Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə36/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   32   33   34   35   36   37   38   39   ...   57

133 
 
əsəbiləşdiyini görüb sakitcə susardı. Ona görə ki, nənəsi-
nin dediklərini Altay da dinləsin.  
Orta məktəbi o qədər də yaxşı oxumayan Altay mən-
tiqli, hazırcavab bir uşaq kimi böyüyürdü. Elə məktəbi də 
öz  şirin  dili,  çevikliyi  ilə  seçilərək  bitirmişdi.  Amma  o 
məktəbi  bitirəndə  Azərbaycanda  ara  qarışmış,  aləm  bir-
birinə dəymişdi. Ölkəni bürüyən xaos, hərc-mərclik, nara-
zılıqlar,  mitinqlər  ona  ali  məktəb  haqqında  düşünməyə 
imkan  verməmişdi.  Bəlkə  də,  heç  ali  məktəbə  sənəd  də 
verməyəcəkdi, amma 1991-ci ildə ermənilərin Dağlıq Qa-
rabağı  ələ  keçirmək  məqsədilə  başladıqları  elan  olunma-
mış  müharibə  onu  könüllü  olaraq  cəbhəyə  gətirib  çıxar-
mışdı. Onu dəfələrlə evlərinə qayıtmağa təhrik edən kapi-
tan  İlkin  Xəlilbəylinin  istəyini  yerinə  yetirməyən  Altay 
Cavadov  arıq,  çəlimsiz  uşaq  olmasına  baxmayaraq,  ilk 
gündən  hərbi  hissədə  əsgərlərə  su  daşıyıb,  yeməklərini 
bişirirdi. İlk dəfə silahı əlinə 1992-ci ildə almışdı. O vaxt-
dan  bir  an  da  olsun,  heç  vaxt  əlindən  yerə  qoymamışdı. 
Amma bir dəfə mühasirəyə düşdükləri zaman  səngərdən 
çıxanda  atılmış  qrad  mərmisinin  yeri  lərzəyə  salan  vahi-
məli gurultusundan  diksinib  yıxılmış,  silahı  əlindən  yerə 
düşmüşdü.  Komandirin  “geri  çəkilirik!”  əmrindən  sonra 
özünü itirmiş bu uşağı əsgər yoldaşları dartıb aparmışdı. 
Silahı isə orda qalmışdı. Özünə gələndən sonra dostların-
dan ayrılaraq gizlincə silahının dalınca düşmən nəzarətin-
də  olan  əraziyə  qayıtmışdı.  Əsgər  üçün  silahı  itirmək 
ölümdən betər idi. Ola bilsin ki, ona cəza verəydilər, am-
ma yəqin ki, ölüm hökmü olmayacaqdı. Lakin silahı üçün 
ölümün dalınca getmişdi. Bunun üçün də Kəlbəcərin sərt 
qışında  dörd  gün  qar  yeyərək  dolansa  da,  sonuncu  dəfə 
huşunu  itirərək  yıxıldığı  səngəri  taparaq  palçığa  batmış 


134 
 
AK-74 silahını tapmışdır. Geri dönmək istəyəndə isə isti-
qaməti  itirdiyindən  erməni  əsgərləri  ilə  üz-üzə  gəlmişdi. 
O  zaman  bu  bəladan  onu  Allah  qurtarmışdı.  Sən  demə, 
bizim  döyüşçülərin  hücumundan  qaçan  ermənilər  əli  si-
lahsız  bu  əsgəri  arxalarınca  gələn  döyüşçülərdən  biri  he-
sab  etmiş,  uzaqdan  –    meşədə  gizləndikləri  yerdən  atəş 
açaraq Altaya istiqaməti təyin etməkdə yardım etmişdilər. 
Öz  mövqeyimizə  tərəf  gələrkən    yolda  milli  ordumuzun 
kəşfiyyat dəstəsi ilə rastlaşmış və onların köməyi ilə həbi 
hissəyə  qayıda  bilmişdi.  Elə  həmin  il  –  1993-cü  ilin  mar-
tında Kəlbəcər istiqamətində gedən döyüşlərdə çiynindən 
yaralanmış,  hospitala  göndərilmişdi.  Sağalandan  sonra 
yenidən  ön  cəbhəyə  dönərək  döyüşən  ordunun  tərkibin-
də  uğurlu  əməliyyatlarda  iştirak  etmişdir.  1994-cü  ilin 
yanvarında  Füzuli  rayonunun  kəndləri  uğrunda  gedən 
gərgin döyüşlərdə, xüsusilə Horadiz qəsəbəsinin işğaldan 
azad olunmasında bir çox nümunəvi qəhrəmanlıqlar gös-
tərmişdir. Atəşkəs elan edildikdən sonra Azərbaycan Res-
publikası Müdafiə nazirinin sərəncamı ilə ordudan tərxis 
olunmuşdu.  
Müharibə bitdikdən sonra öz arzusu ilə hərbi akade-
miyaya  hazırlaşıb  və  qəbul  olunmuşdu.  O,  yeni  başlaya-
caq  müharibəyə  əsgər  kimi  yox,  peşəkar  zabit  kimi  get-
mək  arzusunda  idi.  Çünki  Kəlbəcərin  işğalını  səriştəsiz 
hərbçilərin  günahı  hesab  edirdi.  Koordinatı  belə  düzgün 
verə bilməyən, naşı, səriştəsiz, komandirlər, oriyentiri se-
çib  hədəfi  düzgün  vurmaq  üçün  bir  neçə  top  mərmisini 
israf edirdilər. Heç bir hərbi dəstək almayan bir ölkə üçün 
bu  cür  israfçılıq  müharibədə  məğlubiyyətə  gətirib  çıxa-
rırdı. Düzdür, sonralar sağ qalan komandirləri ilə dost ol-
muşdu, amma həmişə bu fikirdə idi ki, yüksək nizam-in-


135 
 
tizamı,  səriştəsi,  hərbi  bacarığı  olmayan  ordu  məğlubiy-
yətə düçardı. Əlbəttə, əzm və cəsarət əsas olsa da, taktika 
həmişə gücdən üstün olub. Bugünkü dünya oyun dünya-
sıdır.  
Akademiyada  oxuduğu  müddətdə  bacarıqlı  və  iste-
dadlı kursant olduğu üçün təhsilinin son iki ilini Türkiyə-
dəki hərbi məktəbdə oxumuşdu. 1999-cu ildən orduda za-
bit kimi xidmət edirdi. Xüsusi təyinatlı xidmət növü dai-
ma  onun  diqqət  mərkəzində  idi.  Bunun  üçün  də  mayor 
rütbəsinə  qədər  yüksəlmişdi.  Amma  2010-cu  ildə  hisslə-
rinin  qurbanına  çevrilmişdi.  Hərbi  qanunlara  əsasən  cə-
zalanaraq kapitan rütbəsinə endirmişdilər.  
Bir  gün  Altayın  əsgərlərindən  biri  kəşfiyyat  zamanı 
ermənilər tərəfindən əsir götürülür. Elə buna görə də ko-
mandiri tərəfindən ağır töhmət alır. Bu hadisə onun qüru-
runa çox toxunur, çünki komandir “Əsgəri səriştəsiz olan 
bir komandir alnıaçıq gəzə bilməz”, – deyərək, ona qəzəb-
lənmişdi. Heç bir zaman işində nöqsana yol verməyən bir 
hərbçi üçün bu, çox böyük təhqir idi. 
Mayor  elə  həmin  gecə  əsgərin  ermənilərdən  xilas 
edilməsi  üçün  rəhbərliyə  məlumat  vermədən  hərbi  qay-
daları pozub düşmən tərəfə keçmiş, onların postundan iki 
erməni  əsgərini  əsir  götürmüşdü.  Həmin  gecə  bütün 
hərbi hissə bu hadisədən danışırdı. Komandirin şücaətini 
eşitməyənlər  də,  onun  cəsarətinə  qibtə  edənlər  də  bu  şü-
caəti  təqdir  edir,  onun  iradəsi  qarşısında  öz  ürəklərində 
də  olsa,  baş  əyirdilər.  Mayor  əli  bağlı  erməni  əsgərlərini 
komandirin  otağına  aparıb  hərbi  salam  verəndən  sonra 
“Məncə, bir komandir əsgəri üçün ölümü gözə ala bilirsə, 
bundan şərəfli heç nə ola bilməz!” deyərək, hərbi qayda-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə