Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə29/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   25   26   27   28   29   30   31   32   ...   57

106 
 
dəyişikliyi  yaratdılar.  Saraya  və  onun  siyasətinə  hakim 
kəsilənlər dönmələr oldu. Rus, yəhudi, Ukrayna və digər 
qarışıq qanlı qadınlar lənətlənmişlərə xidmət etdilər.  
Piri Rəisin xəritəsi haqqında eşitməmiş olmazsan? Bu 
gün də dünya heyrət içindədir ki, orta əsrlərdə bu cür xə-
ritə  necə  yarana  bilib?  Antraktidadan,  Qrenlandiyadan, 
bir sözlə Tufandan qabaqkı dünya xəritəsini türklərin ne-
cə əldə etdiklərini hələ də dərk edə bilmirlər. Dünya səya-
hətinin  baş  vermədiyi  bir  dövrdə,  dünyanın  Antraktida-
dan  hələ  18-19  əsrdə  xəbər  tutduğu  bir  dövrdə  Osmanlı 
imperiyasının əlində dünya xəritəsi var idi. Bunu uzun il-
lər heç açıb-ağartmadılar.  
Muğanna deyəndə “insan SafAğ elmi sayəsində maa-
riflənməli,  saflaşmalı,  hər  cəhətdən  ucalıb  OdƏr  bəşəriy-
yətinə – əbədi həyat planetinə gizlin gəlib gedən İşıq gə-
milərinin  düşdükləri  guşələrə  buraxılası  halda  olmalıdır. 
Əks halda fəlakət baş verəcək”, – çoxu inanmadı. Hamısı 
Vatikanın və çinlilərin əli ilə gizlədilən tarixlərdir, oğul. 
 
12 
 
Komandir  Xankəndi  yolunu  bir  dəfə  keçmələri  üçün 
Hayad kəndini keçib Xaçın çayından birbaşa Kolatağ kən-
di yaxınlığındakı Ənkişan dağına getmələrini düşünürdü. 
Amma  meşə  yolu  ilə  getmək  üçün  Xankəndi  yolunu  iki 
dəfə  kəsib  keçmələrinə  məcbur  idilər.  Meşənin  içindən 
keçən bu yolda erməniyə rast gələ bilərdilər. Bu qaçılmaz 
idi. Yola yaxınlaşanda komandir gecəgörmə cihazını çıxa-
rıb ətrafı müşahidə etdi. Əyri-üyrü yolları tam görmək ol-
murdu.  Sıx  meşə  yola  xüsusi  bir  gözəllik  versə  də,  ko-
mandir dodaqaltı “lənətə gəlmiş!” deyə mızıldandı.  


107 
 
Sonra Arslan və Elçinə ehtiyatlı şəkildə yolu keçmələ-
rini tapşırdı. Yolun təqribən 10-15 metrliyindəki yamacda 
ağacların  arxasında  gizlənmişdilər.  Komandirlə  Məhəm-
məd  ətrafı  qorumalı,  Arslangil  yolu  keçib  sonra  da  ko-
mandirlə  Məhəmmədi  müşayiət  etməli  idilər.  Hava  qa-
ranlıq  olduğundan  hələlik  təhlükə  az  idi.  İki  snayperdən 
biri  komandirdə,  o  biri  isə  Arslanda  idi.  Elçin  “AKMS”-i 
sinəsinin üstünə qoyaraq sanki hazır olduğunu bildirdi.  
Xankəndi yolunun asfalt örtüyü yeni idi. Hətta yolun 
üstündəki xətlər belə aydın və səliqəli idi.  Görünür, Qa-
rabağın işğalından sonra bu yolu ermənilər təmir etmişdi-
lər. Bu magistral yolla Dərələyəz yaxınlığındakı dairədən 
sola  getdikdə  Xocalıya,  düz  getdikdə  isə  Xankəndinə  ge-
dirdi. Yolu qaçaraq keçən Elçin bura arxasınca böyük bir 
ordu  gələn  tankın  üstündə  oturub  üçrəngli,  ay-ulduzlu 
bayrağı səmaya qaldıraraq qələbə nidaları ilə keçmələrini 
gözlərinin önündə canlandırdı. 
Məhəmməd yolu tam diqqəti ilə nəzarətdə  saxlamış-
dı.  Elçingil  düz  yolun  ortasına  çatanda  meşənin  içindəki 
kəsmə yoldan güclü bir işıq onların üzərinə düşdü. İşıq o 
qədər  güclü  idi  ki,  nə  Arslan,  nə  də  Elçin  qaçıb  aradan 
çıxmağa macal tapmadılar. Bu dəm hərbi maşın da saxla-
dı. Maşın duran kimi maşının arxasından 10-a yaxın əli si-
lahlı əsgər yerə düşərək silahlarını onlara tuşladılar. Artıq 
hər şey bitmişdi. Edəcək heç nə yox idi. Sadəcə, bir  vari-
ant  var  idi:  döyüşmək.  Məhəmməd  vəziyyətin  çıxılmaz 
olduğunu  görüb  cəld  ayağa  qalxdı.  Komandirin  əmrini 
gözləmədən “uzanın” deyib avtomatın tətiyini sıxdı. “Al-
lahu  əkbər”  deyərək  maşına  doğru  hücuma  keçdi.  Ayın 
işığında  gözləri  yalnız  düşməni  görən  Məhəmməd  artıq 
işi  bitirmişdi.  Məhəmmədin  tələsdiyini  görən  komandir 


108 
 
də  ona  qoşulmuş,  heç  nə  demədən  hücuma  keçmişdilər. 
Arslanla, Elçin də aldıqları əmrə görə yerə  uzanmışdılar. 
Məhəmməd maşının arxasına girən ermənini dalınca nərə 
çəkib qaçmaq istəyirdi ki, komandirin barmağını böyrün-
də hiss etdi.  
− Nə olub sənə? Niyə belə həyəcanlısan? 
Məhəmməd bir az təlaş içində: − Niyə həyəcanlı olum 
ki?  Hər  şey  qaydasındadır.  Komandir  buna  baxmayaraq 
əlini onun alnına apardı. Soyuq bir tər vardı gərginlikdən 
dartılmış alnında. Komandir qolunun dalı ilə onun alnını 
silib: − Uşaqlar mövqe tutublar, −  getdik.  
Məhəmməd xəyalında canlandırdığı səhnənin təsirin-
dən  hələ  də  çıxmamışdı.  Amma  buna  baxmayaraq  yolu 
təhlükəsiz keçdilər. 
 Beləcə,  kəşfiyyatçılıq  məharətləri  ilə  heç  bir  maneə 
olmadan yola davam etdilər. 
Saat təxminən dörd olardı. Səhərin sərin mehi onları 
azacıq üşüdürdü. Təbiət yatmışdı. Sadəcə, arabir  cəh-cəh 
vuran  quşların  səsi  gəlirdi.  Növbəti  hədəf  Xaçın  çayını 
keçmək idi. Bu dəfə isə komandir tək-tək getməli olduqla-
rını söylədi. Lakin Məhəmməd buna razı olmadı. O, fikri-
ni  onunla  əsaslandırdı  ki,  hər  hansı  bir  təhlükə  olarsa, 
mütləq  döyüşməlidirlər.  Buna  görə  də  tək  getməyin  təh-
lükəli olduğunu bildirdi. 
–  Hamımız  bir  yerdə  ələ  keçsək,  nə  olacaq,  Məhəm-
məd?  –  deyərək,  komandir  sanki  balaca  uşağa  müraciət 
edərcəsinə xitab etdi. 
–  Ya  tək  gedən  şəxs  tərk-silah  edilərsə,  onda  necə? 
Mən  bundan  sonra  kiminsə  itirilməsinə  dözə  bilmərəm. 
Gəlin  birlikdə  keçək,  qabağımıza  çıxan  hər  bir  dığanı  da 
gəbərdək. Onsuz da səbrim tarıma çəkilib.  


109 
 
–  Hüseynov,  axı  bizim  missiyamız  var.  Axı  biz  fəth 
edilməz qalamıza – Şuşamıza çatmalıyıq.  Bir neçə anlığı-
na olsa da, onun gözünü yollardan yığışdırmalıyıq deyə-
rək komandir astaca dilləndi. 
 
Məhəmməd bu dəfə susdu. Gözləri yol çəkdi. Əli-
ni  büküb  sinəsindəki  üçrəngli  bayrağın  üstünə  qoydu.  – 
Bilirsən, nədən qorxuram, – deyə üzünü komandirə çevir-
di. Qartal baxışlar birdən-birə anasını itirmiş maralın mə-
sum,  yazıq  baxışlarına  çevrildi.  Qara  gözləri  yaş  tutmuş-
du,  amma  ağlamaq  istəmirdi.  Qəhər  dolu  səslə:  –  “Mən 
qan  içində  torpaqlarımızın  azad  olunmasını  görərək  bu 
bayrağa bürünmək istəyirəm. Qoy mənim qanım bu bay-
rağı tamam al rəngə bələsin. Ən böyük arzum budur. Bir 
də,  qisas  almadan  ölmək  bir  daha  öldürər  məni.  Gəl  sən 
mənə icazə ver, sizdən ayrılım, ermənilərin Xocalıda yeni 
inşa  etdikləri  o  aeroportu  yerlə-yeksan  edim,  komandir. 
Heç olmasa arzum gözümdə qalmasın.  
Komandir Məhəmmədin Ayxandan sonra çox kövrək 
və əsəbi olduğunu  hiss edirdi. Təcrübəsi az olan bu gən-
cin, ölümün gözünə dik baxa biləcək bu igidin səmimi ol-
duğuna da adı qədər əmin idi. – Səbirli ol! Hər şeyin bir 
zamanı var. Onun da vaxtı gələcək.Torpaqları azad edən-
dən sonra səni özüm Bakıdan Xocalıya istirahətə göndərə-
cəyəm.  Sən  səbirli  və  soyuqqanlı  ol!  O  gün  mütləq  gələ-
cək, mütləq! Görərsən!... 
Məhəmməd,  sanki  dilə  tutulan  balaca  bir  uşaq  kimi 
sakitləşdi.  Əslində  çarəsi  yox  idi.  Bundan  istifadə  edən 
komandir:  –  Birinci  Alıyev  gedir,  –  dedi.  Gördüyün  əkin 
sahələrini  iri  addımlarla  keçib  meşəyə  girirsən.  Sən  bizi 
görəcəksən ordan. Bir-bir ardınca gələcəyik. Qabağına çı-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə