Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə31/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   27   28   29   30   31   32   33   34   ...   57

113 
 
du, çünki həm yorulmuş, həm də indiyə qədər rastlaşma-
dığı bir sancı onu çox narahat edirdi. Üç-dörd saat olar ki, 
başlayan bu ağrı artıq şiddətlənirdi. 
Üç  igid  yenə  çiyin-çiyinə  söykənib  kollardan  düzəl-
dilmiş  sığınacağın  içində  dincəlməyə  başladılar.  Arslan 
isə  bu  yüksəklikdən  Xankəndini,  qədim  Xındırıstan  kən-
dini, Dəli Qoşqarı müşahidə edirdi. 
 
13 
 
 –  Morfi  verin,  morfi!...  İkiqat  bükülmüş  dağ  boyda 
komandir  sanki  başı  əzilmiş  ilan  kimi  qıvrılırdı.  O,  artıq 
dözə  bilmirdi.  Səhər  saatlarından  başlayan  ağrı  getdikcə 
şiddətlənirdi.  Havanın  qaralmasına  baxmayaraq,  hələ  də 
OdƏrlər  səhər  məskunlaşdıqları  yerdə  –  Qaçax  qalasının 
yanında idilər. Buna səbəb komandirin qəfildən qarın na-
hiyəsindən başlayan  ağrının şiddətlənməsi olmuşdu. Ax-
şama  yaxın  ağrıların  keçəcəyinə  ümid  etsələr  də,    sanki 
hər  şey  tərsinə  olmuşdu.  Komandirin  hərarəti  də  artmış-
dı. O tir-tir əsir, qışqırmaqdan özünü zorla saxlayırdı.  Ar-
tıq ağrıkəsicilər də təsir etmirdi. Dava-dərmanın xeyri ol-
madığını  görən  Arslan  ona  ağrını  sakitləşdirmək  üçün  
morfi  vurmuşdu.  Bir  neçə  saat  sakitcə  yatan  komandir 
oyanmış,  yenidən  ağrılarla  mübarizəyə  başlamışdı.  Ars-
lan  artıq  komandirin  kor  bağırsaqdan  əziyyət  çəkdiyini 
dəqiqləşdirmişdi.  Onun  qorxusu  bağırsağın  partlaması 
idi.  Əgər  belə  olardısa,  bu,  ölümə  səbəb  ola  bilərdi.  Hə-
kim  müdaxiləsinə  dərhal  ehtiyac  duyulurdu.  Komandir-
dəki  hərarətin  artması,  ürək  bulanması,  hərdən  sayıqla-
maları, ağrının kürəyinə kimi vurması Arslanın qorxusu-
nu artırırdı. Komandir Arslanın əlini elə sıxmışdı ki, sanki 


114 
 
var gücü ilə ondan yardım istəyirdi. Amma onun əlindən 
heç nə gəlmirdi. İnsanın yanında acı çəkən kimsə olursa, 
onu  sevənlər,  bəlkə  də,  ondan  artıq  acı  çəkir.  Amma  bu 
acı fərqli olur, əlbəttə. Komandir pıçıltı ilə Arslana yalva-
rırdı:  – Arslan, morfini vur!... vur Arslan!... Əgər onu ba-
carmırsansa,  tapançanı  beynimə  sıx,  bu  bir  əmr...  dir... 
Arslan.  Komandir  şokda  idi.  Arslan  dözə  bilmədi.  Ko-
mandiri  itirə  bilməzdi.  Az  hallarda  gözündən  yaş  çıxan 
Arslan  indi  gözyaşlarını  saxlaya  bilmədi.  Belə  bir  vəziy-
yətdə ona necə kömək edəcəyini bilmirdi. Amma bir onu 
bilirdi  ki,  komandirin  yaşamasına  böyük  ehtiyacı  var.  O, 
əlləri  əsə-əsə  morfini  komandirin  gərilmiş  damarından 
vurdu.  Bir  neçə  saniyədən  sonra  komandirin  gərginliyi 
azaldı, gözləri süzüldü, o, təşəkkür dolu baxışlarla Arsla-
na  baxdı.  Bilirdi  ki,  bu  vəziyyət  morfi  ilə  düzələn  deyil, 
amma  başqa  çarələri  də  yox  idi.  Arslan  əynindən  çıxarıb 
kənara qoyduğu masxalatı büküb komandirin başının al-
tına qoyaraq ayağa durdu.  
Təqribən  3-4  saat  olardı  ki,  Elçinlə  Məhəmməd  post-
da  idilər.  Nə  yaxına  gəlib  vəziyyəti  öyrənə  bilir,  nə  də 
yerlərində qərar tuta bilirdilər. Arslan Elçinə doğru gedib 
işarə ilə Məhəmmədi də çağırdı.  
 –  Uşaqlar,  komandirin  vəziyyəti  ağırdır,  deyəsən, 
kor bağırsağı partlayıb!...  
Elçin bunun nə demək olduğunu anlamışdı. Məhəm-
məd isə aydınlaşdırmaq üçün dilləndi: 
 – Bu nə deməkdir? Biz nə edə bilərik? Dalımıza alıb 
apara bilmərik? 
Arslan: – Hara aparaq, Hüseynov, düşmənin yuvası-
na? – deyə az qala bağırdı. 


115 
 
Bir  anlıq  hamısı  susdu.  Ediləcək  bir  şey  yox  idi.  Bir 
dəfə  Elçin  kəşfiyyatda  olanda  dostlarından  birinin  xaya-
sında  olan  yırtığın  ağrısı  tutmuşdu.  Onlar  əsgəri  xaraba 
bir  evin  təndirində  gizlədib,  əməliyyatı  davam  etdirmiş, 
axşam qayıdanda isə onu götürmüşdülər. Amma indi və-
ziyyət  göründüyündən  də  gərgin  idi.  Komandiri  bu  və-
ziyyətdə  qoyub  getmək  olmazdı,  çünki  nə  vaxt  qayıda-
caqları,  başlarına  nə  gələcəyi  məlum  deyildi.  Bu,  birbaşa 
komandiri  ölümə  atmaq  idi.  Komandiri  götürüb  geriyə 
qayıtmaq da mümkün deyildi. Buna görə də Arslana dü-
şündüyünü dedi. 
–  Elə  bilirsən,  bizim  ora  qayıtmağımız  asan  məsələ-
dir? Biz onu bu vəziyyətdə tərpədə bilmərik. Bir də ki, bi-
zi Azərbaycanda gül-çiçəklə qarşılamayacaqlar ki? Axı bi-
zim əməlimiz yuxarıdan verilən tapşırıq deyil.  Əgər belə 
olsa idi, yardım da istəmək olardı. Komandiri xilas etmək 
üçün lap gedib erməninin əlinə də düşərdim, – deyə Ars-
lan fikrini davam etdirdi. 
Bu  durumda  hamı  işin  xeyrini  düşünsə  də,  haçalan-
mış  fikirlər,  getdikcə  artan  şübhələr  tərəf  müqabilini  aq-
ressivləşdirə  bilərdi.  Tərəflərin  hamısı  özünü  haqlı  bilir, 
əlindən gələn bir şeyin olmadığını dərk edir, amma bunu 
qarşı  tərəfə  izah  etmək  o  qədər  də  asan  olmurdu.  Ölüm-
dirim mübarizəsində isə bu, daha da mürəkkəb olur.  
Məhəmməd  Arslanın  üzünə  qəzəbli  baxaraq:    –  İndi 
fikrin  nədir?  Deyirsən  gözümüz  baxa-baxa  ölsün?  Yox, 
mən  buna  dözmərəm.  Sizi  bilmirəm,  amma  mən  koman-
diri  götürüb  yaxın  kəndlərdən  birinə  gedirəm.  İstəyirsi-
nizsə, siz əməliyyatı davam etdirin. Ölsəm də, komandiri 
tək buraxmayacam.  


116 
 
 – Hüseynov, sən nə danışdığını bilmirsən? Bir az sa-
kitləş.  Bu  ən  ağılsız  addımdır.  Sən  gedəcəksənsə,  gərək 
biz də gedək. Bu isə mümkün deyil. Axı biz qaçmışıq, hət-
ta and da içmişik. Qarşımıza məqsəd qoymuşuq.  
Arslan,  artıq  özlüyündə  komandir  olmağı  qəbul  et-
mişdi. Bütün məsuliyyətin onun üzərində olduğunu bilir-
di. Məhəmmədin bu cür yanaşmaları isə onun liderliyin-
dən  xəbər  verirdi.  Axı  liderlər  hamının  görmədiyi  yolu 
görməli,  getmədiyi  yolu  getməli  olan  şəxslərdir.  Onların 
vəzifəsi  çətin  vəziyyətlərdən  çıxış  yolunu  tapmaq,  ko-
mandanı  xilas  edib,  tapşırığı  vaxtında  və  düzgün  yerinə 
yetirməkdən ibarətdir. Bir sözlə, əməliyyatın və şəxsi he-
yətin taleyi onlardan asılıdır. Bundan sonra Arslan özünə 
gəlmiş,  soyuqqanlılığını  qoruyaraq  Məhəmmədin  fikirlə-
rinə  hörmət  etməyə  başlamışdı.  Həm  də  onu  buna  Mə-
həmmədin xarakteri məcbur edirdi. Çox dərin düşünə bil-
mirdi, emosional idi. Operativ qərar verməkdə həmişə çə-
tinlik çəkirdi. Uzaqgörənlik qabiliyyəti zəif olan bu əsgər 
əsl döyüşçü idi. Əgər ona imkan verilsə idi, o, çox böyük 
qəhrəmanlıqlar edərdi. Həmişə Mübariz İbrahimovun ye-
rində olmasını arzulayırdı. Hətta Mübarizin yaşadığı dö-
yüş  anını  görməsəydi  belə,  hərdən  özünü  onun  yerində 
hiss  edir,  necə  edəcəyini  düşünürdü.  Bəzən  Milli  Qəhrə-
mana irad tutaraq: “Kaş çox yaxına getməyəydi”, – deyir-
di. Amma həmişə unudurdu ki, anında düzgün qərar ver-
mək  o  qədər  də  asan  iş  deyil.  Mükəmməl  qərarlar  ver-
məkdə düşünmək üçün zaman gərəkdir. 
 – Lap yaxşı, o zaman ermənilərə deyərik ki, sizin tə-
rəfə qaçıb gəlmişik, – deyə özü də inanmadığı fikrini əsə-
bi şəkildə Arslana dedi. 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə