Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə45/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   41   42   43   44   45   46   47   48   ...   57

166 
 
dırmış,  avtomatla  da  onu  qoruyurcasına  hayqırırdı.  Bu 
hayqırtıda  sanki  tankların  üstündə  şəhəri  ermənilərdən 
təmizləmiş  Azərbaycan  əsgərinin  “uraaaa!..”  –  nidaları 
səslənirdi.  
– Ey insanlığın, bəşəriyyətin düşmənləri, görürsünüz 
bu bayrağı, bu Azərbaycan bayrağıdır ki, başınız üstündə 
dalğalanır. Korsunuz bəyəm, niyə təzim etmirsiniz?! Niyə 
baş əymirsiniz?! Niyə qaçıb rədd olmursunuz bu torpaq-
lardan?!  Bir  baxın,  görün,  necə  də  qürurla  dalğalanır?! 
Görün,  sizin  murdar  nəfəsinizə  önəm  vermədən  səmanı 
necə  aydınladıb?!  Gəlin,  bu  bayrağı  öpün,  qılıncımın  al-
tından  keçin!  Bəlkə,  atalarım  kimi  yenə  sizə  rəhm  etdim! 
Bəlkə,  sizi  bağışladım!  Amma  bu  dəfə,  sadəcə,  canınızı 
bağışlayaram,  qara  niyyətlərinizi  yox!  Gəlin,  gözünüzü 
döyməyin!  
Artıq  binanın  qarşısından  keçən  bütün  maşınlar  da-
yanmışdı.  Ermənilər  yaxın  gəlmədən  ona  baxırdılar.  Mə-
həmməd  isə  üzünü  binaya  tərəf  çevirmişdi.  Amma  ona 
tuşlanan  silahları  görəndə  ucadan  güldü.  Bu  qondarma 
rejimin  prezident  qvardiysının  əsgərlərinə  qarşı  olan  al-
çaldıcı gülüş idi. Sanki onların bütün nəsil-nəcabətini sö-
yürdü. Və bu söyüşlərin ardınca binaya tərəf güllələr şığı-
dı. Binanın qapısında duran  iki  əsgər artıq yerə yıxılmış-
dı.  Ya  can  verirdilər,  ya  da  ki  artıq  gözlərini  birdəfəlik 
yummuşdular. Buna səbəb, binadan ona doğru atılan atəş 
olmuşdu. O, güllə səsi eşidən kimi avtomatı işə saldı. Bü-
tün  binanı  gülləyə  verdi.  İlk  olaraq  qapıdakıları  yerə  sə-
rəndən  sonra  gülləri  binanın  yuxarı  mərtəbələrinə  doğru 
yağdırmağa başladı. Amma namərd düşmən gülləsi artıq 
Məhəmmədin  bədənini  dəlik-deşik  etmişdi.  Sol  böyrün-
dən və sağ çiynindən dəyən güllələr onu geriyə itələsə də, 


167 
 
Məhəmməd “Allahu Əkbər”, – deyib irəliyə atılırdı. Am-
ma  güllələr  artıq  öz  işini  görmüşdü.  Əlindəki  bayrağa 
güllə dəyməsin deyə, Məhəmməd onu birtəhər çiyninə at-
dı.  Sinəsini  qabağa  verdi.  Artıq  avtomata  gücü  çatmırdı. 
Çiynindən  aldığı  güllə  qolunu  aşağa  salmışdı.  Üçüncü 
OdƏr də beləcə yıxılırdı. O, var gücü ilə namərd, mənfur 
düşmən qarşısında dizi üstə çökməməyə çalışdı. Bunu ba-
cardı da. O artıq arxası üstə yıxılmışdı, sadəcə səmanı gö-
rürdü. Son  dəfə gücünü toplayıb üçrəngli bayrağı sinəsi-
nin üstünə çəkdi. Al rəngə boyanmış bayraq daha bir şə-
hidi  də  qucaqlamışdı.  Sanki  bir  ana  kimi  bağrına  basıb, 
halallıq  verirdi.  Onu  üşüməyə  qoymurdu...  Ağrılarına 
məlhəm olurdu... “Yum gözlərini, rahat uyu!” – deyirdi, – 
qorxma, mən yanındayam, anan yanındadır!.. 
Sanki  bu  müqəddəs  bayraq  uğrunda  canından  keç-
miş ərənlərin ruhları ilə görüşüb qucaqlaşırmış kimi, Mə-
həmmədin dodaqlarına bir təbəssüm qondu... 
O, bu cür ölümü – bayrağa bükülərək ölməyi çox ar-
zulamış və bunu Allahından çox diləmişdi. Onun son ni-
dası “Ana!” oldu. Bu söz o qədər pıçıltı ilə səslənmişdi ki, 
bunu yalnız özü eşitmişdi. Ovcunun içində sıxdığı bayra-
ğın göy rəngi qana boyanmamışdı. O, son dəfə güc tapıb 
yumruğunu  möhkəmcə  sıxdı.  Sanki  göy  rəngin  timsalın-
da bütün yaradılışı, bəşəriyyəti qorumağa çalışırdı. Bir də 
son kərə bayrağı öpmək istədi, amma əli qalxmadı. Ruhu 
artıq cismini tərk edirdi. Çox istədi, amma əli qalxmadı... 
Tanrıdan son arzusu bu idi:  heç olmasa son dəfə, son də-
fə  dodaqlarını  bayrağa  toxundurub,  qürur  dolu  gözyaşı 
axıdardı.  Artıq  gözündən  süzülən  sonuncu  damlalar  ya-
naqlarından  axdı.  Sanki  Tanrı  buna  dözmədi.  Azacıq  bir 
meh  əsdi.  Bayrağın  ucu  onun  dodaqlarına  toxundu.  Və 


168 
 
üzünü örtdü. Şəhidlər ölməz olduğu üçün Məhəmməd də 
ölmədi. Bütün arzularına qovuşdu. Qələbə bayrağını düş-
mənin başı üstündə dalğalandırdı, bayrağa bükülərək ca-
nını  tapşırdı,  son  busəsini  də  bayrağından,  millətindən, 
vətənindən  aldı.  Öpdü,  məst  oldu,  ruhu  da  bu  öpüşlərə 
qərq olaraq səmalarda dalğalanan üçrəngli bayrağa sarıl-
dı və ənginliklərə uçdu... 
 
19 
 
Ərtoğrul əslən bakılı idi. O, Sovetski məhəlləsinə ya-
xın olan 20 nömrəli orta məktəbdə təhsil almışdı. Doğulan 
gündən  tale  onun  üzünə  gülməmişdi.  Atası,  o  hələ  dün-
yaya gəlməmiş qəfildən, naməlum səbəbdən yoxa çıxmış-
dı. Onun gizlincə Qarabağa gedib, döyüşdə şəhid olduğu-
nu  belə  bilmirdi.  Anası  isə  dünyalar  qədər  sevdiyi  ərini 
itirdiyi  üçün  havalanmış,  hamilə  ikən  çöllərə  düşmüşdü. 
Ağlını itirən 5 ayın gəlini kim olduğunu belə unutmuşdu. 
Qarışıq bir dövrdə qohumları nə qədər axtarsa da, onu ta-
pa bilməmişdi. Qadını küçədə sancı çəkərkən bir nəfər ta-
pıb doğum evinə gətirmişdi. Ərtoğrulu dünyaya gətirən-
də isə rəhmətə getmişdi. Ona görə də onu kimsəsiz uşaq 
evinə  qoymuşdular.  Ərtoğrulun  nəsli  Hüseynqulu  xanın 
qardaşı  oğlunun  Bakıda  Sisiyanovun  başını  kəsib  öldü-
rəndən  sonra  qara  günləri  satın  almışdı.  Ulu  babalarının 
bir  qismi  rusların  Bakını  işğal  etməsi  ilə  ata  yurdu  olan 
Ərdəbilə  köçmüş,  digər  bir  qismi  isə  Bakıda  gizlənərək 
qaçaqçılıqla  məşğul  olub  çar  Rusiyasının  Bakıdan  qovu-
lub  çıxarılmasına  xidmət  etmişlər.  1918-ci  ildə  Şərqdə  ilk 
müstəqil  demokratik  respublika  olan  Azərbaycan  Xalq 
Cümhuriyyəti yarananda ilk ordu qurucularından olmuş-


169 
 
dular.  Amma  onların  bu  xoş  günləri  sovet  hökumətinin 
gəlişi  ilə  darmadağın  oldu.Vətən,  millət  eşqi  ilə  yaşayan 
bu nəslin nümayəndələrinin bir çoxu isə sovet ideologiya-
sının  planları  ilə  olan  repressiyasının  qurbanı  olmuşdu. 
Nəslin  sonuncu  nümayəndələri  təqiblərdən  gizlədilərək 
bu şəcərəni qoruyub yaşada bilmişlər. 
Sonralar  onu  ondan  da  acınacaqlı    həyata  məhkum 
olmuş  Gülər  xanım  uşaqlığa  götürmüşdü.  Gülər  xanım 
bu oğlanı uşaqlığa götürəndə onun bundan başqa iki oğul 
övladı da var idi. Amma həmin uşaqlar anadangəlmə kar 
və əqli qüsurlu uşaqlar idi. 20 il əri Elman uşaqlarının ola-
cağı,  evlərini  ailə  məhəbbətilə  isindirəcəyi  günü  gözləsə-
lər də, bu  arzu gözlərində qaldı. Sonra ər-arvad razılaşa-
raq uşaq evindən əkiz uşaq götürmüşdülər. Əri nə qədər 
istədi,  5-6  yaşlı  uşaq  götürsünlər,  amma  Gülər  uşaqların 
onları ata-anaları kimi  qəbul etməməsindən qorxaraq 7-8 
aylıq əkiz uşaqları övladlığa götürmüşdü. Amma uşaqlar 
böyüdükcə məlum olmuşdu ki, onların əqli qüsurları var. 
Lakin  buna  baxmayaraq,  Gülər  xanım  yenə  Tanrısının 
ona  olan  münasibətinə  səbirlə  yanaşmış,  uşaqları  heç  bir 
uşaq evinə verməmişdi. Əri ilə bu barədə olan söhbətləri-
nə birdəfəlik son qoyulmuşdur. 
 –  Gülər,  gəl  inad  etmə,  bu  uşaqları  uşaq  evinə  geri 
verək.  Artıq  yaşımız  da  keçir.  Kasıbçılıq  bizi  əldən  salıb, 
sən  deyən  bir  mal-mülkümüz  də  yoxdur.  Bir  gün  bu 
uşaqlar bizdən sonra küçələrdə dilənçi mafiyalarının əlin-
də qalacaq.  
 – Yox, Elman, mən səni ona görə sevirəm ki, sən in-
sanları sevirsən. Belə danışdıqca gözümdən düşürsən. Al-
lah bunu belə rəva görüb, bəlkə də bizim bu həyatda mis-
siyamız elə budur. Əgər bu uşaqları sən əksəydin, mən də 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə