Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə40/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   36   37   38   39   40   41   42   43   ...   57

147 
 
Arslan  isə  bu  əmri  eşitməmiş  kimi    özünü  çox  təm-
kinli aparırdı. – Silahı aşağı endir!.. – dedi. 
– Sənədlərinizi!...Erməni zabitinin son sözünü demə-
yə  imkanı  olmadı.  Elçin  digər  əsgərlərin  sadəcə  balta  və 
mişarla  silahlandığını  dəqiqləşdirdikdən  sonra  səsboğu-
cu  tapança  ilə  onun  alnından  vurmuşdu.  Bunu  görən  er-
məni  əsgərləri  sanki  dəliyə  dönmüşdülər.  Erməni  qan 
görmüşdü. Əsgərlərdən biri əlindəki aləti atıb qaçdı. Elçin 
onu da gözdən qoymadı, cəld onun arxasınca getdi. 
Bu vaxt əlində tutduğu mühərrikli “Drujba” mişarını 
işə  salan  əsgərlərdən  biri  Arslana  hücum  etmişdi.  Digər 
ikisi isə balta ilə Məhəmmədə tərəf qaçırdı. Qışqıra-qışqı-
ra Arslanı doğramağa hazır olan, gözləri dana gözləri ki-
mi  bərəlməsinə  baxmayaraq,  tülkü  ürəkli  əsgər  birinci 
həmlədə Arslana toxuna bilməmişdi. Mişarın ağırlığından 
bir  də  yorğunluqdan  yerə  yıxılmış  erməni  sol  qolunu 
doğramışdı. Dana kimi böyürürdü... Arslan dərhal fürsət-
dən istifadə edib onun boynunu bir göz qırpımındaca sın-
dırmışdı. Məhəmməd isə erməni əsgərinin birini mədəsi-
nə vurduğu təpiklə yerə sərmişdi. Xoşbəxtlikdən o biri əs-
gərin  qorxusundan  ona  tərəf  atdığı  baltanın  küt  tərəfi 
onun çiyninə dəymişdi. Məhəmməd baltanı tullayıb sonra 
qaçmağa çalışan ermənini haqlamışdı. Yenə özündə deyil-
di,  sağdan  və  soldan  endirdiyi  ağır  zərbələr  erməninin 
qulaq  pərdələrini  dağıtmışdı.  Onun  yaxasından  tutaraq 
üzünü özünə tərəf çevirib necə gəldi, dayanmadan döşə-
yirdi. 17-18 yaşı olan bu cüssəli, amma sanki aclıqdan be-
linin  donqarı  çıxmış  erməninin  üzünü  tutmasına  imkan 
belə  verməmişdi.  Məhəmməd  ermənilərin  azərbaycanlı-
ların başına gətirdikləri azmış kimi Ayxanla Altayın acısı-
nı da onlardan çıxırdı. “Heç vaxt məni unutma!..” kəlməsi 


148 
 
qulaqlarında səslənirdi. Əslində bu kəlməni Banu koman-
dir  üçün  yazsa  da,  indi  onun  qulaqlarında  komandirin 
yorğun və xırıltılı səsi ilə səslənirdi.  
O,  erməninin  sinəsini  dizi  ilə  elə  sıxırdı  ki,  artıq  qa-
bırğaları  sınmışdı.  Sınmış  qabırğalar  isə  ürəyinə  batırdı. 
Bunu hiss edən Məhəmməd ayağa durub dabanı ilə onun 
düz  ürəyinin  başından  yüz  kiloluq  çəkidən  istifadə  edə-
rək 300 kiloluq daş ağırlığında ölümcül zərbə endirdi. Er-
məninin ağzından qan gəldi.  
Elçin isə qaçan ermənini öldürmüş, digər əsgərlərdən 
birinin başına tapançanı dayayıb  gözləyirdi. Erməni diz-
ləri  üstə  çökmüşdü.  Qorxusundan  əllərini  göyə  qaldırıb 
öz murdar dilində yalvarırdı. Arslan mədəsini qucaqlayıb 
dizi üstə çökmüş ermənini də sürüyüb onun yanına gətir-
di.  
–  Yaxında  hərbi  hissə  varmı?  –  deyə  Arslan  onun 
çirkdən  qaralmış  maykasının  yaxalığından  tutaraq  düş-
mən əsgərini yuxarı qaldırdı. 
– Hə, var. Xocalının yanındadır. 
– Burdan nə qədər uzaqlıqdadır? 
– Hardasa 5-10 km olar. Bunu deyib fürsətdən istifa-
də edən erməni əsgəri burnunun qanını sildi. 
Arslanın işarəsi ilə Elçin onun da başından böyük bir 
dəlik açdı. Ardınca digər ermənini də cəhənnəmə vasil et-
di.  
Arslanın  tapşırığı  ilə  əyinlərindəki  Azərbaycan  Milli 
Ordusuna məxsus hərbi formaları erməni əsgərlərinin iş-
ləyərkən  çıxardıqları  formaları  ilə  əvəz  etdilər.  Sonra  da 
bu erməniləri əşyaları ilə birgə bir çuxura basdırdılar. Öz 
geyimlərini də həmin qaydada torpaqda gizlətdilər.  


149 
 
OdƏrlərə sanki yeni  güc gəlmişdi.  Altı ermənini tər-
ləmədən  zərərsizləşdirən  dəstə  az  da  olsa  ruhlanmışdı. 
İtirdikləri ümidləri yenidən qayıtmışdı. İndi onlar nəinki, 
üçrəngli bayrağı uca zirvələrə sancardılar, hətta bir taboru 
belə məhv edə bilərdilər.  
Arslan xəritəyə baxdı. Kompasla istiqaməti müəyyən-
ləşdirib: 
 –  Uşaqlar,  tələsməliyik.  Axşama  Şuşaya  çatmalıyıq. 
Əsgərlərin  hərbi  hissəyə  qayıtmadığnı  görən  hərbi  hissə 
komandanlığı  axtarışa  başlaya  bilər.  Bəlkə  də,  onlar  bu 
axtarışa daha tez başladılar. 
Elçin: – Nəyə görə deyirsən?  – deyə soruşdu. 
 – Ola bilər ki, kəsilmiş ağacları aparmaq istəyən kö-
məkçi dəstə gəlmiş olsun. Onları burda görmədikdə şüb-
hələnə  bilərlər,  odur  ki,  yeni  təhlükə  ilə  üzləşə  bilərik. 
Beş-altı gündə səkkiz hərbçisini itirən komandanlıq niza-
mi ordudursa, bunu hiss etməli, ciddi axtarışa başlamalı-
dır. 
 – “Nizami ordu ha...“, – deyə ironiya ilə gülən Elçin: 
–  Bu  qədər  ərazini  gəlmişik,  qabağımıza  bir  nəfər  çıxma-
yıb, bir post belə yoxdur, yaşayış da ki, ən aşağı vəziyyət-
də,  bunların  geyimlərinin  cır-cındır  olduğunu  görmür-
sən? Sən hansı nizami ordudan danışırsan? – dedi. 
– O qədər də lağ eləmə, axşama kimi mütləq axtarışa 
başlayarlar. 
 Meşəli dağlarının zirvələri ilə Kosalar kəndinə doğru 
istiqamət  almışdılar.  Gündüz  olmasına  baxmayaraq, 
OdƏrlər dayanmadan, uca dağ zirvələrindən keçərək Ko-
salarla  Eyvazlı  kəndinin  arasındakı  seyrək  meşəliyə  çat-
mışdılar. Kərkicahanla Kosaları birləşdirən bu dağda aza-
cıq  istirahət  etməli  oldular.  Ən  yüksək  zirvədə  sığınacaq 


150 
 
düzəltdilər. Bu cür təbiəti olan meşələrdə heç vaxt yemək-
içmək  dərdi  çəkmək  olmazdı.  Azacıq  çölə,  çölçülüyə  bə-
ləd  olan  insan  təbiətin  müalicəvi  otlarından,  meyvəsin-
dən, giləmeyvəsindən elə ayaqüstü qidalana bilərdi.  
Hərbi  hissədən  götürdükləri  ərzaq  artıq  çoxdan  qur-
tarmışdı. Səhra kisəsində qənddən savayı heç nə qalmadı-
ğından,  Tanrının  bəxş  etdiyi  yabanı  nemətlərlə  girələnib, 
mədələrini aldadırdılar. Bu cür  qidalanma isə demək olar 
ki,  onların  bağırsaqlarını  qurutmuşdu.  Komandirin  kor 
bağırsağından  ağrı  tutmasının  səbəbi  də  yəqin  ki,  elə  bu 
idi.  
Məhəmmədin  meşənin  bir  az  dərinliyinə  gedib  ar-
mud axtarması yaxşı nəticə verdi. Ayağının altında qala-
raq qıvrılıb Məhəmmədi sancmaq istəyən uzun bir gürzə 
ilanının ağzı Məhəmmədin şalvarının aşağı cibindəki gül-
lə paketində ilişib qalmışdı. O,  adəti üzrə dişlərini keçirə-
rək burulub zəhərini dişlədiyi yerə tökmək istəyən ilanın 
bir  göz  qırpımındaca  başından  tutub  əlindəki  süngü  ilə 
başını bədənindən ayırdı. Cəld ilanın dərisini soyub onun 
əzələli cəmdəyini lent kimi qoluna dolayaraq geri qayıtdı. 
Xəlvət bir yerdə ocaq çatıb doğradığı ilanı qabığını soydu-
ğu  vələs  çubuğuna  keçirərək  oda  tutdu.  Nəhayət,  yağlı 
ilan  qəşəngcə  qızardı.  Böyük  bir  iştahla  yedikləri  bu  ilan 
ətindən sonra gözlərinə işıq gəlmişdi. Sonra da meşəçiyə-
ləyi ilə qidalanan ərlər artıq əməliyyatın bitməsinə az vaxt 
qaldığını söyləyib özlərinə təskinlik verirdilər. 
Arslan beynini yeyib-dağıdan şübhəni və nigarançılı-
ğı aradan qaldırmaq üçün qərar verməli olduğunu düşü-
nürdü. Çünki bütün olub bitənləri onlara danışmalı, edə-
cəkləri hər şeyi planlaşdırmalı idi. Amma haradan başla-
yacağını müəyyənləşdirə bilmirdi.  


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə