Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə57/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   49   50   51   52   53   54   55   56   57

211 
 
şünmədiyini  yaxşı  bilirdi.  Boqomilla  Abadjiyevanın  kim-
liyini,  komandirin  kimdən  tapşırıq  aldığını,  Elçinin  onun 
kod adını hardan bildiyini öyrənmək üçün bu dəqiqə ca-
nını  verərdi.  Ənənələri  çeynəyib  Dəli  Qarcar  kimi  Dədə-
nin  yaxasından  belə  yapışa  bilərdi.  Ağsaqqala  əl  qaldıra-
nın  daşa  dönəcəyini  bilə-bilə...  Bunları  yaxşı  bilən  Dədə 
ayağa qalxdı:  – Yaxşıca dinlən, axşam “Ata ocağı” məclisi 
toplanacaq, mükafatını orda alacaqsan! Arslanın nəsə de-
mək istədiyini gördükdə ona danışmağa imkan vermədi:             
– Suallarına cavabı da... – Dədə Əfəndi bunu deyib, arxa 
qapıdan çıxdı. 
Bu nurani qoca on il bundan öncə Arslanın “Ata oca-
ğı” məclisinə qəbul edildiyi zaman üzünü görə bilmədiyi 
Dədə  Əfəndi  idi.  10  il  müddətində  minlərlə  OdƏr  kimi 
Arslanı  da  hərtərəfli  şəkildə  hazırlamış,  yetişdirmişdi. 
Onun  söhbətlərinin  ən  fəal  dinləyicisi  idi  Arslan.  İki  il 
bundan  əvvəl  isə,  Arslana  bu  mühüm  əməliyyatı  həyata 
keçirməyi tapşırmışdı. O da həmin tapşırığa əsasən ordu-
ya  gizir  kimi  göndərilmişdi.  Və  hazırlanan  çox  mühüm 
bir  tapşırığı  qüsursuz  yerinə  yetirmişdi.  İndi  isə  onun 
“Ata  ocağı”nın  üzvlərini  belə  sorğulamğa  haqqı  çatırdı. 
Arslan bütün bunları Dədə Əfəndinin arxasınca gözlərini 
qədim  simvollarla  bəzədilmiş  qapıya  dikərək  düşünür-
dü... 
 
 
 


212 
 
27 
 
 – Hörmətli sərnişinlər, Bakı-Pekin reysinə qeydiyyat 
davam edir. Xahiş edirik, qeydiyyatdan keçməyə tələsin! 
 
Bunları öz düşüncələri ilə baş-başa qalaraq eşitmə-
yən, eşitsə də, fərqinə varmayan Arslan Sultanbəyli idi. O, 
indi yeni bir tapşırıq dalınca gedirdi. Amma bu dəfə digər 
əməliyyatlara getdiyi kimi, həvəslə yox. O, bilirdi ki, get-
diyi  əməliyyat  nəinki  Azərbaycan,  bütün  Türk  dünyası 
üçün  taleyüklü  məsələdir.  O  bilirdi  ki,  ondan  başqa  hər 
adama tapşırıla bilməzdi bu iş. Amma yenə də getmək is-
təmirdi.  Düzdür,  Dədə  Əfəndiyə  bu  fikir  haqda  heç  nə 
deməmişdi.  Könülsüz  olduğunu  dilinə  gətirməmişdi.  Bu 
cür  əməliyyatçı  üçün  dünyanı  yerindən  oynadacaq  bir 
əməliyyat  dalınca  getməsi  ona stimul  olmalı idi,  onu  qü-
rurlandırmalı  idi,  şərəfləndirməli  idi.  Şərəfləndirirdi  də. 
Amma bu dəfə zaman və şərait fərqli idi. Artıq Azərbay-
can öz torpaqlarını işğaldan azad etmək üçün müharibəyə 
başlamış,  hər  gün  bir  neçə  evə  üçrəngli  bayrağa  bükül-
müş onlarla şəhid tabutu ilə bərabər, milyonlarla evə “bu 
gün Azərbaycan ordusu Ağdamı işğaldan azada  etdi,  bu 
gün  Azərbaycan  ordusu  Xocalı  və  Qaradağlı  qisasını  er-
mənilərdən  aldı”  və  s.  kimi  sevinc  dolu  şad  xəbərlər  də 
gedirdi. Bu şad xəbərlərin özü də sanki üçrəngli bayrağa 
bürünərək  qürur  duyurdu.  Arslan  məhz  buna  görə  gedə 
bilmirdi. Axı o da indi əsgər dostları ilə bir yerdə olmalı, 
bütün gücünü və bacarığını vətən uğrunda xərcləməli idi.  
Onu  getməməyə  vadar  edən  məsələlərdən  biri  də, 
anasını  itirməsi  idi.  Axı  hər  dəfə  harasa  gedəndə  onu  ki-
minsə gözlədiyini düşünür, işini həvəslə bitirib evə qayı-


213 
 
dardı. Amma bu dəfə onu gözləyəcək, onun üçün darıxa-
caq, onun üçün ağlayacaq, onun arxasınca su atacaq kim-
sə yox idi. Öz evinə niyə qayıtmalı idi o? Axı o evdə onu 
daha  kimsə  gözləmirdi  ki,  o  qayıtmaq  üçün  tələssin,  ki-
min üçünsə yaşadığını hiss etsin!  
Yeniyetmə  yaşlarında  atasını  itirən  Arslana  yalnız 
anası  baxmışdı,  yeməmişdi-yedirmişdi,  içməmişdi-içir-
mişdi. O qədər kasıb həyat yaşamışdılar ki, Arslan sonra-
lar pul qazananda da xərcləməyi bacarmırdı. Hər dəfə pul 
xərcləmək  üçün  şərait  yarananda  həmin  dəqiqə  ağlından 
keçən ilk o olurdu ki, görəsən, sabaha nə edəcəyik, birdən 
sabaha  çörək  pulu  qalmaz.  Bu  xüsusiyyətlər  həmişə  qə-
naətlə dolanan Ceyran anaya məxsus idi. Yetim böyütmə-
yin  əzab-əziyyətini,  bəlkə  də,  ondan  başqa  dünyada  heç 
kim  bilməzdi.  Arslanın  atasının  vaxtsız  ölümü  sovet  hö-
kumətinin  dağılması  ərəfəsinə  düşmüşdü.  Həm  ölkədəki 
ağır  vəziyyət,  həm  də  ərsiz-başsız  bir  ailədə  oğul  böyüt-
mək çox çətin idi. Qadın kimi işləməyə yer də tapa bilmir-
di.  Ceyran  ananın  onlara  kömək  edən  bir  qaynı  var  idi. 
Arslan  da  o  əmisini  çox  istəyərdi.  Ata  sevgisinə  bərabər 
idi  ondakı  əmi  sevgisi.  Buna  baxmayaraq,  Ceyrana  ağır 
gəlirdi ki, kimsə onun ailəsini saxlasın. Elə bir ailənin qızı 
idi  ki,  onlar  həmişə  çörəyi  zəhmətlə  qazanmışdılar.  Cey-
ran  həmişə  atasının  köməkçisi  olmuşdu.  Kənddə  hamı 
onun  işgüzarlığından  danışarmış.  At  belində  əkin  suva-
rar, bir-birindən hündür tayaları vurub sahədən çıxarardı. 
Dəmirqaya anası Bəyim xanıma Ceyranı sevdiyini deyən-
də Bəyim xanım Ceyranın rəiyyət qızı olduğu üçün bu ev-
liliyə  qarşı  çıxmışdı.  Hətta  Dəmirqayanın  atasından  qor-
xub söhbəti açmamışdı da. Dəmirqayanın israrından son-
ra qorxudan əsə-əsə oğlunun istəyini Eldəniz bəyə çatdır-


214 
 
mışdı. Qaşlarını çataraq xanımına çəpəki baxdıqda, Bəyim 
xanım tez-tələsik: – Mənə niyə elə baxırsan? Səndən əvvəl 
ona demişəm ki, biz hara, onlar hara? Nəsli nəslimizə, qa-
nımıza tay bir adamın qızı ilə evlənməlisən. Nə edim, mə-
nim sözümə baxmır. İki ayağını bir başmağa salıb ki, bəs 
Ceyrandan  başqa  heç  kimlə  evlənmərəm.”  Eldəniz  bəy 
ağayana  şəkildə  gülümsəyərək:    –  Onu  mənim  yanıma 
göndər  görüm,  dərdi  nədir?,  –  demişdi.  Eldniz  bəy  Də-
mirqayanın onun qarşısında bir qaya kimi məğrur, qürur-
lu duruşunu görəndə düz gözlərinə baxmışdı. Amma bu 
dəfə onun gözlərini qayanın bağrında bitən zərif bir kək-
likotuna bənzətmişdi. Onun gözlərindəki bu incəliyin, zə-
rifliyin, insansevərliyin arxasında sanki bir qaya dururdu. 
Saflığı, təravəti, mətanətinin mənbəyi sıldırım və sərt qa-
yalıq  dağ  kimi  insanı  lərzəyə  gətirən  əsilli-nəcabətli  bir 
nəsil idi. – Oğul, axı sən adətlərimizi bilirsən, bu cür evli-
lik  hökmən  xan-bəy  nəsli  olan  bir  evlilik  olmalıdır.  Bu 
adət  genimizi,  qanımızı  daşıyanların  əbədi  borcudur. 
Ceyran ağıllı qızdır, elə ailəsi də öz şərəf və ləyaqətini hə-
mişə qoruyan bir nəsildəndir. Amma yenə də rəiyyət öv-
ladıdır.  Bizi  niyə  incidirsən?  Sevgiyə  gələndə  isə  deyim 
ki,  sevgi  həmişə  ötəri  hiss  olub,  səndə  də  keçib  gedəcək. 
Kişi  sözlərini  bitirdikdə  onun  qətiyyətli  gözlərinə  baxdı. 
Sanki  onun  gözlərində  cavabı  görməyə  çalışırdı.  Amma 
Dəmirqayanın  gözləri  birdən-birə  suyu  qurumuş  bulağa 
bənzədi: 
 –  Ata, mən bütün adətlərimizi yaxşı bilirəm, amma 
unutma  ki,  arxasında  eli,  xalqı  olmayan  bir  xan,  bəy  bü-
növrəsi  oyulmuş  palçıq  divara  bənzəyər.  Əgər  bir  xan 
xalqdan  qidalana  bilmirsə,  kökü  o  xalqla  bağlı  deyilsə, 
doldurulma və şoran torpaqda bitən söyüdə bənzər. Mə-


215 
 
gər  babalarımız  heç  xalq  arasından  olan  biri  ilə  ailə  qur-
mayıb?  Sən  məndən  yaxşı  bilirsən  ki,  bu  cür  hallar  çox 
olub. Bir də mənə görə əsilli-nəcabətli, qanı təmiz insanlar 
yalnız xanlar olmayıb, ata. Mən özümə yoldaş, sirdaş istə-
yirəm.  Ceyranla  da  danışmışam.  Kənardan  göründüyün-
dən də mərd və əqidəli bir qızdır. Sənin ocağına yaraşan, 
üzqaralığı gətirməyən, cəsarətli və ismətli bir qızdır.  
Atası oğlunun bu cavabından sonra onu bağrına bas-
mış, elə həmin axşam elçiliyə getmişdi. 
Ceyran belə Ceyran idi. Ailə qurduğu gündən ərinin 
sadiq  dostu  olmuş,  ailəsini  həmişə  müqəddəs  bilmişdi. 
Amma  bu  kasıbçılıq  onun  üçün  yeni  bir  imtahan  idi.  O 
zaman  onlar  kənddə  yaşadıqlarından  dolanışıq  şəhər  ca-
maatından daha rahat idi. Yay gələndə göy-göyərtilə, to-
yuqların  yumurtası  ilə,  həyət-bacadan  yığdıqları  meyvə-
tərəvəzlə,  qış  gələndə  isə  yaydan  qurutduğu  tərəvəz  və 
meyvələrlə,  hazırladığı  salatlarla  günlərini  birtəhər  keçi-
rirdilər.  Elə  günlər  olurdu  ki,  onlar  həftələrlə  çörək  gör-
məzdilər. Amma heç vaxt Ceyran ağız açıb bunu Arslanın 
əmisinə deməzdi. Ceyran anadakı mətanət Arslanın qüru-
runu sərt qayaya çevirmişdi. Varsa var, yoxsa tap! Amma 
zəhmətlə işlə, haqqınla qazan. Buna görə də Arslan yoxlu-
ğu da, varlığı da yaxşı bilirdi. Hətta işlədiyi, pul qazandı-
ğı  vaxtlarda  anasının  ona:    –  A  bala,  bu  ayaqqabını  niyə 
dəyişdirmirsən? – sualını verməsi onu yaman kövrəltmiş-
di.  Çünki  Arslana  görə  ayaqqabını  o  zaman  dəyişərdilər 
ki, onun altı yeyilib əldən düşsün, üstünün dərisi tikilmək 
və  mismarlanmaq  üçün  dəfələrlə  pinəçiyə  aparılsın.  Axı 
bu  ayaqqabının  heç  nəyi  yox  idi.  Bu  niyə  dəyişməli  idi. 
Halbuki, Arslan bu ayaqqabını 3 il idi ki, geyinirdi. Dost-
ları ona tez-tez lağ edir, xəsislikdə tayı-bərabəri olmadığı-


216 
 
nı  düşünürdülər.  Əslində  Arslan  xəsis  deyildi,  sadəcə 
daşlaşmış psixologiyası ona imkan vermirdi ki, o rahat ol-
sun.  Bir  sözlə,  o  düşünməyə  bilmirdi.  Hər  addımında 
ayağının  altına  dəfələrlə  baxır,  hər  getdiyi  yolu  dəqiq 
araşdırır,  hər  xərclədiyi  pulu  isə  məqsədli  xərcləyirdi. 
Özü də bilmədən, anası Ceyranın ona verdiyi “qənaətcil-
lik” tərbiyəsi onu kəşfiyyatçı etmişdi. Axı o vaxtdan, pula, 
şəraitə,  hətta  aldığı  nəfəsə  belə  qənaət  etməyi  bacarırdı. 
Cəsarətdə,  qeyrətdə,  mərdlikdə  atasına  nə  qədər  oxşasa 
da,  qənaətcillikdə  heç  oxşamamışdı.  Anası  həmişə  bunu 
onun  dostlarına  deyərdi.  Sanki  arvad  sübut  etməyə  çalı-
şırdı ki, bu xəsislik onun qanında deyil. Deyirdi ki, ay ba-
la, bunun babası şura hökuməti gəlməmişdən özünün bü-
tün var-dövlətini kənd camaatına bağışladı. Dedi ki, düş-
mənlərə qalınca qoy sizin olsun. O kişi elə bir ağsaqqal idi 
ki,  bütün  kənd  camaatı  onun  səxavətindən  danışarmış. 
Hətta sovet hökuməti dağılan kimi, xalq hərəkatının tüğ-
yan etdiyi bir vaxtda bir nəfər gəlib Arslanın atasını – Də-
mirqayanı kəndin mərkəzinə çağırdı. Dedi ki, a kişi, kən-
din  camaatı  səni  gözləyir.  Dəmirqaya  gedəndən  sonra 
məlum  olub  ki,  kənd  camaatı  qoyundan,  keçidən,  camış-
dan,  inəkdən,  nə  bilim,  kimin  nəyə  gücü  çatır,  yığıblar 
kəndin ortasına və deyiblər ki, bu sizin babanıza olan bor-
cumuzdur. O vaxt sənin baban bütün kənd camaatına bö-
yük bir yaxşılıq etmişdi. İndi isə həmin dövlət dağıldı. Və 
bizim yaşadığımız bu ərazilər də sizin dədə-baba mülkü-
nüzdür.  Halal  malınızdır.  Dəmirqaya  da  öz  elinin  bu cö-
mərd hərəkətinə mərdanə cavab verərək, heç nəyi istəmə-
miş,  qardaşı  ilə  birgə  evə  qayıtmışdı.  Həmin  gecə  qürur 
və  sevincindən  yata  bilmədi.  Bir  də  ayıldım  ki,  oturub 
evin  qabağında  babasından  qalan  qəməni  də  əlinə  alıb 


217 
 
ona  baxır.  Məni  görcək  dedi  ki,  bu  millətlə,  bu  ellə  necə 
fəxr  etməyəsən,  bu millətin  yolunda  necə  can  fəda  etmə-
yəsən?!  Bu  cür  mərd  camaat  dünyanın  heç  yerində  yox-
dur.  Sən insanlardakı mərdliyə bax ha!  
Dostları Ceyran ananın Dəmirqayanı sevdiyini, onla-
rın  münasibətini  bilirdilər.  Gülüşüb  demişdilər  ki,  Ay 
Ceyran ana, biz özümüz zarafat edirik, sən ürəyinə salma. 
Bilmirik bəyəm Arslanın kim olduğunu? 
Sonra  kəndin  ağsaqqalı  gəlib  Dəmirqayaya  dedi  ki, 
bu  kəndin  deputatı  sən  olacaqsan.  Bütün  ətraf  kəndlərin 
də ağsaqqalları bunu təklif edirlər. Biz istəyirik sən də ye-
ni  qurulacaq  dövlətdə  bir  vəzifə  tutasan,  babaların  kimi 
elə-obaya  xidmət  edəsən.  Dəmirqaya  da  razılaşmışdı. 
Həm  oxumuş,  ali  təhsilli  bir  adam,  həm  də  genində  bir 
idarəçilik, xalqın taleyini düşünmək vadı. Amma əcəl im-
kan vermədi. Dəmirqayanın rayonda adı eşidiləndə, onun 
haqqında insanlar arasında hörmətlə danışılan bir zaman-
da  Dəmirqaya  motosikletlə  qəzaya  düşdü.  Bu  qəza    çox 
qəribə olmuşdu. Qəfildən bir PAZ markalı avtobuz moto-
sikletiylə öz torpaq sahəsindən gələn Dəmirqayanın üstü-
nə  sürmüşdü.  Dəmir-qaya  da  özünü  itirərək,  üçtəkərli, 
MK markalı motosikletini  yolun kənarına, uçuruma sür-
müşdü. Kəndin ortasından keçən əsas yol yerlərindən bir 
az hündürdə idi. Ona görə də yolla hasar arasında böyük 
bir  dərə  yaranmışdı.  Divara  çırpılan  motosikletin  rulu 
qatlanaraq onun qarnına girmişdi. Təcili sahə xəstəxanası-
na çatdırsalar da, həyatını xilas etmək mümkün olmamış-
dı.  
Onu xəstəxanaya aparan camaat deyirdi ki, yolda Də-
mirqaya zarıyaraq deyirdi ki, “iki uşaq..., o iki uşaq necə 
oldu? Heç olmasa onlar sağdır barı?” Əvvəl camaat onun 


218 
 
sayıqladığını  düşünsə  də,  sonra  məlum  olmuşdu  ki,  Də-
mirqayanın  sahədən  gələrkən  kəndin  kənarında  götür-
düyü  iki  uşaq  var  imiş  motosikletdə.  Qəza  baş  verən  za-
man həmin uşaqlar zərbənin təsirindən “kolyaskada” ha-
sarın o tərəfinə düşüb. Özlərini itirən 9-10 yaşlı bu uşaqlar 
aləmin bir-birinə dəydiyini gördükdə elə həyətdən həyətə 
keçərək,  qaçmışdılar.  Evlərində  bu  hadisəni  danışanda 
atası kəndə çıxmış, Dəmirqayanın qəzaya uğradığını eşit-
mişdi. Və hadisəni danışanda camaatın tükləri biz-biz ol-
muşdu. 
Arslan belə atanın oğlu idi. Bu gün də onun boynuna 
babalarından,  atalarından  qalan  bir  yük  düşmüşdü.  Am-
ma daha böyük yük idi. İndi bir kəndin, bir ölkənin yox, 
bütün türklüyün, bütün bəşəriyyətin gizlədilmiş tarixinin 
üzə  çıxarılması  idi  bu  yük.  Belə  görünürdü  ki,  müharibə 
də  tez  bitəcək.  Çünki  ordu  qısa  bir  zamanda  istədiyinə 
çatmışdı, qələbə yaxında idi. Erməni və onun havadarları-
nın hərbi birləşmələri getdikcə geri  çəkilirdi. Sanki tapşı-
rıq  almışdılar.  Amma  yenə  xalqa  “Qarabağı  vermək  istə-
mirik,  lakin  gücümüz  çatmır!”  fikrini  aşılamaq  üçün  dö-
yüşür, elə hey itki verdirirdilər.  
Dədə  Əfəndinin  dedikləri  bir-bir  baş  verirdi.  Artıq 
Cənubi  Azərbaycanda  yeni  dövlət  qurulmaq  ərəfəsində 
idi.  İran  adlı  bir  dövlət  Amerkanın  və  İsrailin  gücü  ilə 
parçalanmışdı.  Suriyadan  betər  bir  vəziyyət  yaranmışdı. 
Ermənistanla  İran  arasındakı  sərhəd  bağlanmışdı.  Cə-
nublu  qardaşlar  birinci  müharibədə  olduğu  kimi,  yenə 
Azərbaycana  dəstəyə  gəlmişdi.  Ulu  Şaman  ocağının  istə-
diyi kimi artıq “o tay-bu tay birləşsin!..” şuarları səsləndi-
rilmirdi.  Çünki  dünyaya  yeni  bir  güc  olaraq  çıxmalı  idi 
Azərbaycan. Birləşmək ideyasını ortaya atanlar, Azərbay-


219 
 
canı  daxildən  parçalamaq  və  yenə  sonu  görünməmiş  bir 
fəlakətə  uğratmaq  istəyirdilər.  Çünki  birləşmək  məsələsi 
ortaya gəlsəydi, paytaxt problem olacaqdı ilk olaraq. Son-
ra bir neçə onillik cənub-şimal davası gedəcəkdi bu xalq-
lar  arasında.  Ona  görə  də  Azərbaycan  Cənuba  dəstəyini 
əsirgəmirdi. Necə ki, Türkiyə bir zamanlar Kiprə münasi-
bət bəsləmişdi, biz də elə. Dədə Əfəndinin bir vaxtlar de-
diyi “Türk dünyasını birləşdirmək missiyası Azərbaycana 
verilib” fikri öz təsdiqini tapmışdı. Prezidentin fərmanları 
ilə  artıq  bu  sahəyə  xeyli  pul  da  ayrılmışdı,  Orta  Asiya 
xalqları iqtisadiyyatda Azərbaycan modelinə keçmişdilər. 
Bütün  bunları  görən  Arslan  Dədə  Əfəndinin  komandir 
Altay Cavadov, Boqomilla  və Elçin Alıyev haqqında de-
diklərinə birmənalı olaraq inanmışdı. Dədə Əfəndi Arsla-
na demişdi ki, təşkilatın qolları çox genişdi. Komandir sə-
nin  kimliyini  bilmədiyi  kimi,  sənin  də  onu  tanımamağın 
gərək idi. Sən öz işini bilirdin. Yadındadırmı, sənə son də-
fə uğur diləyəndə demişdim ki, dostlarının ölümü belə ol-
sa, sən yolundan qala bilməzsən. Sənin daşıdığın sirri bu 
dünyada daşıyanların sayı barmaqların qədərdir. Ona gö-
rə  də,  səndən  başqa,  komandada  kiminsə  bilməsi  müm-
kün deyildi.  Arslanın uca səslə “bəs Elçin, Elçin kim idi? 
O,  hardan  bilirdi  ki,  mən  Qoroğluyam,  mən bura  bayraq 
üçün  yox,  başqa  bir  məqsədlə  gəlmişəm?  Buna  necə  don 
geydirəcəksiniz?”  –suallarına  Dədə  Əfəndi  yenə  aramla 
cavab vermişdi: Oğul, Elçin də bir OdƏr idi, amma onun 
bu  əməliyyatdakı  funksiyası  səni  qorumaq  idi.  O,  sənin 
fədain  olacağını  öncədən  bilirdi.  Əgər  dəstədə  hər  hansı 
bir  hadisə  baş  verərdisə,  o  səni  qoruyacaqdı.  Amma  ona 
kitabla bağlı bilgi verilməyib. Çünki o, ocağın sirlərinə sə-


220 
 
nin  qədər  bələd  deyildi.  Sadəcə,  onun  dürüstlüyü  və  ba-
carığı onu həmin komandaya apardı. 
Arslan bundan sonra daha çox bağırmışdı:  – Bəs ha-
mımız  sağ  qalsaydıq,  mən  nə  etməliydim,  heç  bunu  dü-
şündünüzmü? Mən nə deməli idim can dostlarıma?  
 –  Qoroğlu,  deyəsən,  sən  kim  olduğunu  unudursan! 
Axı  sən  ona  görə  bu  məlumatı  bilirsən  ki,  şəraitə  uyğun 
qərar  verməyə  haqqın  və  hüququn  var.  Həm  də  bacarı-
ğın. Artıq o zaman nə qərar verməli olduğunu sən müəy-
yənləşdirəcəkdin. Hər iki məsələ önəmli olduğu üçün onu 
poza bilməzdik. Bir də ki, digər uşaqlara bələd olmadığı-
mıza görə sirri yalnız iki nəfər daşımalı idi. Belə də oldu. 
Sən  burda  hay-küy  salacağına  get  ananın  yanına.  Sənin 
haqqında  yayılan  məlumatları  eşidəndən  sonra  infarkt 
vurub,  indi  reanimasiyadadır.  Uşaqlar  səni  aparacaqlar. 
Bizim klinikamızdadır.  
Bunları eşidən Arslan Dədə Əfəndidən əl çəkərək, tə-
ləsik  anasının  yanına  qaçmışdı.  Amma  onu  bir  də  heç 
vaxt görməmişdi. Anasının yasını verəndən sonra koman-
dirin  
 
 


221 
 
ailəsini  tapmış,  bir  neçə  həftə  öncə  komandirin  ailə-
sini  vətən  xaini  kimi  damğalayanların  indi  dəstə-dəstə, 
maşın-maşın gəlib onun ailəsinin əlindən öpdüyünü gör-
müş,  insanlığın  anlaşılmaz  halına  acımışdı.  Sonra  onun 
yoldaşı  ilə  görüşüb,  üzüyü  Banuya  vermiş,  Ərturanın 
üzündən öpmüş, Xızır peyğəmbər kimi yox olmuşdu. Ko-
mandirin yoldaşı onu çox axtarsa da, bir daha görməmiş-
di. Arslan gizlin də olsa heç zaman onun ailəsinə qayğısı-
nı əskik etməmişdi.  
 –  Bakı  – Pekin  reysi  ilə  uçan  sərnişin  Arslan  Sultan-
bəyli, xahiş olunur, qeydiyyat masasına yaxınlaşasınız. Bu 
çağırışı  Arslan  yenə  də  eşitmirdi.  Bəlkə  də,  eşitmək  istə-
mirdi.  Amma  ikinci  dəfə  adını  eşidən  Arslan  cəld  ayağa 
durub  qeydiyyat  masasına  doğru  irəlilədi.  Birazdan  bu 
igid  göylərdə  olacaqdı.  Səmanın  boşluqlarında  o  uçacaq, 
uçacaq,  babalarının  atla  qət  etdiyi  kilometrlərlə  məsafəni 
bir  neçə  saata  keçəcəkdi.    Həmin  yolları  bir  də  atla  fəth 
edərək qayıtsın deyə.  
Romanın  ikinci  hissəsində  siz  Boqomillanın  sonrakı  tale-
yini,  onun  yazdığı  gizlin  kitabda  nələrin  olduğunu,  üçüncü 
ünvanın  hara  olduğunu,  Arslanın  Şuşadan  gətirdiyi  kitabda 
nələrin  yazıldığını,  Onun  Çin  səfərində  nələrin  baş  verdiyini 
Uyğur  türklərinin  dünyaya  məlum  olmayan  sirlərini,  Cənubi 
Azərbaycandakı  azadlıq  hərəkatında  Arslanın  fəaliyyətini,  Ulu 
Şaman Məclisinin verdiyi son qərarları və Dədə Əfəndinin söh-
bətlərini oxuyacaqsınız. 
 
 
 
 


222 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


223 
 
 
 


224 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Çapa imzalanıb: 24.02.2017 
Formatı: 70x100 1/16. Ofset çapı 
Həcmi: 7.75 
Sifariş № 400 

Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə