118
Mən bir-iki saata qayıdaram, deyərək silahlarını yoxlayıb,
kəmərini bərkitməyə başladı.
– O zaman mən də səninlə gedim,– deyə Məhəmməd
nəsə demək istəyən Elçinin sözünü kəsdi. – Səni
tək bura-
xa bilmərəm.
– Hüseynov, sən narahat olma. Siz komandiri və
özünüzü qoruyun, mən hökmən qayıdacağam. Bir də ki,
sən dil bilmirsən. Qarşımıza çıxan olsa, nə edəcəksən?
Ona görə də burda gözlə. Sən komandirlə məşğul ol. El-
çin də postda dursun. Səhərə qalsaq, heç nə edə bilmərik.
Gecə ilə hər şeyi həll etməliyik.
– Arslan, gəl inad etmə, mən səni müşayiət edərəm.
Nəsə çətinlik olsa, silahla müdaxilə edərəm. Amma sənin
təkcə dığaların arasına girməyin çox təhlükəlidir.
Arslan bunların hamısını bilirdi. Edəcəyi hərəkətin
də düzgün olmadığını bilirdi. Axı komandiri əməliyyat
etmək lazım idi. O, lap bir həkim tapaydı, onun iynə-dər-
manının olmaması, meşədəki şəraitsizlik bunlar imkan
vermirdi ki, komandir əməliyyat olunsun. Bütün bunları
yaxşı bilən Arslan, başqa heç nə düşünə bilmirdi. Bunu
isə özünü daxilən sakitləşdirmək üçün düşünmüşdü.
Onun kəndə getməsi 10 ildən çox onun üzərində çalışan
bir qurumun arzularını bir nəfəsdə yox etmək demək idi.
Bəlkə də, bütün Turan elinin xilası bu kitablara bağlı idi.
Arslan hər şeyi bilirdi. Amma kəşfiyyatçılara nə qədər
ağır psixoloji təlimlər keçirilib beyinlərdə olan insan sev-
gisi çıxarılıb yerinə proqramlar yazılsa da, insan Tanrının
etdiyini edə bilmirdi. Onu on illik bir əməliyyatı təhlükə-
yə atacaq addımlar atdırmasına səbəb qəlbindəki insan
sevgisi idi.