Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə34/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   30   31   32   33   34   35   36   37   ...   57

125 
 
 –  Bəsdir,  Hüseynov,  bəsdir!..  Elə  bilirsən  bunların 
hamısını mən dərk etmirəm, mənə təsir etmir!? Sən bilir-
sən,  mən  nələr  çəkirəm?  Sən  bilirsən,  mən  niyə  burda-
yam?  Hər  cümləyə  bir  yumruq  düşürdü.  Sanki  Məhəm-
məd ölmək istədiyi üçün heç əl-qol atmırdı. O, qanlı göz-
lərini  ona  bərəltmişdi.   –  Mən  sənin  kimi  keyfimdən  gəl-
məmişəm bura, Məhəmməd!  
Az  qalmışdı  ki,  hər  şeyi  açıb  desin.  Özünü  saxlaya 
bilmirdi.  Adətən,  deyirlər,  soyuqqanlı  adamlar  hər  şeyi 
içində çəkir. Arslan da elə idi: çığırmaqla, bağırmaqla, da-
laşmaqla, ağlamaqla ürəyini boşalda bilmirdi. Komandir-
lə  olan  son  söhbəti  onu  dəli  etmişdi.  Artıq  inandığı  qu-
rumdan  da  şübhələnirdi.  Onun  da  aliliyinə  şübhə  ilə  ya-
naşırdı.  Bu  əməliyyata  təşkilatın  başqa  bir  qolunun  da 
gizlin qoşulması onu narahat edirdi. Axı bütün bu oyun-
lar nəyə lazım idi? Məgər bu beş OdƏrə tapşırıq açıq-ay-
dın  deyilsə  idi,  onlar  bu  yolu  gəlməzdilərmi?  Necə  ki, 
Arslan,  Altay gəlmişdi... Əməliyyata başladığı günlərdən 
onsuz da vicdan əzabı çəkən Arslan bütün bunların acığı-
nı Məhəmməddən çıxırdı. Dostlarının yanında özünü hə-
mişə riyakar kimi görürdü. Onların qəlbindəki millət, tor-
paq  sevgisini  gördükcə  özünü  daha  çox  məzəmmətləyir, 
hər şeyi onlara danışmaq istəyirdi. Amma həmişə də Də-
də  Əfəndi  gözlərinin  qarşısına  gəlib  xırıltılı  səsilə  “yox!” 
deyirdi.  Hər  vurduğu  yumruq,  elə  bil,  onu  yüngülləşdi-
rirdi:  –  Sən  bilirsən,  mən  kiməm?  Sən  bilirsən,  mənim 
məqsədim nədir? Sən bilirsən, komandir son vəsiyyətində 
mənə nə dedi? Yox, bilmirsən, heç zaman da bilməyəcək-
sən ... Son yumruq çox  ağır oldu...  Məşqlərdə  bilərəkdən 
bir-birilərinin  burnunu  sındıran  döyüşçülər  Məhəmmə-


126 
 
din  də  burnunu  qırmışdılar.  Amma  bu  zərbə  o  zərbələr-
dən deyildi, onlardan da güclü və tutarlı idi.  
Elçin  komandirin  sinəsinə  qoyduğu  başını  qaldırdı. 
Arslanın  son  sözləri  onun  qulağında  cingildəyirdi:  –  Sən 
bilirsən,  mənim  məqsədim  nədir?  Sən  bilirsən,  komandir 
mənə son vəsiyyətində nə dedi? 
O,  güclü  qolları  ilə  Arslanı  Məhəmmədin  üstündən 
kənara çəkdi. 
–  Sizin  fikriniz  nədir?  Siz  necə  kəşfiyyatçısınız?  Siz 
Gülüstanı çıxanda necə and içmişdiniz? Bu idimi sizin əh-
diniz?  Budurmu,  sizin  iradəniz?  Budurmu,  komandirə 
sayğınız? Məgər komandir bizə “heç bir halda  əməliyyat 
təxirə  salına  bilməz,  hətta  mən  ölsəm  belə”  deməmişdi-
mi?  
Haldan  düşmüş  OdƏrlər  yerə  sərilmişdi.  Arslan  bir 
az yüngülləşmişdi. Gözlərini səmadakı ulduzlara zilləyib 
onları  sayırdı.  Sanki  ulduzları  bir-birinə  calayıb    “Z”  ya-
zırdı, amma bu “Z”-nin tamamlanmasını istəmirdi, çünki 
bu sonluq nə qədər başlanğıc olsaydı da, nəyinsə bitməsi 
də demək idi. Elə bu vaxt az qala onun yazıb tamamladığı 
“Z”-nin quyruğundakı ulduz sürətlə axmağa, axdıqca da-
ha çox parıldamağa başladı. Arslan bu ulduzu sona qədər 
izləmədi.  Çünki  onun  sönüb  yox  olmasını  görmək  istə-
mirdi. Bu mənzərənin sonunun necə olacağını görməmək 
üçün  gözlərini  ulduzdan  çəkib,  yerdə  ölü  kimi  uzanmış 
Məhəmmədin yanına tərəf süründü. Onu bağrına basdı... 
Baş-başa dayandılar, sonra heç nə demədən ayağa qalxıb 
əlini Məhəmmədə uzatdı.  
Elçin  komandirin  yanında  sanki  səcdəyə  əyilən  mö-
min kimi dayanmışdı. Sonra da onun yumulub, kilidlən-
miş  ovcunu  ehmalca  açdı.  Ağlı  kəsəndən  silahın  tətiyinə 


127 
 
öyrəşmiş  bu  barmaqlar  indi  yalnız  ona  məxsus  olan  bir 
əşyanı sıxırdı. Bu, Banunun ona hədiyyə etdiyi nişan üzü-
yü idi.  
Üzüyü əlinə götürən Elçin onu işığa tutaraq içini oxu-
mağa  çalışdı.  O,  komandirin  bu  üzüyə  nə  qədər  önəm 
verdiyini  bilirdi.  Onu  yanında  daşımaqla  sanki  hara  ge-
dirdisə,  ailəsinin  istisini,  hənirini,  məhəbbətini,  doğmalı-
ğını  özüylə  aparırdı.  Ona  baxdıqca  həmişə  Banunun  tə-
bəssümünü  görürdü.  Gözünün  qarşısına  Banunun  xınalı 
əlləriylə  bu  gümüş  üzüyü  onun  barmağına  taxdığı  gün 
gəlirdi. Həmin gün o, Banuya çox gülmüşdü. Çünki gələ-
cək həyat yoldaşının alnında xına görmüşdü. Özü də bil-
mədən  gülümsəmişdi.  Əslində,  Banu  onun  nəyə  güldü-
yünü  bilməmişdi.  Ona  elə  gəlmişdi  ki,  sevincindən  yara-
nan  təbəssümdür.  Səbəbini  çox  sonralar  öyrənimşdi  bu 
gülüşün. O zaman nənəsi Saraxatunun xınanı onun alnına 
yaxanda  danışdığı  bir  əhvalatı  danışmışdı  ona.  Nənəsi 
demişdi ki, bu xınanı üç məqamda alına yaxarlar: biri İs-
mayıl  qurbanı  kəsildiyi  zaman  onun  Tanrıya  qurban  ve-
rildiyi  şərəfinə,  ikincisi  vətəni  qorumaq  üçün  döyüşə  ge-
dən  əsgərin  alnına  yaxılaraq  onu  da  vətənə  qurban  ver-
məyə  hazır  olduqlarını  göstərmək  üçün,  üçüncüsü  isə 
bəylə gəlinin alnına yaxardılar ki, onlar bir-birilərinə qur-
ban gedəcək qədər sədaqətli, iradəli və mətanətli olsunlar. 
Altay bunu eşidəndə kövrəlmiş və demişdi: səni sənə qur-
ban olacaq qədər sevəcəm həmişə.   
Məhəmməd də komandir kimi üzüyə baxdıqda sima-
sında bir təbəssüm yarandı. Üzüyün içindəki cümləni as-
tadan, qəhər dolu bir səslə – pıçıltı ilə demişdi: “Heç vaxt 
məni unutma!..“ 


128 
 
OdƏrlərin hamısı qeyri-ixtiyari olaraq, “heç vaxt!” ni-
dasını  nəqarət  kimi  pıçıldadılar.  Bu  pıçıltıda  bir  and,  bir 
vəd  vardı...  Sanki  “komandirə  gözün  arxada  qalmasın, 
son nəfəsimizədək mübarizə aparacağıq”, –  deyirdilər.  
Məhəmməd  seçilmiş  rənglərin  vəhdətini,  tamlığını 
özündə əks etdirən bayrağı komandirin sinəsindən götür-
dü: ondan komandirin, Vətənin, millətin, qələbənin qoxu-
sunu alırmış kimi  dərindən nəfəs alıb, havanı acgözlüklə 
ciyərlərinə çəkdi. Vətənsevənləri məst etməyi bacaran bu 
ətir  qələbə  ətrini  ruhuna  hopdurmuş  komandirdən  çök-
müşdü  bayrağa.  Qoxuladıqca  buz  bulaqlı,  yaşıl  meşəli, 
başı  qarlı  dağların  havasından  daha  xoş  gəlirdi  Məhəm-
mədə. Ruhu sanki bu bayraqdan gələn, vətən, millət, qə-
ləbə  ətrilə  qidalanmışdı.  Qələbə  ətrini  yaradanlar,  onun 
ətrini hamıdan öncə duyanlardır. Çünki onlar bu ətrin qo-
xusunu  hiss  etməyi,  duymağı  bacarmasalar,  onu  hazırla-
ya  və  ətrafa  yaya  bilməzlər.  Bu  ətrin  nədən  çəkildiyini, 
necə hazırlandığını bilməyənlər bu bihuşedici ətri olduğu 
kimi təqdim edə bilməzlər. Yaşasın qələbə ətrini zəfərdən 
öncə duyanlar! 
Arslanın  tapşırığı  ilə  üzü  qibləyə  bir  qəbir  qazdılar. 
Onu  şərəfli  bir  əsgər  kimi  bayrağa  büküb  dəfn  etdilər. 
Məhəmməd gözlərinin yaşı ilə islatdığı torpağa alnını qo-
yaraq  cənazə  namazı  qılmağa  hazırlaşsa  da,  Arslan  onu 
qucaqlayaraq, qulağına: şəhidin namazı göydə qılınar, ya-
sini də göydə oxunar, – deyə pıçıldadı. Nədənsə Məhəm-
məd onun etirazını bu dəfə sakit qəbul etdi.  
Qəbrin  yeri  bilinməsin  deyə  onun  üstünü  kol-kosla 
örtüb Arslanın əmrlərinə tabe olaraq yola rəvan oldular. 
 
 
 
 
 
 
 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə