140
dişinə uyğun olaraq qərar verə bilərik. Biz iki nəfər kimli-
yi bilinməyən şəxsin saxlanıldığı haqda məlumat göndərə
bilərik. Kamandar bəy bu şəxslərin mülki geyimdə oldu-
ğu üçün MTN-ə təhvil verilməsini hesabatında göstərər.
Biz də dindirildiyini bildirərək rahatlıq yaradarıq. O za-
mana qədər də aldığımız məlumata uyğun bir plan hazır-
layarıq. General öz fikirlərinə inandığı üçün çox əmin gö-
rünürdü. Dədə Əfəndi də generalın fikirlərini bəyənmiş-
di: – Alternativ fikri olan varmı? – deyə üzünü Ata ocağı-
nın üzvlərinə tutdu. Əlavə fikir olmadığını üzvlərin xüsu-
si razılıq əlaməti olan əl işarələrindən gördü. Bunun üçün
də digər məsələlərin müzakirəsinə başladı: – Kamandar
bəyin durumu ağırdır. Prokurorluq hərbi hissədəki mə-
lum vəziyyətin bütün məsuliyyətini Kamandar Heydəro-
vun üzərinə qoyur. Birinci də bu məsələ ilə bağlı heç bir
hərəkətə keçməməyi məsləhət görüb. Kamandar bəyin nə
qədər dürüst biri olduğunu həm ictimaiyyət, həm də sağ-
lam qüvvələrin hamısı yaxşı bilir. Amma mətbuatın əli ilə
onu da aradan götürmək istəyirlər. Yəqin ki, bugünkü ic-
lasından sonra ev dustağı olması ilə bağlı qərar çıxarılar.
Biz isə mətbuatın yazılarını analiz edərək, kimlərin mara-
ğına əsasən buna xüsusi cəhd edildiyini öyrənməliyik.
Ona görə də Kamandar bəy ehtiyatı əldən verməməlidir.
Təhlükəsizliyi üçün uzaqdan izlənməni ikiqat artırmışıq.
Şəxsi köməkçilərini də düzgün seçməyi önəmlidir. Bir ne-
çə günə bütün dəyişikliklər baş verər.
Dədə Əfəndi Dəmirçi oğlunun söz istədiyini gördü
və buyurmasını işarə etdi.
– Məncə, xalqın əksəriyyəti dövlətə qarşı fikrini də-
yişməkdədir. Artıq son zamanlar orduda baş verənlər in-
sanların əsəblərini tarıma çəkib. Sadə insanlar belə dilə
141
gəlir, bu özbaşınalığın durdurulmasını istəyirlər. Biz isə
prosesi uzatdıqca sağlam qüvvələri itirmiş oluruq. Bəzi
məmurların vəzifəsindən uzaqlaşdırılmasını sürətləndir-
mək vacibdir. Mitinqlərin təşkilatçılarının kim olduğunu
biz bilsək də, gənclik tam dərk edə bilmir. Azad söz de-
mək istəklərinin reallaşmasını bu mitinqlərdə görürlər.
İdarə edilməz bir vəziyyətə gəlib çıxıb. Və beləliklə ölkə-
də xaos yaratmağa çalışırlar. Dövlət atdığı addımları da-
xili vəziyyətə uyğunlaşdırmalıdır. İrandan gələn kəşfiyyat
xəbərlərinə görə onlara dəstək lazımdır. Çünki Türkiyə-
nin oyuna gətirilməsi sayəsində başı öz işinə qarışıb. Cə-
nublu qardaşlarımıza heç bir dəstək verə bilmir. Bu ba-
xımdan Azərbaycan bu tarixi şəraiti səngitməmək üçün
dəstək ayırmalıdır. Amma hələ də biz heç nə edə bilmirik.
İranın təhdidləri isə ara vermir. Dədə, bir an öncə bütün
kartlarımızı açmalıyıq, məncə. Böyük güclərin vədindən
istifadə edərək maraqlarımızı həyata keçirməliyik. Dəmir-
çi oğlu fikrini bitirdi və qurumuş dodaqlarını qarşısındakı
su ilə islatdı.
Dədə Əfəndi məclisin təlaş içində olduğunu hiss
edirdi. Amma dəstədən xəbər çıxmayınca heç bir ciddi
addım atılmayacağına da əmin idi. Onun birinci ilə son
söhbəti də elə bu haqda olmuşdu. Təşkilatın bütün üst
qurumları Dədə Əfəndiyə tapşırılmış bu əməliyyatın nəti-
cəsini gözləyirdi. O, ayağa durdu: – Mən tədirginəm bu
vəziyyətdən. Amma neyləməli, illərdir hazırlanan plan,
aparılan siyasəti təhlükəyə ata bilmərik. OdƏrlərin vəziy-
yətini araşdırmalıyıq. İki gündən sonra yəqin ki, toplantı-
mız olacaq. Ola bilsin ki, Kamandar bəy, aramızda olma-
yacaqsan. Onun üçün də bu əməliyyat barədə bütün mə-
lumatları və şifrələri generala ver. Ata kişi, sən də mətbu-
142
at vasitəsilə ordudakı yüksək çinli hərbçilərin vəzifəsin-
dən uzaqlaşdırılacağı məlumatını yay.
16
İnsan təsadüflərə inanmaq istəmir. Elə təsadüflər də
olur ki, bunun zərurət olduğunu birmənalı qəbul edir.
Ayxanın şəhid olduğu gün Turanə də o qara, iri gözlərini
bu dünyaya birdəfəlik yummuşdu. Hələ üçüncü kursda
oxuyan bu qız Ayxanın hərbi hissədən qaçdığını eşitdiyi
gündən özünə sığa bilməmişdi. Xaraktercə qapalı olan
Turanə sevgisi haqqında yalnız rəfiqəsinə demişdi. Am-
ma buna baxmayaraq, kim olduğunu ondan da gizlət-
mişdi. Anası ilə nə qədər səmimi dost kimi olsalar da, hə-
ya edib ona bu haqda bir kəlmə də deməmişdi. Ayxanın
hərbi xidmətdən qayıdıb gəlməsini gözləyirdi ki, əhvalatı
anasına desin. Birdən-birə dəlicəsinə sevdiyi bir oğlanın
hərbi hissədən qaçması dəhşət idi. Hələ cəmiyyətin bu əs-
gəri xain, şərəfsiz adlandırdığını eşitdikcə nəfəsini kəsə-
cək bir əlin xirtdəyindən yapışdığını hiss edirdi sanki. Bo-
ğulurdu... Kiminləsə bu haqda söhbət edib, Ayxanın bu
cür oğlan olmadığını inandırmaq, qarşısındakının inan-
ması ilə özü də təsəlli tapmaq istəyirdi. Axı o, Ayxana
qəlbini sadəcə onun yaraşıqlı olmasına görə verməmişdi.
O, Ayxanın ruhunu sevmişdi, mənliyini, cəsarətini sev-
mişdi. Etdiyi söhbətlərdə onun dünyaya baxış tərzini sev-
mişdi. Onun tanıdığı Ayxan heç vaxt belə etməzdi. Düz-
dür, xəbər yayılan gündən Turanə onun zəngini gözləyir-
di. Onun, sadəcə, Turanəyə açıqlama verəcəyinə inanırdı.
Nə baş verirdi, versin, o, Turanəyə bir mesaj da olsa, yaz-
malı və hadisəni ona mütləq deməli idi. Bütün bu fikirlə-
Dostları ilə paylaş: |