Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə38/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   34   35   36   37   38   39   40   41   ...   57

140 
 
dişinə uyğun olaraq qərar verə bilərik. Biz iki nəfər kimli-
yi bilinməyən şəxsin saxlanıldığı haqda məlumat göndərə 
bilərik. Kamandar bəy bu şəxslərin  mülki geyimdə oldu-
ğu  üçün  MTN-ə  təhvil  verilməsini  hesabatında  göstərər. 
Biz  də  dindirildiyini  bildirərək  rahatlıq  yaradarıq.  O  za-
mana qədər də aldığımız məlumata uyğun bir plan hazır-
layarıq. General öz fikirlərinə inandığı üçün çox əmin gö-
rünürdü.  Dədə  Əfəndi  də  generalın  fikirlərini  bəyənmiş-
di: – Alternativ fikri olan varmı? – deyə üzünü Ata ocağı-
nın üzvlərinə tutdu. Əlavə fikir olmadığını üzvlərin xüsu-
si razılıq əlaməti olan əl işarələrindən gördü. Bunun üçün 
də  digər  məsələlərin  müzakirəsinə  başladı:  –  Kamandar 
bəyin  durumu  ağırdır.  Prokurorluq  hərbi  hissədəki  mə-
lum vəziyyətin bütün məsuliyyətini Kamandar Heydəro-
vun  üzərinə  qoyur.  Birinci də  bu  məsələ  ilə  bağlı heç  bir 
hərəkətə keçməməyi məsləhət görüb. Kamandar bəyin nə 
qədər dürüst biri olduğunu həm ictimaiyyət, həm də sağ-
lam qüvvələrin hamısı yaxşı bilir. Amma mətbuatın əli ilə 
onu da aradan götürmək istəyirlər. Yəqin ki, bugünkü ic-
lasından sonra ev dustağı olması ilə bağlı qərar çıxarılar. 
Biz isə mətbuatın yazılarını analiz edərək, kimlərin mara-
ğına  əsasən  buna  xüsusi  cəhd  edildiyini  öyrənməliyik. 
Ona görə də Kamandar bəy ehtiyatı əldən verməməlidir. 
Təhlükəsizliyi  üçün  uzaqdan  izlənməni  ikiqat  artırmışıq. 
Şəxsi köməkçilərini də düzgün seçməyi önəmlidir. Bir ne-
çə günə bütün dəyişikliklər baş verər. 
Dədə  Əfəndi  Dəmirçi  oğlunun  söz  istədiyini  gördü 
və buyurmasını işarə etdi.  
 –  Məncə,  xalqın  əksəriyyəti  dövlətə  qarşı  fikrini  də-
yişməkdədir. Artıq son zamanlar orduda baş verənlər in-
sanların  əsəblərini  tarıma  çəkib.  Sadə  insanlar  belə  dilə 


141 
 
gəlir,  bu  özbaşınalığın  durdurulmasını  istəyirlər.  Biz  isə 
prosesi  uzatdıqca  sağlam  qüvvələri  itirmiş  oluruq.  Bəzi 
məmurların  vəzifəsindən  uzaqlaşdırılmasını  sürətləndir-
mək  vacibdir.  Mitinqlərin  təşkilatçılarının  kim  olduğunu 
biz  bilsək  də,  gənclik  tam  dərk  edə  bilmir.  Azad  söz  de-
mək  istəklərinin  reallaşmasını  bu  mitinqlərdə  görürlər. 
İdarə edilməz bir vəziyyətə gəlib çıxıb. Və beləliklə ölkə-
də  xaos  yaratmağa  çalışırlar.  Dövlət  atdığı  addımları  da-
xili vəziyyətə uyğunlaşdırmalıdır. İrandan gələn kəşfiyyat 
xəbərlərinə  görə  onlara  dəstək  lazımdır.  Çünki  Türkiyə-
nin oyuna gətirilməsi sayəsində başı öz işinə qarışıb. Cə-
nublu  qardaşlarımıza  heç  bir  dəstək  verə  bilmir.  Bu  ba-
xımdan  Azərbaycan  bu  tarixi  şəraiti  səngitməmək  üçün 
dəstək ayırmalıdır. Amma hələ də biz heç nə edə bilmirik. 
İranın  təhdidləri  isə  ara  vermir.  Dədə,  bir  an  öncə  bütün 
kartlarımızı  açmalıyıq,  məncə.  Böyük  güclərin  vədindən 
istifadə edərək maraqlarımızı həyata keçirməliyik. Dəmir-
çi oğlu fikrini bitirdi və qurumuş dodaqlarını qarşısındakı 
su ilə islatdı.  
Dədə  Əfəndi  məclisin  təlaş  içində  olduğunu  hiss 
edirdi.  Amma  dəstədən  xəbər  çıxmayınca  heç  bir  ciddi 
addım  atılmayacağına  da  əmin  idi.  Onun  birinci  ilə  son 
söhbəti  də  elə  bu  haqda  olmuşdu.  Təşkilatın  bütün  üst 
qurumları Dədə Əfəndiyə tapşırılmış bu əməliyyatın nəti-
cəsini gözləyirdi. O, ayağa durdu:  –  Mən tədirginəm bu 
vəziyyətdən.  Amma  neyləməli,  illərdir  hazırlanan  plan, 
aparılan siyasəti təhlükəyə ata bilmərik. OdƏrlərin vəziy-
yətini araşdırmalıyıq. İki gündən sonra yəqin ki, toplantı-
mız olacaq. Ola bilsin ki, Kamandar bəy, aramızda olma-
yacaqsan. Onun üçün də bu əməliyyat barədə bütün mə-
lumatları və şifrələri generala ver. Ata kişi, sən də mətbu-


142 
 
at  vasitəsilə  ordudakı  yüksək  çinli  hərbçilərin  vəzifəsin-
dən uzaqlaşdırılacağı məlumatını yay.  
 
 
16 
 
İnsan  təsadüflərə  inanmaq  istəmir.  Elə  təsadüflər  də 
olur  ki,  bunun  zərurət  olduğunu  birmənalı  qəbul  edir. 
Ayxanın şəhid olduğu gün Turanə də o qara, iri gözlərini 
bu  dünyaya  birdəfəlik  yummuşdu.  Hələ  üçüncü  kursda 
oxuyan  bu  qız  Ayxanın  hərbi  hissədən  qaçdığını  eşitdiyi 
gündən  özünə  sığa  bilməmişdi.  Xaraktercə  qapalı  olan 
Turanə  sevgisi  haqqında  yalnız  rəfiqəsinə  demişdi.  Am-
ma  buna  baxmayaraq,  kim  olduğunu  ondan  da  gizlət-
mişdi. Anası ilə nə qədər səmimi dost kimi olsalar da, hə-
ya  edib  ona bu haqda  bir kəlmə  də  deməmişdi.  Ayxanın 
hərbi xidmətdən qayıdıb gəlməsini gözləyirdi ki, əhvalatı 
anasına  desin.  Birdən-birə  dəlicəsinə  sevdiyi  bir  oğlanın 
hərbi hissədən qaçması dəhşət idi. Hələ cəmiyyətin bu əs-
gəri  xain,  şərəfsiz  adlandırdığını  eşitdikcə  nəfəsini  kəsə-
cək bir əlin xirtdəyindən yapışdığını hiss edirdi sanki. Bo-
ğulurdu...  Kiminləsə  bu  haqda  söhbət  edib,  Ayxanın  bu 
cür  oğlan  olmadığını  inandırmaq,  qarşısındakının  inan-
ması  ilə  özü  də  təsəlli  tapmaq  istəyirdi.  Axı  o,  Ayxana 
qəlbini sadəcə onun yaraşıqlı  olmasına görə verməmişdi. 
O,  Ayxanın  ruhunu  sevmişdi,  mənliyini,  cəsarətini  sev-
mişdi. Etdiyi söhbətlərdə onun dünyaya baxış tərzini sev-
mişdi.  Onun  tanıdığı  Ayxan  heç  vaxt  belə  etməzdi.  Düz-
dür, xəbər yayılan gündən Turanə onun zəngini gözləyir-
di. Onun, sadəcə, Turanəyə açıqlama verəcəyinə inanırdı. 
Nə baş verirdi, versin, o, Turanəyə bir mesaj da olsa, yaz-
malı və hadisəni ona mütləq deməli idi. Bütün bu fikirlə-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə