Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə23/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   19   20   21   22   23   24   25   26   ...   57

84 
 
Bu dağları, dərələri görüb qəlbi qubar olan komandir, 
az qalırdı ki, Tacirin ifa etdiyi Abbas Səhhətin “Vətənim” 
şeirinə həsr olunmuş “Bayatı-Şirazı” var gücü ilə oxusun, 
dağlara-daşlara  səs  salsın,  kimsədən  qorxmadan  “Vətə-
nim!” –  deyərək hayqırsın. Yatmış meşəni yerindən silkə-
ləsin,  quşlara  niyə  susduqlarının,  küləyə  niyə  əsmədiyi-
nin hesabını sorsun. Amma gücü çatmırdı... Səsi boğazın-
da ilişib qalmışdı... Sanki boğazından ciyərlərinə qışqırıb, 
bağırırdı. Ciyərləri isə az qalırdı bu səsdən şişib partlaya. 
Dərindən nəfəs aldı. Sonra da qoca fıstıq  ağacının torpa-
ğın  üzərinə  çıxmış,  yoğun  kökü  üstündə  oturdu.  Barma-
ğındakı gümüş üzüyünü bir dövrə fırladıb, çıxardı. Üzü-
yün iç tərəfindəki “heç vaxt məni unutma!” sözlərini oxu-
du. Bu zaman ürəyi titrədi, əlləri əsdi. Unutmaq üçün tez 
üzüyü barmağına taxdı. Başını daşın üzərinə qoyub mışıl-
mışıl  yatan  Məhəmmədi  gördü.  Amma  onun  xorultusu 
diqqətini dağıtdı.  Astaca Məhəmmədin başını düzəltmək 
istəsə də, oyada biləcəyini düşünüb fikrindən yayındı. Əli 
onun  qapqara,  sıx  saçlarına    toxundu.  Məhəmmədin  çat-
ma  qaşlarının  arasında  gilələnib  duran  tər  damcılarını 
əlindəki dəsmalla sildi. Bir anlıq enli kürəyi, yumru sifəti, 
qırmızı, dolu yanaqları olan Məhəmmədi Qazan xana ox-
şatdı. Sanki top atsaydılar, oyanmazdı.  
 Komandirin  “İsmayılov  təhlükədədir”  deməsi  ilə 
kəşfiyyatçıların yerlərindən sıçraması bir oldu. Amma ar-
tıq  gec  idi.  Uzaq  da  olsa,  komandir  Ayxanın  iki  əsgərlə 
üz-üzə  qaldığını  işarə  etdiyini  gördü.  Arslana  yerində 
diqqətli olmağı bildirdi. Elçinlə Məhəmmədi sakitcə oyat-
dı.   
Komandir  snayperi  özü  götürüb  Ayxanın  postunu 
müşahidə  etməyə  başladı.  Ayxan  artıq  ağacın  arxasında 


85 
 
yerini  rahatlayıb,  mövqe  tutmuşdu.  Əlini  isə  tətikdə  ha-
zır vəziyyətdə tutmuşdu. Amma  buna baxmayaraq onda  
qorxu hissi duyulurdu. Komandir bunu rahatca sezə bilir-
di. İki nəfər zəif, çəlimsiz, əyriburun erməni əsgərinin düz 
onun  üstünə  gəlməsi  işləri  korlayırdı.  Heç  istiqaməti  də-
yişmək  fikrində  də  deyildilər.  Ağacların  arxasında  gah 
itən, gah da  görünən bu əsgərlərdən biri nədənsə şübhə-
ləndi. Elə bu zaman o da silahını  döyüşə hazır vəziyyətə 
gətirdi. Bunları seyr etmək komandirə nə qədər əzab ver-
səydi belə, dözürdü. Axı atəş açmaq ən son addım olmalı 
idi. Komandir Məhəmmədə fırlanıb arxadan onlara yaxın-
laşmasını  tapşırdı.  Ayxanın  nə  qərar  verəcəyi  isə  məlum 
deyildi. Hələ ki yerindən tərpənmir, silahını onlara tuşla-
yaraq  gedişatı  gözləyirdi.  Ermənilər  cəld  ağacın  dalına 
keçərək  gördüklərinin  nə  və  ya  kim  olduğunu  aydınlaş-
dırmaq  istəyirdilər.  Hiss  olunurdu  ki,  onlar  kəşfiyyatçı 
deyil.  
Çünki  kəşfiyyatçı  olsaydılar,  bu  cür  rahat  gəzməzdi-
lər meşədə. Ən azından bir-biriləri ilə ara məsafəsi saxla-
yardılar,  səslə  danışmazdılar.  Hətta  ağacın  arxasına  belə 
ikisi  bir  yerdə  girməzdi.  Əslində,  kəşfiyyatçıların  ən  çox 
arzuladıqları  belə  vəziyyətdə  düşmənin  heç  olmasa  kəş-
fiyyatçı  olması  idi.  Müharibənin  yazılmamış  qanunların-
da maraqlı maddələr var idi. Əgər iki düşmən kəşfiyyatçı 
ilə  rastlaşırsa,  o  zaman  ya  hərə  öz  yoluna  getməli,  ya  da 
kəşfiyyatı  dayandırıb  geri qayıtmalı  idilər.  Bu  qanun  çox 
nadir hallarda pozulurdu. Bu cür hallar Məhəmməd kimi 
çılğın igidlər olanda baş verirdi. O, buna heç vaxt əməl et-
mirdi. Onun üçün düşmən düşmən idi. Hətta bir dəfə er-
məni kəşfiyyatından bir əsgəri girov da götürmüşdü. Am-
ma bu gün vəziyyət tamam başqa idi. Səs salmadan onları 


86 
 
zərərsizləşdirməli idilər. Düzdür, bu qədər dərinlikdə heç 
bir  kəşfiyyatçı  yazılmamış  qanuna  əməl  etməzdi,  amma 
yenə də peşəkar hərbçi ilə rastlaşmaq tamam başqa məsə-
lə idi. 
Çünki  türk  ərləri  həmişə  özünə  bab  ərlə  döyüşməyi 
daha çox istəyiblər. 
Ermənilər yoğun fıstıq ağacının arxasından qarşıdakı 
ayıfındığı ağacının  arxasına keçdilər. Ayxan isə yerindən 
heç  qımıldanmırdı.  Görünür,  hər  şey  nəzarət  altında  idi. 
Arxadan  qorunması  isə  onu  daha  arxayın  etmişdi.  Artıq 
ermənilər  6-7  addım  məsafəyə  qədər  yaxınlaşmışdılar. 
Deyəsən,  ağacın  arxasında  gizlənənin  insan,  özü  də  düş-
mən  olduğunu  müəyyənləşdirmişdilər.  Çünki  ayaqları 
kəndirə  ilişərkən  tez  gizlənmişdilər.  Erməni  dilində  nəsə 
dedilər.  Bu  dili  bilməyən  Ayxan  heç  nə  cavab  vermədi. 
Artıq  onlardan  biri  ağacın  digər  tərəfinə  keçirdi.  Bu  isə 
təhlükənin artması demək idi. Ayxan üçün nəzarət əldən 
çıxırdı, çünki o yalnız bir istiqamətdə görə bilirdi. Ağacın 
arxasından isə çıxmaq olmazdı. Durduğu mövqedə yaxşı 
gizlənə  bilməyən  ermənini  vurmaqdan  özünü  çətinliklə 
saxlayırdı.  
Komandir də artıq digər ermənini görə bilmirdi. İm-
kanı olsaydı, Ayxana qışqırardı ki, sağ mənimdir, solu sən 
götür.  Amma  bu,  mümkün  deyildi.  Ayxan  komandirdən 
tapşırıq almaq üçün geriyə boylandı. Komandir elə sevin-
di ki!... tez ürəyindən keçəni ona dedi. Ona gözləmə möv-
qeyi tutmaq tapşırığı da verdi.  Ayxan anlamışdı ki, yəqin 
uşaqlardan biri arxadan gələcək. Ona görə də rus dilində 
“yaxın gəlsəniz vuraram!” – dedi. Hətta onu da əlavə etdi 
ki,  mən  Azərbaycan  ordusundan  qaçmışam,  sizin  tərəfə 
sığınmaq istəyirəm.  


87 
 
–  Buna  necə  inanaq?  Gərək  sən  silahını  atıb  əllərini 
qaldıraraq ortaya çıxasan. 
–  Mən  necə  inana  bilərəm  ki,  siz  məni  öldürməyə-
cəksiniz?  
– O, bizi maraqlandırmır. Sən sərhəddi pozmusan, öz 
ordundan  qaçmısan.  Ona  görə  də  silahını  at,  çıx  ortaya. 
Əsgərlərdən  biri  Ayxanla  danışdığı  halda,  o  biri  demək 
olar ki, Ayxanla üz-üzə idi. Ayxan sağdakı əsgəri koman-
dirin götürdüyünə əmin olduğu üçün artıq sol cinahı qo-
ruyurdu.  Əlindəki  avtomatı  ona  tuşlayaraq  ağacın  dalın-
dan çıxan erməni əsgəri Ayxanın bir neçə metrliyində idi. 
O  da  erməni  ilə  üzbəüz  idi.  Avtomatı  bu  lənətə  gəlmiş 
düşmənin qarnına doldurmaq istəyirdi. Qaradağlıda, Xo-
calıda  ermənilərin  törətdikləri  vəhşiliklər  gözlərinin 
önündən keçdi. Tez bir zamanda onu yaddan çıxarmaq is-
tədi.  Çünki  beynində  bu  fikirlər  dolaşdıqca  soyuqqanlılı-
ğını itirir, tətiyi çəkmək istəyirdi. Amma hələ tez idi. Axı 
Məhəmməd arxadan gəlib özünü ona çatdırmalı idi.  
Məhəmməd artıq öhdəsinə düşəni etmişdi. Ermənilər 
üç  istiqamətdə  mühasirədə  idilər.  Artıq  Ayxan  da  Mə-
həmmədi  gördü.  Dərindən  nəfəs  alıb  içini  rahatladı,  ürə-
yinə toxtaqlıq gəldi. Gizlincə  Məhəmmədin digər erməni 
əsgərinə yaxınlaşmasını gözucu seyr edir, qarşısındakı er-
məninin başını qatmaq istəyirdi.  
Məhəmməd əlindəki bıçağı üzü aşağı vəziyyətdə tut-
muşdu. Özü də düz erməninin arxasında idi. Ayxana işa-
rə  etməsəydi  də,  aydın  idi  ki,  hərəkəti  eyni  anda  etməli-
dirlər.  Ayxan  da  bunu  bilə-bilə  yavaş-yavaş  silahını  en-
dirməyə  başladı.  Düşünürdü  ki,  bir  neçə  addımlığında 
olan  erməninin  üstünə  atılaraq  atəş  açmaması  üçün  ona 
mane ola bilər.  


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə