Şəmil Sadiq



Yüklə 2,53 Kb.

səhifə55/57
tarix17.11.2018
ölçüsü2,53 Kb.
1   ...   49   50   51   52   53   54   55   56   57

203 
 
dirib  birbaşa  elçiliyə  gəlmiş,  dostunun  da  bu  işi  sevinclə 
qarşılamasından sonra xan qızı ilə oğlu Adili evləndirmiş-
di. 
Elçin  uşaqlıqdan  ondan  iki  yaş  balaca  qardaşı  Hü-
seyndən  fərqlənirdi.  Daha  çox  oxumağa,  öyrənməyə, 
araşdırmağa  meyilli  idi.  Hələ  uşaqlıqdan  19-cu  əsrə  aid 
evlərini,  ermənilər  tərəfindən  1905-ci  ildə  yandırılan,  on-
lara  aid  olsa  da,  sovet  hökumətinin  xanların  əlindən  alıb 
baxımsız vəziyyətə saldığı babalarının yadigar məscidini, 
hamamını  qoruyar,  onun  həyətində  oturub  saatlarla  xə-
yallara  dalar,  sələflərinin  burda  yaşadıqlarını  gözlərinin 
önündən keçirməyə çalışardı. Amma hər dəfə də qardaşı 
Hüseynin  uşaqları  başına  yığıb  ordu  yaratmaq  arzusu 
ona mane olurdu. Kiçik qardaşı olsa da, həmişə məhəllə-
də  qurulan  bütün  komandaların  rəhbəri  Hüseyn  olardı. 
Bu yetmirmiş kimi, Elçini də digər komandaya rəhbər tə-
yin  edərdi.  Elçinin  bu  cür  oyunlara  həvəsi  olmasa  da, 
uşaqlara  qoşulub  oyanayar,  ilk  fürsət  düşən  kimi  yerini 
kiməsə verib dərslərini oxumağa qaçardı.  
Babasından tez-tez Hüseyn xan haqqında danışması-
nı istəyər, özü də həvəslə qulaq asardı. Uşaq vaxtı ən xo-
şuna gələn, böyüyəndən sonra isə ürək ağrısı ilə yada sal-
dığı “qızıl xoruz” əhvalatı idi. Hətta bu “qızıl xoruz” mə-
sələsini  aydınlaşdırmaq  üçün  Peterburqdakı  Ermitaja  qə-
dər  getmişdi.  Lakin  tapa  bilməmişdi.  Son  gəldiyi  qənaət 
isə həmin qızıl xoruzun alman – sovet muharibəsində əri-
dilməsi  idi.  Adil  kişi  danışırdı  ki,  babaları  Hüseyn  xan 
repressiya qurbanı olarkən onların evlərində nələri vardı-
sa, sovet əsgərləri aparmışdılar. Nənələri Hüseyn xanı it-
tihamlardan  qurtarmaq  üçün  bütün  var-dövlətlərini 
qurban  verməyə  belə  hazır  idi.  Evdəki  bütün  qiymətli 


204 
 
əşyaları  aparan  rus  əsgərlərinə:  “Ay  oğul,  o  xoruzu  niyə 
götürmürsünüz? O da qızıldır, götürün!..” –  deməsi uşa-
ğın gülüşünə səbəb olurdu. O zaman nənəsinin avamlığı-
na  gülən  Elçin  sonralar  nənəsinin  fədakarlığı  qarşısında 
baş əyirdi.  
Bəşəriyyətin  xilasını  həqiqi  tarixin  öyrənilməsində, 
elmin qələbəsində görən Elçin öz arzusuna uyğun olaraq 
tarix fakültəsinə girdi.   Axırıncı kursda elmi işini arxeolo-
giyadan  götürdü.  Özünün  də  xəbəri  olmadan  izinə  düş-
düyü  həqiqi  tarix  onu  Ata  ocağına  gətirib  çıxardı.  Azər-
baycanın  ən qədim bölgələrində arxeoloji qazıntılarda iş-
tirak etdi. Tapılan məlumatları zərrə-zərrə toplayıb lazımı 
yerlərə  təqdim  etdi.  Ən  böyük  arzusu  isə  Şumeroloq  ol-
maq idi. Dünyadakı 6 Şumeroloqdan heç birinin türk mil-
lətindən olmaması onu həmişə düşündürürdü. Üzv oldu-
ğu təşkilatın da məqsədi onu Şumeroloq kimi yetişdirmək 
idi.  Təşkilatın  istəyi  gizli  mətnlərin  oxunmasında  onun 
dünya tarixinə verəcəyi töhfələri görmək idi.  
Elmi  işini  müdafiə  etdikdən  sonra  da  aldığı  məxfi 
tapşırığa görə öz ərizəsi ilə hərbi xidmətə getdi. Sonra gi-
zir kimi xidmətini davam etdirdi. Lazımı yerə yerləşdiril-
di. Qəlbən inandığı və bu millətin xilası üçün gizli mənbə-
lərin  üzə  çıxmasını  o,  birmənalı  olaraq  qəbul  etmişdi. 
Tenqriçilik  dinini  araşdıran,  oxuyan  bu  gənc  alim  Tanrı 
elmini  mənimsəmə  yolunda  idi.  Həqiqətləri  dərk  etmək-
də,  gəldiyi  qənaətlərdə  əmin  idi.    Amma  o,  ölümü  heç 
vaxt düşünməmişdi. Bu yolun sonunun ölümlə bitəcəyinə 
inanmazdı... 
 
 
 


205 
 
25 
 
Oktyabr  ayı...  Hərbi  prokurorluğun  təcridxanaların-
dan  biri...  Ciddi  nəzarətdə  saxlanılan  keçmiş  briqada  ko-
mandiri Kamandar Heydərova azadlığa çıxması haqqında 
məlumat verilir.  
Öz  hücrəsində  neçə  gündü  ki,  kimsə  ilə  danışmayan 
və bu sükutu ilə fırtına gözləyən polkovnik həmin tapşırı-
ğı  oxuyan  kimi  Ali  Baş  Komandanın  bu  əmrini  balasını 
bağrına basan ana kimi bərk-bərk qucaqladı. Qəlbinin də-
rinliyində bir qürur hissi keçirdi. Dövlətinin gücü, iradəsi 
onu daha da ruhlandırdı. Bir il bundan öncə Birinci ilə gö-
rüşündə  aldığı  tapşırığı  layiqincə  yerinə  yetirdiyinə  görə 
əsl hərbçi kimi fəxr edirdi. Rəhbərliyə inandığı və güvən-
diyinə görə də böyük sevinc içində idi. 
 Heç kimə baş əyməyən, birinci Qarabağ müharibəsi-
nin  bütün  ağrı-acılarını  yaşayan,  dəfələrlə  mühasirələr-
dən çıxan, yaralı vəziyyətdə yüz metrlərlə daşların üstün-
də sürünən komandir uzun müddət bundan əvvəl Birinci-
dən  aldığı  tapşırığı layiqincə yerinə yetirmişdi.  O, Altay 
kimi  bir  OdƏr  yetişdirmişdi,  əməliyyat  hazırlamışdı.  Ar-
tıq zaman yetişmişdi. Deməli, plan baş tutmuş, Altay ve-
rilən tapşırığı uğurla yerinə yetirmişdi.  
Bunu düşündükcə həbsxananın dörd divarı arasında 
əlində  olan  tapşırığı  dəfələrlə  oxuyan  polkovnikin  gözlə-
rindən  axan  sevinc  gözyaşları  onun  iradəsinə,  zəhminə, 
mətanətinə  güvənərək  gilələnib  kirpiklərindən  asılı  qal-
mışdı.  Onlarla  igidin  polkovnikin  qolları  üzərində  can 
verdiyini görən bu gözlər, bir vaxtlar polkovnikin iradəsi-
nə heç bir zaman tabe olmayan gözyaşları, indi sanki əm-
rə hazır olan əsgər kimi, dünyanı öz gücü ilə boğmağa ha-


206 
 
zır  idi.  Polkovnikin  20  ilə  yaxın  idi  ki,  gözlədiyi  an  gəl-
mişdi.  Azərbaycanın  işğal  altında  olan  torpaqlarını  azad 
etmək  üçün  güclənmiş,  bütün  dünyanı  buna  razı  salmış, 
ordu səfərbər edilmişdi. İndi polkovnikə sərhəd bölgəsin-
dəki  korpuslardan  birinə  rəhbərlik  etmək  tapşırılmışdı. 
Bunun üçün də sevinc gözyaşları kədər gözyaşlarına  dö-
nənə qədər yerə düşmədi.  
Komandirin  yadına  düşən  ötən  günlər,  aylar,  illər 
onu ağlamağa, hətta əlinin arxası ilə axan gözyaşlarını sil-
məyə vadar etdi. 
“Komandirim,  əgər  mən  qayıtmasam,  oğlum  sizə  və 
xalqa  əmanətdir!...”,  –  bu  sözləri    Kamandar  Heydərov-
dan  tapşırıq  alan  kapitan  Altay  demişdi.  Altaya  verilən 
tapşırıq  o  idi  ki,  Azərbaycan  bayrağı  Xankəndinə  sancıl-
malıdır. Bu tapşırığı hazırlayanlar hər şeyi düşünmüşdü-
lər.  Tapşırıq  baş  tutduğu  an  bir  azərbaycanlını  öz  torpa-
ğında,  bayrağını  göylərə  qaldırarkən  kameraya  çəkməli, 
lentə alınmış video “youtube”a yerləşdirilməli idi. Bütün 
bu  proseslər  Azərbaycan  kəşfiyyatının  hazırladığı  iş  idi. 
Həlak olmuş Azərbaycan əsgərinin meyitinin qaytarılma-
sını  ləngidən  Ermənistana  Azərbaycan  nota  verməli,  3 
saat  ərzində  meyitin  Azərbaycana  verilməyəcəyi  təqdir-
də müharibə başlayacağını ən yüksək kürsüdən səsləndir-
məli idilər. 
Gözyaşının  gilələnib  gildir-gildir  axmasına  bir  səbəb 
də vardı. Bu da xəzinədara etdiyi haqsız hərəkət idi. Belə 
ki, xəzinədar onunla əlaqə saxladıqdan sonra hamıdan bi-
rinci hadisə yerinə gələn, xəzinədarın yaşadığını görən və 
onun  “Cənab  komandir,  onlar  nəsə  başqa  plan  qurmuş-
dular,  məqsədləri  pul  götürmək  deyildi.  Bu  təsadüfən 
məni gördükdən sonra baş verdi” –  deməsi ona baha ba-




Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə