Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə3/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   2   3   4   5   6   7   8   9   ...   57

11 
 
dı.  Amma  anladığını  hələ  ki,  büruzə  verə  bilməzdi.  İşin 
axırı onun üçün maraqlı idi. Ona görə də üzünü nalyığa-
na tutub dedi: 
– Oğul, dərdin nədirsə açıq de, mən sənə hər cür kö-
mək  edərəm.  Niyə  məhz  bu  nalı  soruşursan?  Bunu  düz 
desən, sənə kömək edərəm.  
–  Dayı,  bəlkə,  bunun  niyəsini  soruşmayasan,  amma 
mənə kömək etsən, elə bil, xalqa kömək edirsən. Axı sən 
bu el-obanın ağsaqqalı sayılırsan. 
Qoca  yenə  həmin  zərbi-məsəli  özünəməxsus  tərzdə 
pıçıldadı.  Amma  bu  dəfə  üç  misranı  qəlbində,  “bir  igid 
bir  eli  qurtarar”  misrasını  isə  ucadan  dedi.  Sonra  da  bu 
nalı  yalnız  Lahıcdakı  Ata  kişinin  düzəltdiyini  bildirdi. 
Onun  nalları  da  möhkəm  olur,  mıxları  da.  Ona  görə  də 
onun  yanına  daha  çox  seçilmiş  adamlar  gəlir.  Seçilmişlər 
pullular  deyil  ha,  bala,  doğrudan  da  seçilmiş  hesab  edil-
məsə, Ata kişi onun atına bu naldan vurmaz. Onun yanı-
na get, bəlkə, sənə kömək etdi. Nalyığan maşınını işə sal-
maq  istəyəndə  nalbənd  qoymadı.  Dedi    ki,  Lahıcın  yolu 
çox pisdir, həm də maşın yolu uzun olar. Əgər at minə bi-
lirsənsə, mən öz Qarabağ atımı verim, onunla get. Nalyı-
ğan nalbəndin bu mərdanə hərəkətinin səbəbini tam anla-
masa da, el-obasında belə qeyrətli kişilərin hələ də qalma-
sına  sevindi.  Dünyanın  şər  xislətli  insanların  əlində  ol-
masına baxmayaraq, yaxşı adamlar hələ də vardı. Ağsaq-
qal,  sözünün,  əməlinin  yerini  bilən  kişilər  haqqında  xal-
qın işlətdiyi “Köhnə kişilərdəndir” ifadəsi, elə bil, Dəmir-
çi-oğlunun  boyuna  biçilmişdi.  Tanımadığı  bir  adama  öz 
atını təklif etmək, özü də az tapılan cinsdən olan Qarabağ 
atını vermək hər kişinin işi deyildi.  


12 
 
Bu  düşüncələrdən  onu  ayıran  nalbəndin  bir  qəşəng 
atı gətirməsi oldu: –  Oğul, Qarabağ atları dağlıq ərazilər-
də daha mükəmməl olurlar. Bu atların çaparaq yerişi var. 
Yorğa və çevik olurlar.  
Nalyığan  atı  gördükdə  türk  ruhu  sanki  cövlan  etdi, 
hündür,  çevik,  addımları  səlis,  bədən  quruluşu  möhkəm 
olan  bu  atın  belində  yalmanına  yata-yata  Orta  Asiyanın 
yovşanlı çöllərindən, Cıdır düzünə, Cıdır düzündən Ana-
dolu çöllərinə qədər çapmaq, sonra da Krıma çapıb Avro-
paya  tərəf  şahə  qalxaraq  qarşısındakıların  qorxudan  bə-
rəlmiş  gözlərini  görmək  arzusu  ürəyindən  keçdi.  Atın 
yaxşı inkişaf etmiş alın və burun sümükləri, qabarıq göz-
ləri,  gödək  və  hündür  duruşlu  sürahi  boynu  nalyığanı 
sehrləmişdi. Qarabağ cinsli atlara xarakterik olan orta bo-
ya, yorğa duruşa, balaca başa, düz belə, enli döşə və göv-
dəyə,  quru  ayaqlara  məxsus  olan  bu atın  sarı-qızılı  rəngi 
göz  qamaşdırırdı.  Çox  qeyri-adi  bir  rəng  idi...  Deyilənə 
görə,  kürən,  qızılı  kəhər,  qızılı-qonur  rəngli  atlar  bu  rən-
gin  törəməsi  idi.  Nalyığan  özünü  nağıllar  aləmində  hiss 
etdi... Uca dağların, sərin bulaqların, geniş səmanın altın-
da  və  bu  atın  qarşısında  ovsunlanmışdı.  Özünü  saxlaya 
bilmədi, öz atı ilə haqlı olaraq qürur duyan Dəmirçioğlu-
na tərəf getdi. Qeyri-iradi olaraq yumşaq, parıltılı, ipək ki-
mi  nazik  dərisinə  əlini  sürtdü.  Atın  dərisi  əlinin  altında 
günəş şüası kimi sürüşdü. 
– Oğul, bu at Qarabağ atlarının qədim nəsli olan  “Əl-
yetməz” – “Ceyran” ayğırlarındandır.  
Nalyığan  Dəmirçioğluna  qulaq  asmırdı,  elə  bil,  ac-
gözlüklə tünd-şabalıdı rəngdə olan yalını və quyruğunun 
tüklərinin ucunu süzürdü. 


13 
 
–  Adı  “Şah”dır.  Mənim  əlimdən  yüyəni  alsan,  ta  ki, 
mənə təqdim edənəcən at sənin ən sadiq dostundur. Lahı-
ca gedən kimi nalbənd Ata kişini soruş, hamı tanıyır, yeri-
ni deyərlər,  – dedi. Uzun danışmağı sevməyən qoca nal-
bənd gözləri ilə onu yola saldı, əlləri ilə çörək ağacını gö-
türdü, dili ilə də “Bir mıx bir nalı, bir nal bir atı, bir at bir 
igidi,  bir  igid  bir  eli  qurtarar”  şeirini  yeni,  özünəməxsus 
tərzdə mahnı kimi zümzümə etdi. 
 
*** 
Nalyığan Lahıca çatan kimi, Ata kişini soruşub onun 
yanına getdi. Salam verdi. Nalı göstərib ona bu naldan la-
zım olduğunu dedikdə  Ata kişi nalı ondan aldı və ikiqat 
əyilərək balaca taxta qapıdan içəri keçdi. Ata kişi o qədər 
cüssəli  kişi  idi  ki,  sanki  nalları  kimi  o  da  seçilmişlərdən 
idi. Bir azdan həmin balaca qapıdan iki ortayaşlı kişi çıxdı 
və nalyığanı içəri dəvət etdi. Zil qaranlıq olan bu otaqdan 
başqa bir otağa apardılar. Nalyığan içəri keçən kimi qapı 
bağlandı və tamamilə qaranlıq oldu. Bir-iki dəfə “Ata ki-
şi” – deyə səsləsə də, cavab gəlmədi. 
Sakitcə  nə  baş  verəcəyini  gözləyən  nalyığan  geriyə 
çəkilib  arxasını  söykəyəcək  bir  divar  tapdı  və  orada  da-
yandı.  Nalbəndin  onu  tanıdığını  və  tələyə  saldığını  dü-
şündü. Hətta ona tapşırılan bu işi tam olaraq yerinə yetirə 
bilmədiyi üçün özünü qınadı. Bu dəm Ata kişinin qalın və 
amiranə  səsi  eşidildi:  –  Sakitcə  axşamı  gözlə,  hər  şey  ax-
şam aydın olacaq, bir də əmin ol ki, bir at bir igidi qurta-
rar, – deyib boylandığı kiçik bacanı bağladı.  
Nalyığan sakitcə oturdu və gözlədi. Birdən göz-gözü 
görməyən  bu  qaranlıq  otağın  düz  ortasında  səs  eşidildi, 
ardınca  alovlanan  məşəlin  dilimləri  rəqs  etməyə  başladı. 


14 
 
Əlində məşəl tutmuş bir nəfər gəlib onu çıxdığı pilləkənlə 
aşağıya  dəvət  etdi.  Əvvəlcə  Nalyığan  cəld  bu  əli  məşəlli 
adamı  zərərsizləşdirməyi  düşünsə  də,  harda  olduğunu, 
hara aparıldığını aydınlaşdırmaq istəyirdi.  
Onu  digər  bir  otağa  saldı  və  qapını  bağladı.  Otağın 
ortasında  bir  od  yanırdı.  Qədim  məbədləri  xatırladan  bu 
atəşgahın işıqlanmış divarları ona rahatlıq verdi, sanki ru-
hunun  dincəldiyini  hiss  etdi.  Otağın  ortası  gümbəz  for-
masında  idi,  kənarlarında  isə  yaxşı  görünməsə  də,  uldu-
zun  bir  guşəsini  xatırladan  kiçik  eyvanı  sezmək  olurdu. 
Nalyığan alovlanan məşələ doğru getdi. Onun qarşısında 
durub alovun ətrafına dolanaraq otağı seyr etdi.  
Bu dəm həmin eyvanlardan biri açıldı və əlində mə-
şəl  olan  üzü  örtülü  bir  nəfər  içəri  girdi.  Əlindəki  məşəli 
qarşısında  yerə  taxıb,  odla  üz-üzə  oturdu.  Onun  geyimi-
nin  rəngini  tam  aydın  etmək  mümkün  deyildi.  Alovun 
işığı  elə  düşürdü  ki,  bu  rəng  qırmızıya  da  çalırdı,  sarıya 
da.  Amma  hər  iki  rəngdən  ibarət  olan  qızılı  rəngə  daha 
çox yaxın idi. 
Ağır  qapı  yenə  açıldı.  Bu  qapı  guşənin  bir  tərəfinə 
düşürdü. Qapıdan içəri bir nəfər də girdi. Əlindəki məşəl 
onun  simasını  işıqlandırdı,  amma  niqabla  örtülmüş  üzü 
görünmürdü.  Və  o  da  eyni  ağır hərəkətləri  təkrarlayaraq 
əvvəlki  məşəlli  adamla  üz-üzə  oturdu.  Bu  cür  məkanları 
və hadisələri filmlərdə görən Nalyığan təəccübünü gizlə-
də bilmir, baş verənləri anlamaq istəyirdi. Üçüncü bir nə-
fər də gəldi. O da əlində məşəl tutmuşdu. Və onun sahib 
olduğu guşə ikinci ilə hardasa yan-yana idi. Bu üç nəfərin  
oturduğu  nöqtələri  birləşdirsəydik,  ixtiyari  bir  üçbucağa 
bənzəyərdi. Bu şəxs də yerində əvvəlkilər kimi oturub ra-
hatlandıqdan  sonra  dördüncü  qapı  açıldı  və  o  da  eyni 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə