Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə37/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   33   34   35   36   37   38   39   40   ...   57

136 
 
lara uyğun sağollaşaraq otaqdan çıxmış və cəzasını gözlə-
mişdi.  
Komandir eşitdiyi bu sözlərdən çox məyus olmuş, bir 
müddət  gözlərini  qırpmadan  örtülən  qapıya  baxmışdı. 
Qorxudan  və  gördüklərindən,  yaranmış  gərgin  vəziyyət-
dən  çaş-baş  olan,  durumdan  heç  nə  anlaya  bilməyən  er-
məni  əsgərlər  də  sakitcə  komandirə  baxırdı.  Komandir 
birdən əsgərlərin otaqda olmasının fərqinə varmış, bütün 
acığını  heç  nədən  xəbəri  olmayan  yazıqlardan  çıxmışdı. 
Sonra  isə  bu  vəziyyətdən  necə  çıxacağı  haqqında  düşün-
müşdü.  Mayora  böyük  hörməti  olduğundan  şəxsi  nüfu-
zundan istifadə edərək, onun rütbəsinin, sadəcə, bir pillə 
aşağı salınmasına nail ola bilmişdi.  
 Altay  Banu  ilə  anasının  məsləhəti  ilə  evlənmişdi. 
Hərbçi  olandan  sonra  sanki  özünü  də  unutmuşdu.  Atəş-
kəs elan edildikdən sonra evə qayıdan oğlunu bağrına ba-
sıb ağlayan ana nə qədər çalışsa da, onu evləndirə bilmə-
mişdi. Amma Türkiyədə təhsilini bitirib qayıdanda atası-
nın  şəkərinin  yüksəlməsi  onu  bu  barədə  düşündürmüş-
dü. Hətta xəstəxanada yatan atası yalvarış dolu gözləri ilə 
ona baxıb “məni nə vaxt sevindirəcəksən, axı ömrümə az 
qalıb?”    –  deməsi  və  gözlərində  dolub  daşan  gözyaşları 
onu yamanca kövrəltmişdi. Təyinatı gələndə anasına “ki-
mə  istəyirsən,  elçi  gedə  bilərsən”  –  demişdi.    Bu  xəbəri 
eşidən  anası  sevinclə  “Çadramı  sallam  başıma  üz-gözü-
mü  bəzərəm...”  mahnısını    oxumuş,  elə  səhəri  gün  çox-
dandır gözaltı etdiyi qonşu qızı Banuya elçi getmişdir. Qı-
sa  zamanda  üzük  taxılmışdı.  Altayın  da  Banudan  xoşu 
gəlirdi, amma heç vaxt onunla evlənməyi düşünməmişdi. 
Banu  ilə  rəftarı  şirin  məhəllə  uşağına  olan  münasibətdən 
başqa  bir  şey  deyildi,  çünki  Banu  Altaydan  təxminən  10 


137 
 
yaş  kiçik  idi.  Lakin  evlilik  mövzusunda  onu  heç  nə  ma-
raqlandırmadığı üçün, heç qızın yaşı belə onu  maraqlan-
dırmırdı. Anası məsləhət bilmişdisə, deməli, onluq bir şey 
yox idi. Anasının zövqünə və fərasətinə söz ola bilməzdi, 
ona çox inanırdı. 
Amma  sonra  elə  bir  mehriban,  səmimi,  hörmət  əsa-
sında qurulan ailə olmuşdular ki, necə deyərlər, əsl Azər-
baycan ailəsinə örnək ola biləcək qədər. Evlənəndə hamı-
dan  fərqlənərək  gəlin  maşınının  qabağına  hətta  gəlincik 
və ya gül belə qoydurmamışdı. Azərbaycan bayrağını ma-
şının  kopotunun  üstünə  bəzətdirmişdi.  Geyindiyi  bəy 
kostyumunda  da  üçrəngli  bayraq  ona  xüsusi  qürurverici 
bir görkəm verirdi.  
Komandirindən  bu  tapşırığı  alanda  çox  sevinmişdi. 
Dəfələrlə  ölümdən  qurtulan  kapitan  ölüm  haqqında  dü-
şünməmişdi. Daxilən optimist olan Altay heç vaxt bu ba-
rədə düşünməzdi. Hətta ən ağır günlərdə belə bu fikri ağ-
lına gətirməzdi.  
Amma  nədənsə  sonuncu  dəfə  ayrılanda  qəlbinin  də-
rinliklərində  Ərturanı  bir  daha  görə  bilməmək  qorxusu 
yaşadı. İnsanın itirdikləri çoxaldıqca, qorxu hissinin gücü 
də artırdı. Bir zamanlar canından başqa heç nəyi olmayan 
kapitan artıq üç canın ona bağlılığından qorxurdu. O ölsə, 
ən  azından  yarımcan  olacaqdı.  Oğlunun  da  böyüməyini 
görməyəcəkdi. Yalnız bunu düşünəndə ölmək istəmirdi. 
 
 
 


138 
 
15 
 
Dədə Əfəndi yerinə əyləşərək Ata ocağının üzvlərinə 
də  əyləşməyi  işarə  etdi.  Onun  narahatlığı  tələsik  söhbətə 
başlanmasından hiss edilirdi. 
– Birinci bu sakitlikdən çox narahatdır. Bizim isə ona 
deyəcək heç bir sözümüz yoxdur. OdƏrlərdən isə hələ də 
heç  bir  məlumat  ala  bilmirik.  Boqomillanın  göndərdiyi 
məxfi  məlumatda  da  göstərilir  ki,  hələ  sakitlikdir.  O, 
OdƏrlərdən heç bir işarə almadığını bildirir. Hərbi hissə-
dəki əsgər ölümləri xaos yaratmaqdadır. Sağlam qüvvələ-
ri  belə  bunların  təxribat  olmağına  inandırmaq  çətinləşib. 
Ordudakı casusları tam olaraq müəyyənləşdirib zərərsiz-
ləşdirmək isə tam olaraq mümkün deyil. Əksəriyyəti artıq 
ifşa  olunub,  amma  birbaşa  həbs  edib  uzaqlaşdırmağın 
diqqət  çəkməsindən  narahat  olduğumuz  üçün  gözləmə 
mövqeyindəyik. Kamandar bəy, sizin kəşfiyyat nəsə əldə 
edibmi,  son  vəziyyətlə  əlaqədar  hansısa  məlumatınız 
varmı? 
– Dədə, təəssüflər olsun ki, heç nə əldə edə bilməmi-
şik.  Komandir  Xankəndinə  yaxınlaşanda  onda  olan  tele-
fonla  bizə  məlumat  ötürməli idi.  Amma  bir  xəbər  gəlmir 
ki,  gəlmir.  Dünən  erməni  tərəfindən  bir  sorğu  almışıq. 
Müdafiə  Nazirliyinə  göndərdikləri  bu  sorğuda  iki  əsgər-
lərinin itkin düşdüyü söylənilir. Ehtimal edirlər ki, əsgər-
lər bizim kəşfiyyat tərəfindən ələ keçirilib. Bu xəbəri eşit-
dikdə bir az təskinlik tapdım. Bu bir işarədir. Bizim hərbi 
kəşfiyyatın  əlində  olmadığına  görə  OdƏrlə  rastlaşıblar. 
Sizdən tapşırıq almadan sorğuya cavab vermədik. Nazir-
lik isə bizdən cavab gözləyir. Rusiya səfirliyinin də işə qa-


139 
 
rışdığı bildirilir. Əslində, mənim fikrimə görə, biz əsgərlə-
rin bizim tərəfə könüllü keçdiyini deməliyik.  
Dədə  Əfəndi  general  Atilla  Babayevin  üzünə  baxdı. 
Bu ona söz verildiyini bildirirdi. Atilla Babayevin gözləri 
bir anlıq yol çəkdi. Sonra da mavi gözlərini Dədə Əfəndi-
yə yönəldərək: – Məncə, Kamandar bəy düzgün buyurur. 
Biz əsgərlərin bizim tərəfdə olduğunu söyləməklə erməni 
kəşfiyyatını sakitləşdirmiş olarıq. Və beləliklə, əgər əsgər-
lər  sağdırlarsa,  OdƏrlərin  işinə  dəstək  ola  bilərik.  Təəs-
süflər  olsun  ki,  bizim  də  əməliyyatçılarımızın  OdƏrlər 
haqqında heç bir məlumatı yoxdur. Erməni kəşfiyyatının 
içinə  sızdırılmış  casuslarımız  heç  bir  yenilik  olmadığı 
haqqında  məlumat  göndəriblər.  Bu  da  o  deməkdir  ki, 
OdƏrlər  hələ  də  ələ  keçməyib.  Və  deməli,  əməliyyat  da-
vam edir.  
Ata  kişi  Dədə  Əfəndiyə  baxaraq  söz  istədiyini  işarə 
etdi. Qayğılı göründüyü onun da müdrik simasında sezi-
lirdi: – Atilla bəy, sizin sonrakı planınız hazırdırmı bu və-
ziyyətdən  çıxmaq  üçün?  Əməliyyat  hər  hansı  bir  səbəb-
dən  pozularsa  və  bir  neçə  gündən  sonra  bu  əsgərlərin 
qaytarılması  ilə  bağlı  təzyiqlər  olarsa,  çıxış  yolumuz  nə-
dir? 
Təşkilatın bütün üzvləri sanki bu sualın cavabını dü-
şünürdü. Hər kəs cavab üçün generala baxdı. 
 –    Ocağın  verdiyi  qərarın  əvvəlcədən  böyük  risk  ol-
duğunu  hamımız  bilirdik.  Məqsədimiz  də  müharibənin 
başlanmasını  şərtləndirmək  idi.  Dünyaya  bunun  da  gü-
nahkarının  Ermənistan  olduğuna  inandırmalı  idik.  Mən-
cə, biz ilk öncə OdƏrlərin taleyini düşünməliyik. Fikri ya-
yındıraraq  onların  yaşayıb-yaşamaması  haqqında  məlu-
mat  əldə  etmək  üçün  zaman  əldə  etməliyik.  Prosesin  ge-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə