Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə4/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   2   3   4   5   6   7   8   9   ...   57

15 
 
qaydada  yerində  oturaraq  məşəli  qarşısında  məxsusi  ha-
zırlanmış yerə sancdı. Onların qarşısında oturduqları ma-
sa məşəldən bir az hündürdə idi. Sonuncu – dördüncü gə-
lən üçüncü ilə üzbəüz oturdu.  
Bir neçə dəqiqədən sonra bu dörd nəfərin hamısı aya-
ğa  qalxdı.  Çünki  beşinci  şəxs  gəlirdi.  O,  daha  ağır  hərə-
kətlərlə öz yerində əyləşdi, sonra əli ilə qarşısında oturan-
ların da əyləşməsinə işarə elədi.  
Beləliklə, beşguşəli ulduzu xatırladan bu məkana mə-
şəlli beş adam gəldi. Gələnlərin hamısı eyni geyimdə idi. 
Onların  oturduqları  eyvanlar  isə  elə  işıqlandırılmışdı  ki, 
sanki  onlar  buludların  arasında  oturmuşdular.  Səma  da 
Günəşin  doğuşunu  xatırladırdı.  Üç  rəng  var  idi  kiçik 
gümbəzdə:  ağ  fonun  üzərində  qırmızı,  mavi  rəngləri  gö-
rünürdü. Nalyığan onun qarşısında yanan məşələ diqqət-
lə  baxdıqda,  gördü  ki,  bu  məşəlin  də  ətrafında  beşguşəli 
ulduz görünür. Oturanlardan biri dedi:  
– Qoroğlu, aramıza xoş gəldin!  
–  Siz kimsiniz? Mən hara xoş gəldim? 
– Oğul, sən Ata ocağına gəlmisən, narahat olma! İşti-
rakçısı olduğun bu ocağın tarixi çox qədimdir. Türk dün-
yasının və bəşəriyyətin qurtuluşu üçün çalışır, zaman-za-
man  böyük  zərbələrə  məruz  qalaraq  itirilmiş  tarixlərin 
üzə çıxarılması üçün mübarizə aparır. Min illərdir ki, Ya-
radanın və Yaradılışın sirləri şər qüvvələrin əlinə keçmək 
təhlükəsindədir.  Seçilmişlərdən  ibarət  olan  bu  təşkilatın 
işi  onlarla  mübarizə  aparmaq,  Tanrının  yaratdığı  milləti 
saflaşdırmaqdır.  
Səsdə bir sakitlik gətirəcək hava vardı. Bir də amira-
nəlik hökm sürürdü.  


16 
 
Səs  nalyığana  tanış  gəldi,  adının  başqa  adla  səslən-
məsi onu daha da narahat etdi. 
 –  Mən  necə  inana  bilərəm  ki,  sizin  məqsədiniz  ali-
dir? Və niyə məhz məni öz sıranızda görmək istəyirsiniz? 
Üzübağlı adamlardan biri üzünü açdı, bu MTN-in ge-
neralı  Atilla  Babayev  idi.  General  dedi:  –  Qoroğlu,  sən  o 
nalı  mənə  göstərməmişdən  öncə  mən  o  evdə  öldürülən 
Həsənin  qatilini  tanıyırdım.  Hətta  onun  ölüm  fərmanını 
da  elə  biz  vermişdik.  O,  İranın  Qum  şəhərində  təhsil  al-
mışdı.  Onun  orda  yaşadıqları  kişi  üçün  dəhşətli  bir  faciə 
olduğu  üçün  mollaların  əsirinə  çevrilmişdi.  Bunun  üçün 
də ona verilən tapşırıqları yerinə yetirirdi. Din missioner-
liyi  altında  gəncləri  ətrafına  toplayır,  özünün  düşdüyü 
bataqlığa  sürükləyirdi.  Bundan  da  başqa,  Azərbaycana 
gizli  yolla  silah,  narkotik  vasitələr  gətirməklə  məşğul 
olurdu. Hətta son zamanlar təşkilatlanmağa da başlamış-
dılar.  Elə  bununla  bağlı  bizim  təşkilatın  OdƏrlərinə  onu 
öldürmək tapşırığı verildi. Əməliyyatı həyata keçirən gün 
atlarından  birinin  nalı  təsadüfən  ora  düşmüşdü.  Çoxdan 
planlaşdırırdım  ki,  sən  də  burda  –  bizim  aramızda  ola-
san. Buna qərar vermək üçün səni xeyli müddətdir nəza-
rətdə saxlayırdım və səninlə bağlı xüsusi planlarım vardı, 
hətta  gizlincə  dəfələrlə  səni  sınaqdan  da  çıxarmışdım.  O 
nal  isə  bir  təsadüf  oldu.  O  nalın  sahibini  axtarmağı  sənə 
tapşırmağım  sənin  üçün  bir  sınaq  idi.  Bu  sınağımdan  da 
keçdin. 
Bu vaxt məşəlli insanlardan digər biri də üzünü açdı. 
Bu da həmin Dəmirçioğlu idi.    
O  dedi:  –  Qoroğlu,  general  sənin  haqqında  zəmanət 
verəndə  biz  sənin  belə  mərd  olduğuna  inanmırdıq.  Səni 
tanımaq  üçün  mənim  yanıma  göndərdi.  Buna  da  bəhanə 


17 
 
həmin nal oldu. Səninlə söhbətdə mən də səni bəyəndim. 
Atı  sənə  təklif  etməyim  səni  sınamaq  idi.  İşinin  ardınca 
gedib getməyəcəyini bilmək üçün sənə ən çətin yolu təklif 
etdim. Sənsə iradəli adam olduğun üçün bundan vaz keç-
mədin. Bir də ki, at səni Ata kişiyə tanıtmaq üçün bir şifrə 
idi. Necə ki, nal səni mənə tanıtmışdı. Gələcəyini də bildi-
yimiz üçün bu gün bura yığışmışdıq. 
Sonra üçüncü kişi üzünü açdı, bu da Ata kişi idi. Ata 
kişi heç bir vaxt üzdə görünməsə də, dövlətin maraqlarını 
qoruyur,  onun  güclənməsi  üçün  xalq  arasında  fəaliyyət 
göstərən Xüsusi şöbənin polkovniki idi. O dedi:  – Əlində-
ki  nalı  bizə  göstərəndə  səni  tanıdıq,  amma  şifrədən  tam 
əmin  olmaq  üçün  sənin  atına  da  baxmaq  lazım  idi.  Əgər 
sən seçilmişdinsə, mindiyin atın da nalları sənin əlindəki 
nalla eyni olmalı idi. Onun üçün də səni içəri dəvət etdik 
və  həmin  müddətdə  atının  nalına  baxdıq.  Dəmirçioğlu-
nun atı olduğunu təsdiqləyəndən sonra səni bu saata qə-
dər sağ saxladıq və məclisə çıxardıq. 
Nalyığan  heç  nə  anlamırdı.  Bir  qədər  əvvəl  tanıdığı 
insanların  burada  olacağını  heç  gözləmirdi.  Buna  inan-
maq isə mümkün deyildi.  Hər şey  bir tərəfə, o anda  onu 
düşündürən  yeganə  müəmmalı  məqam  digər  iki  nəfərin 
kimliyi idi.  Səbirsizliklə onların kim olacağını gözləyirdi. 
Elə bu dəm onlardan biri də üzünü açdı. Bu da hərbi xid-
mətdə olanda onun briqada komandiri olmuş polkovnik-
leytenant  Kamandar  Heydərov...  Əslində,  Nalyığan  hər 
şeyi  indi  anlayırdı.  Onu  indiki  işinə  düzəldən  də,  Atilla 
Babayevlə  tanış  edən  də  briqada  komandiri  olmuşdu. 
Dördüncü kişi üzünü açandan sonra dedi: – Qoroğlu, sən 
yəqin ki, hər şeyi başa düşdün. Səni kəşfiyyata göndərdi-
yim  ilk  vaxtdan  seçmişdim.  Həmin  kəşfiyyat  sənin  seçil-


18 
 
miş olacağına qığılcımdı. Sonrakı kəşfiyyatlar isə bu qığıl-
cımı  daha  da  alovlandırdı.  Və  beləcə,  sən  bura  gəlib  çıx-
dın. İndi sən beşincinin kim olduğunu səbirsizliklə gözlə-
yirsən,  buna  hamımız  əminik.  Amma  bu,  hələ  sənə  sirr 
olaraq  qalacaq.  Bir  neçə  etapdan  sonra  bunu  da  biləcək-
sən. Əgər sınaqlardan çıxa bilsən, Ulu Şaman məclisinə də 
təqdim  ediləcəksən.  Bundan  sonra  da  “Qoroğlu”  sənin 
təşkilatdakı kod adın olacaq. 
–  Sizi  yaxşı  tanıyıram.  Sizə  özüm  qədər  inanmışam, 
heç vaxt da bir dediyinizi iki etməmişəm. Əgər mənim də 
burda olmağımı istəyirsinizsə, mənimçün böyük şərəfdir. 
Amma mən həmişə vətən və millət üçün çalışmışam. Bun-
dan  sonra  da  belə  olacaq,  sizinlə  bir  yerdə  də  olsam,  tək 
də. Lakin mən sizin qayənizlə daha dərindən tanış olmaq 
istəyirəm, kimliyinizi dəqiq bilməliyəm. Apardığınız mü-
barizənin  konkret  olaraq  nədən  ibarət  olduğunu  dərk 
edib, ona inanmalıyam. Bunu necə sübut edə bilərsiniz? 
 –  Bizim  təşkilat  müstəqil  fəaliyyət  göstərsə  də,  hər 
zaman  dövlətin  yanındadır.  Bütün  kəşfiyyat  materialları, 
verilmiş  bütün  qərarlarımız  yalnız  birinciyə  çatdırılır. 
Təşkilatın bütün türk cümhuriyyətlərində qolları var. Bü-
tün  türk  ölkələrində  olduğu  kimi,  Azərbaycanda  da  beş 
mərhələdən ibarətdir bu ocaqlar.  Hər beş nəfər şəxs onun 
üstündəki beş nəfərlik digər qrupa daxildir. Bizim hazırkı 
təşkilat  dördüncü  mərhələdir.  Beşinci  ocaqda  fəaliyyət 
göstərən şəxsləri yalnız beşinci ünsür tanıyır. Bizim üçün 
Ulu Şaman məclisinin bütün qərarlarını beşinci ünsür təq-
dim  edir.  Ümumilikdə  Türk  dünyasının,  o  cümlədən 
Azərbaycanın xarici kəşfiyyatını qururuq. Xaricdən Azər-
baycana  qarşı  olan  bütün  təzyiqləri  biz  zərərsizləşdirir, 
idarə edirik. Ulu Şaman məclisinin beşinci ünsürü isə türk 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə