Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə30/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   26   27   28   29   30   31   32   33   ...   57

110 
 
xacaq kimsə ilə söhbət etmə. Ola bilər, təsadüfən təsərrü-
fatla məşğul  olan kəndlilərdən kimsə qabağına çıxsın.  
 
Elçin yeridikcə səs salmaması üçün sarıdığı silahı-
nı masxalatın altına qoydu. Səsboğucusu hazır vəziyyətdə 
olan  tapançasını  bir  daha  yoxlayıb  yola  düzəldi.  “Sizi  o 
tərəfdə gözləyirəm” cümləsini elə inandırıcı dedi ki, baş-
qa  cür  olacağı  adamın  ağlına  belə  gəlmədi.  Məhəmməd 
isə  çox  narahat  idi.  Elçinin  boynunu  qucaqladı.  O  da  öz 
növbəsində qarşılıq verib digər dostları ilə vidalaşdı. 
Hər üçü çayqırağı münbit torpaqda əkilmiş sarı sün-
büllərin  arası  ilə  gedən  Elçini  izləyirdi.  Elçin  elə  gedirdi 
ki, sanki, ətrafda düşmən yox idi. Heç nədən çəkinmədən, 
özünə  güvənərək  addımlayırdı.  Arxasındakı  çantanın 
ağırlığı da onu narahat etmirdi. Amma bu cür yaraqlı və-
ziyyətdə açıqda gəzmək çox təhlükəli idi. 
Komandirlə  Arslan  snayperlə  onu  izləyirdi.  Arslan 
bir anlıq onu gözündən itirdi. Elə bu an əlləri əsdi. Gözü-
nü  snayperin  şüşəsindən  çəkdi.  Onu  soyuq  tər  basmışdı. 
Lakin komandirin təmkinini pozmadığını gördükdə yeni-
dən gözünü şüşəyə yaxınlaşdırdı. Hər şey qaydasında idi. 
Artıq  o,  çayı  keçmiş,  bostanın  qırağı  ilə  irəliləyirdi.  Elçin 
meşəyə  girən  kimi  Arslan  yerindən  tərpəndi.  Havanın 
işıqlanmasına  az  qalırdı.  Ona  görə  də  əsas  yükləri  öndə 
gedənlər aparmalı idi. O da snayperi və qumbaraatanı gö-
türüb həmin yolu keçdi. Komandir Məhəmmədə baxaraq 
növbənin onun olduğunu işarə etdi.  
– Komandir, bəlkə, ... 
Komandir “cəld ol”, – dedi. Bu bir əmr idi. Dinməzcə 
yola düzəldi və çayı keçdi.  
Komandir artıq rahat nəfəs alırdı. Onun özü üçün ya-
ranacaq  ölüm  belə  OdƏrləri  yolundan  döndərə  bilməyə-


111 
 
cəkdi. Arslan komandir vəzifəsini şərəflə yerinə yetirə bi-
ləcək bir əsgər idi. Əsgərlər də onun bu istedadına, cəsa-
rətinə  bələd  idilər.  Buna  görə  də,  ona  tabe  olmaqda  heç 
bir  çətinlik  çəkməyəcəkdilər.  O,  sağa-sola  baxıb  hərəkətə 
başladı. Artıq günəşin şuaları meşənin arxasından göz qa-
maşdırırdı. Hələ ki, kimsə gözə dəymirdi. Bunun üçün də 
tələsmək lazım idi. O, qurumaqda olan çayı bir neçə addı-
ma keçdi. Çayın o biri sahilindəki bostanın içi ilə yeriyir-
di. Ayağının altında qalan qarpız tağları xırçaxırçla əzilib 
qırılırdı.  Bunu  bilsə  belə,  yoluna  davam  etməyə  məcbur 
idi. Bu dəm bir səs eşitdi “ey”. O dayanmadı. Addımlarını 
bir az da sürətləndirdi. Arxadan gələn səs ona ünvanlan-
mışdı. Komandir erməni dilini mükəmməl bildiyindən bir 
az rahat idi. Elə ona görə də özü arxaya qalmışdı.  Təsər-
rüfatla məşğul olan ermənilərin səhər-səhər iş başına gəl-
mə ehtimalı çox idi. O, arxaya döndü. Bu, 45-50 yaşların-
da olan bir kişi idi. Çayın kənarı ilə gəldiyindən komandir 
əvvəlcədən  onu  görməmişdi.  Atı  düz  onun  yanına  sürən 
erməni bostanın içi ilə getdiyini irad tutdu. Komandir ona 
erməni dilində tapşırıq aldığını və bunun üçün də tələsdi-
yini dedi.  
Aralarında  kiçik  bir  mübahisə  də  düşdü.  Komandir 
ondan üzr istəsə də, kəndli əl çəkmirdi: – Mən sizin hərbi 
hissəyə gələcəyəm və səndən şikayət edəcəyəm, – deyirdi. 
Kəndlinin gözü komandirin ayağı altındakı qarpız tağına 
sataşdı.  Onu  götürüb  elə  qışqırdı  ki,  komandir  az  qaldı, 
bu  dəqiqə  onun  boynunu  sındırsın.  Ürəyindən  onu  itin 
balası kimi döymək, sonra da xirtdəyindən tutub boğmaq 
keçirdi, amma səbir elədi. Birtəhər ermənini sakitləşdirən-
dən  sonra  bostanın  kənarına  çıxıb  yoluna  davam  edir. 
Kəndli isə arxadan onu söyməkdə davam edirdi. Koman-


112 
 
dir  sevindi  ki,  kəndli  ondan  şübhələnmədi.  Beləcə  Xaçın 
çayı da arxada qaldı.  
Məhəmməd  komandiri  görən  kimi,  ermənini  öldür-
mədiyi  üçün  ona  tərs-tərs  baxdı.    Komandir  bunu  duysa 
da, vaxt itirməmək üçün onun bu reaksiyasına əhəmiyyət 
vermədi. 
Artıq səhər açılmışdı. Bu hündür dağların bəzi yerləri 
çılpaq  qayalar  olsa  da,  OdƏrlər  yolun  uzanmasına  bax-
mayaraq,  ağacların  arası  ilə  yeriyirdilər.  Neçə  gün  idi  ki, 
yalnız meyvə yediklərindən gücləri zəifləmişdi. Daha ko-
lorili yeməyə ehtiyacları vardı. Buna görə də artıq gözləri 
ov  axtarırdı.  Silah  işlətməməyə  üstünlük  verən  ərlər  dağ 
keçisimi, dovşanmı, kəklikmi – bir sözlə, nəsə axtarırdılar. 
Amma bunu kimsə dilə gətirmirdi. Götürdükləri azuqələ-
ri artıq qurtarmışdı. İndi onlar yalnız təbiətə güvənirdilər. 
Beləcə,  onlar  ağır  düşüncələrin  içində  Ənikşan  dağının 
lap  zirvəsinə  çatdılar.  Gündüz  burada  gözləmək 
məcburiyyətində idilər. Elçin uzaqdan meşənin ortasında 
dikəlmiş qaya parçasını gördükdə: – Uşaqlar, bura qədim 
Qaçax  qalası  olub,  –  dedi.  Və  özündən  asılı  olmayaraq, 
addımlarını bir az da sürətləndirdi. Sanki ona bir güc gəl-
mişdi.  Ora  çıxmaq,  dəniz  səviyyəsindən  3000  metr  hün-
dürlükdə olan bu qayanın üstündən təbiəti seyr etmək eş-
qi  onu  çılğınlaşdırırdı.  Hətta  bu  an  fotoapartını  unutdu-
ğu üçün özünü məzəmmət də etdi.  
Onlar  qalanın  düz  altında  özlərinə  sığınacaq  düzəlt-
dilər.  Günəşin  şüaları  altında  gözlərinin  acısını  almağın 
vaxtı  idi.  Seçdikləri  mövqe  elə  idi  ki,  rahatca  hər  tərəfi 
müşahidə  edə,  axşama  qədər  yaxşıca  dincələ  bilərdilər. 
Belə  də  etdilər.  Arslan  komandirə  postda  ilk  olaraq  özü-
nün duracağını dedi. Bu, komandirin də ürəyincə olmuş-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə