Şəmil Sadiq



Yüklə 2,53 Kb.

səhifə6/57
tarix17.11.2018
ölçüsü2,53 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   57

23 
 
Gürcüstana  qaçmış,  oradan  da  Avropaya  keçmişdilər.” 
Xarici qrantlar hesabına yaşayan digər bir qəzet isə yazır-
dı ki, həmin hərbçilər hərbi hissənin xəzinədarını öldürə-
rək pulları əldə etmiş, Ermənistan tərəfə sığınmışlar. Hər-
bi hissədəki özbaşınalıq bütün əsgərləri cana gətirmiş, çı-
xış  yolunu  Ermənistana,  ordan  da  neytral  ölkəyə  keç-
məkdə görüblər.  
Bir qəzet də yazırdı ki, bu əsgərləri erməni kəşfiyyatı 
əsir  götürmüşdür.  Ona  görə  də  dövlət  bu  rəzalətə  görə 
heç bir açıqlama verə bilmir.  
Xeyli versiyalar meydana atıldı... Hər kəs bu mövzu-
da  danışır,  televiziyaların  xəbərlərini  gözləyir,  amma  bu 
barədə dolğun və inandırıcı bir məlumat eşitmədiyindən, 
başını  aşağı  salıb  güzəranını  keçirirdi.  Müxalifət  televizi-
yaların  bu  hadisəni  səssiz  qarşılamasından  istifadə  edib 
sosial  şəbəkə  tribunalarından  xalqın  aldadıldığını  söylə-
yir,  siyasi  məqsəd  üçün  çox  yaxşı  istifadə  edirdi.  Elə  bil, 
doğrudan  da  iqtidar  qəzetlərinə  və  televiziyalarına  bu 
haqda xüsusi tapşırıq verilmişdi. Hər hansı bir metronun 
girişindəki  daşın  üstündə  “Allah”  yazıldığını  iddia  edən 
mövhumatçı gəncləri ekranlara çıxaran, hər hansı bir köl-
gənin  ruh  olduğunu  söyləyən  xəstə  təxəyülləri  işiqlandı-
ran, hansısa bir iti altı barmağı olduğu üçün ekrana gəti-
rən, əqidəsi və şəxsiyyəti olmayan bəzi mütrüb tayfasının 
bir-biri haqqında dediyi iyrənc fikirləri Azərbaycan audi-
toriyasına  sırıyan  müstəqil  televiziyalar  bu  qədər  hənga-
məyə heç nə olmamış kimi münasibət göstərdi. Hətta bu-
nun şayə, yanlış olduğunu da səsləndirmədilər. Bunu, sa-
dəcə,  sosial  şəbəkələrdə  fəal  olan  gənclər  azdan-çoxdan 
təhrif olunmuş formada duyur, rəylər bildirirdilər. Bu xə-
bərin altında verilən rəylərdən birində yazılmışdı ki, kim 


24 
 
nə  bilir,  bəlkə,  bu  gənclər  də  Mübariz  İbrahimov  kimi 
düşməndən  qisas  almağa  gediblər.  Yəqin  bunun  da  səsi 
sonra çıxar. 
Əhalinin  böyük  əksəriyyəti  isə  heç  nədən  xəbər  tut-
madı.  Bu  hadisə  təzəcə  yaddan  çıxmağa  başlamışdı  ki, 
Amerikanın  “Vaşinqton  Post”  qəzeti  böyük  bir  yazı  ya-
yımladı. Bu yazıda Azərbaycan ordusunun səfil vəziyyət-
də olduğundan bəhs edirdi. Bu hadisəyə üstüörtülü şəkil-
də eyham vurularaq deyilirdi ki, demək olar, hər ay Azər-
baycan ordusunda əsgərlər ya intihar edir, ya zabitlər tə-
rəfindən öldürülür, ya da digər ölkələrə qaçırlar.  
Əslində isə, hadisə tamam başqa cür olmuşdu. Çünki 
bu gün mətbuatda gördüklərimiz başqa, həqiqət isə tama-
milə başqadır. Bəzən bəzi həvəskar mətbuat nümayəndə-
ləri bilmədən həqiqətləri yazır. Amma inanılmış digər te-
leviziya,  qəzet  və  saytlar  həqiqəti  yolundan  sapdıraraq 
yanlış informasiyanı xalqa sırıyırlar. Bəzən də hazırlanmış 
gizli  bir  planı  bilmədən  söz  azadlığı  altında  darmadağın 
edirlər. 
 

 
Ermənistanın işğal etdiyi  ərazilərlə sərhəddəki Azər-
baycan  ordusunun  hərbi  hissələrindən  birində  kəşfiyyat 
bölüyünün  bir-birinə  daha  yaxın  olan,  çətinliklərə  düşə-
rək bir-birilərini daha yaxşı tanıyan beş gənc var idi. On-
lar arasındakı tanışlığın yaşı çox olmasa da, ortaq cəhətlə-
rini müəyyənləşdirmiş, özləri də fərqinə varmadan bir-bi-
rilərinə  bağlanmışdılar.  Bu,  Vətən  və  Millət  qayəsi  idi. 
Ayrı  düşüncələrə,  baxışlara  görə  dəfələrlə  mübahisələri 


25 
 
düşsə də, bu nöqtədə birləşməyi bacarırdılar. Bundan əla-
və,  onları  birləşdirən  digər  məsələlər  içərisində  iradə, 
əzm,  dürüstlük,  cəsarət,  sevgi  kimi  digər  amillər  də  var 
idi.  Kəşfiyyatçı  idilər.  Verilən  tapşırıqları  daim  qüsursuz 
yerinə  yetirməyə  çalışırdılar.  Əməllərində  bəzən  yanlış-
lıqlar və qüsurlar olsa da, niyyətləri pak idi.  
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Müba-
riz İbrahimovun göstərdiyi igidlikdən sonra onlarda yara-
nan fövqəltəbii güc və bu gücdən doğan ideyalar mühüm 
bir  qərar  vermələrinə  kömək  etmişdi.  Bunu  gizir  Alıyev 
Elçinin dəfələrlə təklif etməsinə baxmayaraq,  kapitan Al-
tay Cavadov bir az tərəddüd edirdi. Gizir Arslan Sultan-
bəylinin bu ideyada qərarlı olmaması dəstənin digər üzv-
lərini  də  ruhdan  salırdı.  Kapitanın  “vaxtı  gələndə  gedə-
rik” deməsi dostların əlini işdən soyudurdu. Altay Arsla-
na daha çox güvəndiyindən onun fikrinə xüsusi önəm ve-
rirdi. Hətta  onun “hə” deməsi bu işin başlanması demək 
idi. 
Nəhayət ki, günlərin birində məzuniyyətdən qayıdan 
Arslanın kapitanla uzun söhbətindən sonra qərar verildi. 
Sadəcə, bu dəstədə kimlərin olacağı onları narahat edirdi. 
Uzun və çətin  bir yol idi. Bu yolun sonu isə görünmürdü. 
Ölüm,  həbs,  vətən  xaini...  Amma  qisas  hissinin  güclü  ol-
ması  bütün  təhlükələri  arxa  plana  atırdı.  Həmişə  qorxu 
hissinin  qürur  hissini  tapdalamasından  əziyyət  çəkən 
xalqın bu oğullarında, indi qisas hissi bütün qorxu hisləri-
ni tapdalamış, əzilmiş qürur hissinin yüksəlişinə səbəb ol-
muşdu. 
Ən önəmlisi isə, erməni xofunun aradan götürülməsi 
idi.  Kapitanı  düşündürən  başlıca  məsələ  xalqda  olan  ruh 
düşkünlüyünün  yüksəldilməsi  idi.  Milli  Qərhrəman  Mü-


26 
 
bariz  İbrahimov  bunu  yaratmışdı.  Əgər  Mübariz  İbrahi-
movun atdığı cəsarətli addım onlarla kapitan kimi igiddə 
ruh  yüksəkliyi  yaratmışdısa,  bu  beş  ərin  atacağı  addım 
bütün  xalqı  ruhlandıra  bilərdi.  Və  beləcə,  müharibə  edib 
torpaqların  qaytarılmasına  zəmin  yaranardı.  O  düşünür-
dü ki, yalnız bu, xalqın özünəinam hissini qaytara bilərdi. 
Çünki  Xocalı  və  Qaradağlı  kimi  faciələr  xalqı  xeyli  qor-
xutmuşdu. Həmişə “erməni kimdir ki, gəlib bizə nə isə et-
sin” deyən xalq, Xocalıda erməninin “kimliyini” görmüş-
dü. Bu isə planlı şəkildə atılan addım idi və o vaxt ermə-
nilərin işinə çox yaxşı yaramışdı. Beləcə, rayonların bir-bi-
rinin ardınca erməni yaraqlıları tərəfindən işğal olunması-
nı  sürətləndirmişdi.  Kapitan  bu  hadisəni  həmişə  dostları 
ilə  söhbətində  Nizaminin  “İsgəndərnamə”  poemasındakı 
İsgəndərin zəncilərlə döyüşü ilə müqayisə edirdi. Belə ki, 
bir  gün  İsgəndərin  ordusu  zəncilərlə  döyüşdə  məğlub 
olub geriyə qaçır. Döyüşçülər arasında belə bir şayiə yayı-
lır ki, düşmən tərəfin şahı qaniçəndir. Əsir düşmüş əsgər-
lərin qanını içir. İsgəndər bu hadisəni eşidəndə çox fikir-
ləşdi. Amma yol tapa bilmirdi ki, bilmirdi. Bu zaman və-
ziri  ona  dedi  ki,  döyüş  həmişə  güc  hesabına  qazanılmır. 
Burada psixoloji amillər daha önəmlidir. İndi sənin qoşu-
nunda bir vahimə var ki, rəqib şah qan içəndir. Gör əlinə 
keçsək, nələr gələr başımıza? – deyə qorxudan döyüşdən 
qaçırlar.  Sən  bunun  qarşısını  almaq  üçün  daha  vəhşi  bir 
addım  atmalısan.  Vəzirin  məsləhəti  ilə  İsgəndər  əsir  gö-
türdüyü  düşmən  döyüşçülərindən  birinin  başını  bişirtdi-
rib,  əsirlərin  qarşısında  yeyir.  Sonra  da  şərait  yaradır  ki, 
əsirlər  qaçsınlar.  Amma  İsgəndər  əslində  adam  kəlləsi 
yox, heyvan kəlləsi yemişdi. Rəqibin ordusu arasında qısa 
bir zamanda İskəndərin əsirlərin kəlləsini bişirtdirib yedi-




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə