Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə42/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   38   39   40   41   42   43   44   45   ...   57

155 
 
inancı  həmişə  dostlarını  qorxutmuşdu.  Axı  İslam  adı  al-
tında  özləri belə  bilmədən  xarici  qüvvələrə  xidmət  edən-
ləri  çox  görmüşdü.  Müxtəlif  dini  təriqətlərə,  məzhəblərə 
qulluq  edən  insanlar  və  onların  başında  kimlərin  durdu-
ğu məlum deyildi. Məsələ getdikcə qəlizləşirdi. Kim deyə 
bilərdi ki, İranın ali dini lideri dünyanı idarə edənlərə xid-
mət  etmirdi?  Kim  nə  bilərdi  ki,  Fətullah  Gülənə  inanan 
milyonlarla  insan  xəbəri  olmadan  bir  mərkəzdən  idarə 
olunan  qüvvələrə xidmət etmir? Bunların hamısı ehtimal 
olduğu qədər həqiqətə də çox yaxın idi. Bu baxımdan Mə-
həmmədin  də  bu  əməliyyatı  pozmaq  üçün  yetişdirildiyi 
arxa plana atıla bilməzdi. Onun nə qədər çılğın olduğunu 
bilsələr də, dostlarının üstünə silah çəkəcəyini düşünməz-
dilər. Bu düşüncələr içində burulğana düşən Arslan onun 
yeni bir əmri ilə üz-üzə qaldı: 
– Xəritələri çıxar! 
Arslan sakitcə xəritələri çıxarıb ona tərəf uzatdı. 
– Gecəgörmə cihazını da ver! 
Arslan  artıq  onun  nəyə  xidmət  etdiyini  anladı.  Buna 
görə də imkan yaranan kimi onu zərərsizləşdirmək lazım 
idi.  
Məhəmməd xəritəni açaraq, birini götürdü. Gecəgör-
məcihazını da boynuna keçirdi. Sonra da onlardan bir ad-
dım aralandı. Elçin artıq hər şeyin gec olduğunu hiss etdi. 
Özünü açılacaq silahın qarşısına atıb Arslanı xilas etməyi 
düşünürdü. Amma Məhəmmədin: – Mən Xankəndinə ge-
dirəm!  –  deməsi,  alovlanmaqda  olan  közün  üstünə  su 
səpdi.  Onun  cızıltısı  ciyərlərini  yandırdı.  Çünki  Məhəm-
mədə  qarşı  yanlış  fikri  ağıllarından  keçirmişdilər.  Arslan 
isə özünü elə apardı ki, sanki elə belə də olacağını bilirdi. 
Bu isə təcrübədən irəli gəlirdi.  


156 
 
– Mən nə Allahımı, nə də millətimi kiminsə tapşırığı 
ilə sevməyə alışmamışam. Mən bura ideya, məslək, əqidə 
uğrunda  mübarizə  aparmağa  gəlmişəm.  Kimlərinsə  iy-
rənc  oyunlarının  “peşkası”  kimi  yox.  Mən  sizə  inanmış-
dım, mənə verilən əhdə sədaqətlə yaşamışam. Gedin, özü 
də  məni  unudun.  Madam  ki,  komandir  Xankəndinə  get-
məyimizi əmr edib, mən onun son tapşırığına əməl edəcə-
yəm.  Amma  unutmayın  ki,  mən  bunu  öz  iradəmlə  edi-
rəm, kiminsə tapşırığıdır deyə yox. Planlar quran dövlət-
niz isə bundan sonra qəlbində vətən eşqi gəzdirən oğulla-
ra  inanmağı  öyrənsin,  o  qəlbləri  qazana  bilsin.  Arxasın-
dan  oyunlar çevirib başının altına yastıq qoymasın. Döv-
lətin silkələnib ayağa qalxmasını gözləyən oğullara həmi-
şə onların yanında olduğunu deməyə cəsarət etsin. Aşiq-
lərin, dostların bir-birindən sirri olmaz! Şəhid olmaq alnı-
ma yazılıbsa, şəhid olaram, yox əgər yazılmayıbsa, sabah 
axşam  burada  görüşərik.  Məhəmməd  bunları  dedikcə 
hayqırırdı. Sevgilisindən gileylənən aşiqlər kimi titrəyirdi. 
Ona  xəyanət  etmiş  sevgilisini  niyə  sevdiyinə  təəssüflən-
məsə də, elə bil, öz halına acıyırdı. O, – Sultanbəyli, tele-
fonu da mənə ver, – deyib susdu.  
Arslan  yenə  sakitcə  telefonu  ona  uzatdı.  O,  çox  mə-
yus  olmuşdu.  Məhəmmədin  tək  getməsindən  daha  çox, 
Elçinlə onun birgə qalması işi çox qəlizləşdirirdi. Məhəm-
mədlə  bərabər  burada  Elçini  də  itirmək  təhlükəsi  vardı. 
Elçin  bilsəydi  ki,  Arslan  da  başqa  məqsədlə  bura  gəlib, 
onda daha böyük faciə olardı.  
Məhəmməd telefonu yaxındakı daşa çırparaq  parça-
ladı.  Bunu  görən  Elçin  də,  Arslan  da  çox  narahat  oldu. 
Deməli, Məhəmmədin yeganə amalı vardı: haqq yolunda 
şəhid olmaq!.. 


157 
 
Arslan  Məhəmmədə  tərəf  bir  addım  atmaq  istəyirdi 
ki, o, lüləsi aşağı əyilmiş silahı bir az da qaldırdı:  – Yaxın 
gəlmə!.. – dedi. 
–  Hüseynov,  sənə  bu  cür  çılğınlıq  yaraşmır.  Axı  sən 
kəşfiyyatçısan, sənin dərin düşünmə qabiliyyətin var. Bə-
yəm  dövlətin  bütün  planlarını  bizim  kimi  sadə  əsgərlər 
bilməlidir?  Bəyəm  biz  bu  millətə  hansısa  məmura  görə 
xidmət edirik? Bu millət, bu vətən bütövdür, qardaş! İnad 
etmə, silahı endir aşağı, necə deyirsən, elə də edək, amma 
məsləhətləşək. Axı cığırları yaxşı tanımırsan,  özü də indi 
əsəbisən.  Bu  vəziyyətdə  erməninin  əlinə  düşə  bilərsən, 
bütün  planlarımız  alt-üst  ola  bilər.  Bir  şeyə  sevinməlisən 
ki, səndən xəbərsiz, sənin dövlətin sənin ürəyindən keçə-
ni sənə tapşırıb. Bu isə qarşılıqlı məhəbbətdir. Bu, ürəklə-
rin eyni döyünməsi deməkdir.  
– Arslan, bəsdir, mənə nağıl danışma. Mən “vətən”, – 
deyib, – “sevgimiz” bağıranda sənin dediyin o dövlət har-
da idi? Olmazdı ki, komandir bizə bunu öncədən deyəy-
di? Yoxsa sənin də xəbərin vardı? Yoxsa sən də ikiüzlülük 
edərək,  başqa  bir  tapşırıq  almısan?  Bəlkə,  sən  də  sürpriz 
edəsən.  Nə  qədər  ki,  gec  deyil,  sən  də  de.  Məhəmmədin 
simasında acı bir gülüş vardı. Özünün də qəbul etmədiyi 
günahkarı axtarırdı.   
Elçin Məhəmmədin psixoloji durumunun yaxşı olma-
dığını hiss edirdi. Təsəlli edəcək söz tapa bilmirdi. Harda-
sa  o  da  Məhəmmədlə  razı  idi  və  Məhəmmədi  başa  düş-
məyə çalışırdı. 
–  Məhəmməd,  mən  də  sən  deyənlərlə  razıyam.  Hər 
şeyin  əvvəlcədən  bizə  deyilməsi  vacib  idi.  Əməliyyatın 
planı eyni olsa da, mahiyyəti başqadır. Amma biz bir-biri-
mizi  bu  cür  başa  düşməsək,  millət  bundan  ziyan  görər. 


158 
 
Necə ki, görür də. Gəlin soyuq başla düzgün plan hansı-
dırsa, onu cızaq. 
 –  Sizi  bilmirəm,  amma artıq  mən  planımı  cızmışam. 
Yolumdan da dönən deyiləm. Sizə uğurlar! Sabah axşam 
burda  gözləyəcəm  sizi.  Əgər  gəlsəniz,  onda  plan  cızarıq. 
Yox,  əgər  gəlməyəcəksinizsə,  sonuncu  gülləmə  qədər  dı-
ğalara  yedirdəcəyəm.  Vətən  sağ  olsun!  –    deyib  Məhəm-
məd bir neçə addım geriyə dalı-dalı gedərək sonra çevril-
di. Ağacların arası ilə yürüməyə başladı.  
Arslanın  dizləri  titrədi.  Gözlərini  ondan  çəkmədən 
yerə oturdu. Dizlərini qucaqladı. Gözləri bir anlıq yol çək-
di.  Qoca  anası  yadına  düşdü.  Düşündü  ki,  bu  gedən  igi-
din arxasınca su atıb, “sağ get, salamat qayıt”, –  desin.  
Məhəmməd  birdən  dayanıb,  cəld  arxaya  çevrildi. 
Gözləri alaqaranlıqda OdƏrləri axtardı. “Sabah, sabah ax-
şam sizi gözləyəcəyəm!” – dedi. Bu sözdə güclü bir inam, 
bir güvən vardı. Atılan addımlar da bunu deyirdi. O, qısa 
bir  zamanda  gözdən  itdi.  Bir  daha  görünməyəcək  kimi 
qeyb  oldu.  Elə  bil,  o  yox  idi.  Sadəcə,  arzuları,  amalları 
vardı! Bu arzu və amallar dağın arxasında qüruba gedən 
günəşə bənzəyirdi: özü görünməsə də, işığı aləmi işıqlan-
dırırdı... 
 
17 
 
Boqomilla  uzunboğaz,  qara  çəkməsini  tələsik  bağla-
yıb, ona xüsusi yaraşıq verən qara saçlarını başı ilə arxaya 
ataraq,  telefonunu  götürüb  hoteldən  çıxdı.  Qara  rəngli 
mini  ətəyi  onun  uzun  ayaqlarına  xüsusi  yaraşıq  verirdi. 
O, Kaliforniya ştatına yenicə gəlmişdi. Bir ilə yaxın idi ki, 
görüşdüyü  erməni  əsilli  iş  adamı,  gələcək  senata  seçilmə 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə