Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə33/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   29   30   31   32   33   34   35   36   ...   57

121 
 
istənilən  vəziyyətdən  çıxacağına  inanırıq.  İki  yol  ayrıcın-
da  qalanda,  düzgün  hesab  etdiyinə  getməlisən.  Zərurət 
yaranarsa,  ən  əzizini  qurban  verməyi  belə  bacarmalısan, 
oğul”  –  fikirləri  yadına  düşdü.  Arslan  boğulduğunu  hiss 
etdi, sanki havası çatmırdı. Komandirə şübhə ilə baxmağa 
başlamışdı özü də bilmədən. Görəsən, onun niyyətini bi-
lirdimi  komandir?  Onun  bura  nə  üçün  gəldiyini  ona  de-
mişdilərmi? Bunu komandirdən eşitmək istəyirdi. Amma 
özünü toparladı. Buna bir az da komandirin qarnını tuta-
raq qıvrılması səbəb olmuşdu.  
 
Arslan əməliyyat üçün ən önəmli hesab etdiyi sua-
lı  verdi:  –  Niyə  Şuşaya  yox,  Xankəndinə?  Bu  qərara  indi 
gəldin, komandir?! Axı bütün hazırlığımız  Şuşa üçün idi. 
– Bilirəm, Sultanbəyli, bilirəm, Şuşa bizim millətimiz 
üçün  çox  önəmli  və  dəyərli  şəhərdir.  Onu  hamımız  çox 
sevirik. Amma bu gün ermənilərin əsas məskunlaşdığı şə-
hər Xankəndidir. Həm də inzibati bina orda yerləşir. Gö-
rürsən,  biz  azərbaycanlılar  belə,  az  qalırıq  Xankəndinin 
erməni şəhəri olması ilə barışaq. Şuşa şüurumuzda, sadə-
cə, işğal olunmuş bir şəhərdir. Amma Xankəndi heç yadı-
mıza da düşmür. Ümumilikdə, sanki ondan vaz keçmişik. 
Bunu qaytarmaq lazımdır. Unutma ki, bu əməliyyatın adı 
“Z”-dir. Axı bundan sonra yeni başlanğıc olmalıdır. Yeni-
dən yeni nəfəslə “A”-dan başlamalıyıq.  
Komandirin  başını  dizləri  üstünə  alan  Arslan  sanki 
onun xəstəliyni unutmuşdu.  
–  Bunu  sən  əvvəlcədən  müəyyənləşdirmişdin?  Bu 
sualı  verməklə  Arslan  komandirin  onu  tanıyıb-tanımadı-
ğını bilmək istəyirdi. Doğrudan da, əvvəlcədən plan belə 
idisə,  onda  niyə  Şuşa  adı  ilə  yola  çıxmışdılar?  Bəlkə,  ko-


122 
 
mandir Şuşada Arslanı azad edərək ona tapşırılanı etməyi 
əmr edəcəkdi? 
 – Bəli.  
 – Axı onda niyə əvvəlcədən bunu demirdin? 
 –  Sultanbəyli,  bu  əməliyyata  birbaşa  nəzarət  edilir. 
Buna  Azərbaycanın  taleyüklü  məsələsi  kimi  baxılır.  Bu 
əməliyyatın  baş  tutması  ideoloji  müharibənin  psixologi-
yalarda  qələbəsi  deməkdir.  Azərbaycanın  müharibə  edib 
torpaqları  azad  etməsi  üçün  yaradılan  şəraitdir.  Yadına 
sal,  Mübarizin  həyata  keçirdiyi  əməliyyatı...  yadındadır-
mı, o zaman bizə hansı tapşırıqlar verilmişdi? Axı müha-
ribə o zaman başlamalı idi. Həm xalq hazır idi, həm də or-
du.  Hər  kəs  elə  bilir  ki,  bunlar  təsadüfdür.  Hamısı  plan-
laşdırılmış məsələdir. Sən elə bilirsən ki, keçən aya qədər 
öldürülən  əsgər  sayının  günü-gündən  artması  təsadüfi 
idi? Bunların hamısı Azərbaycana təzyiq vasitəsi idi. Ha-
kimiyyəti  qorxutmaq  istəyən  xarici  qüvvələr  idi.  Ordu-
muzda da xeyli xain var. Bu seçkilərdən sonra hamısının 
təmizlənməsi  gözlənilir.  Amma  bu  dəyişikliyi  kütləvi  şə-
kildə aparmaq olmaz. O zaman böyük güclər masada Qa-
rabağı bizə verməyə hələ tam razı deyildilər. Amma indi 
uzun  illərin  siyasəti  öz  nəticəsini  vermək  ərəfəsindədir. 
Bizim  bu  əməliyyat  xalqdakı  ruh  yüksəkliyini  artırmalı, 
müharibə  edərsək,  qələbə  çalacağımız  inancını  aşılamalı-
dır ki, Ali Baş Komandan müharibəyə inamla girə bilsin. 
Son vaxtlar daxildəki satqın qüvvələr də güclənib. Çünki 
qida  mənbələri  –  onları  xaricdən  bəsləyənlər  belə  istəyir-
lər.  
–  Artıq  sual  vermə!  Deyilənlərə  əməl  et!  Boqomilla 
jurnalist  qismində  olacaq.  Həmin  gecə  separatçı  Dağlıq 
Qarabağ  Respublikasının  prezident  aparatının  binasının 


123 
 
ətrafında  olacaq.  Al  bu  telefonu,  üstündə  olan  nömrəyə 
zəng  edəcəksən.  –  Bunları  dedikdə  komandirin  gözlərin-
dən  yaş  axdı.  O,  bir  az  susdu.  Qəhər  onu  boğurdu...  – 
Arslan,..  işdir...  siz  sağ-salamat  qayıtsanız,  Ərturan  sənə 
əmanət. Banuya da onu çox sevdiyimi söylərsən. 
Komandir  vəsiyyət  edirdi.  Hələ  də  düşüncələri  qarı-
şıq  olan  Arslan  bunun  heç  fərqinə  də  varmırdı.  Onu  dü-
şündürən  mütəşəkkil  şəkildə  hazırlanmış  bu  əməliyyat 
idi.  Komandirin  inildəyərək:  –  Hüseynovla,  İsmayılovu 
da bura çağır!... – deməsi, onu qaranlıqlarda yolunu itirdi-
yi dərin fikirlərdən ayırdı. Arslan oradan uzaqlaşanda ko-
mandir  Ərturan  üçün  “Bil  oğlum”  mahnısını  zümzümə 
etməyə  başladı:    –  Çabuk  böyü,  Çabuk  yetiş  tez  oğ-
lummmmm,  Düşmən  gəzən  Qarabağda  gəz  oğlummm, 
Dostun  kim,  düşmənin  kim,  sez,  oğlummm....  Vətəninə 
göz dikəni əz, oğlummmmm... Tarixini şərəfinlə, şəərəəə-
finlə yaz, oğlum!.. 
Arslan iri addımlarla ağacların arası ilə qayanın arxa 
tərəfinə keçdi. Məhəmmədin yanına çatanda hər şeyi dərk 
etdi. Amma gec idi... Onun komandirin nə demək istədi-
yini anlamağa eşitdiyi səs yardımçı olmuşdu. Bu, güllə sə-
si  idi.  Amma  səsboğucudan  açılmışdı  bu  güllə.  Arslan 
Məhəmmədə yaxınlaşdığı anda birdən geriyə dönüb qaç-
ması Məhəmmədi də təşvişə salmışdı. Arslanın geriyə heç 
bir  ehtiyat  gözləmədən:    –  “Komandiiiiir!”,    –  deyib  qaç-
masını Elçin də görmüşdü.  
Arslan komandirin yanına çatdığı anda onlar da özü-
nü yetirmişdi.  
...Gecənin  qaranlığına  sanki  bir  şər  qarışmışdı.  Ko-
mandir  gözlərini  əbədi  yummuşdu...  Bir  əli  ilə  Azərbay-


124 
 
canın bayrağını tutmuşdu. Bir əlində isə gicgahına tuşlan-
mış tapança vardı.... 
Komandirin  Arslanı  Elçinlə  Məhəmmədi  çağırmağa 
göndərməkdə  məqsədi  bu  acılara  son  vermək  idi.  Əslin-
də,  komandir  ağrı-acıdan  heç  bir  zaman  qorxmamışdı. 
Ömrünün çoxunu acılarla yaşayan komandir, əməliyyatın 
davam etməsi üçün intihar etmişdi...  
Böyük bir iradəyə sahib olan komandirin bu cür hərə-
kət  edəcəyini  Arslan  heç  ağlına  belə  gətirməzdi.  Axı  bu 
hərəkət  onun  düşüncələrinin,  təfəkkürünün,  dünyagörü-
şünün  ziddinə  idi.  Komandirin  inandığı  “Quran”  özünə 
zərər vurmağı, intiharı qəbul etmirdi. Dəfələrlə bunu Ars-
lan ondan eşitmişdi. Axı həmişə intiharın günah olduğun-
dan  danışırdı  komandir.  Tanrının  qoyduğu  qaydalara 
zidd hərəkət etmək ruhu güclü olan bir adama yaraşmırdı 
axı.  Komandir  bunu  necə  edə  bilərdi?..  Hamını  bu  sual 
düşündürsə  də,  birdən  Məhəmməd  Arslanın  yaxasından 
tutub onu ağaca çırpdı:  – Hamısını sən etdin. Ona nə de-
din ki, özünü öldürdü!? Komandir belə asanlıqla həyatla 
vidalaşmazdı. Bu sözləri deməsiylə Arslana güclü bir kəl-
lə vurması bir oldu. Arslan səndələyərək yıxıldı. Onun si-
nəsinə  çökən  Məhəmməd  yumruqlarını  endirməkdə  da-
vam  edirdi:    –  Hamısını  sən  etdin,  sənin  günahındır!..  – 
deyə bağırırdı. Bu səs gecənin qaranlığında sakitliyi təla-
tümə gətirmişdi. Arslan ürəyini əvvəlcə Məhəmmədə bo-
şaltmaq  üçün  şərait  yaratsa  da,  artıq  dözə  bilmirdi.  Başı-
nın  üstündə  körpü  vəziyyəti  alaraq  Məhəmmədi  arxaya 
tulladı. Elə bu zaman qartal kimi Məhəmmədin üstünə şı-
ğıyıb bütün acığını ondan çıxdı. Komandirin də, Ayxanın 
da hirsini Məhəmmədin üstünə tökdü. Vurduğu yumruq-
lar Məhəmmədin ağız-burnunu qana bələmişdi.  


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə