Şəmil Sadiq



Yüklə 2,53 Kb.

səhifə47/57
tarix17.11.2018
ölçüsü2,53 Kb.
1   ...   43   44   45   46   47   48   49   50   ...   57

174 
 
vurmuş  halına  bənzəyirdi.  Ata  kişi  onun  üzünə  diqqətlə 
baxıb nəsə anlamağa çalışırdı. Amma buna ehtiyac qalma-
dı. Dədə Əfəndi öz ağır hərəkətləri ilə içəri girərək dəyir-
mi masanın yuxarı hissəsində oturdu. Masanın üzərində-
ki pultu götürərək böyük ekranlı televizoru işə saldı. Ek-
randa  öncədən  yerləşdirilmiş  CD-nin  görüntüləri canlan-
dı.  Hamısının  ağzı  açıq  qalmışdı.  Görünən  mənzərə  tük-
ürpədici idi... Ekranı seyr etdikcə OdƏr ağsaqqalları qey-
ri-ixtiyari  olaraq  ayağa  durdu.  Dəmirçioğlu  əlindəki  su 
dolu stəkanı elə sıxmışdı ki, bir azdan bu stəkanın param-
parça olmasını heç kim hiss etməyəcəkdi. 
– Ey insanlığın, bəşəriyyətin düşmənləri, görürsünüz 
bu bayrağı, bu Azərbaycan bayrağıdır ki, başınız üstündə 
dalğalanır. Korsunuz bəyəm, niyə təzim etmirsiniz!? Niyə 
baş əymirsiniz!? Niyə qaçıb rədd olmursunuz bu torpaq-
lardan!? Bir baxın, görün necə də qürurla dalğalanır?! Gö-
rün sizin murdar nəfəsinizə önəm vermədən, səmanı necə 
aydınladıb!?  Gəlin, bu bayrağı öpün, qılıncımın altından 
keçin!  Bəlkə,  atalarım  kimi  yenə  sizə  rəhm  etdim!  Bəlkə, 
sizi  bağışladım!  Amma  bu  dəfə,  sadəcə,  canınızı  bağışla-
yaram,  qara  niyyətlərinizi  yox!  Gəlin,  gözünüzü  döymə-
yin! 
Bu  sözləri  tam  olaraq  başa  düşməyən  Ata  ocağının 
üzvləri  onun  fonunda  Xankəndindəki  qondarma  Dağlıq 
Qarabağ Respublikasının rəsmi binasının yuxarısında dal-
ğalanan üç rəngli bayrağı seyr edirdilər. Sakit... Sükutla... 
Qürurla... Fəxarət hissi ilə... Heyrətlə... 
Məhəmmədin  güllələrin  zərbəsindən  yerə  yıxıldığı 
an  görüntü  kəsildi.  Kəsilən  görüntü  ilə  bərabər  təşkilat 
üzvlərinin gözləri də ilişib ekranda qaldı... Məhəmmədin 
dodaqlarına toxunan bayrağı seyr edə-edə... 


175 
 
Hamısı  Dədə  Əfəndiyə  baxdılar...    Otaqda  sükut 
hökm sürürdü. Heç kim nə danışmağa, nə də sual etməyə 
cürət edirdi. Çünki Dədə Əfəndinin gözlərindən yaş axır-
dı. O gözlərini belə qırpmırdı... Nəhayət, – Millətimiz sağ 
olsun! – deyərək sözə başladı: – Bir neçə saat öncə Boqo-
millanın adından bu video Atilla bəyə göndərilmişdi. Bir 
də bizim gizli ünvana. Altaya verilən tapşırıq baş tutdu... 
Digər OdƏrlərin taleyi bizə məlum olmasa da, bayrağımı-
zı Qarabağda dalğalandırdılar. Erməni kəşfiyyatında olan 
casuslarımızdan  aldığımız  məlumata  görə  Boqamilla  ələ 
keçirilib.  Hətta  onların  dediyinə  görə  o,  artıq  öldürülüb. 
Amma mütəxəssislərin dediyinə görə Boqomilla bu mate-
rialı  üç  ünvana  göndərib.  İki  ünvan  bizə  məlumdur.  La-
kin üçüncü ünvan kimdir, onun haqqında heç nə əldə edə 
bilmirik.  Çünki  onun  göndərdiyi  elektron  ünvan  sındırı-
laraq yox edilmişdir. Bu isə o deməkdir ki, əməliyyat haq-
qında bizdən də başqa bilənlər və onu izləyənlər varmış. 
Buna isə cavabı Atilla bəy verə bilər, məncə. Əminəm ki, 
Arslan ələ keçməyib. Yoxsa ki, əsrlərdən bəri daşıdığımız 
sirlər  kiminsə  əlinə  keçsə,  bu  bizim  yox  olmağımız  de-
məkdir.  O,  sual  dolu  baxışlarla  Atilla  Babayevə  baxdı... 
Onun baxışlarının təzyiqi altında sanki Atillanın nitqi qu-
rumuşdu.  
– Dədə, Boqomilla neçə illərdir ki, ən bacarıqlı və sa-
diq casus kimi fəaliyyət göstərib. Onun satıldığını heç cür 
qəbul  edə bilmərəm. Amma məni narahat edən onun son 
zamanlar  yaşadığı  sevgi  məsələsi  idi.  Dəfələrlə  onu  bu-
nunla bağlı xəbərdar etməyimizə baxmayaraq, bunun təş-
kilata heç bir ziyan gətirməyəcəyinə dair hesabat vermiş-
di. Onun sevgilisi Amerka əsilli rokçu Pol Harris idi. Onu 
araşdırmışam dəfələrlə, amma qaranlıq və şübhə doğura-


176 
 
caq heç nə əldə etməmişdik. Buna baxmayaraq, onu izlət-
dirdim  Ermənistanda.  Hətta  Boqomilla  Ermənistana  gə-
ləndə  də  onunla  gəlmişdi.  Məlumatında  da  deyirdi  ki, 
mədəniyyət  adamı  olduğu  üçün  diqqət  çəkməməsi  üçün 
onu  özü  ilə  götürüb.  Amma  onu  Qarabağa  gətirməmişdi 
özü  ilə.  Araşdırma  davam  edir.  Bir  neçə  günə  bu  haqda 
təfsilatı ilə sizə məlumat verəcəyik. Boqomillanın öldüyü-
nə əminəm. Çünki məlumat aldığımız mənbə etibarlıdır. 
Dəmirçioğlu ironiyalı bir ifadə ilə dedi: – Əminəm ki, 
kitabın yeri və Arslan haqqında ona məlumat verilməmiş-
di. 
–  Dəmirçioğlu,  Boqomilla  sadəcə  dörd  OdƏrin  ora 
gəldiyini  bilirdi.  Hazırlığı  da  elə  buna  görə  etmişdi.  Ona 
verilən  pasportlarda  Arslanın  adı  yox  idi.  Çünki  Arslan 
özü  qayıtmalı  idi.  Boqomilla  isə  kitab  haqqında  heç  bir 
məlumata malik deyildi. Biz Arslanı riskə atmamaq üçün 
ona bu haqda heç bir məlumat verməmişdik.  
Ata kişi əsəblərin gərginləşdiyini gördüyü üçün baş-
qa bir mövzuya yönləndirdi iclası. – Məhəmmədin heç bir 
dil bilgisi yox idi. O, təkbaşına bu işi necə görüb, çox ma-
raqlıdır. Axı o sadəcə bir əsgər idi. Necə olub ki, o bu işi 
təkbaşına  həyata  keçirə  bilib.  Ona  yardım  edən  OdƏrlər 
hardadır,  onlar  haqqında  nə  bilirik?  Bilmiriksə,  bu  niyə 
belədir? 
Atilla  Babayev  sanki  bu  sualda  itirilmiş  nüfuzunu 
bərpa  etməyə  çalışdı:  –  Öncədən  planlaşdırdığımız  kimi, 
bina bir neçə gündür müşahidə edilirdi. Onlardan aldığı-
mız  bilgiyə  görə  Məhəmməd  oraya  tək  gəlib.  Binaya  ya-
xınlaşdığını  görəndə  xakerlərimiz  Türkiyə  kəşfiyyatının 
da  köməyi  ilə  binanın  bütün  təhlükəsizlik  kameralarını 
zərərsizləşdiriblər. Bütün kameralar eyni görüntü ilə don-


177 
 
durulub. Bu da Məhəmmədə rahat iş görməyə imkan ya-
radıb. Təbii ki, bundan Məhəmmədin xəbəri olmayıb. Di-
gər  bir  tərəfdən  də  həmin  bina  çox  zəif  müdafiə  olunur. 
Çünki  qondarma  prezident,  adətən,  öz  məkanında  otur-
mur. Ora sadəcə bir simvolik binadır.  
Dədə Əfəndi əli ilə susmalarını bildirdi. – Hələ ki, gec 
deyil. Atilla, lazım gələrsə, Arslanı qurtarmaq üçün (əgər 
o sağdırsa) vertolyotlar belə qaldırın, lap müharibə başla-
sa  belə.  Qısa  müddətdə  digər  uşaqlar  haqqında  ciddi  bir 
bilgi  əldə  edin.  Artıq  vəziyyət  gərginləşib.  Yəqin  ki,  bir 
neçə günə bütün orduda səfərbərlik elan ediləcək.  
Bizi  böyük  bir  müharibə  gözləyir.  Turan  ideyasının 
reallaşmasının  zamanıdır.  Cənubi  Azərbaycanın  müqəd-
dəratı demək olar ki, həll edilib. Qısa bir zamanda müstə-
qilliyini  elan  edəcək.  Hələlik  baş  verməsi  gözlənilən  bu 
hadisə böyük güclərin marağına xidmət edir. Buna İranın 
məhv edilməsi ideyasının səbəb olduğunu bilirsiniz. Am-
ma  hələ  də  Krımın  taleyinin  həllini  istədiyimiz  kimi  ha-
zırlaya  bilməmişik.  Amma  Krım  Respublikasının  yaran-
ması üçün bütün milli güclər hazırdır. Orta Asiyada olan 
türk  respublikalarının  Rusiyadan  asılılığını  kəssək,  Baş-
qırdıstan, Krım, Yakutiyada dədə-baba ərazilərində yaşa-
yan  türklərin  müstəqilliyi  danılmazdır.  Bu  başlanacaq 
müharibə  bütün  regionu  qana  boyayacaq.  Cənubi  Azər-
baycanın müstəqil olmasına daima imkan verməyən Rusi-
ya bu dəfə də mane olmağa çalışacaq. Burda isə Avropa-
dan və ABŞ-dan güc alan Türkiyə və Azərbaycan Rusiya-
nın  qarşısına  çıxacaq.  Qazaxıstan  isə  Xəzərdəki  dəniz 
qüvvələrini  Rusiyanın  əleyhinə  olaraq  Azərbaycanla  bir-
ləşdirəcək.  Türkmənistan  və  Qırğızıstan  da  Uyğurların 
Çindən ayrılaraq birləşməsinə dəstək olacaqlar. Çinin bö-




Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   57


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə