Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə13/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   9   10   11   12   13   14   15   16   ...   57

48 
 
yənəcək. Amma onunla mübahisəyə ona görə girmirdi ki, 
komandir buraları addım-addım gəzmişdi.  
Komandir yenə  məğrur  bir  görkəm  aldı.  Bığaltı  Ars-
lanın üzünə gülümsünərək  karandaşı qulağının dibindən 
çıxardı:  – Səninlə razı, amma nəzərə al ki, biz ora döyüş-
məyə yox, kəşfiyyata gedirik. Əgər rəhmətlik Mübariz ki-
mi  edəcəyiksə,  gəl  birbaşa  Həsənrizdəki  batalyona  girək, 
qırdığımızı  qıraq,  qalanını  da  əsir  götürək.  Axı  bizim 
məqsəd  Şuşaya  qədər  səssiz-səmirsiz  getməkdir.  Onun 
üçün  də  mümkün  qədər  qan  tökmədən,  iz  buraxmadan 
irəliləməliyik.  Ən  son  ana  qədər  atəş  açılmamalıdır.  Axı 
buradan qayıtmaq da var. Komandir bunu dedikdə sanki 
özü  də  inanmadı.  Bir  anlıq  Arslanla  göz-gözə  gəldilər. 
Gözlərdə  yanında  nidası  olan  bir  sual  görünürdü.  Məhz 
nidaya  görə  heç  biri  cavab  vermək  istəmədi.  Bir  müddət 
hər ikisi də susdu. Geriyə dönüb-dönməyəcəkləri ilə bağlı 
fikrindən  daha  çox,  onları  ora  sağ  gedib  çıxmaq  düşün-
dürürdü.  Onun  üçün  də  yaxşısı  sonu  düşünməmək  idi. 
Elə  buna  görə  də  kəşfiyyatın  ən  önəmli  işi  olan  qayıtma 
planını işləməmişdi. 
– Cənab komandir, bəs o yüksəkliklərdə həm aşırım-
ları aşmaq, həm də ərzaq məsələsi bizə çox əziyyət olma-
yacaq?  –  deyə  Arslan  komandirlə  razılaşmaq  üçün  sanki 
bu sualı verdi. 
 –  Əşşi,  ova  nə  gəlib?  Kəlbəcər  dağları  bizi  ac  qoy-
maz. O dağlar mərd və səxavətlidir. Bu dəqiqə dağkeçiləri 
qayadan-qayaya,  yarğandan-yarğana  tullanaraq  dağda-
daşda gəzirlər.  Hələ  ayıfındığını,  moruğu,  çiyələyi  demi-
rəm.  Əsl  yeməli  vaxtlarıdır  indi.  Biz  əgər  bu  plan  üzrə 
getsək,  Qaragovdan  Yiyəli  dağını  keçib  Kosalarda  kəndə 
yaxınlaşarıq. Əgər məcburiyyət qarşısında yolu dəyişməli 


49 
 
olmasaq, Başkənd, Mıxtökən dağı, Mirzəli, Xəlfəli kəndlə-
rini keçəndən sonra həbsxana tərəfdən, Əjdaha bulağının 
yanından Şuşaya giririk. Hətəmxan dağından ətrafı yaxşı-
ca müşahidə etmək olar. Olsa-olsa bir az Şuşada problem-
lərimiz ola bilər. Allahın köməyi ilə bu da həll olar. Prob-
lem  yaranarsa,  ikimiz  gedərik,  uşaqlar  şəhərə  girməzlər. 
Bircə  ora  girib  üçrəngli,  ay  ulduzlu  bayrağı  o  yeni  təmir 
etdikləri alban kilsəsinin kəlləsinə sancsaydım, dərdim ol-
mazdı, Arslan. Bunu dedikcə gözləri yaşaran kapitan san-
ki bayrağı sancıb onun dalğalanmasına tamaşa edirdi. 
Arslan  daha  soyuqqanlı  davrandı.  O,  müharibə  gör-
müş komandirinə çox inanırdı. Bir də, Arslanın ondan da-
ha soyuqqanlı olması özünü büruzə verirdi. Hər ikisi yax-
şı  bilirdi  ki,  çıxdıqları  bu  yol  xəritədə  göründüyü  kimi 
asan deyil. Amma inamları olduğu üçün şübhə etmədən, 
yazdıqlarını pozmadan, yeni xətlər cızmaq arzusu ilə yola 
çıxırdılar.  
Arslan  komandirin  qələmini  Şuşanın  üzərinə  qoy-
maqla “Z” əməliyyatı başa çatdı,” – dedi. 
 – Niyə “Z?” 
 – Axı bunu sən özün hazırlamısan? 
Söhbətin nədən getdiyini anlamayan komandir: – Bəs 
adını kim qoyub? –  dedi.  
Arslan gülümsünüb komandirin cızdığı xəttin üstün-
dən qələmlə gedərək, “Bu da sənə “Z“ əməliyyatı”, – de-
di. 
 –  Hə,  belə  de...  Doğrudan  ha,  maraqlı  alınıb. 
Z...Əlifbanın  sonuncu  hərfi...  Sonluq...  bitib  tükənmə...  
Z...  Bu hərfin səslənməsində o qədər kədər, o qədər dərin 
məna  var  idi  ki,  adam  onun  çəkdiyi  aha  dərindən  bir  ah 
çəkməyə bilmirdi.  Onu anlamamaq mümkün deyildi. 


50 
 
 – Yaxşı da, komandir, niyə belə könülsüz danışırsan? 
Əslində, bitmə nöqtəsi yoxdur. Sadəcə, başlanğıc var, am-
ma başqa formada. Nəsə bitirsə, hökmən ordan yeni nəsə 
başlayır.  Gəl,  biz  buna  inanaq!  Axı  biz  HƏQİQƏT  İŞİQ-
LARIYIQ! İşığın başlanğıcı nə  qədər nazik və zəif olarsa, 
başlanğıcdan  uzaqlaşdıqca  məsafəsi  bir  o  qədər  böyük 
olur. Günəş də bəzən batıb, sonra yenidən çıxır, amma qa-
ra buludların arxasından çıxdığı zaman göz qamaşdırır və 
daha parlaq görünür. 
Komandir hiss edirdi ki, Arslan bu mücərrəd fikirlər-
lə bir növ özünə də təsəlli verirdi, çünki o, danışdıqca səsi 
gizlincə titrəyirdi. Hətta gözləri də mənasını dəyişmişdi. 
Gözlər toqquşdu... Bir anlıq soyuq baxışlarla bir-biri-
lərini  seyr  etdilər.  Gözlənilmədən  bu  iki  cüssəli,  cəsur  ər 
qolboyun oldular. Bir-birilərini elə sıxdılar ki, elə bil neçə 
illərdir görüşməyib, ayrı düşmüş qardaş həsrəti ilə qovru-
lurdular.  
Arslan digər məsələləri də müəyyənləşdirib ayrılmaq 
istəyəndə  komandirə  İPadu  yox  etməyi  unutmamağı  xa-
tırlatdı. Komandir də öz növbəsində “baş üstə, cənab ko-
mandir!”  – deyərək  zarafat  etdi.  Komandirin  bir  dəfə  əs-
gərin  “baş  üstə”  deməsinə  “Bu  boyda  oğlansan,  baş  üstə 
niyə? Ayaqlara nə olub ki?” cavabı uşaqların heç vaxt ya-
dından  çıxmazdı,  elə  buna  görə  də  komandirə  heç  vaxt  
“baş usta” deməzdilər... 
 
 
 
 
 


51 
 
Dədə Əfəndinin ikinci söhbəti 
 
Hə,  oğul,  onu  deyirdim  axı,  qədim  türklər  həqiqəti 
dərk  edən,  düzgünlüyə  qiymət  verən  xalqdır.  Bizim  ma-
yamız belə yoğrulub.  Türklər görəndə ki, bunların yaşam 
tərzi  ilə  Məhəmmədin  təklif  etdiyi  yaşam  tərzi  eynidir, 
Dədəmizin  məsləhəti  ilə  bu  dini  –  İslamı  tanıdılar.  Yenə 
deyirəm,  tanıdılar  ha,  qəbul  etmədilər.  Ondan  bəhrələn-
məyə  başladılar.  Çünki  onların  sahib  olduqları  dinin  tö-
küntüləri  idi  bu.  Digər  dinlərdən  fərqli  olaraq,  Tanrının 
insanı  yerə  endirdiyi  zaman  onun  üçün  təqdim  etdiyi 
qaydalar,  yaşam  tərzi  məhz  sonuncu  kitabda  qismən  də 
olsa,  digərlərindən  dolğun  verilmişdi.  Amma  yenə  tam 
deyil.  Digər  dinlər,  sadəcə,  Tanrının  ilk  dediklərini  uc-
dan-qulaqdan  eşidib  nəsə  uydurmuş  və  din  adı  altında 
yayılmağa  çalışılmışdı.  Dünyanın  insanlarını  qul  kimi 
idarə etmək arzusunda olanlar, elə  buna görə də zaman-
zaman peyğəmbərlər yaradıb, Tanrının elçisi kimi təqdim 
etmiş,  insanlara  əmr  etməyin  yollarını  araşdırmışdılar. 
Amma əsil kitab heç zaman tam olaraq onların əlinə keç-
mədi.  Sadəcə,  onun  bəzi  qalıqlarından  yararlandılar  və 
türkün  yaşadığı  ərazilərdə  o  kitabları  axtardılar.  Sonda 
isə vərəsənin nümayəndəsi olan Məhəmmədin kitab haq-
qındakı  biliklərindən  istifadə  edərək,  onu  öz  tərəflərinə 
çəkdilər.  Çünki  Məhəmməd  də  türk  əsilli  idi.  Ona  da  bu 
kitab haqqında danışılmışdı. Və beləcə sonuncu, mükəm-
məl  adlandırdıqları  din  yarandı.  Amma  o  kitabda  İnsan 
və Tanrı haqqında dolğun bilgi verə bilmədilər, çünki heç 
nə  bilmirdilər,  bilməycəklər  də.  Nəsimi  az  qalmışdı  ki, 
qaydaları pozub vərəsənin ən gizlin silahını dünyaya bə-
yan etsin. O, deyirdi ki, sonuncu kitabda bir neçə cüz giz-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə