Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə35/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   31   32   33   34   35   36   37   38   ...   57

129 
 
14 
 
Altay Xanlar rayonunda göz açmışdı həyata. Ailənin 
ilk  övladı  idi,  ondan  balaca  iki  qardaşı  və  bir  də  bacısı 
vardı.  Babasının  dediyinə  görə,  onların  bir  tərəfi  Cavad 
xanın soyuna – Qacarlara dayanırdı. Babası imkan düşən 
kimi Altaya öz atalarının kimliyindən, xanların əsil-nəca-
bətindən danışardı. Nənəsi isə həmişəki kimi dözə bilmə-
yib cavab verirdi. 
– Ay kişi, sən xan nəslindənsən deyə çox öyünmə. Bir 
də ki, nə olsun, xan nəslisən? Xanları xan edən bizim kimi 
rəiyyət  adamları  olub.  Bizsiz  kimə  xanlıq  edəcəkdiniz? 
Biz  də  türklərin  dədəsi  Oğuz  xandan  gələn,  24  Oğuz  bə-
yindən  olan  Bozaklara  mənsub  Əfşar  türklərindənik.  Bi-
lirsən  ki,  əfşarlar  Türk  dünyasının  hər  yerinə  yayılıblar. 
Babam  Hüseyn  koxa  deyərdi  ki,  ulu  babamız  Əfşar  oğlu 
Qarakişi  əfşarların  İnanlı  tayfa-tirəsinə  aid  olub.  Əfşarla-
rın Qasımlı, İnanlı, Ağacanlı, Qırıxlı, Təkəli, Əlibəyli tay-
faları  təxminən  600  il  əvvəl  Qazax-Borçalı  səmtinə  köç 
ediblər.  
Altayın  babası  nənəsinin  sözünü  kəsərək  onu  qıcıq-
landırardı: 
– Ay Hənfə, bəs niyə sizin soya “Atıcılı”  deyirlər? 
– A kişi, sən bilmirsənmi bəs, “əfşar” sözünün mənası 
“ov etmək”, “ov həvəskarı” deməkdir. Bizim kökümüzdə 
də  həmişə  sərrast  atan  igidlər  olduğundan  “Atıcılı”  de-
yiblər. Sən xan nəslindən olduğunu dediyin kimi, mən də 
babam  Hüseyn  koxanın,  atam  Mahmud  koxanın  eldə-
obada böyük hörmət-izzət sahibi, var-dövlət sahibi olma-
sını deyirəm.  


130 
 
Babam  çox  natiq  adam  olub.  Ağa,  bəy  titulu  olmasa 
da həmişə ağaların sağ əli olub. Hər zaman rəiyyətlə ağa-
ların  münasibətini  tənzimləməyə  çalışıb.  Elə  bu  ədalətli-
lik münasibətinin ucbatından da müəmmalı şəkildə öldü-
rüldü.  
Atam Mahmud koxa uzun müddət Qıraq Salahlı kən-
dində  kənd  “starşinalığı”  edib.  1918-ci  ildə  Türkiyənin 
Amasya  şəhərində  yaşayan  qohumundan  aldığı  məktub 
onun  və  bizim  ailənin  gələcək  həyatını  qaranlıqlara  qərq 
etdi.  Məktubda  Amasyanın    Qarağac  kəndinə  hücum  et-
miş  yunan  quldurlarının  törətdikləri  ağır  müsibətlərdən 
yazılaraq, Qazax ağalarından kömək istənilirdi.  
O zaman atam bu məktubu da götürüb Qazağın çox 
hörmətli  bəylərindən  olan  Mədət  bəyin,  Alı  bəyin,  Yasin 
bəyin,  Məmməd  bəyin  yanına  gedərək  məsələdən  onları 
hali  etmişdi.  Qan  qardaşlarının  çətin  və  köməksiz  duru-
muna dözməyən ağalar qısa müddətdə 45 nəfərlik süvari 
dəstə  ilə  Amasyaya  doğru  üz  tutmuşdular.  Böyük  çətin-
liklər  bahasına  Amasyaya  yetişən  dəstə  gördükləri  mən-
zərədən  dəhşətə  gəlmişdir.  Amasiyanın  Qarağac  kəndin-
də yunan quldurları ağlasığmaz müsibətlər törətmişdilər. 
Qadınların  kürəyinə  qaynar  su  dolu  samovarı  bağlayıb 
əzab və işgəncə içində  öldürmüş, hamilə qadınların qar-
nını yararaq körpələri çıxarmışdılar. Üç-dörd azyaşlı uşa-
ğı payaya keçirərək, üst-üstə kərpic evlərin fasadına söy-
kəmişdilər... 
Bu  gördükləri  səhnədən  dəhşətə  gələn  mücahidlər 
düşməndən intiqam almaq üçün qaranlıq düşməsini göz-
ləmişdilər.  Gecə  quldurların  əylənib,  dincəldikləri  məka-
na gələrək, onlarla atışmış, öldürdüklərini öldürüb, qalan-
larını  da  əsir  götürmüşdülər.  Qohumlarının  öldürüldü-


131 
 
yündən  qisas  hissi  ilə  qovrulan  Nəcəfoğlu  bu  əsirlərdən 
10 nəfərini öldürərək, onları tikə-tikə doğramış və böyük 
çuvala  dolduraraq,  düşmənlərin  gələ  biləcəkləri  ehtimal 
olunan yollara dağıtmışdı. Barmaqları, burunları, qulaqla-
rı    kəsilib,  gözlərinin  biri  çıxarılaraq  canını  qurtarmış  di-
gər dəstə üzvləri özlərini güc-bəla ilə dəstələrinə çatdıra-
raq  qara  papaqlı  insanların  adam  əti  yemələrindən  danı-
şırdılar.   
Bu  olaydan  sonra  Atatürkün  istiqlal  mücadiləsi  bitə-
nə kimi bu ərazilərə düşmən ayağı dəyməmişdir. 
O  zaman  qardaş  köməyinə  gedən  45  nəfər  ağa-bəy 
sovet  hakimiyyətinin  ilk  illərində  sərbəst  yaşasalar  da, 
Stalinin  kollektivləşmə  siyasətinə  dözə  bilməyərək  silaha 
sarıldılar və əksəriyyəti dağlara çəkilərək hökumətə qarşı 
qaçaqlıq etdilər. Atam Mahmud koxanın 1000 baş qoyun 
sürüsü, ilxısı, naxırı olduğundan sovetlər ondan torpağını 
və  mal-qarasını,  qoyun-quzusunu  təhvil  verməsini  tələb 
edəndə  o  da  hökumətə  qarşı  çıxmış  və  dağlara  çəkilərək 
qaçaqlara qoşulmuşdur. Əmim İbrahim də dağda atışma-
da ruslar tərəfindən öldürülmüşdür.  
Müqavimətin yersiz olduğunu görən Mədət bəy Alı-
naqov,  Məmməd  ağa  Vəkilov  və  atam  Mahmud  koxa  
Türkiyə  tərəfə  keçərək  orada  gözləməyi  məsləhət  bilmiş-
lər. Döyüşə-döyüşə böyük çətinliklərlə Sovet-Türkiyə sər-
həddini keçən dəstə Amasya şəhərinə  getmişdir. Burada 
bir  çoxları  Milli  hökumətin  ordu  sıralarına  yazılmışdır. 
Atatürk  tərəfindən  xidmətləri  müqabilində  onlara  vətən-
daşlıq  və  torpaq  sahəsi  verilmişdir.  Atam  yazıb-oxumağı 
bacarmadığından burada maldarlıq və əkinçilik təsərrüfa-
tı yaratmışdır. 


132 
 
Sovetlər  atamı  və  digər  qaçaqları  qolçomaq  adlandı-
raraq  xalq  düşməni  elan  etdilər...  Bundan  sonra  bizim 
ailənin acı və məşəqqətli günləri başladı. Əlimizdə nə var 
idisə, hamısını aldılar.  Evdən çıxmağı belə bizə yasaq et-
dilər.  Qardaşlarım  İmran  və  Teymur    gizlicə  gecə  ilə  qo-
humlardan  ərzaq gətirərdilər. Sən  demə, qarşıda bundan 
da  ağır  sınaqlar  var  imiş.  Nəhayət,  sürgün  başladı.  İki 
saat içində bizi üstüaçıq yük maşınlarına dolduraraq  də-
miryol  stansiyasına  gətirdilər.  Burada  minlərlə  insan  bir-
birinin  içində  elə  sıxlaşmışdılar  ki,  tərpənməyə  belə  im-
kan  yox  idi.  Körpə  uşaqları  bu  sıxlıqdan  qorumaq  üçün 
analar  onları  əllərində  yuxarı  qaldırmışdılar...  Ağlaşma, 
çığırışma vahiməli bir səhnə yaratmışdı.  
1936-cı il qışın soyuğunda bizi yük vaqonlarına min-
dirdilər.  Saman  sərilmiş  döşəmənin  üzərində  oturmağa 
belə yer yox idi. 10 saatdan sonra hərəkətə gələn qatar 11 
gün yol getdikdən sonra Tomsk  əyalətinə  çatdı. Yolüstü 
stansiyalarda  dayanan  qatarlara  soxulan  əsgərlər  ərzaq 
paylayarkən  xoşu  gəlmədikləri  insanları  yerindəcə  güllə-
ləyirdilər... 
Bax  beləcə  17  il  Tomsk  əyalətinin  Baxçar  rayonunda 
məşəqqətli günlər yaşadıq... Yalnız millətlər atası Stalinin 
ölümündən sonra Vətənə  dönə bildik. 
Adəti  üzrə  nənəsinin  sözünü  kəsib  onu  acıqlandıran 
babası  da  Altayla  birlikdə  nənəsinin  insanı  dəhşətə  gəti-
rən həyat tarixçəsinə qulaq asırdı. 
Altay dəfələrlə eyni sözü eşitsə də, hər dəfə babasının 
onlara Cavad xan haqqındakı rəvayətləri danışanda, onla-
rın  əsilli-nəcabətli  olduğu  fikrini  aşılayanda  nənəsi  eyni 
hadisələri  təkrar-təkrar  danışardı.  Babası  da  arvadının 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə