Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə24/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   20   21   22   23   24   25   26   27   ...   57

88 
 
Ayxan silahı yerə qoydu. Onun bu hərəkəti ermənidə 
bir az arxayınçılıq yaratdı. Digər erməni isə ağacın arasın-
dan hələ çıxmağı düşünmürdü. Sadəcə vəziyyəti izləyirdi. 
Ayxanla  Məhəmmədin  baxışları  artıq  razılaşmışdı,  eyni 
anda hərəkət etməli idilər. Etdilər də. Amma Ayxanla üz-
üzə duran erməni həmin an Məhəmmədi görmüşdü. Mə-
həmmədin  onun  dostunun  üstünə  atılacağını  görən  kimi 
tətiyi çəkməsilə Ayxanın da onun üstünə atıldığı eyni ol-
du.  
Artıq  hər  şey  bitmişdi...  Məhəmməd  bıçaqla  erməni-
nin xirtdəyini üzmüşdü. Amma digər erməni cəld tərpən-
mişdi:  Ayxanın  onun  silahını  tutması  ilə  dığanın  tətiyi 
çəkməsi eyni anda, bir göz qırpımında olmuşdu. İki nəfər 
susmuşdu... İki nəfərin isə gözləri bərəlmişdi. Amma biri-
nin gözləri qorxudan, o birinin gözləri isə intiqamdan... 
Erməni  əsgər  onun  üstünə  şığıyan  Ayxanı  vura  bil-
mişdi. Namərd güllə Ayxanın ürəyinin başından dəymiş-
di.  Amma  silahın  açılması  ilə  Ayxanın  avtomatı  tutması 
bir  olmuş,  silahı  əlindən  almağa  çalışan  erməni  sıxılmış 
barmaqları aça bilməmişdi.  
Məhəmməd  bir  əli  ilə  qorxudan  qışqıran  erməninin 
ağzını  tıxıb,  o  biri  əli  ilə  ona  dayanmadan  ağır  yumruq 
zərbələri  endirirdi.  O,  bağıra-bağıra  əlindəki  bıçağı  onun 
ürəyinə saplamaqla susdurdu. Bu ölüm, bəlkə də, düşmə-
nə edilən böyük yaxşılıq idi. Sinəsində oturduğu erməni-
dən  başqa  heç  kimi  görməyən  Məhəmmədə  elə  gəldi  ki, 
dostları  artıq  orda  yoxdur.  Çünki    kəşfiyyat  üçün  lazım 
olacaq ermənini nə onun əlindən alan vardı, nə də onu al-
qışlayan. Özünə gələndə isə gördüyü mənzərədən dəhşə-
tə gəldi: Ayxan aldığı güllə yarasından yerə sərilmişdi. El-
çin  isə  onun  başını  dizinin  üstünə  qoyub,  zülüm-zülüm 


89 
 
ağlayırdı. Qanlar içində çırpınmağa belə imkanı olmayan 
Ayxanı gözyaşları ilə yuyurdu. 
 Arslan  bütün  olmuşlara  baxmayaraq,  soyuqqanlılıq 
və  təmkinlə  yerindən  tərpənməmiş,  başlarını  itirmiş 
dostlarını digər baş verə biləcək təhlükələrdən qorumağa 
çalışırdı.  
Elçin əlini Ayxanın qanlı kitelinin üstündən ürəyinin 
başına  qoydu  düz  güllənin  dəydiyi  yerə  qoydu.  Ayxan 
heç  nə  deyə  bilməmişdi.  Mayası  Şuşa  torpağı  ilə  yoğrul-
muş  igid  el-obanı  görmədən  gözlərini  əbədi  yummuşdu. 
Damarında  qarabağlı  qanı  axan  bu  mərd  oğulun  Dağlıq 
Qarabağın  havası,  suyu,  təbiəti  ilə  zəngin  olan  qəlbi  bir-
dəfəlik dayanmışdı.  
Komandir gözyaşlarını qəlbinə axıtsa da, Məhəmməd 
sanki dəliyə dönmüşdü. Artıq gec idi, çox gec idi... Bura-
dan tez bir zamanda uzaqlaşmalı idilər. Balaca uşaq kimi 
başını dostlarının çiyninə qoyub ağlamaq istəyən koman-
dir  çox  soyuqqanlı  davranırdı.  Yadına  Laçının  işğalı  za-
manı  komandirini  xərəyə  qoyub  dağı-daşı  sürüməsi  dü-
şürdü.  Yazdığı  son  məktubu  anasına  çatdırmağı  xahiş 
edən Səməndərin qollarının üstündə can verməsini xatır-
layırdı.  
Müharibə iştirakçısı olması onu cəfa çəkməkdə dost-
larından fərqləndirirdi. İndi bir onu bilirdi ki, buradan nə 
qədər tez və ehtiyatla çıxsalar, bir o qədər yaxşı olar.  
Elçin  masxalatı  kənara  çəkib  Ayxanın  döş  cibindəki 
rəsmi çıxartdı. Həyat rəsmdəki qız kimi, Ayxanın da üzü-
nə gülmədi, güllə şəkildəki insanın düz alnından dəymiş-
di. Bu onun sevgilisinin rəsmi idi.  
Gözlərini  yumub  onun  cizgilərini  yadına  salmış,  iri, 
qara gözlü gözəli ondan uzaqda ikən çəkmişdi Ayxan bu 


90 
 
rəsmi. Həmişə onu xatırlamaq istəyəndə ilk gördüyü gün 
gözünün qarşısına gəlirdi. Düzdür, Ayxanla Turanənin az 
da olsa, maraqlı günləri olmuş,  təbəssümlü  çöhrəni, küs-
kün,  məlul  baxışları,  küləyin  tez-tez  dağıtdığı  uzun  qara 
saçları, nazlı ədaları az görməmişdi Ayxan. Amma həmi-
şə  onu  xatırlayanda  gözlərində  donub  qalmış  ilk  görüş, 
ilk baxış canlanırdı.   
 
*** 
Artıq  Arslan  da  dözə  bilməyib,  onların  yanına  gəl-
mişdi.  O,  vəziyyətin  get-gedə  gərginləşdiyini  hiss  edirdi. 
Hətta həmişə soyuqqanlılığı ilə əsgərlərini heyrətləndirən 
komandir  belə  əzgin,  peşman,  qürub  çağındakı  səmaya 
bənzəyirdi.  Arslan  komandirin  boynunu  qucaqlayaraq: 
“Başımız  sağ  olsun!”  –  dedi.  Komandirlə  birgə  Elçinə  tə-
rəf irəlilədi və baxışlarında Məhəmmədi də yaxın gəlmə-
yə çağıran ifadə var idi. Çünki Məhəmməd Ayxanın nur-
lu üzünə baxa bilmirdi. Elə bil, günahkar özü idi. Ona gö-
rə də yaxınlıqdakı ağaca söykənmişdi. 
Bu dörd ərin baş-başa verib, qolboyun olub bir-birilə-
rinə  başsağlığı  verməkdən  savayı  əllərindən  heç  nə  gəl-
mirdi,  heç  nə...  Bundan  sonra  başlarının  sağlığının  nəyə 
lazım  olacağını  düşünürdülər.  Güclü  əllər  bir-birinin  çi-
yinlərini sıxır, sanki “güclü olmalıyıq”, – deyirdi. Koman-
dir özündə güc tapıb dedi:  – İki qəbir qazmalıyıq. Ayxa-
nı və bu əsgərləri basdırıb getməliyik. Heç kim əlavə sual 
vermədi. Çünki bunun belə də olacağını çox yaxşı bilirdi-
lər.  İz  buraxmaq  olmazdı  axı.  Ona  görə  də  ermənilərin 
ikisi  üçün  bir  qəbir  qazdılar.  Elçinlə  Məhəmməd  qəbir 


91 
 
qazdıqları  zaman  komandirlə  Arslan  ətrafı  müşahidə 
edirdilər. Səssizlik idi.  
Erməniləri cəmdək kimi qazdıqları çalaya atan əsgər-
lər, Şuşa arzusu ilə alışıb yanan Ayxanı İslam dininin qay-
dalarına  uyğun  dəfn  etdilər.  Amma  komandirlə  Məhəm-
məd  imkan  tapıb  cənazə  namazı  qıla  bilmədilər.  Çünki 
hərbin qaydaları şəriət qaydalarını qəbul etmirdi.  
Sonra isə yerinin bilinməməsi üçün hər iki qəbrin üs-
tünə çürümüş yarpaqlardan tökdülər. Amma Məhəmməd 
qoşa  fıstıq  ağacını  yadında  saxlamaq  üçün  ətrafa  nəzər 
saldı.  Hətta  əlindəki  bıçaqla  ağacın  qəlbində  “A”  hərfini 
də  qazdı.  Elə  qazdı  ki,  bu  hərfi  Kəlbəcərin  azadlığından 
sonra bura gələcək məktəblilər belə görə biləcəkdilər. Bəl-
kə də, 20-30 il bu “A” hərfini qəlbində daşıyacaqdı bu fıs-
tıq ağacı. Amma heç kim, heç vaxt bu “A”-nin nə zaman, 
kim tərəfindən qazıldığını, hansı hadisənin yadigarı oldu-
ğunu bilməyəcəkdi. Bəlkə də, bu hərfə baxıb hansısa aşi-
qin öz sevgilisinin baş hərfini yazdığını düşünəcək, təbiəti 
incitdiyi  üçün  onu  yazanı  qınayacaqdı  da...  “Bəlkələr” 
sonsuz  olsa  da,  həqiqət  tək  idi  –  bu  məkanda  Qarabağ, 
Şuşa həsrətli bir qəhrəman yatır. “A”... 
 
10 
 
Hər gün bir cür bəzək vuraraq gözəlləşən Bakı şəhə-
ri...  Hər  kəsi  öz  əzəməti  ilə  heyran  edən  Dənizkənarı 
park...  Günorta  saatları  olmasına  baxmayaraq,  qayğılı, 
qayğısız bir çox insan... İnsanların kimliyindən xəbəri ol-
mayan  və  ya  onları  heç  maraqlandırmayan  dəniz  və  sa-
hil... Dənizlə sahilin qucaqlaşdığı yerdə, sahilin lap kəna-
rında üzü sahilə doğru durub, ləpələrin betonlara çırpıldı-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə