Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə43/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   39   40   41   42   43   44   45   46   ...   57

159 
 
şansı çox böyük olan Tridat Asemyanla görüş təyin etmiş-
di.  Axşam  yeməyini  Los-Ancelesin  ən  bahalı  restoranı 
olan  “Providence”- də yeyəcəkdilər, sonra isə hara gedə-
cəklərini  o  da  dəqiq  bilmirdi.  Amma  cazibədar  olmaq 
üçün lazım olan bütün vasitələrdən istifadə etmişdi. Vur-
duğu “Hypnose”la təninin vəhdətindən doğan ətirsə Pat-
rik  Zuskindin  “Ətriyyatçı”sındakı  Jan  Batist  Qrenuyun 
hazırladığı ətir kimi insanların ağlını başından çıxarırdı.  
Boqomilla  müxtəlif  təyinatlı  araşdırmalarla  məşğul 
olan  tanınmış  bir  jurnalist  idi.  Daha  çox  insan  oğurluğu 
üzrə araşdırma aparan bu gözəl jurnalist nədənsə son bir 
ildə  siyasi  araşdırmalar  edir,  mübahisəli  ərazilər  haqqın-
da  yazırdı.  Jurnalist  peşəsi  ilə  məşğul  olan  çox  az  xanım 
gözəlliyi  ilə  seçilir.  Əslində,  bu  peşəni  daha  çox  o  qədər 
də  cazibədar  olmayan  xanımlar  seçir.  Gözəllər  isə  əksər 
hallarda,  müəyyən  bir  məqsədlə  bu  peşə  ilə  məşğul  olur 
və ya yönləndirilirlər.  
Yazılarından birində türklərin dünya üçün təhlükəyə 
çevrilməsini  isbatlamağa  çalışırdı.  Axırıncı  yazısı  isə, 
Azərbaycan Ordusunun iflic vəziyyətdə olduğunu göstə-
rirdi. Bu yazı Azərbaycanda çox əks-səda doğurmuş, hət-
ta ona qarşı müəyyən vasitələrlə təzyiqlər də başlamışdı. 
Tridat buna görə də ona xüsusi mühafizəçi də ayırmışdı.   
Boqomilla  ilə  Tridatı  bağlayan  təkcə  sevgi  deyil,  bö-
yük  miqdarda  pul  və  ideologiya  idi.  Boqomilla  Tridatın 
ona  vurğunluğunu  və  onun  əlində  olan  mətbuatın  gücü-
nə ehtiyacı olduğunu bilirdi. Hətta bundan məharətlə isti-
fadə edirdi. Qadın böyük qüvvədir, amma bu qadın gözəl 
və hiyləgər olarsa, Tanrı kimi qəlblərə nur səpəcək, şeytan 
kimi  könülləri  ovsunlayıb  bərbad  edəcək  gücə  sahibdir. 
Boqomillada isə hər ikisi var idi: yeri gələndə onun Tanrı-


160 
 
sı olub ona  rahatlanmağı, səbirli olmağı, yeri gələndə isə 
onu cəllada çevirib qan tökməyi, can almağı təlqin edirdi. 
Bunu  da  məharətlə  bacarırdı.  Bir  də  Tridatı  həmişə  həs-
rətdə saxlamağı xüsusi hiylə və ciddiliklə həyata keçirirdi. 
Tridat  isə  qazandığı  bütün  var-dövlətini  “Böyük  Er-
mənistan” ideologiyası yolunda xərcləməyə hazır idi. Bir 
zamanlar  yəhudi  lobbisinin  fəaliyyətini  diqqətlə  izləyən 
erməni lobbisi bunu olduğu kimi öz təşkilatlanmalarında 
həyata  keçirməyə  çalışırlar.  Güclü  mətbuata  sahib  olan 
qurum  güclülərdəndir.  Tridat  bu  bacarıqlı  xanımdan  iki 
məqsədlə  istifadə  edirdi:  birinci  onun  qələmi,  ikinci,  cis-
mi. Bir kişi olaraq özünün xəbəri olmadan  belə artıq ona 
aşiq də olmuşdu. Amma işi, vəzifəsi daha dərinə getməyə 
imkan vermirdi. Onun bir qadınla görüşünün işdən başqa 
digər yöndə inkişafını eşidən milliyyətçi erməni gizli təş-
kilatı dərhal onu aradan götürərdi. Bunu Tridat daha yax-
şı  bilir,  bütün  hislərini  gizlətməyə  çalışırdı.  Bu  vəziyyət 
isə, Boqomillanın işinə daha çox yarayırdı.  
Tridatla ilk dəfə 2012-ci ilin aprel ayında ermənilərin 
uydurduğu  türklərin  ermənilərə  qarşı  törətdikləri  qon-
darma soyqırımın anım mərasimində tanış olmuşdu. Ona 
yaxınlaşıb  başsağlığı  verərək  özünü  təqdim  edərək:    – 
Əgər  vaxtınız  varsa,  hazırlayacağım  yeni  yazı  üçün  sizə 
bir  neçə  sual  vermək  istəyirəm,  –    demiş  və  vizitkartını 
ona vermişdi. Əslində, Boqomillanın bu tanışlığa və onun 
fikirlərinə  çox  böyük  ehtiyacı  vardı.  Amma  o,  bunu  bö-
yük ustalıqla heç sezdirmədi də. Tridat isə vizitkartını gö-
türərək  özündənrazı  halda  etiraz  etmədiyini  bildirmişdi. 
Beləcə,  tanışlıq  başlamış,  dərinləşmiş,  artıq  sifarişlərə 
çevrilmişdi. Tridat ona mövzular verərək, bu barədə yazı-


161 
 
lar yazmasını istəyirdi,  Boqomilla isə bu istəyi  məharətlə 
həyata keçirirdi. 
Boqomilla  içəri  girəndə  həzin  bir  saksafon  səsi  onu 
qarşıladı.  Bu  qaba  musiqi  alətindən  çıxan  incə  səs  sanki 
Boqomillanın  ətri  ilə  havada  görüşüb  rəqs  etməyə  başla-
dılar.  Sonra  isə  əlində  şərab  dolu  badə  tutan  səliqəli  ge-
yimli, ilk baxışdan şən və səmimi görünən 40-42 yaşlı bir 
iş adamı Boqomillanı görər-görməz tələsik bakalı masaya 
qoyub  yerindən  qalxdı,  hətta  onu  qarşılamaq  üçün  ləng 
bir  addım  da  atdı.  Amma  artıq  Boqomilla  ona  yaxınlaş-
mışdı.  Rəsmi  şəkildə  Boqomillanın  əlini  sıxdı,  sonra  isə 
stulu çəkmək üçün əmrə müntəzir olan ofisianta getməsi-
ni  işarə  edərək,  bu  nəvazişi  özü  göstərdi  və  onun  əyləş-
məsini gözlədi. 
 –  Son  yazıya  görə  təbriklər  və  təşəkkürlər!  Çox  mü-
kəmməl iş bacardın. Eşitdinmi son xəbəri? 
 – Hansı xəbəri nəzərdə tutursan? 
 –  Azərbaycanın    müharibəyə  hazırlaşdığını.  Azər-
baycan Prezidenti son çıxışında “yolun sonuna gəlirik ar-
tıq, yol bitdi, ya maneə kimlər tərəfindən qoyuldusa, gö-
türülsün,  ya  da  biz  o  maneəni  necə  aşacağımızı  bilirik” 
demişdi.  
 – Hə, xəbərim var, – Boqomilla bunu deyərək, onun 
əlinə toxundu. Gözlərini isə ondan çəkmirdi. Baxışlar bir-
başa  Tridatın  gözlərinin  bəbəyindən  keçərək,  ta  şüurunu 
görəcək qədər uzağa getdi.  Bu baxışlarla o, Tridatın bey-
nini ələk-vələk edib, düşüncələrini  oxuyurdu.  Ürəyindən 
keçənləri hiss edirdi. Amma hər şeyin öz vaxtı-vədəsi var-
dı. Söhbəti dəyişərək dedi: 
 – İstəyirəm, sizin Şuşa şəhəriniz haqqında böyük bir 
araşdırma aparım. Sən keçən dəfə  danışdın, oranın tarixi 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə