SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə98/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   90   91   92   93   94   95   96   97   98

______________Milli Kitabxana_______________ 

411 


 

Nə yazım? Nə deyim? Nə cavab verim?  

Deyərək düşündü Əmirxan xeyli;  

Başına düşmədi vəzifə meyli.  

"Gözəldir sənətim, rahatdır yerim,  

Ayrıldım eşqimdən, məhəbbətimdən,  

Barı ayrılmayım öz sənətimdən... 

Taleyim bundadır, belədir", - deyə  

Bir cavab göndərdi o, nazirliyə:  

"Səmimi ürəklə yazıram sizə,  

Lütfünüzə qarşı çox minnətdaram.  

Sözüm toxunmasm ürəyinizə,  

Nə qədər mən sağam, nə qədər varam  

Ayrıla bilmərəm bu ilk bağımdan.  

Qızğın iş üstündə keçdikcə illər  

Mən hər ağacımdan, hər yarpağımdan  

Baxıb zövq alıram dünyalar qədər...  

Ağaclar bir mənə alışıb yalnız,  

Mənsiz nə yem yeyər, nə də su içər.  

Çoxdur iş bacaran insanlarımız,  

Zənnimcə, nazirlik mənsiz də keçər" 

Bir gün Aygünə də çatdı bu xəbər,  

Nə qədər şad olub buna sevindi.  

Dil açdı qəlbində onun hissləri  

"Əmirxan başqadır, başqadır indi..." 

 

XXXVIII 



 

"Qızım, ağrın alım, ağır xəstəyəm,  

Bəlkə də bir uzaq səfər üstəyəm...  

Dayanma, can bala, gəl görüşək bir,  

Anan bilirəm ki, gəlməyəcəkdir...  

Ona gəl deməyə üzüm də yoxdur,  

Yanında taqsırım, günahım çoxdur...  

Yıxıl dizlərinə lap üzün üstə, 

       

  



______________Milli Kitabxana_______________ 

412 


 

Mənim tərəfimdən sən üzür istə,  

De, keçsin son dəfə günahlarımdan,  

Mən özüm ayrıldım öz baharımdan..." 

Məktubu gizlədi Ülkərdən Aygün.  

Duyub düşündükcə bir ana qəlbi  

Səhərdən axşama sızladı o gün,  

Simləri qırılmış bir rübab kimi... 

Axşam Ülkəri də alıb yanına,  

Birinci qatarla o düşdü yola...  

Analıq eşqinin bu dastanına  

Yeni bir fəsil açaq, uğurlar ola! 

 

XXXIX 


 

"Lenin" sovxozuna bir gecə yarı,  

Gəldi, qoşa gəldi Ay ilə Ülkər,  

Piyada getdikcə asfalt yolları,  

Bu ki lap şəhərdir, şəhər, - dedilər. 

İkimərtəbəli aynabəndlər də  

Hörmətlə onların güldü üzünə,  

Sovxoz yanındakı yeni kəndlər də  

Yaraşıq verirdi Muğan düzünə. –  

Yoldaş! Xəstəxana burda bardadır? –  

Odur, bax, “Əmirxan bağı”ndan sağda,  

Onillik məktəbdən bir az uzaqda,  

Böyük darvazalı bir hasardadır. 

"Əmirxan bağı"ndan... Ülkər eşitcək,  

Elə bil üzündə şəfəq söküldü,  

Ürəkdə Aygün də sevinib güldü;  

O ayaq saxladı bağa yetişcək,  

Bir ağac dibində nəfəs də aldı.  

Gördü ki, sərvlər qatar-qatardır, 



______________Milli Kitabxana_______________ 

413 


 

Bu xoş səliqəyə o heyran qaldı.  

Səliqə sevən də bir sənətkardır. 

 -   Ay ana, gəl gedək, gedək, tez ol bir,  

İndi bağ seyrinin vaxtı deyildir,  

-

 



Deyib, anasını tərpətdi Ülkər,  

"Əmirxan bağı"nı ötüb keçdilər. 

 

* * * 


Bir ağ çarpayının üstə Əmirxan  

Neçə gündən bəri ağır xəstədir.  

Nə həyat görünür üzündə, nə qan,  

Elə bil doğrudan ölüm üstədir. 

Başının üstündə Ülkərmi durmuş?  

O körpə xilqətə yaraşmayır qəm.  

Ayaq tərəfində Aymı oturmuş?  

Onu rəssam kimi çəkə bilmirəm. 

Xəstənin gözləri kölgələndikcə  

Aygünün ürəyi yandı şam kimi.  

Qabarıq sinəsi qalxıb-endikcə  

Qaraldı sifəti bir axşam kimi. 

Xəstə bərk yatdısa, ciyər azan  

Onun ürəyinə girə bilmədi.  

Ancaq açılmadı göz qapaqları,  

Gələn qonaqları görə bilmədi... 

Qalxa bilmədisə o öz yerindən  

Eşitdi Aygünün "can, can!" səsini.  

Üzündə, gözündə hiss etdi, bəzən  

Doğma balasının xoş nəfəsini... 

(Mehriban, lüttkar, doğma bir səs də  

Bəzən ordu kimi yol açır bizə...  

Ən ağır vaxtlarda bir xoş nəfəs də  

Dağ boyda güc verir ürəyimizə.) 




______________Milli Kitabxana_______________ 

414 


 

  

Aygünə teleqram gəldi Bakıdan:  



"Yığışıb qayıdın, tez gəlin ki, siz  

Sabah Moskvaya gedəcəksiniz".  

Onunsa qəlbində iki həyəcan - 

Baxdı Əmirxana, baxdi həsrətlə,  

Yeni bir səadət keçdi gözündən,  

Sonra da dirilmiş bir məhəbbətlə  

Öpdü Əmirxanın solğun üzündən. 

O getdi. Yenə də keçdi o bağdan...  

Duydu, torpağı da, daşı da duydu;  

Əlilə yapışıb neçə budaqdan  

Yaşıl yarpaqlara üzünü qoydu... 

Ülkər atasının yanında qaldi;  

Şəfqət bacıları qızın bir zaman  

Doğma ana kimi qeydinə qaldı.  

Bir səhər gözünü açan Əmirxan  

Başının üstündə gorüb Ülkəri,  

Zəif qollarilə bağrına basdı.  

Onu görməmişdi üç ildən bəri,  

Döyünən qəlbinə qulaq da asdı... 

 

XL 

 

Moskva... Bir sərin payız gecəsi,  



İttifaq Evinin böyük salonu.  

Ötür orkestrin qəlb açan səsi,  

Sükutla dinləyir min insan onu. 

Çilçıraqlar üstə yanır ağ şamlar,  

Möhtəşəm sütunlar nura boyanır.  

Burda gündüz kimi keçir axşamlar,  

Elə bil üfüqdə səhər oyanır... 

Zal ağzına kimi tamam dolmuşdur,  

Nə qədər dostu var şerin, sənətin! 



______________Milli Kitabxana_______________ 

415 


 

 

Hamı bir nəfər tək sakit olmuşdur,  



Bu da timsalıdır mədəniyyətin. 

Çalır orkestro. Oxuyur Elyar  

Aygünün yazdığı bir xoş nəğməni.  

Zövq ilə danışır salondakılar  

"Mənim səsim" adlı birtəranəni: 

"Mən səadət aşiqiyəm əzəl gündən,  

Yaranmışam ilk baharın gülüşündən.  

Eşit məni, ana torpaq, ana vətən!  

Mən yenə də səadətə səs verirəm. 

Tel-tel olsun qərənfillər, yasəmənlər,  

Yaşıl geysin göy dənizlər, göy çəmənlər.  

Bülbül desin bu nəğməmi səhər-səhər:  

Mən insana, ədalətə səs verirəm. 

Azad qələm, azad rübab əlimdədir,  

Arzularım ulusumda, əlimdədir,  

Qardaşlığın ilk nəğməsi dilimdədir;  

Eşqi azad yüz millətə səs verirəm. 

Nə xoşdur ki, bu dövranda yarandım mən,  

Nankor olmaz bu dünyada qədir bilən.  

Bütün eldir məclisimdə deyib-gülən,  

Bu məclisə, bu söhbətə səs verirəm". 

 

* * * 



Salona səs saldı odlu alqışlar,  

Böyük rus qəlbinin məhəbbətilə.  

Səhnəyə güllərlə gəldi ilk bahar,  

Gəldi insanların səadətilə... 

Hamıya hörmətlə Elyar baş əydi,  

Oxudu nəğməkar bir də, iki də...  

Aygünün başısa buluda dəydi,  

Sevindi özü də, qəlbindəki də... 

  



______________Milli Kitabxana_______________ 

416 


 

 

O xoşbəxt gecənin o xoşbəxt səsi  



Axıb dalğa-dalğa yayıldı göyə.  

Şeirlə nəğmənin əziz nəfəsi  

Dil açdı yaşayaq, yaradaq deyə! 

O gecə Kiyev də, Leninqrad da  

Böyük bir eşq ilə dinlədi bizi...  

Yaxın Tbilisi də, uzaq Bağdad da  

Duydu rübab tutan əllərimizi. 

Xurma kölgəsində ərəb qızları  

Ah, azadlıq! Deyib xəyala daldı.  

Misrin, Fələstinin qumsal düzləri,  

Şimala hərətlə baxıb saraldı... 

Sanki Hindistan da,Vyetnam da,  

Çin də Bizim o axşamkı bayrama gəldi.  

Koreya torpağı odlar içində  

Moskva! - deyərək İlhama gəldi. 

 

** * 



Çoxdan "danışmayır" Aygünlə Elyar,  

Dostlar neçə vaxtdır ehtiyatlıdır.  

Keçən hadisədən dərs almış onlar  

Ki, yaman xəbərlər quş qanadlıdır. 

Aygünsə Elyarın hər baxışından  

Oxuyur daima canlı bir sual...  

Arabir səssiz də danışır insan,  

Arabir sözsüz də keçir həsbi-hal. 

Fəqət seyrə çıxmış onlar bu səhər  

Moskva çayının sahil yanını.  

Aygünün üzündə gülür şəfəqlər,  

Onun ürək adlı xanimanını  

Özü də görməmiş heç bu qədər şad, 



______________Milli Kitabxana_______________ 

417 


 

 

Yanır yanaqları yenə lalə tək;  



Şəhla gözləri də qüssədon azad,  

Parlayır aynalı bir şəlalə tək. 

Nədir sevindirən onu bu qədər?  

Bir yeni sevginin cəlalımıdır?  

Nədir başındakı o düşüncələr?  

Yeni simfoniyalar xəyalımıdır? 

Bəlkə də eşitmiş təzə bir xəbər?  

(Artıq sual verib cavab da alma.)  

Ona bir teleqram göndərmiş Ülkər:  

Atam sağalmışdır, nigaran qalma! 

Elyar dilə gəldi: - Aygün, bilirəm,  

Duyuram, doğrudan duyuram ki, siz  

Məni bir damcı da sevməyirsiniz...  

Nahaq mən eşqimlə vəcdə gəlirəm. 

Doğrumu deyirəm?..- Doğrudur, bəli.  

Layiq olsanız da siz məhəbbətə,  

Hər bir ehtirama, hər bir hörmətə,  

Şirindir taleyin, eşqin əzəli... 

Mənsə ayrılığa düşəndən bəri  

Başqa bir insanı sevə bilmədim.  

Otuza çatdısa ömrün illəri  

Heç kəslə sevişib, deyib gülmədim. 

Elyar təəccüblə: - Çox qəribədir,  

Qədim vaxtlardakı rahibələr tək .  

Bir ömrü eşqsiz, qəlbsiz keçirmək...  

Doğrusu, bilmirəm nə fəlsəfədir?.. 

- Yox, Elyar, mən yenə, yenə sevirəm,  

Əmirxan başqadır, başqadır indi.  

Elə bil Aygünü eşidib bu dəm  

Ata da, bala da birdən sevindi. 

 



______________Milli Kitabxana_______________ 

418 


 

Elyar ümidini bilmərrə kəsdi,  

Aygünün üzünə daha baxmadı.  

Onun can evinə yellərmi əsdi?  

Ancaq gözlərində şimşək çaxmadı... 

Aygünsə xeyirxah, uca bir səslə  

Dedi: - Qəmlənməyin, qardaşım Elyar,  

Yaşayın, yaradın yenə həvəslə,  

Sizi də, sizi de sevən tapılar. 

Sevməyi bacaran qadir bir ürək  

Bir sevilməzsə də, bir seviləcək...  

Elyar üz döndərib Aygün tərəfə,  

Baxıb o gözlərə, baxdı son dəfə... 

(Oxucum, Elyarı gəl qınama sən,  

Ağırdır ayrılmaq hər məhəbbətdən.  

Elə ki, məhəbbət cavabsız qalır,  

Ürək bulud kimi dolub, boşalır.) 

Elyarın gözündə ucamı bu an,  

Aygünün saf qəlbi, təmiz siması.  

Gəlinin mənalı baxışlarından  

Keçdi bulud-bulud eşqin mənası... 

Gizli saxlamıram bu sirri də mən:  

Elyar öz eşqinə əlvida deyə,  

Aygünün əlindən öpmək istərkən  

Əlini çəkmədi Aygün geriyə... 

Ancaq o mehriban busənin odu  

Əlin dərisindən keçmədi qana...  

Elyar bu hörmətə minnətdar oldu  

Ah, müqəddəs qadın, müqəddəs ana! 

Sən öz varlığını bir daha düşün:  

Nə qədər güclüsən, əzəmətlisən!  

Lütfün, mərhəmətin, hər nəvazişin  

Kor ehtirasları söndürür, bilsən... 

  



______________Milli Kitabxana_______________ 

419 


 

 

Bəzən heyran qalır xoş xilqətinə,  



Hirsli bir pələng də dönür quzuya.  

Sənin varlığını can duya-duya,  

Qayıdır insanlıq təbiətinə... 

- Bəs Əmirxan hanı? İndi hardadır? 

Deyərək Aygündən soruşdu Elyar. 

İndi Muğandadır, uzaqlardadır... 



İndi hünəri də, sənəti də var. 

Ancaq elə bilir sevirəm səni... 

Elyar xatırladı o şayiəni... 

Dərin fikrə gedib düşündü bir az. 

Onun düşündüyü xeyirsiz olmaz... 

 

XLI 

 

Hicran yerlərini dolaşdıq, yetər,  



Vüsal yollarını izləyək daha.  

Nə var bu dünyada, de, qəmdən betər,  

Şadlıq arzulayaq hər bir sabaha. 

Xəstəmiz sağaldı, qalxdı ayağa...  

Bakıya, məktəbə qayıtdı Ülkər.  

Əmirxan özünü yetirdi bağa,  

Gördü ki, onsuz da mehriban əllər,  

Bağın qayğısına yaxşı qalmışdır.  

Ağaclar gümrahdır, meyvələr sulu,  

Nə yarpaq, nə də bir ot saralmışdır;  

Hər bahar nəfəsli, bahar duyğulu  

Bağın, bağçanın da şairiyəm mən,  

Yaz ətri gəlirmi şeirlərimdən? 

 

* * * 



Əmirxan Aygünü yad edib bəzən,  

İş vaxtı, boş vaxtı xəyala getdi.  

-

 

 Özü qurtarmamış məni ölümdən  



Niyə tez qayıtdı, niyə tez getdi?.. 

   


  


______________Milli Kitabxana_______________ 

420 


 

Bəlkə də eldərdi gəlmişdir Aygün,  

Ülkərin qəibinə dəyməmək üçün...  

Bəlkə də yazığı gəlmişdir mənə,  

Sonradan peşiman olmuşdur yenə;  

Bəlkə də o məni xəstə görərək,  

Qəlbində demiş ki, dirilməyəcək...  

Bəlkə də o sevir, sevir Elyarı,  

Sənət ayırmayır sənətkarları... 

Keçdi Əmirxanın başından nələr!  

(Ah, siz ey bəlkələr, siz ey bəlkələr,  

Görüm yuvanızı sellər aparsın,  

Bütün varlığımz heçliyə varsın!) 

 

XLII 



 

Bir axşam qayıdıb işdən Əmirxan,  

Kitab oxuyurdu eyvanında tək.  

O yaşıl eyvana elə bu zaman  

Elyar ayaq basdı, salam verərək, 

Soyuq qarşıladı Əmirxan onu,  

"Əyləşin" söyləyib, yer verdi naçar...  

Ancaq Əmirxanın tərs olduğunu  

Aygündən eşidib bilmişdi Elyar. 

- Qonağı gülərüz qarşılayarlar, 

Mənsə yol gəlmişəm, həm də qonağam. 

Sizlə görüşməyə ehtiyacım var, 

Bir böyük iş haqda danışacağam... 

- Buyurun, 

mən qulaq asıram sizə, 

Başqa şey gəlməsin ürəyinizə... 

Əvvəl tanış olaq, əl verin görək, - 



Deyə Əmirxana gülümsəyərək, 

Elyar əl uzatdı. Əl verdi o da, 

(Rəqiblər dost olur bizim dünyada). 

- Sizə, qardaş kimi gəlmişəm bu gün, 

  



______________Milli Kitabxana_______________ 

421 


 

Gəlmişəm deyəm ki, zövcəniz Aygün  

Uzun illər sürən bu ayrılıqdan  

Dərd çəkir...Qaşını çatdı Əmirxan... 

- Nə üçün dərd çəkir? Bəs deyirlər siz 

Leyli-Məcnun kimi sevişirsiniz... 

İndi bu söhbətin mənası nədir? 

- Xeyr, 


deyilənlər bir şayiədir! 

Doğrudur, Aygünü sevirdim mən də, 

Deyirdim eşqini yeri gələndə, 

Sizdən nə gizlədim, beləydi... Ancaq 

O məni sevmədi, sevmədi bir an. 

Dedi ki, bu sevda baş tutmayacaq, 

Qəlbimdən çıxmayır çünki Əmirxan... 

Zənnimcə, dediyim bu sözlər bəsdir. 

Mənə göndərdiyi məktubu alın, 

Siz ona idrakla bir nəzər salın,  

Bilin ki, hələ də o müqəddəsdir... 

Əmirxan oxudu məktubu bütün,  

Bir də şadlığından gözü yaşardı...  

Gözündə gün kimi parladı Aygün,  

Sonra Elyar haqda xəyala vardı: 

- Qonağım dünənki rəqib olsa da, 

Nə gözəl insanlar varmış dünyada! 

 

* * * 



 

Yenidən əl verib öpüşdü onlar  

Çoxdan ayrı düşmüş qardaşlar kimi,  

Ağzı möhkəm olan sirdaşlar kimi.  

Dönüb Əmirxandan soruşdu Elyar: 

- Deyirtər tərifli bir bağınız var, 

Onu "yad qonağa" göstərmək olar? 

Əmirxan quş kimi qalxdı ayağa,  

Dostlar deyə-gülə getdilər bağa.  

Doğrudan hər ağac, hər yaşıl yarpaq 




______________Milli Kitabxana_______________ 

422 


 

  

Təzə gəlin kimi üzə gülürdü...  



Baxıb çalarına sevinir torpaq,  

Göyün də üzündən nur tökülürdü. 

Elə bu vaxtdaca Aygünlə  

Ülkər Bir ağac dalında gizlənmişdilər...  

Çəkib Əmirxanın qolundan Elyar,  

Apardı onların üstünə sarı.  

Aranı kəsmişdi alma şaxları.  

(Səhnəsiz də olur bəzən oyunlar.) 

Onların səsini Ülkər eşitcək, 

Bir qəhqəhə çəkdi dağ kəkliyi tək... 

Sonra qanad çalıb qalxdı komadan, 

Göydə qucaqladı qızı Əmirxan. 

Ülkərin dalınca Aygün də qalxdı, 

Əmirxan bu dəfə Elyara baxdı... 

- Gördüyüm yuxudur, nədir? - deyərək, 

Dönüb qucaqladı Aygünü bərk-bərk, 

Onlar sevindilər, sevinək biz də, 

Sevinsin hər yeni əsərimiz də... 

1950-1951 

  



______________Milli Kitabxana_______________ 

423 


 

MÜNDƏRİCAT 

 

POEMALAR 

 

Komsomol poeması………………………………………………………7 



Macəra…………………………………………………………………...94 

Acı xatirələr……………………………………………………………100 

Qız qayası………………………………………………………………107 

Aslan qayası……………………………………………………………110 

Bulaq əfsanəsi………………………………………………………….129 

Talıstan…………………………………………………………………131 

Bəsti……………………………………………………………………139 

Yazla qışın deyişməsi………………………………………………….151 

Ayın əfsanəsi (Aybəniz)……………………………………………….156 

Hürmüz və Əhrimən…………………………………………………...175 

Bakının dastanı…………………………………………………………188 

Zəncinin arzuları……………………………………………………….262 

Muğan………………………………………………………………….272 

Aygün…………………………………………………………………..333 




______________Milli Kitabxana_______________ 

424 


 

 

 



 

 

 



Buraxılışa məsul:  

 

Əziz Güləliyev 

 

Texniki redaktor: 



 

 

Rövşən Ağayev 

 

Tərtibatçı-rəssam:  



 

Nərgiz Əliyeva 

 

Kompyuter səhifələyicisi:  



Rəvan Mürsəlov 

 

Korrektor: 



   Pərinaz Səmədova 

 

 

 



 

 

 



Yığılmağa verılmişdir 07.09.2004. Çapa imzalanmışdır 25.02.2005. 

Formatı 60x90 

1

/

6



. Fiziki çap vərəqi 26,5. Ofset çap üsulu. 

Tiraji 25000. Sifariş 37. 

Kitab "PROMAT" mətbəəsində çap olunmuşdur. 

 

 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə