Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə22/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   18   19   20   21   22   23   24   25   ...   57

80 
 
nib. İndiki hakimiyyət üzünü türklərdən yan çevirdi. Orta 
Asiya  tamamilə  yaddan  çıxdı,  unuduldu.  Amma  insanlı-
ğın  tarixi  ordan  gəlir,  oğul,  Uzaq  Sibirdən.  Görürsənmi, 
oralar haqqında heç nə danışılmır, əhəmiyyətsiz yer kimi 
necə  yaddaşlardan  silinir.  Yerli  əhalinin  kütbeyn  olması-
na  “sübut”  kimi  alçaldıcı  lətifələr  quraşdırılır,  gizlin-giz-
lin insanlara unutdurulur. 
Amma biz əminik ki, təmiz qanlılar – SafAğ insanları 
bunun  öhdəsindən  gələcək,  millətimizin  gələcəyini  qura-
caqlar.  Buna  əminik,  çünki  genetik  kod  insanları  bağla-
yarsa,  sonunda  özünə  gələcək  və  böyük  olacaq.  Bir  şeyi 
də deyim sənə: bu gün müharibə olsa, ölkəndəki insanlar 
mən şiəyəm, mən sünniyəm, mən xristianam deyərək bir-
ləşməyə  bilərlərmi?  Qətiyyən  yox.  Onlar  cəbhəyə  gedib, 
çiyin-çiyinə  döyüşərlər.  Çünki  onları  birləşdirən  genetik 
kod var. Nə qədər ki, milli kimlik itməyib, biz gedişatı də-
yişməli,  dünyanın  idarəçiliyini  əlimizə  almalıyıq.  Bunla-
rın  hamısını  öyrənəcəksən,  oğul,  hamısını.  Bizdən  sonra 
bu nəsli sən yaşadacaqsan. Sənin kiminlə evlənməyinə də 
biz  qərar  verəcəyik.  Onun  üçün  həmişə  hər  şeydən  ehti-
yatlı olmalısan.  
 

 
Ayxan  iki  qocaman  fıstıq  ağacının  arasında  özünə 
yaxşı bir mövqe seçmişdi. O da fürsətdən istifadə edib ki-
çik bir zaman kəsiyində nə şiə, nə  də sünni kimi, özünə-
məxsus bir üsulla ibadətini etdi. Elə ayaq üstə, əyilmədən, 
qalxmadan... Tanrısı ilə öz istədiyi kimi söhbət etdi, dua-
sını  iki  dodağının  arasında  sakitcə  pıçıldadı.  Bu  pıçıltını 


81 
 
təkcə gözə görünməz, xaliqləri xəlq edən, var oluşun sirri-
ni bilən Uca Yaradan eşidə bilərdi.  
Uzaqdan  günəşin  şüaları  altında  parıldayan  Sərsəng 
su  anbarı  görünürdü.  Ürəyindən  keçirdi  ki,  heç  nədən 
qorxmadan,  çəkinmədən  hərbi  hissədən  iki  saatlıq  icazə 
alıb tələsik özünü bu gölə vursun, doyunca üzsün. Sonra 
da o əzələli qolları ilə saçlarını sığallasın. Amma təəssüf... 
Təəssüf ki, öz ana yurdunda oğru kimi gəzərək, evindəki 
oğrudan  gizlənirdi.  Nədənsə  Ayxan  kəşfiyyata  göndəril-
diyi  andan  bu  su  hövzəsinə  aşiq  olmuşdu.  Bəlkə  də,  bu 
sevgi ilk dəfə komandirin tapşırığı ilə təkbaşına su anbarı-
nın  yanındakı  Ulu  Qarabəy  kəndinə  göndərilməsindən 
sonra  yaranmışdı.  Hər  bir  kəşfiyyatçını  ən  ağır  sınaqlar-
dan  keçirməyi  xoşlayan  Altay  bir  gün  Ayxanı  xüsusi  bir 
tapşırıq üçün göndərdiyi zaman ona əlavə bir tapşırıq da 
vermişdi.  Komandirin  özünün  erməni  mövqelərinin  lap 
yaxınlığında – Sərsəngin düz kənarında gizlətdiyi kəməri 
gətirməyə  yollamışdı.  Ayxan  onda  cəmi  5  ay  idi  ki,  xid-
mətdə idi.  
 – Əsl kəşfiyyatçı olmaq istəyirsənsə, bu xəritə ilə get, 
qayıdanda  düz  su  hövzəsinin  yaxınlığındakı  ağacda  giz-
lətdiyim kəməri gətir. 
 –  Komandir,  sizcə,  mən  bundan  vaz  keçərəm?  Mən 
uşaqlıqdan kəşfiyyatçı olmağı arzulamışam. Bu gün mən 
sizin kəmərinizi gətirərəm. Amma bir məsələ var: birdən 
hansısa erməni əsgəri təsadüfən o kəməri görüb və götür-
müş ola. O zaman mən sizi necə inandıra bilərəm ki, mən 
ora getmişəm. 
 – Bundan asan nə var ki, əsgər? Əgər kəməri görmə-
sən, həmin ağacın dibində öz kəmərini basdırarsan. Mən 
gedib onu orda görsəm, onda bilərəm ki, sən deyəndir.  


82 
 
Ayxan gecə ilə ora getmiş, kəməri götürüb qayıdanda 
erməni  əsgərlərini  uzaqdan  görmüşdü.  Əsgərlər  birbaşa 
ona qarşı gəlirdilər. Qaçıb gizlənməyə belə bir yer yox idi. 
Təkcə  Sərsəngdən  başqa.  Bu  zaman  heç  nə  düşünmədən 
suya girmiş, kolun dalında düz burnuna qədər özünü su-
ya  basmışdı.  Nəfəs  belə  çəkməyən  Ayxan  ermənilərin 
onun  yanından  keçməsinə  qədər  orda  gizlənmişdi.  Payı-
zın  soyuq  çağında  tamam  su  içində  hərbi  hissəyə  dön-
müş, kəməri komandirə təhvil vermişdi. Elə bundan son-
ra  onun  əsl  kəşfiyyatçı  kimi  hörməti  artmış,  ən  önəmli 
kəşfiyyatlarda yer almağa başlamışdı. 
Ayxan  nə  qədər  iradəli  olsa  da,  aclığa  qarşı  çox  zəif 
idi.  Ac  olanda  canavara  dönürdü.  Kefi  pozulur,  əsəbləri 
gərilir,  səbirsizləşirdi.  Anasının  qazanına  yemək  bişmə-
mişdən əl uzatması, əti və ya kartofu isti-isti çörəyin ara-
sına qoyub aradan çıxması ailədə həmişə gülüşlə qarşıla-
nardı. Hətta anası deyirdi ki, bəxtin gətirib, sən qız olma-
mısan,  yoxsa  qayınanan  bir  həftəyə  saçlarını  yolub  səni 
keçəl edərdi. Düzdür, hərbi xidmətdə olandan rejimli ye-
mək onu bir az qaydaya salmışdı. Onun üçün də çantasın-
dan quru əsgər payını açıb ovucun içində gizlədiləcək qə-
dər  balaca  kəşfiyyatçı  ocağını  çıxartdı  və  ayaqlarını  açdı. 
Yumru, ağ formada xüsusi hazırlanmış quru spirti, yağış-
da,  qarda  belə  yana  biləcək  kibritlə  yandırdı.  Sonra  da 
“tuşonka”nı  onun  üstünə  qoyub  həvəslə  isinməsini  və 
sonra da ağız dadı ilə yeməsini gözlədi. 
 
*** 
Kapitan  ağaca  söykənmiş  Elçinin  ayaqlarına  başını 
qoyaraq mürgüləmək istəyirdi, amma heç cür bacara bil-
mirdi.  Sanki  öz  evinə  girərkən  evdə  kiminsə  olduğunu 


83 
 
hiss edən adamlar kimi təlaş içində idi. Buna görə də gö-
zünə yuxu getmirdi ki, getmirdi. Əslində isə, gözlərindən 
yuxu tökülürdü. Elçinin bayaqkı söhbəti zamanı bir neçə 
dəqiqəlik mürgü vurmuş, gözünün acısını almışdı.  
Bəzən bədənlə ruh beləcə bir-birini qəbul edə bilmir. 
Bədən köynəyinə sığışmayan ruhu uçmaq, daha böyük iş-
lər görmək arzusu ilə ona tab gətirməyən bədəni tərk edib 
azadlığa  çıxır.  İndi  kapitan  Altay  Cavadov  yorulduğunu 
cismindən  beyninə  ötürülən  siqnalla  qəbul  edirdi.  Yolu 
dayanmadan davam etdirmək istəsə də, cismi ona imkan 
vermirdi. O, gözlərini yumub heç nəyi düşünməmək, sa-
dəcə,yenə  beşcə  dəqiqə  mürgü  vurmaq  istəyirdi.  Amma 
var  gücü  ilə  sıxdığı  göz  qapaqlarının  altındakı  bəbəkləri 
tez-tez hərəkət edirdi. Ürəyi isə sürətlə döyünürdü. Sanki 
nəsə baş verəcəkdi. Yata bilmədi. Başını Elçinin dizindən 
götürəndə  fərqinə  varmadan  etdiyi  cəld  hərəkət  Elçinin 
avtomatı  hazır  vəziyyətə  gətirməsinə  səbəb  oldu.  Nəsə 
baş  verdiyini  sanmışdı.  Amma  kapitan  sakitcə  ona  rahat 
olmasını işarə etdi və o, yenidən gözlərini yumdu. 
Meşə  isə,  elə  bil,  kəşfiyyatda  idi.  Ayaq  səslərini  eşit-
mək üçün qulaqlarını cütləmiş heyvana bənzəyirdi. Nəfəs 
belə çəkmirdi. Pusquda durmuş ovçu kimi təbiəti hiss et-
məyə, duymağa, eşitməyə çalışırdı. Bəlkə də, onun sakitli-
yi  bu  ərlərin  söhbətlərinə  qulaq  asmaq  üçün  idi.  Amma 
ərlər elə yorulmuşdu ki, söhbət etməyə, dil tərpətməyə ta-
qətləri  yox  idi.  Sadəcə,  susmaq,  düşünmək,  sakit  təbiət-
dən zövq almağa çalışırdılar. Ruhları isə nəsə bir rahatlıq 
tapmışdı. Təbiətlə vəhdətdə olan bu ruhlar dağları, qaya-
ları, gözəllikləri seyr edir, onları daşıyan bu igidlərlə fəxr 
edirdi.  


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə