Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə39/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   35   36   37   38   39   40   41   42   ...   57

143 
 
rin  içində  cəhənnəm  alovunda  qovrulan  bir  çarəsiz  kimi 
çırpınırdı. Ayxanın şəhid olduğu gün Turanə işlədiyi kur-
sa  gedəcəyini  qətiləşdirmişdi.  Onun  harda  və nə  etdiyini 
bilmədən  belə.  Çünki  artıq  Ayxansız  yaşamaq  mümkün 
deyildi. O, işlədiyi kursa gedərək öz müəlliminə hadisəni, 
sevgisini, sevdiyinin kimliyini danışmaq, ondan təsəlli al-
maq  üçün  gedəcəkdi.  Müəllimi  onun  gözündə  çox  müd-
rik bir dost idi. Hər dəfə onu görməyə gedəndə müəllimi-
nin ilk sualı belə olurdu: “Qara qız, təzə xəbər-zad yoxdur 
hələ?”  Bu  sualın  cavabını  həmişə  vermək  istəsə  də,  yenə 
də utanmış, deməkdən çəkinmişdi. O, həmin gün müəlli-
mini  sevindirməyi  düşünmüşdü.  Gedib  ona  qaraya  bü-
külmüş  təzə  bir  xəbər  olduğunu  deyəcəkdi.  Düşünürdü 
ki,  müəllimi  ilə  dərdləşsə,  bəlkə  də,  bir  az  yüngülləşər, 
sevdiyi bir insanın xain olmadığını müəllimindən də eşi-
dərdi.  Həmin gün evdən çıxanda yaxşıca bəzənmişdi də. 
Güzgünün  qabağında  özünə  bir  neçə  dəfə  baxmış,  hətta 
yığdığı atquyruğu saçlarını yenidən açmışdı. Çünki o istə-
yirdi  ki,  qardaş,  ata  kimi  sevdiyi  müəlliminin  diqqətini 
cəlb etsin. Etsin ki, müəllimi həmişəki sualını versin. O da 
bundan cürətlənib ona hər şeyi danışsın, ürəyini açsın, ba-
şını  onun  çiyinlərinə  söykəyib  ağlasın,  gözlərində  təsəlli 
tapsın. Amma nə müəllimini görə bildi, nə də onun məş-
hur sualını eşidə... 
Dayanacaqda  marşrut  gözlədiyi  ərəfədə  “facebook” 
profilini  açıb  səhifəni  barmaqları  ilə  gəzirdi.  Sadəcə,  bir 
xəbər  oxumaq  istəyirdi:  “Hərbi  hissədən  qaçmış  əsgərlər 
xain, fərari deyilmiş”. Onun yaşaması, ölməsi artıq Tura-
nə  üçün  maraqlı  deyildi.  Sadəcə,  qəlbini  verdiyi  gəncin 
xain  olmadığını  eşitmək  və  ya  oxumaq  yetərdi.  Amma 
oxuduğu bir xəbər sarsıtdı onu: “Hərbi hissədən icazəsiz 


144 
 
qaçmış əsgərlər Ermənistan dövlətindən vətəndaşlıq istə-
yiblər”. Bunu rüşvətlə diplom, üz tüpürcəyi ilə də jurna-
list  vəsiqəsi  almış,  gündəmdə  qalmaq  üçün  onun-bunun 
qoltuğunun altını iyləyərək əyri qələmi ilə ürəkləri bulan-
dıran bir jurnalist qadının saytından oxumuşdu.   
Ayxana dəyən erməni gülləsindən daha ağır olan şə-
rəfsiz  birinin  uydurduğu  yalanın  atom  bombası  kimi 
partlaması olmuşdu. Şeytana xidmət edən öz əlinin bir ib-
lisə  çevrilib  ilan  kimi  səni  boğması  çox  ağır  olur.  Bunu 
Turanə yaşamışdı... O, sosial şəbəkələrin yaratdığı növbə-
ti qurbana çevrilmişdi.  
Xəbəri  oxuyan  Turanənin  başı  hərlənmiş,  ürəyinin 
döyüntüləri  birə  yüz  artmış,  onu  boğmaq  istəyən  o  qara 
tüklü əlləri yenə xirtdəyində hiss etmişdi. Bütün damarla-
rı gərilmiş,  qurumuş,  ürəyinin  tələblərinə  cavab  verə  bil-
məmişdi. Amma bundan da ağırı beyninin hüceyrələrinin 
darmadağın  olması  idi.  Qatlanmış  dil  onu  yerə  çırpmış, 
göstərilən yardımlara baxmayaraq Turanə də eyni gündə, 
sadəcə Ayxanın ölümündən bir saat sonra bu iyrənc dün-
ya ilə vidalaşmışdı.  
Dərdini,  sirrini  açacağı  müəlliminin  çiyinlərində  sa-
kit, susqun, hərəkətsiz gedərək qara torpağa tapşırılmışdı. 
Özündən  başqa  heç  kim  o  el  qızının  niyə  vəfat  etdiyini 
bilməmişdi.  Bilməyəcəkdi də... 
 
 
17 
 
OdƏrlər başsız atlı kimi yürüyürdülər. Fikirlər uzaq-
larda,  ruhlar  isə  göylərdə  idi.  Artıq  xeyli  məsafə  qət  et-
mişdilər,  amma  heç  biri  danışmırdı.  Sadəcə,  Arslanın  ar-
dınca sabit addımlarla gedirdilər. İndi daha yorğun görü-


145 
 
nürdülər. Daşıdıqları çantanın yükünü azaltsalar da, yenə 
də ağırlığını hiss edirdilər. Altı gün idi ki, OdƏrlər Qara-
bağın  bu  füsunkar  təbiətində  mənəvi  əzab  çəkirdilər.  Bu 
əsrarəngiz  təbiətin  qoynunda  heç  bir  maraqlı  gün  keçir-
məmişdilər. Bu qısa müddətdə Ayxanı itirərək ağır bir fa-
ciə  yaşamış,  onun  kədərini  unutmamış  üstünə  komandi-
rin itkisinin ağır kədəri gəlmişdi.  
Yamacla  üzüaşağı  enirdilər.  Pərakəndə,  başsız  dəstə 
tez  bir  zamanda  toparlanmalı  idi.  Bunu  özləri  də  hiss 
edirdi. Amma toparlanmaq üçün nə düşünür, nə də bir iş 
görürdülər. Əsəb Arslanın dizlərini yerə gətirmişdi. Həm 
itirdikləri, həm də eşitdikləri ona böyük əzab verirdi. Ko-
mandirin dediklərini dostları ilə necə paylaşsın, onlardan 
necə  gizlətsin  deyə,  bir  düşüncə  ona  hakim  kəsilmişdi. 
Beynini məşğul edən bu mühüm məsələ onu vəzifəsindən 
yayındırırdı.  Ən  azından  Məhəmməd  deyilənlərə  sərt 
reaksiya  verə  bilərdi.  Bu  ərəfədə  də  buna  heç  bir  lüzum 
yox idi. Hər şeyi soyuq başla həll etmək lazım idi. Yaxud 
stimul verən nəsə olmalı idi.  
Öz ana torpaqlarında yamacdan üzüaşağı heç nədən, 
heç kimdən qorxmadan addımlayırdılar. Artıq səhər açıl-
mışdı.  Meşədəki  otların  üstündəki  şeh  damcıları  yanaq-
dan axan göz yaşına bənzəyirdi. Quşların xoş nəğməsi is-
tər-istəməz  diqqəti  özünə  tərəf  dartıb  aparırdı.  Səma  çox 
aydın idi. Mavi rəng o qədər gözəl görünürdü ki, Elçin bir 
anlıq  köks  ötürüb,  yadına  Ordubad  və  Şahbuz  dağlarını 
saldı. Gülümsündü. Sonra da dərindən bir ah çəkdi... 
Arslan  öndə  gedirdi.  Beynindəki  çarpışmalarla,  qarı-
şıq  düşüncələr  içində  döyüşərək  çətinliklə  də  olsa  irəliyə 
doğru atılırdı, amma dizlərində taqət qalmamış, gücü tü-
kənmişdi.  Artıq  meşənin  ortasındakı  talaya  çıxmışdılar. 


146 
 
Birdən onun gözləri uca palıd ağacını kəsməyə hazırlaşan 
erməni əsgərlərinə sataşdı. Gizlənməyə yer yox idi. Birba-
şa onların üstünə gedirdilər. Arslan astaca “əliniz tətikdə 
olsun!..”,  –    dedi.  Və  istiqaməti  dəyişmədən  düz  onların 
üstünə  getdilər.  Aralarında  təxminən  15-20  metr  məsafə 
vardı. Arslanın müşahidəsinə görə erməni əsgərləri 6 nə-
fər idi. Sadəcə, onlardan birində silah vardı. Bu da yəqin 
komandir  idi.  İşlədikləri  üçün  səhər  olmasına  baxmaya-
raq, kitellərini soyunmuşdular. Buna görə də rütbələri bi-
linmirdi.  Elə  bil  silahı  olan  erməni  siqaretini  damağına 
qoyub avtomatı yoxlayırdı. Gözlərinə dolan siqaretin tüs-
tüsündən yaşaran gözlərini tez-tez silirdi. 
Onları görən kimi ayağa qalxdı. Üç böyük palıd ağa-
cını yerə sərmiş əsgərlər, deyəsən, dincəldikdən sonra ye-
nidən işə başlamaq fikrində idilər. Arslan: – Lazım gəlsə, 
sadəcə, əlbəyaxa döyüş olacaq, silah işlətmək olmaz, – de-
di. Yəqin, Arslan erməni hərbi hissəsinin yaxınlıqda oldu-
ğunu  düşündüyü  üçün  belə  demişdi.  Elçin  də,  Məhəm-
məd  də  sanki  daxilən  sevinirdilər.  Çoxdandır  qırışıqları 
açılmırdı.  Yığılıb  qalan  əsəblərini  yalnız  bununla  cilovla-
ya bilərdilər. 
–  Sizə  kim  icazə  verib  bu  ağacları  kəsirsiniz?–  deyə 
Arslan ucadan səsləndi.  
– Arturun göstərişidir. 
Arslan onun kimliyini soruşmasa da, böyük bir vəzi-
fə  sahibi  olduğunu  anlamışdı.  Bəlkə  də  hərbi  hissə  ko-
mandiri  idi,  onun  üçün  də  söhbəti  dəyişmək  lazım  idi. 
Amma erməni zabiti artıq nəsə hiss etmişdi. Elə bil gələn-
lərin  erməni  olmadığını  qətiləşdirmişdi.  Birdən:  –  Əllər 
yuxarı!..” –  dedi. 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə