Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə21/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   17   18   19   20   21   22   23   24   ...   57

77 
 
görsən  ki,  səninlə  gedən  dostun  ölür,  sən  yaşayacaqsan, 
ona da get, oğul. Bu, bəşəriyyətin xilası üçündür! 
Məhəmmədin  ən  ağıllı  işi  o  oldu  ki,  “Quran”da  son 
sözü qoydu. Özündən əvvəlki kitabları tanıdı, onlar haq-
qında  xoş  söz  dedi.  Tanrının  dini  olaraq  qəbul  etdiyini 
göstərdi. Bu, digər dinlərə mənsub olan insanların qəlbini 
qazanmaq üçün atılan ən gözəl addım idi. Uzaqgörənliklə 
o  addımı  atdı.  Və  sonda  da  yazıldı  ki,  mən  axırıncı  pey-
ğəmbərəm. Vəssalam, bu da son oldu. Ondan sonra kimsə 
cürət etmədi ki, özünə peyğəmbər desin. Amma insanları 
daima  parçalamaq  ideyasını  əllərində  əsas  tutanlar  pey-
ğəmbərsiz  keçinə  bilməyən  insanlara  sonradan  məzhəb-
lər, təriqətlər yaratdılar, özlərindən imamlar seçdilər. Hət-
ta ortalığa bir 12-ci imam məsələsi də atdılar. Bu da xris-
tianlığın  modeli  üzərində  quruldu.  Necə  ki,  bir  gün  İsa 
gələcək,  müsəlmanlar  da  12-ci  imam  Mehdi-Əz-Zamanı 
gözləyir.  Bu    gün  tanıdığımız  dinlərdən  çox  öncələr  qə-
dim  türklərin  Gök  Tanrı  dinində  Tanrı  Xaqanın  oğlunun 
qayıdacağını  göstəriblər.  Deməli,  bütün  dinlər  bir-birin-
dən bəhrələnərək yarandığından, burada, bir kök var ki, o 
da türklərin sahib olduğu ilk Tanrı dininə gedib çıxır.  
Bu  dinlərin  əksəriyyətinin  yaradıcısı  eyni  qüvvələr-
dir. Bizim mübarizəmiz də elə onlarladır. Onlar bu dinlə-
ri  yaradaraq,  insanları  bir-birinə  qırdırır,  məqsədlərinə 
doğru  irəliləyirlər.  Əgər  Məhəmməd  o  nöqtəni  qoymasa 
idi  ki,  məndən  sonra  daha  Peyğəmbər  gəlməyəcək,  kim 
bilir  indi  neçə  min  peyğəmbər  gəlib-getmişdi.  Amma 
dünyanın idarəsini öz əlində saxlamaq istəyənlər dinlərin 
yaranmasının  mümkün  olmadığını  gördükdə  məzhəb  və 
təriqətlər yaratmağa başladılar. Təriqət başçıları ortaya çı-
xartdılar. Bunu bütün dinlərdə etməyi bacardılar. Amma 


78 
 
İslama  daha  çox  zərbə  vurmağa  çalışdılar.  Çünki  onlar 
yaxşı bilir ki, türklər İslama sahib çıxsalar, ondan öncəyə 
gedib öz əzəli dinlərinə tapınsalar, dünyanın ağalığı türk-
lərin əlinə keçəcək. 
Ona  görə  də  bütün  bunlar  əsas  verir  ki,  “Quran”ın 
ərəb  dilində  göndərilmiş  Tanrı  kitabı  olmadığını  biləsən. 
Muğanna “Quran”a heç də təsadüfən “Gur Ün” demirdi. 
O Məhəmmədin bizim nəsildən olduğunu da təsadüfi de-
mir,  oğul.  Ona  da  bəzi  məlumatları  vermişdilər  ataları-
mız.  Amma  o,  bu  informasiyalara  dözə  bilmədi.  Çoxunu 
açıb dedi. Bəziləri də onu dəli adlandırdı. Sonra gördün-
mü, peşman oldu. Daha heç nə demədi. Çünki faktları aç-
mağın zamanı hələ gəlməyib. Qanı təmiz olanların nəslini 
yaşatmalı  və  böyütməliyik.  Onlar  təkcə  bizim  ölkədə  de-
yil,  dünyanın  hər  yerində  yaşayırlar.  İndi  məqsədimiz 
texnologiyaya  sahib  olmaqdır.  Onların  əlindən  bunu  al-
malıyıq. Bunun da sirri o kitablarda yazılıb.  
Oğul,  unutma  ki,  əqidə  qardaşlığı  heç  vaxt  qan  qar-
daşlığından öndə ola bilməyib. Qan qardaşı ilə əqidə qar-
daşlığı yaransa, bu daha möhkəm və sərt olar, əks təqdir-
də hökmən biri digərini  əzəcək. Sənin milli  bütövlüyünü 
məzhəblər,  təriqətlər  yaradaraq  bölməyə  çalışırlar.  “Qan 
çəkir” atalar sözünü dədələrimiz təsadüfi işlətməyib. Gör 
heç insanlar bir-birini danışdırmadan deyə bilərmi ki, din 
çəkir.  Yox,  deyə  bilməzlər,  dini  düşüncə  sonradan  yara-
nan  bir  şeydir,  amma  milli  ruh  insanın  mayasındadır. 
Ona görə də əmin ol, dünyanı din qardaşlığı qurtara bil-
məz.  Bu  gün  bunu  ortalığa  atan  yenə  əsilsizlərdir.  Bizim 
də  bəzi  nümayəndələrimizi  buna  inandırıb  yoldan  çıxa-
rıblar.  Böyük  müharibələrin  hamısı  milli  müharibələrdir. 
Dini  müharibələr  isə  daxildə  daima  insanları  bir-birinə 


79 
 
qarşı  qoymaqdadır.  Bu  din  və  təriqət  bölgüsü  millətləri 
parçalamaq üçün düşünülmüş böyük bir siyasətdir. Əsas 
məqsəd  geni  bir  olan  insanların  qanını  zəhərləyib,  onları 
parçalamaqdır. Bu gün Azərbaycanda da bunu həyata ke-
çirirlər. Savadsız xalq bir-biri ilə “Ramazan bayramı əsas-
dır, yoxsa Novruz – Bahar bayramı?” deyərək parçalanır. 
Görürsənmi nə qədər gülünc məsələdir? Bu gün ölkəmiz-
də guya bəşəri ideyalarla yaşayan insanlar bütün insanla-
rın bir-birinə qardaş olduğunu deyərək, milli kimliyi tap-
dalamaqda  və  özləri  də  bilmədən  qarşıdurmaya  sövq  et-
məkdədirlər. Hələ indi-indi şiə-sünni ayrımının məqsədli 
olduğunu  dərk  etməyə  başlayan  bədbəxt  xalqım,  indi  də 
dini və milli ayırımın oyunçularıdır. Bax Türkiyəyə, artıq 
bu  orada  baş  verib:  dinçilər  və  millətçilər.  Dinçilər  həd-
dən  artıq  radikallıq  göstərərək  Türkiyənin  dünyəvi  döv-
lətçilik  prinsiplərinə  zərbə  vururlar.  Bunu  Azərbaycanda 
da həyata keçirmək istəyirlər. Amma hələ ki, dövləti ida-
rə edənlər buna ciddi nəzarət edə bilir, amma yaxın gələ-
cəkdə bu idarəçilik də əldən çıxa bilər. Çünki yetirmələri, 
müridləri artıq vəzifələr tutmağa başlayıb. Bu, yaxınlaşan 
təhlükədən xəbər verir.  
Fikir  ver,  gör  sənin  türk  nəslini  necə  parçalayıblar: 
bolqarlar, macarlar, finikiyalılar, hindular artıq başqa din-
lərə  sitayiş  edərək,  əriyib  öz  köklərindən  uzaqlaşıb,  kim 
olduqlarını  belə  unudublar.  Qaqauzlar  da  xristian  olaraq 
milli mənliyindən uzaqlaşdı, daha səni tanımır. Bu min il-
lərin siyasəti idi, artıq bu proses bitib. İndi isə müsəlman 
bayrağı  altında  olan  türkləri  parçalamaq  siyasətinin  son 
mərhələsidir. Sünni, şiə, vahabi, hənəfi, bahayi və sairə. 5-
6 yüz il bundan qabaq əkilmiş toxum cücərməkdə, böyü-
məkdədir. Türkiyənin bugünkü siyasəti məhz ona köklə-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə