Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə49/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   45   46   47   48   49   50   51   52   ...   57

182 
 
liyi  və  bu  birliyə  qoşulmaq  istəyən  Orta  Asiyadakı  türk 
dövlətlərinin  tərəddüdlərinin  aradan  götürülməsi  demək 
idi.  
Bütün  bu  proseslərin  inkişafını  izləyən  Cənubi  azər-
baycanlılar,  Krım  tatarları,  başqırdlar,  qaraqalpaqlar,  tu-
valılar, yakutlar, uyğurlar və s. kimi türk xalqları müstə-
qilliklərini elan edəcək günü gözləyirlər. Milli təfəkkür ar-
tıq formalaşmışdı. Böyük bir Turan ideyası altında iqtisa-
di birlik yaranarsa, dünya bunun qarşısında dura bilməz-
di.  Son  hadisələr  dünyanı  buna  doğru  aparırdı.  Bunun 
üçün Azərbaycanın da Türkiyə kimi öz ayaqlarının üstün-
də  durması  dünyaya  “əllərini  göyə  qaldır”  demək  idi. 
Azərbaycanda çaxnaşmalar salıb, dövlətçilik ənənələrinin 
sarsıdılması dünya idarəçilərinin ən böyük arzusu idi. 
Boqomillanın  kiminlə  bir  yerdə  olması  haqqında  ya-
yılan  təxribat  xarakterli  məlumatlar  isə  bəzi  məmurlara 
qarşı  əsəbdən  gərilmiş  Azərbaycan  xalqını  qıcıqlandıra-
caqdır. Bu qarışıqlıq isə, vətəndaş müharibəsinə aparacaq, 
Azərbaycanın 20 ildir ki, səbirsizliklə arzuladığı Qarabağ 
və Təbriz istəyi suya düşmüş olacaqdı. Bütün bu proseslə-
ri isə siyasətçilərdən  və analitiklərdən başqa heç kim bil-
məyəcək,  kütlə  öz  rolunu  oynayaraq,  bir  neçə  məmura 
görə dövlətinə qarşı nifrət bəsləyən dar düşüncəli gənclər 
formalaşdıracaqdı.  
Türk  düşmənlərinin  Boqomilladan  istədiklərini  ala 
bilməməsi və bunun üstünə daha iyrənc bir plan qurma-
larının  qarşısını  alan  yeganə  vasitə,  illərdən  bəri  hazırla-
nan uzunmüddətli plan idi. Düşmənlərin qurduğu siyasi 
oyunları anlamayan sadə xalq Azərbaycan əsgərinin hərbi 
hissəni  özbaşına  tərk  edərək  Xankəndinin  mərkəzinə 


183 
 
Azərbaycan bayrağını sancması və qəhrəmancasına həlak 
olmasının səbəblərini  dərindən anlamayacaqdı...  
 
22 
 
Cıdır düzü meydanı Şuşa şəhərinin Daşaltı dərəsi ya-
xınlığında idi... Bu meydandan baxdıqda Şuşanın əzəməti 
bir başqa cür görünürdü. Ayaq altında qalan meşəli dağ-
lar,  yaylaqlar  göz  gördükcə  uzanırdı.  Cıdır  düzünə  hey-
ran olmayan, orada yaşayıb onu sevməyən, oranı unudan 
kimsə tapmaq mümkün deyildi. Arslan da birinci dəfə idi 
ki, bu möhtəşəm şəhəri – qalanı görürdü. Qarabağ xanlı-
ğının döyünən ürəyi olan Şuşa komada olan xəstələr kimi 
zarıyırdı,  canı  ilə  çəkişirdi.  Arslanın  gözləri  önündə,  bir 
zamanlar  burda  hökmranlıq  etmiş  xanların  portretləri 
canlandı.  Onların  əzəmətli,  mətin  baxışlarını  gördü.  Ən-
ginliklərə baxan o mərdanə gözlərdən sanki ona “nə dur-
musan, cəld ol!” tapşırığı verildi. Arslan yerindən tərpən-
mədən  aşağıya  boylandı.  Meşənin  içində  olduğunu  zənn 
etdiyi Xan evini görmək istədi, amma görə bilmədi. O, ra-
hat idi. Artıq məqam yetişmişdi. Bir neçə dəqiqədən sonra 
kitabı əldə edəcəkdi. Tarixi öz qəlbinin dərinliklərində qo-
ruyub yaşadan, o kitab nə vaxtsa mütləq öz sahibinin əli-
nə keçəcəkdi. Kim bilir, bu kitablara görə neçə min insan  
canından  olmuşdu.  Ölənlərin  bir  qismi  isə  bu  kitabda 
olanları qəlblərində gəzdirənlər, bir qismi onun izinə dü-
şənlər idi. Amma bütün təqiblərə, qırğınlara baxmayaraq, 
dünyanın  yaradılışını,  insanların  doğuluşunu,  türklərin 
bütün  insanlığın  ilki  olduğunu,  Tanrının  onlara  necə  də-
yər  verdiyini  özündə  daşıyan  üç  kitabdan  biri  türklərin 
əlində idi. Digər ikisi isə müxtəlif dövrlərdə ələ keçirilmiş, 


184 
 
gizlədilmiş və təhrif edilərək türklərə və dünyaya təqdim 
edilmişdi.  Bunlardan  biri  Şah  İsmayılı  hakimiyyətə  gəti-
rən ağsaqqallarının əlindən alınmış, dövləti isə darmada-
ğın edilmişdi. Şah İsmayılı yetişdirib tərbiyə edən ağsaq-
qallardan biri əllərində olan iki kitabdan, sadəcə, birini – 
üçüncünü  bu  günə  qədər  gizlədə  bilmişdilər.  Çaldıran 
döyüşündən  sonra  darmadağın  edilən  türk  tayfalarının 
ağsaqqallarından  biri  kitabla  birgə  Osmanlı  əsgərlərinin 
əlinə keçmişdi. Paşalardan biri həmin kitabı Sultan Səlimə 
aparmasını  düşündüyü  halda,  Osmanlı  sultanlığında 
yüksək  vəzifə  tutmuş  yəhudilərdən  biri  kitabı  çox  baha 
qiymətə  həmin  paşadan  ala  bilmişdir.  Digər  ikinci  kitab 
isə  çinlilərin  əlində  idi.  Onun  nə  vaxt  ələ  keçirildiyi  mə-
lum deyildi.  
Arslanın  “Xəzinə  qalası”  mağarasından  götürəcəyi 
nüsxə ardıcıllıq baxımından üçüncü kitab idi.  Bu kitabda 
əvvəlki üç kitab haqqında da məlumat vardı. 
“Xəzinə qalası” mağarasına şuşalılar “Kaha” deyirdi-
lər.  Bu  mağara  çox  sirli  bir  mağara  idi.  Deyilənlərə  görə  
mağaranın bir ucu Cıdır düzünün altından  keçərək o biri 
tərəfdən  çıxırdı.  Amma  mağaranın  içinə  10-15  metrdən 
artıq getmək mümkün deyildi. Çünki mağarada havasız-
lıq vardı. El arasında gəzən söhbətlərə görə bu mağarada 
böyük  bir  xəzinə  yatırmış.  Amma  sovet  tədqiqatçıları 
araşdırma aparsalar da, bir şey tapılmamışdı. Deyilənlərə 
görə  xəzinə  elə  gizlədilmişdi  ki,  yerini  dəqiq  bilməyən 
kimsə  onu  tapa  bilməzdi.  Hətta  camaat  arasında  söhbət 
də  gəzirdi  ki,  uşaqlardan  biri  pişiyi  mağaranın  bu  başın-
dan ötürüb və çıxmağa qoymayıb. Pişik də qorxusundan 
içərilərə gedib və digər tərəfdən çıxıb. Amma çıxanda pi-


185 
 
şiyin bütün tükləri tökülmüşdü. Bunun da səbəbini hava-
sızlığın olmaması ilə əlaqələndirirdilər.   
Arslan  dərindən  nəfəs  alaraq  mağaraya  girdi.  İri  ad-
dımlarla  soyuq  və  qaranlığın  get-gedə  artdığı  mağaranın 
dərinliklərinə doğru irəlilədi. Onu nə soyuq, nə də qaran-
lıq  qorxudurdu.  Soyuq  və  qaranlıq  anlayışı  yoxdur.  Am-
ma amalındakı işıq, qəlbindəki istilik zil qaranlıqlara belə 
işıq salacaq, ən soyuq yerləri isidəcək qədər güclü idi. Axı 
həqiqət işıqlı olur. İşıqlı yer isə bütün soyuq qaranlıqların, 
zülmətlərin  qənimidir.  Həqiqətin  işıqdan  ibarət  olması 
bütün şər və qaranlıqları yox edəcək qədər möcüzəli idi.  
Arslan artıq mağaranın təxminən əlli metrlik dərinli-
yinə vara bilmişdi. Bundan sonrakı dəqiqələrdə isə qaran-
lıq  və  işıqsızlıq  havasızlıqla  qarışıb  ağır  və  vahiməli  bir 
vəziyyət  yaratmışdı.  O,  yaxasının  düyməsini  açdı,  dərin-
dən bir nəfəs aldı. Amma nəfəs almağa oksigen çatışmır-
dı... Adi halda bir dərilmiş nəfəslə qidalanan ciyərlər indi 
bir neçə dəfə dərindən udulan hava ilə, doymurdu. Arsla-
nın  mağaraya  girməsindən  təqribən  7  dəqiqə  keçmişdi. 
Hava artıq bitib-tükənməkdə idi. Arslan addımlarını istə-
diyi kimi ata bilmirdi. O, təşkilata götürüləndə 5 dəqiqə-
lik  havasızlıq  imtahanını  asanlıqla  keçmişdi.  Amma  bur-
da şərait tamam başqa cür idi. Axı hərəkət edirdi. Həm də 
nabələd  və  tanımadığı,  qaranlıq  daşlı-qayalı  bir  mağara-
da. Hətta bir neçə dəfə səndələyərək yıxılmışdı da. Amma 
buna  baxmayaraq,  Arslan  bütün  gücünü  toplamağa  çalı-
şırdı.  Əvvəlcədən  hazırlaşdığı  kimi,  təqribən  220  metrlik 
zillətli bir yolu o, 9 dəqiqəyə ayaq üstə rahat yeriməli, son 
10 metri isə sürünərək keçməli idi ki, Dədə Əfəndinin de-
diyi dar cığıra çatsın və sonra daşı itələyərək çəkib havası 
və işığı olan digər bir hissəyə çıxsın.  


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə