Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə41/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   37   38   39   40   41   42   43   44   ...   57

151 
 
Yenə kürək-kürəyə söykənən bu ərlər Qafqaz dağları 
kimi  yenilməz  idilər.  Söykəndikləri  dağlar  dünyanın  ən 
etibarlı  gücləri  idi.  Kimsənin  buna  şübhəsi  ola  bilməzdi. 
İnsanın qəlbində bu cür sevgi olandan sonra yenilməz qa-
laya bənzəyir. Bu qalalar xarabalığa, bayquş məskəninə o 
zaman  çevrilərdi  ki,  qəlb  sevgisiz,  ürək  cəsarətsiz,  könül 
arzusuz olsun. Bu sevgi vətən, millət sevgisidirsə, həmin 
qəlb Əlincə qalası kimi yenilməz, Bəzz qalası kimi sarsıl-
maz, Qız qalası kimi əlçatmazdır. 
 – Uşaqlar, sizə bir sirr açmalıyam. Bundan sonra bir-
gə qərar verməliyik, – deyən Arslan bir az susdu. Uşaqlar 
da  susurdu...  Arslanın  nə  deyəcəyini  gözləyirdilər.  Axı 
son  həmlə  qalırdı.  Buna  görə  də  komandirin  tapşırıqları 
və tövsiyələri çox önəmli idi.  
–  Bilirəm,  indi  deyəcəklərim  sizin  üçün  çətin  olacaq. 
Amma  buna  baxmayaraq  səbirlə  düşünməlisiniz.  Ko-
mandir ölməmişdən öncə mənə vəsiyyət etdi. Dedi ki, biz 
bayrağı Şuşaya yox, Xankəndinə – qondarma  Dağlıq Qa-
rabağ  Respublikasının  prezidentinin  oturduğu  binaya 
sancmalıyıq.  Çünki  o  bina  strateji  binadır.  Bayrağın  ora 
sancılması  daha  çox  diqqət  cəlb  edər,  Dağlıq  Qarabağın 
mərkəzi kimi Xankəndi ən önəmli şəhərdir. Gecə ilə bay-
raq ora sancılmalı, sonra isə bizi əvvəlcədən gözləyən Bo-
qomilla adlı qıza zəng edilməlidir. O, bizə gizlincə qaçma-
ğa kömək edəcək. 
– Qız hardan çıxdı? – deyə Elçin sual verdi.  
Arslan  ah  çəkdi.  Hər  şeyi  açıb  dostlarına  danışmalı 
idi,  yoxsa  heç  kim  inanmayacaqdı.  Hətta  geniş  şərhə  də 
ehtiyac duyulurdu. 
–Bəylər, vəziyyət belədir. Bizim bu  əməliyyat heç də 
təsadüfi olmayıb. Komandir yuxarıdan aldığı gizlin tapşı-


152 
 
rığa əsasən əməliyyata başçılıq edib. Çünki ordunun için-
də olan informasiya sızmaları, Azərbaycanın bir neçə dəfə 
müharibəyə başlamasına mane olub. Dövlətimiz qarşısına 
böyük bir məqsəd qoyub. Orduda ciddi təmizləmələr ge-
dir.  Nəinki  orduda,  bütün  strukturlarda.  Çünki  bir  çox 
məmurun casus silahdaşları ortaya çıxıb. Hətta ölkədə er-
mənilərlə  gizlincə  əməkdaşlıq  edən  məmur,  o  cümlədən 
məmur övladları və iş adamları var. Prezidentin son həm-
lələri həmin dayaqları zəiflətməyə yönəlib. Bir çox böyük 
vəzifəli məmurlar var ki, onlar çox güclüdürlər. Biznesləri 
və bağlantıları çox dərindir. Dövlət bəzən onların nazı ilə 
oynamağa  məcbur  olub.  Amma  dönəm  dəyişir.  Yeni  ko-
manda  işə  başlamağa  hazırdır.  Türk  birliyi  də  genişlən-
məkdə  və  bizə  dəstək  verməyə  hazırdır.  Azərbaycan  gü-
cünü göstərə bilsə, ardımızca Qazaxıstan gələcək. Bu çağ 
ən  kritik    dönəmdir.  Dövlət  bizi  bura  göndərməklə  dün-
yaya  mesaj  göndərmiş  olacağını  düşünür.  Təzyiqlərin  də 
çox olacağını bilir. Amma xalqın bu hadisədən sonra döv-
lətə rəğbətinin bir az daha böyüməsi planlaşdırılır. Bir çox 
xarici qurumlar hökuməti ləkələməklə dövlətə qarşı anti-
patiya yaratmaq istəyir. Bunu isə mənfur, kirli qan sahibi 
olan  bəzi  qüvvələrin  əli  ilə  etmək  istəyirlər.  Azərbaycan-
da  fəaliyyət  göstərən  beynəlxalq  təşkilatlar  böyük  bir  so-
sioloq  qrupunun  yardımı  ilə  dövlətin  təməlini  silkələmə-
yə  çalışırlar.  Son  dövrlərdəki  əsgər  ölümləri,  intiharlar, 
xarici təşkilatların bəyanatları proseslərin onların xeyrinə 
işlədiyini əsaslandırır. 
Bunun üçün də biz təlimatlandırılaraq bura göndəril-
dik. Bu bir əməliyyat idi. Biz  istənilən halda dönməyəcə-
yimizi  gözümüz  önünə  alaraq  vətən  və  millət  üçün  bura 
gəlmişik.  Boqomilla  Azərbaycan  kəşfiyyatının  xaricdəki 


153 
 
əməkdaşıdır. O, bizim üçün xarici pasportlar da hazırlat-
dırıb. Əməliyyatdan sonra təyyarə ilə Gürcüstana gedəcə-
yik. Ordan da Vətənə dönməliyik.  
Elçin dözə bilmədi: 
– Ona necə inana bilərik, Sultanbəyli? Biz nə bilək ki, 
o,  doğrudan  da,  bizi  ələ  verməyəcək?  Bütün  planları  alt-
üst etməyəcəyinə necə əmin olaq?  
– O, uzun müddətdir ki, kəşfiyyatın xüsusi əməkdaşı 
kimi  xaricdə  fəaliyyət  göstərir.  Əgər  bura  qədər  bizi  ələ 
verməyibsə, satqınlıq etməyibsə, deməli, inanılmış adam-
dır.  
–  Məncə,  bu,  inandırıcı  deyil.  Bəlkə  bu  barədə  qərar 
vermək  hələ  tezdir!?  Bizi  əməliyyat  başında  da  ələ  verə 
bilər.  Bu  gün  dünyadakı  tanınmış  kəşfiyyatçılar  da  ikili 
oyun oynayır axı. Mən onunla heç bir təmasa keçilməsini 
istəmirəm.  Amalımız  var.  Ona  da şərəflə  əməl  etməliyik. 
Bura qədər gələ bilmişiksə, qayıtmağın da yollarını tapa-
rıq. Bir də ki, mən ölümü – şəhidliyi gözə alaram, nəinki 
bir  qadının  yardımından  istifadə  etməyi,    –  deyən  Elçin 
etiraz etdi.  
Arslan  nədənsə  Elçini  müəyyən  mənada  yola  gətirə-
cəyinə  və  inandıracağına  şübhə  etmirdi.  Amma  Məhəm-
mədin susması onu narahat edirdi. Onun fikirlərini dinlə-
yib  planını  sonra  deməyi  düşünürdü.  Çünki  birdən-birə 
iki müxtəlif məxfi faktı həzm edə bilməzdilər. Bir tərəfdən 
də,  onun  bura  hansı  məqsədlə  gəldiyini  yalnız  onun  bil-
məsi  vacib  idi.  Hətta  ona  verilən  tapşırığa  əsasən  ölüm 
ayağında olsa idi belə, kimsəyə deməməli idi. Tarixin sir-
rini yüz illərdir yaşadanlar, çox böyük sınaqlardan çıxma-
lı idilər. Amma bu məqam tamam fərqli idi. Yaşanılan və-
ziyyət bəzən insanı qaydaları pozmağa məcbur edir. Bun-


154 
 
ları  düşünə-düşünə  ağlına  gələn  bir  fikri  heç  düşünmə-
dən səsləndirdi: 
–Siz ikiniz birgə Xankəndinə gedəcəksiniz, mənsə Şu-
şaya. Bayrağımızı həm orada sancacağıq, həm də Şuşada. 
Eyni vaxtda. Sağ qalarsaq, axşam burda görüşərik. Sonra 
lazım  gələrsə,  Boqomillaya  da  zəng  edərik.  Bu  plan  özü-
nün də xoşuna gəlmişdi. Ürəyi bir az rahatladı. Sanki bir 
az yüngülləşdi. Çünki onun tək qalması əsas məsələ idi. 
Bu vaxt Məhəmməd cəld ayağa qalxdı. Əlindəki AK-
MS-i dostlarına tərəf tuşladı. Üz cizgiləri tərpənirdi. Əllə-
ri ilə avtomatı elə sıxmışdı ki, yüz pəhləvan gəlsəydi belə, 
onun əlindən ala bilməzdi. Üzündəki yorğunluq, ruh düş-
künlüyü ondakı cəsarətlə qovuşmuş və daha təhlükəli və-
ziyyətə  gəlmişdi.  Onun  gözlərində  bir  şübhə  görünürdü. 
Sanki  bu  dəqiqə  imkan  olsa  idi,  başını  dağa,  daşa  çırpıb 
ağlayardı. Dodağı da özündən ixtiyarsız tərpənirdi: 
– Qalxın ayağa!.. 
Arslan  Elçinin  əlini  silahına  aparmaq  istəyini  duy-
duqda qolundan dartaraq sakit olmasını istədi. Və birinci 
özü qalxdı ayağa. Elçin də onun ardınca ağır-ağır tərpən-
di.  Ay  işığında  gözlər  canavar  gözü  kimi  toqquşdu.  Ha-
mısı bir-birinə çox sərt baxırdı. Bu baxışlarda nə qorxu, nə 
də  cəsarətsizlik  duyulurdu.  Amma  təəccüb  və  qəzəb  çox 
rahat sezilirdi. Elçin artıq Məhəmmədin bu cür hərəkətlə-
rindən bezmişdi. Onun soyuqqanlı ola bilməməsi, hər də-
fə  bu  cür  çılğınlıq  etməsi  onu  cana  yığmışdı.  Bu  dəqiqə 
onun üstünə tullanıb parçalamaq və susdurmaq istəyirdi. 
Məhəmmədin  xain  çıxacağı  onun  ağlına  belə  gəlmirdi. 
Arslan  isə  bütün  ehtimalları  nəzərdən  keçirməli  idi.  Ola 
bilərdi ki, Məhəmməd də onların arasına başqa bir təşki-
lat  tərəfindən  yerləşdirilsin.  Onun  radikal  formada  dinə 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə