Şəmil Sadiq



Yüklə 2,53 Kb.

səhifə1/57
tarix17.11.2018
ölçüsü2,53 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   57



 
Şəmil Sadiq 
 
 
 
 
 
 
                       
                        
OdƏrlər 
tarixi-fəlsəfi roman 
 
2-Cİ NƏŞR 
 
 
 
 
 
 
 
 



 
  
 
 
 
 
Redaktor: 
Müşfiq XAN 
 
Korrektor
Asifə Əfəndi 
 
Mətn tərtibatı
Kamal Bağırzadə 
 
Texniki redaktor: 
BəxtiYar 
 
Dizayn və qrafika
Teymur Fərzi  
 
© Şəmil Sadiq 
OdƏrlər (tarixi-fəlsəfi roman) 
 
©”XAN” nəşriyyatı 
Bakı-2014-2017.  224 səh. 2-ci nəşr 
 
ISBN: 
978-9952-464-81-8 
 
 
Müəllifin rəsmi razılığı olmadan kitabın yaxud onun hansısa 
hissələrinin təkrar çapı, yayımı və roman əsasında film çəkilişi 
qadağandır
 



 
MÜƏLLİFDƏN 
 
Uzun  illər  məni  düşündürən,  daha  doğrusu  narahat  edən 
fəlsəfi bir mövzunu araşdırma romanı kimi yazmağı arzulasam 
da, sonda çox dəyərli bir dostumun təklifi üzrə milli taleyimizi 
düşündürən süjetlə birgə yazdım. Yazdıqca tarixi-fəlsəfi fikirlə-
rim  gah  həqiqətlərlə,  gah  fantastik  ideyalarla  dost  oldular. 
Müxtəlif  oxucu  kütləsi  üçün  həm  maraqlı,  həm  qəbuledilməz, 
həm  mübahisəli  məqamlarla,  həm  də  aktual  problemlərlə  zən-
gin olan bir romana çevrildi.  
Mən məqsədimə çatdım. Millətimin şanlı tarixini və görmək 
istədiyim  gələcəyini  ürəyimin  səsinə  qulaq  asaraq  təxəyyülü-
mün köməyi ilə yazdım. Romanın müxtəlif dünyagörüşlü insa-
nımızın qınaq obyektinə çevriləcəyini bilirəm. Amma zərrə qə-
dər  də  kimlərinsə  fikrinə  hörmətsiz  yanaşmaq  fikrində  olma-
dım. Və bundan daima uzaq olmağa çalışdım. Əsərdəki qəhrə-
manlar  tanıdığım  dostlarımın  prototipidir.  Bu  qəhrəmanlar  nə 
qədər  ziddiyyətli  dünyagörüşə  sahib  olsalar  da,  həmişə  bir 
amalda bütün fikirlər üst-üstə düşür. Bu amal isə millətdir! Hər 
şeydən öncə millət!.. 
Dədə Əfəndinin söhbətlərini romana salmaqda  öncə çox tə-
rəddüdlü idim. Hətta romanın altı ay bundan öncə hazır olma-
sına  baxmayaraq,  məhz  milli  düşüncə  tərzinin  carçısı  Dədə 
Əfəndinin söhbətlərinə görə düşünməyə qərar verdim. Və son-
da heç bir düzəliş etmədən çapa göndərdim.  
Qəhrəmanım  Arslan  Sultanbəyli  Türk  millətinin  tarixinin 
gizlin  mətləblərini  ortaya  çıxartmaq  üçün  oxuduğum  tarixi 
mənbələrin izi ilə Dədə Əfəndinin tövsiyələri əsasında öncə Şu-
şaya getdi. Əməliyyatı şərəflə və uğurla başa vurdu. Roman üç 
hissədən ibarət olacağı üçün bu, birinci kitabdır. İkinci kitabda 
Arslan  Sultanbəyli  Ulu  Şaman  Məclisinin  tapşırığı  ilə  Çinə, 
üçüncü  kitabda  isə  Vatikana  getməlidir.  Ümid  edirəm  ki,  oxu-
cuları intizarda saxlamadan ikinci və üçüncü kitabları da yaza-



 
cağam.  Yəqin  ki,  oxucuların  münasibəti  digər  kitabların  yazıl-
ması üçün böyük stimul verəcək. 
Romanın ərsəyə gəlməsində bir çox mütəxəssisdən və dost-
larımdan məsləhətlər və dəstək aldım. Onlardan həmişəki kimi 
ilk oxucum, tövsiyələri ilə daima düzgün yolu  göstərərək dəs-
tək  verən  həyat  yoldaşım  Zülfiyyə  Sadıqovaya,  coğrafi  xəritə-
lərlə işləməkdə daima yardım edən coğrafiyaşünas Famil İsaye-
və,  tarixi  faktları  dəqiqləşdirməkdə  hər  zəngimə  və  çağırışıma 
səs verən tarixçi Amil Həsənova və arxeoloq Elvin Əliyevə, iş-
ğal  altında  olan  bölgələrimizi  uzaqdan  da  olsa,  görməyimə  və 
dağlar-dərələrlə tanış olmağım üçün mənimlə bərabər gecəsini-
gündüzünə qatan Rahil Zülfəliyevə, ingilis dilli mənbələri araş-
dırmaqda  yardım  edən  Fərid  Hüseynliyə,  zəngin  kitabxana  və 
materiallarla  təmin  edən  Əli  İbrahimbəyliyə,  hərbi  terminləri 
dəqiqləşdirməyimdə yardım edən keçmiş döyüşçümüz Heydər 
Rəhimova,  qazimiz  Kənan  Nəcəfov    və  Sevindik  Mehman  ilk 
oxucu kimi tənqidi münasibətlərinə görə tanınmış ziyalılarımız 
Müşfiq XANa, Elçin Əlibəyliyə, Cəlil Cavanşirə, Elxan Nəcəfo-
va,  Yusif  Alı Afşara,  Zöhrə  Cəfərovaya,  Günel  Məmmədovaya 
və  adının  çəkilməsini  istəməyən  və  XÜSUSİ  məsləhətlər  verən 
dostlarıma dərin minnətdarlığımı bildirirəm.  
Daima  stumul  aldığım,  əsərləri  ilə  həyat  konsepsiyamı  for-
malaşdırdığım ustadım, romanın ilk oxucusu, böyük yazıçımız 
İsa Muğannaya bir ömür boyu minnətdar olacağımı bildirmək-
dən qürur duyuram.    
İnanıram  ki,  süjet  xətti  təxəyyülümün  məhsulu  olan  bu  ro-
man tezliklə oxucu rəğbəti qazanacaq.  
 
  
 
 



 
Ali roman 
 
Yazıçı və müəllim Şəmil Sadiqin erməni separatçıları ilə mü-
barizəyə həsr olunmuş "OdƏrlər" romanı nadir əsərdir. Nadir-
lik süjet xəttinin son dərəcə orijinallığı, ölkələr, siyasətlər, din-
lər, təriqətlər haqqında məlumatın zənginliyindədir. Ziyalı oxu-
cu müəllifin, şəksiz, şübhəsiz, böyük istedadının məhsulunu tə-
şəkkür hissi ilə qarşılayacaq və Azərbaycan ədəbiyyatına belə bir 
istedadın gəlməsi ilə fəxr edəcək. Adi oxucu isə romandakı mə-
lumatın genişliyindən beynində genişlənmə duyacaq. Öz xalqı-
na belə duyğular aşılamaq hər yazıçıya nəsib olmur. 
Çox mənalı, müdrik, ali roman yazmısan. Sevinə-sevinə təb-
rik  edirəm.  Böyüksən.  Amma  daha  böyük  gələcəyini  gözləyi-
rəm...  Xahiş  edirəm  səhifələrin  arxasındakı  qeydlərimə  laqeyd 
olma... Çünki bizim ikimizin taleyi var bu kitabda. Tale birliyi, 
əbədi yazıçılıq birliyi, gələcək həyat birliyi böyük, nadir xoşbəxt-
likdir... 
 
İsa Muğanna. 19.04.2013 
 
 
 
 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   57


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə