Şəmil Sadiq



Yüklə 2,53 Kb.

səhifə14/57
tarix17.11.2018
ölçüsü2,53 Kb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   57

52 
 
lədilib.  Amma  ona  da  məlum  deyildi  ki,  onu  axtaranlar 
kimlərdir, gizlədənlər kimlər. O sirləri almaq üçün soydu-
lar o bədbəxti. Yaxşı ki atalarımız hələ də onu insanlıq ta-
rixində  gizlin  saxlaya  biliblər.  Təəssüflər  olsun  ki,  həmin 
kitablar bizim əlimizdə deyil.  
Amma  türk  qövmü  də  uzun  müddət  aralı  düşdü  öz 
tarixindən. Yunanların, çinlilərin əli ilə param-parça oldu. 
Ənənələrindən  yayındılar.  Sonra  da  türklərin  sahib  ol-
duqları  bilgini  ələ  keçirən  qüvvələr  beşguşəli  ulduzu  öz-
lərinə  rəmzi  atribut  seçdilər.  Tanrının  mukafatlandırdığı 
bir millət kimi özlərini təqdim etdilər. Bunlar olmasaydı, 
bəlkə də, bu baş verənlər o qədər faciəyə çevrilməzdi. Bu 
bilgiləri  bizdən  oğurlayanların  da  əlindən  oğurlayanlar 
oldu. Bu oğrular isə beş güşəli yaradılış simvolunu tərsinə 
çevirərək  özlərinin  atributu  etdilər.  Beləliklə  Tanrının  
qoyduğu  bütün  qaydaları  pozdular.  Halbuki,  beşguşəli 
ulduz  yaradılışı  əks  etdirən  simvoldur.  İnsanın  yaşadığı 
Olamın  simvoludur,  yəni  var  oluşun  göstəricisi.    Bu  gün 
pentoqram  kimi  tanınan  simvol  dünyanın  yaranmasını 
özündə daşıyır. Əslində, bu beşguşəli ulduz insana oxşa-
yır.  Axı  Yaradan  insanı  yaradılışın  əşrəfi  sayır.  Beşguşəli 
ulduzun aşağıdakı iki ayağı su və torpağı, insan qolu kimi 
yanlara  açılan  iki  guşə  od  və  havanı,  baş  isə  Yaradanı 
özündə  gizlədir.  Bu  beşlik  tamdır.    Fikir  verirsən,  Tanrı 
başdır, birincidir, təkdir, idarə edəndir. Bütün əzalara siq-
nallar başdan, beyindən gəlmirmi? Elə buna görə Nəsimi 
deyirdi də, “haqq mənəm”, Tanrının adı insanın sifətində 
yazılıb. Çünki Tanrının dərki insan beynindən keçir. Orda 
hər şey kodlaşdırılıb və gizlədilmişdir. İnsan o kodları aç-
malı,  həqiqət  mərhələsinə  çataraq    Tanrısına  qovuşmalı-
dır.  


53 
 
 Beş rəqəmi Tanrının insan vasitəsilə özünü maddədə 
təzahür etdirməsi mənasına da gəlir. Ən qısa tərifi ilə mü-
qəddəs evliliyə işarədir.  Bu xüsusi və əhəmiyyətli rəqəm 
Tanrıya  birlikdəlik  və  inteqrasiya  arzusunu  ifadə  etdiyi 
kimi,  adama  aid  bəzi  təməl  məlumatları  da  ifadə  etməsi 
baxımından da xeyli əhəmiyyətlidir. 
Diqqət etsən, görərsən ki, bugünkü yarımçıq dinlərin 
hamısında beşguşəli ulduz, beş rəqəmi simvol kimi istifa-
də edilir. “Quran”da yazılıb ki, Tanrı bu dünyanı 6 günə 
yaratdı. O nə deməkdi, niyə altı günə? Bunlar da dediyi-
miz bu beş rəqəmi  ilə bağlı idi. Bəs niyə həftənin beşinci 
günü  müqəddəs  gün  hesab  edilir?  Bunları  düşündünmü 
heç? Bu, Tanrı başda olmaqla torpaq, od, su, havadan iba-
rət  olan  dünyanın  yaradılışıdır.  Bütün  bunların  vəhdəti 
hazır olandan sonra kainat yaradılmışdı. Beş günə bitirilib 
və altıncı gün bu vəhdətin fəaliyyəti başlamışdır. 
Ağacların çiçək tacı, meyvəsinin daxili quruluşu, barmaq-
larımızın  sayı  və  dünyanın  5  günlük  olması  deyimi.  Bu  kimi 
həqiqətlər və deyimlər xalqın mifoloji anlayışıyla bağlıdır. Türk 
dövlətlərindən  birinin  paytaxtının  adı  Beşbalıqdı,  Bişkek  sözü 
də  bununla  bağlıdır.  Türk  dünyasında  Beşalma  adında  bir  çox 
yer adı vardır. Koroğlu da deyir:  
Göydən uçan beş durnalar  
Bizim ellər yerindəmi?  
Bir birindən xoş durnalar  
Bizim ellər yerindəmi,  
Çənlibellər yerindəmi?  
Niyə  üç,  dörd,  on  yox,  “beş”  durnalar  sözü  işlədilib?  Bu 
sualın cavabı mifin özündədir. Bu  xalqın müqəddəs inamlarıy-
la bağlı olduğunu göstərir. Bunların hamısı əsərlərə edilən dü-


54 
 
zəlişlərdən sonra ortada qalan sözlərdir. Bu beş rəqəminin altın-
da çox sirlər gizlənir.  
Beş həmçinin Çin və Fars dünyagörüşündə, Xristianlıqda, 
İslamda,  Yəhudilikdə,  Manixeyizm  dinində,  Pifaqor  Ekolunda, 
Babildə,  Misirdə  və  Hinduizmdə,  Şamanizmdə,  Mayya  və  Şi-
mali Amerika qırmızıdərililərində müqəddəs sayılır. Bunlara tə-
sadüf demək olarmı, oğul?! 
Bilirsənmi  kimyaya  görə  insan  dörd  elementdən  meydana 
gəlib? Alimlər müqəddəs beşə çatmaq üçün sirli bir beşinci ün-
sür əlavə edirdi. Bu beşinci ünsürün həyatın gerçək elementi ol-
duğu  düşünülərdi  və  onun  əldə  edilməsi  isə  orta  əsrlər  kimya-
gərlərinin başlıca hədəfi idi.  
Buddizmdə ürəyin dörd istiqaməti vardır və beşinci olaraq 
bir mərkəzə malikdir. Bu ümum-bəşəriliyin  təmsil edilməsidir.  
 Çin  dünyagörüşündə  beş  element,  beş  atmosfer,  beş  şərt, 
beş planet, beş müqəddəs dağ, beş taxıl, beş rəng, beş dad və beş 
zəhər olaraq özünü göstərir. Bu dünyada bütün həyat beş rəqə-
minin üzərində qurulmuşdur. 
 Şimali  Amerika  qırmızıdərililəri  arasında  da  beş  rəqəmi-
nin rolu digər xalqlarda olduğu kimidir.  
Xristianlıqda da beş rəqəmi xüsusi önəm daşıyır. Xaçın beş 
ucu, İsanın beş yarası, Musanın beş kitabı vardır.  
Misirdə  Nilin  beş  timsahı  vardır.  Hindi  ənənəsində  isə 
dünyanın  beşli  qrupları  vardır,  Şivanın  beş  üzü  və  Vişnunun 
ikimərtəbəli beş enkarnasyonu vardır.  
Qədim  Hindistanda  beş  qoruyucu  bir  say  olaraq  olduqca 
böyük əhəmiyyətə malik idi.  
Asteklərdə  dörd  ucunda  və  ortasında  bir  günəş  olan,  beş-
günəşli xaç simvolu vardır – bu ulduz pentaqramdır.  




Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə