Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə46/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   42   43   44   45   46   47   48   49   ...   57

170 
 
doğsaydım,  sən  yenə  belə  deyəcəkdin?  Yox,  əlbəttə,  de-
məzdin. Belə bir söz var: “yaradılanı sev Yaradandan öt-
rü”.  Bu  uşaqları  Tanrı  ona  görə  bizə  qismət  edib  ki,  biz 
onlara baxaq. Axı sənin də, mənim də səbrimizin həddini 
Tanrı bilir. 20 il uşaq gözləmişik, bircə dəfə də olsun buna 
görə  səndən  töhmət  almamışam.  Səncə,  Tanrı  bunu  gör-
mür? Görür, əlbəttə, görür. 
– Ay qız, sən nə danışırsan? Məgər mən bunlara pis-
lik  etmək  istəyirəm?  Mən  düşünürəm  ki,  bu  gün-sabah 
biz  ölüb  gedəcəyik,  bu  uşaqlar  qalacaq  əllərdə.  Nə  sənin 
bir  qeyrətli  qohumun  var,  nə  də  mənim.  Məncə,  onların 
gələcəklərini  biz  bədbəxt  edəcəyik.  Nə  qədər  ki,  yaşları 
çox deyil, ağılları kəsmir, gəl uşaq evinə verək.  
– Elman, əgər sən, doğrudan da, bunu istəyisənsə, sə-
nə bir təklif edim. 
– Buyur! 
– Gəl bir uşaq da övladlığa götürək!.. 
Bunu inamla səsləndirən Gülərin içində bir qorxu da 
var  idi.  Ərinin  nə  deyəcəyini,  necə  cavab  verəcəyini  dü-
şünmədən fikrini belə izah etdi: – Əgər bir oğlan götürsək 
onu düzgün tərbiyə edib yetişdirsək, o, gələcəkdə qardaş-
larına  da,  bizə  də  baxar.  Hə,  nə  deyirsən?  Ərinin  susdu-
ğunu və fikrə getdiyini görən Gülər onu inandırmaq üçün 
tez-tez danışır, yola gətirmək istəyirdi. Amma düşünmür-
dü  ki,  onun  kimi  əri  Elmandan  hər  dəfə  evdən  çıxanda, 
uşaqların  məktəbə  getməsini  görəndə  ürəyinin  dərinlik-
lərində  necə  ağlayır,  özü  də  bilmədən,  bu  ürəyini  boğan 
daxili gözyaşlarının içində metroya çatır, adəti üzrə qəzet 
köşkündən “Azərbaycan” qəzetini alıb metroya düşürdü. 
Məgər  o  istəmirdi  ki,  uşağını  alıb  dizi  üstdə  oynatsın? 
Məgər o istəmirdi ki, evə qayıdanda qapını döyən zaman, 


171 
 
oğlu “kimdi?” –  deyə səslənsin, o da “ata” – deyə cavab 
versin? Oğlu da boyu çatmasa da,   “a – ta, a – ta!..” –  de-
yib  qapını  açmağa  cəhd  etsin?  İstəyirdi,  özü  də  hamıdan 
çox.  Övlad  gülüşünə  həsrət  qalan,  uşağı  çimizdirəndən 
sonra sinəsinə basıb  qoxulamaq hissi ilə alışıb yanan, dö-
şünə  heç  vaxt  süd  gəlməyən,  bu  hissin  nə  olduğunu  bil-
məyən  Gülərdən  daha  çox  istəyirdi  Elman.  Amma  çox 
qorxurdu.  Tanrının  imtahanlarının  bir-birindən  çətin  ol-
masına  əmin  olan  insanlar  kimi  qorxurdu.  Qorxurdu  ki, 
bu  dəfə  də  xoşagəlməz  nəsə  olar.  Üstəlik  bir  də  ondan 
qorxurdu ki, tez-tez yuxularında gördüyü 5 yaşlı oğlunun 
ölümü kimi, böyüdüb başa çatdırdığı uşaq da bir gün ölə. 
Bax  buna  dözə  bilməzdi  56  yaşlı  Elman.  Amma  bu  dəfə 
nədənsə, hansısa bir qüvvə ona güc verdi, “mən razı!” de-
yərək arvadının əlindən tutdu və dedi: 
–  Amma  bir  şərtim  var:  –  bu  dəfə  mən  dediyim  ola-
caq.  
Gülər  azacıq  düşünsə  də,  tez  cavab  verdi:  –  Qoy  ol-
sun!.. 
Onlar razılığa gəlib 6 yaşlı Ərtoğrulu övladlığa götür-
dülər. Əslində, uşağın doğum haqqında şəhadətnaməsin-
də  onun  adı  Məhəmməd  idi.  Amma  Hüseyn  Cavid  pə-
rəstişkarı olan Elman kişi uşağa Ərtoğrul adını verdi. Na-
kam  taleyinə  baxmayaraq,  işıqlı  bir  həyat  sürmüş  Ərtoğ-
rul  Cavid  nəslinin  ən  görkəmli  nümayəndəsi  idi.  Köhnə 
evləri  Üzeyr  Hacıbəylinin  ev  müzeyinin  yanında  olanda 
babası  ona  Cavidlər  nəslindən,  Ərtoğrulun  uşaqlığından 
və  gəncliyindən  çox  danışmışdı.  Cavidi  Elman  kişiyə  elə 
babası da sevdirmişdi. Ərtoğrul sənətinə vurğun olan El-
man kişi elə onun şərəfinə də musiqi sənətinə yiyələnmiş, 
yaxşı bir tarzən olmuşdu. Hərdən Cavidsevərlərin yanın-


172 
 
da olanda Cavidin qızı Turan xanımı bərk-bərk qınayırdı. 
Deyirdi ki, rəhmətlik Turan xanım səhv etdi. Cavidin ge-
nini  yaşatmaq  üçün  gərək  o  evlənə,  övlad  sahibi  olaydı. 
Hətta bunun üstündə bir də görürdün millətin dalınca da-
nışıb:  “Bir  qeyrətli  kişi  çıxmadı  ki,  bu  Turanla  evlənsin, 
oğul-uşaq  sahibi  olsun?”  –    deyirdi.  Nəsə  sonsuz  nəsil 
onu  yaman  düşündürürdü.  Elə  bil,  öz  sonsuzluğundan 
şikayət  edirdi.  İçdən  yanırdı.  Ona  görə  də  uşağın  adını 
Ərtoğrul qoydu. 
“Sovetski” məhəlləsində böyüyən Ərtoğrul istər dav-
ranışlarında,  istərsə  də  təhsilində  məhəllə  uşaqlarına  ox-
şamırdı. Böyüdükcə sözəbaxan, mədəni, savadlı bir gəncə 
çevrilirdi.  Əzizbəyovun  köhnə  heykəlinin  yanındakı  mu-
siqi gimnaziyasında təhsil alırdı. Atası onu əsl bir Ərtoğ-
rul kimi görmək istəyirdi. Amma Ərtoğrul böyüdükcə si-
yasətə meyil edir və atasının onu musiqişünas, ədəbiyyat-
şünas görmək arzusunu tərsinə çevirirdi. Beləcə, çətin və 
kasıbçılıq  həyatı  yaşayan  Ərtoğrul  BDU-nun  Beynəlxalq 
əlaqələr fakültəsinə, sonra elə həmin universitetin eyni fa-
kültəsində  magistratura  pilləsinə  qəbul  olub  və  bitirdik-
dən sonra hərbi xidmətə gedir.  
Hərbi  hissədə  ictimai  fəallığına  görə  dəfələrlə  qoca 
anasına təşəkkürnamələr gəlmişdi. Amma gələn bu təşək-
kürnamələri onun atası Elman kişi heç vaxt görmədi. Onu 
Biləcəridə yola salanda arxasınca baxaraq köhnə pencəyi-
nin cibindən çıxardığı səliqəli dəsmalla gözyaşlarını silən, 
sildikcə  də  Cavidin  Ərtoğrulun  yadına  salaraq  yenidən 
çeşmə kimi çağlayan gözyaşlarının içində boğulan ata oğ-
lunun  taleyinin  Ərtoğrulun  taleyi  ilə  eyni  olacağından 
qorxurdu.   


173 
 
Amma hər şey tərsinə oldu. Oğlunun andiçmə məra-
simini belə görə bilmədi Elman kişi. Həyatın bütün əzab-
larına necə səbirlə dözmüşdüsə, eləcə  sakitcə canını tap-
şırdı. Heç kimi əziyyətə salmadan, heç kimi narahat etmə-
dən, gecə iki əlil övladının arasında uzanaraq onları qolla-
rının üstünə aldı. Sonra da övladları kimi sakitcə gözlərini 
yumdu.... amma övladlarından fəqli olaraq bir daha göz-
lərini açmadı, əbədiyyətə əbədi olaraq qovuşdu...  
 
20 
 
Ata ocağının bütün üzvləri xüsusi nömrədən aldıqla-
rı  ismarıca  əsasən  səhər  saatlarında  toplanmışdılar.  Hər 
kəs Dədə Əfəndinin gəlişini səbirsizliklə gözləyirdi. Har-
dasa on gün olardı ki, OdƏrlərdən bir xəbər yox idi. Saba-
hın  bu  vaxtında  nəsə  ciddi  bir  şey  olmuşdu  ki,  Dədənin 
adından birinci dərəcəli ismarıc gəlmişdi. Kamandar Hey-
dərov yox idi təkcə... Bir neçə gün öncə hərbi hissədən qa-
çan gənclərin işinin araşdırılması ilə əlaqədar ona ev dus-
tağı  hökmü  kəsilmişdi.  Vəkil  isə  cinayət  işinin  birbaşa 
onun  üçün  açılmasını  tələb  etmişdi.  Arqumenti  də  o  idi 
ki, briqada komandiri xəzinədarın onunla sonuncu söhbə-
ti haqqında düzgün məlumat vermir. Bir də ki, əsgərlərin 
xəzinədən  pul  və  maaş  kartları  götürmələrinə  baxmaya-
raq,  hələ  də  plastik  kartlar  istifadə  edilməyib.  Bu  isə  bu 
hadisədə başqa nüansların olduğundan xəbər verir. Ehti-
mal  edilirdi  ki,  birqada  komandiri  Kamandar  Heydəro-
vun fərarilərlə bağlantısı var.  
Hər kəs çox narahat idi. Sadəcə Atilla Babayevin  na-
rahatlığı  ilə bərabər bir az rahat görünüşü diqqət çəkirdi. 
Onun  siması  açılmış  bir  qönçənin  mart  soyuğunda  şaxta 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə