Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə44/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   40   41   42   43   44   45   46   47   ...   57

162 
 
məni  yaman  maraqlandırdı.  Çoxdandır,  internetdə  araş-
dırma  aparıram.  Bura  daha  çox  türklərin  yaşadığı  ərazi 
kimi qeyd olunur bir çox mənbələrdə.  
 –  O  şəhərin  adı  Şuşa  deyil,  Şuşidir.  Oradakı  qədim 
erməni  kilsələrini,  orda  yaşayan  insanları  görsəniz,  o  za-
man o şəhərin kimlər tərəfindən salındığını bilərsiniz. Bu-
na çox sevindim, – deyə cümləsini bitirəndən sonra men-
yusunda daha çox dəniz yeməklərinə üstünlük verən res-
toranın  yeməklər  siyahısını  götürüb  seçimini  etdi.  Boqo-
millanın da sifarişini qəbul edən ofisiant gedəndən sonra 
ondan nə vaxt getmək istədiyini soruşdu. 
 – Əgər şərait yaradılarsa, üç gündən sonra. 
 –  Niyə  belə  tez?  Axı  neçə  vaxtdır,  mən  istəsəm  də, 
sən razılıq vermirdin?  
 –  Hər  bir  şeyin  zamanı  gəlməli  idi.  Bilirsən  ki,  mən 
bir yazım üçün, bəlkə də, aylarla araşdırma aparıram. 
Əslində, isə Boqomilla gəldiyi tarixi qənaətləri sübut 
etmək üçün ora getməkdə maraqlı idi. O, hətta ermənilə-
rin Türkmənçay və Gülüstan müqaviləsindən sonra Qara-
bağa – Şuşaya kütləvi köçürüldüyünü yaxşı bilirdi. Hətta 
onun bu şəhər haqqında yazılar yazmasını istəyən erməni 
lobbisinin məqsədini də. Bundan başqa o, gizlin bir kitab 
da yazırdı. Yazılarının necə, kimlər tərəfindən, hansı sifa-
rişlərlə yazılmasını həmin kitabında aydınlığı ilə açıb gös-
tərmişdi.  Amma  bu  yazılmaqda  olan  kitabı  ələ  keçsəydi, 
nəinki onun, bütün nəslinin belə həyatı təhlükə altına dü-
şərdi.  Amerika  və  Rusiya  siyasətini  yönləndirən  gizlin 
qüvvələrin  kimliyini  də  müəyyənləşdirmişdi  özü  üçün. 
Dövlətlərin  idarəçiliyinin  kimlər  tərəfindən  yürüdüldü-
yünə dair xeyli faktları vardı. “Vikiliks”də açıqlanan ma-
terialların  da  nəyə  xidmət  etdiyini  yaxşı  bilirdi.  Amma 


163 
 
ona o da məlum idi ki, öz müqəddəratını müəyyənləşdir-
mək  gücünü  yavaş-yavaş  əldə  edən  Böyük  Türk  Birliyi 
formalaşmaqdadır.  
Nə  qədər  çalışsa  da,  hələ  də  Vatikandakı  qədim  ar-
xivlərə girə bilmirdi. Bunun üçün çox da qabarıq formada 
cəhd  etmirdi.  Çünki  yaxşı  bilirdi  ki,  bu  məlumatları  öy-
rənmək  istəyən  tarixçilər,  jurnalistlər  müəmmalı  şəkildə 
qətlə yetirilir, ya da böyük güclər tərəfindən yox edilirdi.  
Erməni lobbisinin planlarını başa düşmək o qədər də 
çətin  deyildi.  Azacıq  siyasi  təhlil  və  şərhetmə  qabiliyyəti 
olan şəxs bunu görə bilər, həmçinin aparılan siyasətə mü-
daxilə edə bilmə yollarını tapardı. Türk dövlətləri birliyi-
nin qarşısını almaq istəyən başqa qüvvələr idi. Bu qüvvə-
lərin öz aralarındakı kəskin mübarizələr belə, onlara qarşı 
olan  fikirlərindən  yayındırmağa  mane  olmurdu.  İkinci 
Dünya  müharibəsində  dünyaya  qarşı  olan  Hitler  belə 
düşmənləri Amerika və Rusiyaya rəğmən türklərə yardım 
etmədi, onların güclənmələrinə imkan yaratmadı.  
Boqomillanın  Qarabağa  getməkdə  məqsədi  sonralar 
bilinəcək və yazılarında öz əksini tapacaqdı. Bəlkə də, heç 
kim  bilməyəcəkdi,  amma  Boqomilla  öz  həqiqətinin  arxa-
sınca gedirdi. Artıq elə bir mərhələdə idi ki, həqiqəti ona 
böyük güclər, pullar, silahlar yox,  dünyanın  qədim, düz-
gün tarixinə yaxınlaşması diqtə edirdi. 
Bunun  təhlükəli  olduğunu  çox  yaxşı  bilirdi,  amma 
həqiqəti görmək istəyi onda ölüm qorxusundan çox üstün 
idi.  Öz  gözəl,  təravətli  cismini  belə  bu  yolda  istifadə  et-
məkdən  çəkinmirdi.  Dünyanın  idarə  edilmə  sirlərini  ad-
dımbaaddım  öyrənir,  öyrəndiklərini  isə  yazdığı  “Son  ça-
ğırış” kitabında cilalayırdı. Onun üçün dörd böyük və sir-
li xalq vardı: türklər, çinlilər, yəhudilər, hindlilər. Ona elə 


164 
 
gəlirdi ki, bu xalqların tarixini, mifologiyasını, mənşəyini 
doğru-dürüst  öyrənərsə,  yaradılışın  sirrini  bilər.  Amma 
bu düşüncə onun heç bir yazısında görünmürdü. O, mə-
qalələrində,  reportajlarında  kimlərəsə  xidmət  etdiyini 
göstərsə də, tamamilə fərqli yolda idi. Çox sirli həyat tər-
zinə məxsus olan bu qızın qədim Şumer dilini, OdƏr dili-
ni,  ari  dilini,  latın  dilini  bildiyini  kimsə  bilmirdi.  Bunları 
bütün kəşfiyyat orqanlarından gizlədə bilmişdi. Bolqarla-
rın belə tarixi mənşəyinin qədim türklərdən gəldiyini bil-
diyi halda, heç vaxt dilə gətirməz, gətirənləri də qəbul et-
məzdi.  
O, artıq özünün dərk etdiyi haqq naminə bu işə razı-
lıq  vermişdi.  Dərin  dövlət  sirlərini  bilmək  üçün  yeri  gə-
ləndə  türklərin  də,  yəhudilərin  də,  çinlilərin  də  verdiyi 
tapşırıqlara  əməl  edirdi.  Ona  görə  də  Dağlıq  Qarabağda 
olmasının  səbəbini  erməni  lobbisinin  istəyi  kimi  göstərsə 
də, ora tamam başqa məqsədlə gedirdi...  
 
18 
 
Boqomillanın  gördüyü  mənzərə  dəhşətli  idi.  Verilən 
tapşırığa görə səhər sübhdən ona telefon zəngi olmalı idi. 
Və o, hadisə yerinə gedib çəkiliş aparmalı idi. Çəkdiyi vi-
deo  materialı  lazımi  ünvana  göndərməli,  sonra  isə  onda 
olan Amerika vətəndaşı pasportlarını da götürüb birbaşa 
Gürcüstana getməli idilər. Pasportlar Altaya, Ayxana, El-
çinə  və  Məhəmmədə  aid  idi.  Amma  heç  bir  zəng  gəlmə-
mişdi.  Saat  on  olmasına  baxmayaraq,  telefon  hələ  də  su-
surdu... 
Amma o, qondarma Dağlıq Qarabağ Respublikasının 
rəsmi  binasının  ən  uca  nöqtəsində  üçrəngli  Azərbaycan 


165 
 
bayrağının  dalğalandığını  görürdü.  Bu  bayrağın  rəngləri 
bütün səmaya meydan oxuyurdu. Elə bil qürurlu və məğ-
rur şəkildə 20 ildən çox yad nəfəsi ilə qidalanan Qarabağ 
səmasına yeni bir nəfəs, ruh vermişdi. Aydın səmada, gü-
nəşin  şüaları  altında  sanki  cəngi  havasına  oynayırdı  bu 
üçrəngli,  ay-ulduzlu  bayraq.  İnsan  bu gözəlliyə  valeh  ol-
maya  bilmirdi.  Boqomilla  bayrağın  bu  yüksəkliyə  OdƏr-
lərin ucaltdığını yaxşı bilirdi, amma onlardan heç bir səs-
soraq yox idi. Gizləndiyi binanın tinindən telefonu ilə bu 
mənzərəni  çəkirdi.  Gözlərini  arada  telefonun  ekranından 
çəkərək  bu  möcüzəyə  baxırdı.  Qəfildən  binanın  qarşısın-
da  bir  əlində  silah,  o  bir  əlində  üçrəngli  bayraq  tutan  
hündür boylu bir hərbçi gördü.  
Bu, Məhəmməd idi. O, axşam gizlincə binanın damı-
na çıxmağı bacarmış, canı qədər sevdiyi Azərbaycan bay-
rağını ora sancmışdı. Sonra gizlin bir mövqe tutaraq nələ-
rin  baş  verəcəyini  gözləmişdi.  Amma  o  bir  neçə  saat  idi 
ki,  gözlədiyi  nəticəni  almamışdı.  Binaya  gəlib-gedənlər-
dən heç kəs buna fikir verməmişdi. Hətta qondarma reji-
min lideri belə bunun fərqinə varmamışdı. Bu isə Məhəm-
mədə  yaman  pis  təsir  etmişdi.  10  günə  yaxın  idi  ki,  çək-
dikləri zəhmətə düşməninin bu cür laqeyd olacağını göz-
ləmirdi.  Camaat  öz  işində-gücündə  idi.  Bayrağın  hansı 
bayraq olmasına baxmayaraq, sakit həyat tərzi istəyən in-
san  üçün  bu,  adi  hal  idi.  Amma  Məhəmməd  bunu  say-
mazlıq  kimi  qiymətləndirmişdi.  Necə  ola  bilərdi  ki,  bu 
bayrağın  altında  yaşamağı  qəbul  etməyən  insanlar  indi 
buna məhəl qoymurdular. Bu, Azərbaycan bayrağına hör-
mətsizlik  idi.  İçində  özü-özüylə  apardığı  müzakirələrin 
çək-çevirin  sonunda  Məhəmməd  rəsmi  binanın  qarşısına 
gəlib,  əlində  olan  digər  Azərbaycan  bayrağını  göyə  qal-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə