dedim: - Səndə deyil yalnız bu azar.  

Pul eşqi getməmiş bir çoxlarından,  

Bu dərdə tutulmuş alimlər də var. 

 

Onlar zaman-zaman verib səs-səsə  



Nə xəyala gedir, nə fikrə bir gün,  

Elmə can yandırmaq əvəzindəsə  

İdarələr gəzir çoxlu pul üçün. 

 

Onlar oynadıqca istedadıyla  



Əql evi boş olur, sözü kəsərsiz;  

Döşünə döysə də alim adıyla  

Yaşayır əsərsiz, ölür əsərsiz...) 

 

-



 

Bəli... Pul iştahı, pul acgözlüyü  

Gözəl sənətimdən ayırdı məni.  

Bəzən yalan dedim, dandım düzlüyü.  

Danışsam başımdan gəlib keçəni  

Sizə zəhmət olar... Keflər, məclislər,  

Başsız ehtiraslar, cilovsuz hisslər  

Soyutdu get-gedə məni evimdən...  

İnsan öz evini bu cürə yıxır.  

Aygünü, Ülkəri andıqca, bəzən  

Başımdan tüstülər, dumanlar qalxır. 

 

Bu vaxt Əmirxanın rəngi saraldı,  



Köksünü ötürüb, bir nəfəs aldı...  

- İndisə... Mənzilim düşdü bu yana,  

Bu qara torpaqdan çıxır çörəyim.  

Əsil sənətimlə gəldim Muğana,  

Gələli xoşbəxtdir, dincdir ürəyim.  

Yoxsa da sən deyən bir istedadım...  

Elmim yarımçıqsa, ömrüm də yarı,  

Deyirəm burda bir bağça yaradım,  

Bir kənd yerindəsə tanınım barı. 

    


  


______________Milli Kitabxana_______________ 

405 


 

* * * 


Keçirdik gecəni, açıldı səhər,  

O mənə göstərdi saldığı bağı.  

Xırdaca yarpaqlı körpə şitillər  

Üzümə güldükcə tifil sayağı,  

Dedim: 'Tez böyüyüb qol-budaq atın!  

Mənim oğlum kimi boy-başa çatın!" 

 

Sonra Əmirxanla vidalaşaraq,  



Gəlib nəql elədim Aygünə bunu.  

Dedim: "Yaşadacaq o qara torpaq  

Yerə arxalanmış o yer oğlunu". 

 

XXXVI 



 

Muğan düzündəki səssiz gecələr,  

Sıxdı Əmirxani bir qəfəs kimi.  

Şəhər, meydançalar, dolu küçələr 

Gəldi qulağına bəzən səs kimi. 

 

Sakit təbiətə tez alışmadı,  



O keflər aşiqi, məclislər əri...  

Darıxdı bir müddət, çox çalışmadı,  

Ağac kölgəsində keçdi günləri. 

Fikrini dağıtmaq məqsədilə tək  

O, Araz üstünü gəzdi piyada.  

Sonra xam at kimi haldan düşərək  

Axırda yorulub dincəldi o da. 

Çoxaldı get-gedə dostlar, tanışlar,  

O da bəyənildi, o da bəyəndi...  

Keçdiksə baharlar, keçdikcə qışlar  

O ev-ev tanıdı bir neçə kəndi. 

Nə xeyirdən qaldı, nə də ki, şərdən,  

Onun yanına da gələn çox oldu.  

Ayrıldi pərişan düşüncələrdən,  

Yalqızlıq qayğısı uçub yox oldu. 

     


  


______________Milli Kitabxana_______________ 

406 


 

 

Gecələr demə ki, o yalqız qaldı,  



Çalışdı çox zaman kitabxanada.  

Meylini sənətə, biliyə saldı,  

Miçurin dərs verdi Əmirxana da. 

 

Sevdi, o bərk sevdi qəhrəmanları,  



Çox şey də öyrəndi bu az müddətdə.  

İşdə saç ağartmış mərd insanları  

Hörmətlə dinlədi sözdə, söhbətdə. 

 

Bilmədiklərini soruşdu hər an,  



Yuxarı tutmadı başını daha...  

Gah əvvəl, gah sonra çıxdı yarışdan,  

Gündə bir arzuyla baxdı sabaha... 

 

O indi bildi ki, əlbirlik nədir,  



Dalğanın qüvvəti dənizdə coşar...  

Elsiz igidlik də bir əfsanədir,  

Hər ürək bir bədən içində yaşar... 

Hər bir ağaca da saldı mehrini,  

Hər solan yarpağın, cılız şitilin  

Axtardı sirrini, tapdı sehrini.  

Hər günün, gecənin, hər ayın, ilin  

Udduqca ciyəri saf havasını  

Duydu əsil Ömrün xoş mənasını...  

Baxıb Əmirxanın gördüyü işə  

Nə qədər şad oldu Nemət ürəkdən.  

Yanında söz açdı onun həmişə  

Uğurlu, məqsədli bir gələcəkdən...  

Onu öz evində saxladı Nemət,  

Sınğındır, yalqızlıq çəkməsin deyə.  

(Bəzən yıxılanı, sadə bir hörmət  

Qolundan yapışıb qaldırır göyə). 

 

Əmirxan Aygünü, Ülkəri anıb,  



Dolmuş ürəyini boşaldan zaman,  

Onunla bir yerdə Nemət də yanıb,  

Gözləri dolardı həyəcanından... 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə