Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə28/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   24   25   26   27   28   29   30   31   ...   57

103 
 
düşüncələrin  içində  yenə  Dədə  Əfəndinin  sakit,  xırıltılı, 
ruh oxşayan səsini eşidirdi. 
 
 
Dədə Əfəndinin beşinci söhbəti 
 
Hind mifologiyasına görə, insanlığın inkişaf etmiş vəziyyə-
tinin ortaya çıxması ani bir soyuqlaşmanın dünyanı cəhənnəmə 
çevirməsindən təxminən 30 min il sonra baş vermişdi. İndi türk 
adlandırdığımız  Kurus  (Məhəmməd  peyğəmbər  də  özünün  qu-
reyşi – quruş tayfasından olduğunu deyirdi), ya da Beş Krista, 
Cənuba  doğru  qaçmaq  məcburiyyətində  qaldılar.  Bunlar  za-
man-zaman Orta Asiya və Hindistanın yerli sakinləri ilə birləş-
dilər. Ən sonda digər bölgələrə də yayıldılar.  
Nəticə olaraq,Yer üzündə yaşayan hər kəs öz nəslinin izlə-
rini ya birbaşa, ya da dolayısilə türklərə qədər apara bilir. 
...Türklər,  Xan-Tenqrinin  simvolu  olaraq,  dörd  qolu bəra-
bər  uzunluqda  xaç  seçdilər  və  buna  “aji”  adını  verdilər.  Qeyd 
etmək lazımdır ki, türk mədəniyyəti əvvəllər də xaçla tanış idi; 
əzik xaç cəhənnəmin və ya əski yeraltı allahların simvolu idi. 
Xaç, yəni iki xəttin kəsişməsi. Tanrının simvolunda heç bir 
kəsişmə yoxdur; burada başqa bir anlam vardır. Günəşin dairə-
viliyi təsvir edilmişdir ki, ondan dörd işıq  saçır.  Tanrı bu  cür 
təsvir edilirdi.  
Günəşin  insanları...  Daha  doğrusu,  eyni  mərkəzdən  gələn 
ilahi nemətlərin işıqları. Onlar, əbədi olaraq türk ruhani mədə-
niyyətinə işarədir. Sonsuz Mavi Göyə inanan bir millətdə başqa 
cür ola bilməzdi də.  
Bəzən Tanrının rəmzlərinə hilalı da əlavə edərdilər. Bu isə 
tamamilə başqa bir anlama gəlir, bu dünyanı və o dünyanı xa-


104 
 
tırlamağa xidmət edirdi. Türklər zamanı Ayın və Günəşin birli-
yi olaraq qəbul edirdi. 
...Tanrının  rəmzi  xaçdır.  Xristianlıqda  istifadə  edilən  xaç 
Tenqri  dinindən  törəmişdir.  Dünyadakı  gəlib  keçmiş  və  indiki 
bütün dinlərdə xaç hörmətli bir simvol olub və olmaqdadır. Xaç 
dünyaya finikiyalı xristianlar, ya da katoliklər tərəfindən daşın-
mışdır. Çünki həqiqətdə Türk olan xristianlar öz güclü dinləri-
nə türkcə Katyilka və sanskritcə Ketuloka deyirdilər. Hər iki ter-
min  də  insanlığın  dünyəvi  dini  anlamına  gəlirdi....  (Gene  de 
Matlok. “Ey dünya insanları,  hamınız türksünüz”) 
Oğul, bütün bunları bilirsən kim yazır? ABŞ əsilli Ge-
ne de Matlok. Özü də “Ey dünya insanları, hamınız türk-
sünüz” kitabında. Fikir verirsən siyasətə? Bir vaxtlar türk 
millətini dinlərə bölərək pərakəndə salan, onları özündən 
uzaqlaşdıran soysuzlar, indi gör nəyə əl atırlar? Vatikan-
dan gəlir hamısı. Dediklərinin əksəriyyətini bütün türko-
loqlar  ta  qədimlərdən  bilir,  amma  heç  vaxt  ya  dilə  gətir-
məyiblər, ya da gətirə bilməyiblər. Həmişə bu tarixi gizlə-
diblər. Çünki onlara sərf eləmirdi. İndi isə bir vaxtlar tür-
kün  fərqinə  varmadığı  inancına  sahiblənənlər  onu  yeni-
dən  türkə  təqdim  edirlər.  Oğul,  vərəsəmizdən  olan  Od-
Ərlər  Saf  Ağ  elminə  yiyələndiklərinə  görə  onlar  üçün  ən 
düzgün  inanc  yaratmaq  və  inkişaf  etdirmək  heç  zaman 
problem olmayıb. Xristianlığı yenidən türklərə təqdim et-
məkdə  məqsəd  –  bir  qisminin  yalançı  millətçilik  ruhun-
dan  istifadə  edib,  təkrar  qarşıdurmaya  apararaq  onları 
parçalamaqdır.  Türkün  İslama  yenidən  sahibləndiyi  bir 
dövrdə ona bu oyunu yenidən oynamaqda məqsəd oyan-
maqda olan türkçülük rüşeymini məhv etməkdir. 
Bu  yazılmış  tarixi  həqiqətlər  açılmayan,  oxunmayan, 
araşdırılmayan,  bəlkə  də,  araşdırılan,  amma  dünyaya 


105 
 
təqdim  edilməyən  Şumer  –  OdƏr  mədəniyyətindən  qay-
naqlanır.  Şumer  sivilizasiyasını  öz  məqsədləri  naminə 
araşdırmaq  üçün  güclü  xristian  dövlətlərinin  ideoloqları, 
liderləri o ərazilərə məqsədyönlü ekspedisiya göndərərək 
tədqiqatı türk adından türk mədəniyyətindən kənar apar-
mağı tapşırmışlar. Onlar bizim tariximizi bizdən yaxşı bi-
lirlər, oğul. İlk tədqiqat zamanlarında bu istək və tələblər 
qismən yerinə yetirilmiş olsa da, dərinliklərə endikcə türk 
mədəniyyətinin, incəsənətinin izləri daha qabarıq üzə çıx-
dığından  çaşqınlıqlar  hökm  sürməyə  başlamışdır.  Oğul, 
hansı alimsə öz araşdırmasında bu inkaredilməz faktı tək-
zib  edib  gizlədə  və  ya  dəyişdirə  bilməyibsə  onun  karye-
rası bitmiş olurdu. Hansısa elm adamı özündə cəsarət ta-
pıb daha uzağa gedərək bu ərazilərin ilk sakinləri türklə-
rin  olduğunu,  mədəniyyətin  isə  türk  sivilizasiyasına  aid 
olduğunu  söyləmişsə  onun  taleyinə  müəmmalı  ölümlə 
son qoymuşdur.  
Hər şeyi sələflərimizin bizə qoyub getdiyi o üç kitab-
dan öyrənib biləcəyik.  
Gör köpəyoğlu sonra nə deyir: 
....Türklər  və  hindular  bütün  dinləri  insanlığa  miras  bu-
raxdılar, ancaq onlar sadəcə bir yerdə oturub Tanrıya tapınma 
qaydaları icad etmədilər.  
Stalinin əli ilə bunları bilən və dünyaya yaymaq istə-
yən bütün  düşünən başlar kəsildi,  oğul. Bax görürsənmi, 
tarixin izinə düşmək və onu öyrənmək nə qədər çətin pro-
sesdir.  O  əsilsizlər,  Tanrı  evindən  qovulmuşlar,  lənətlən-
mişlər  min  illərin  layihəsini  yazıb  onlarla  işləyirlər.  Os-
manlı  hakimiyyətə  gələndə  artıq  dünya  bundan  qorxuya 
düşdü. Bildin nə etdilər? 15-ci əsrdən sonra Osmanlı sara-
yını analar idarə etdi. Ana xaqanlığın bir növü idi bu. Gen 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə