Şəmil Sadiq



Yüklə 2,53 Kb.

səhifə7/57
tarix17.11.2018
ölçüsü2,53 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   57

27 
 
yi  hadisəsi  yayıldı  və  bundan  sonra  o,  istədiyinə  nail  ol-
du. Bunun üçün də qaniçən ermənilərə İsgəndər kimi ca-
vab vermək lazım idi. Saf qəlbli, pak niyyətli bu gənclərin 
millətin gələcəyi üçün düşündükləri ən yaxşı yol bu idi. 
Kapitan, əslində, bu yola kimlərlə çıxacağını yaxşı bi-
lirdi. Hətta onların andı da var idi ki, bir gün bu yola bir-
gə  çıxacaqdılar.  Müxtəlif  bölüklərdən  olan  bu  ərlərin  bir 
yerə  toplaşması  və  gecə  ilə  sərhədi  keçmələri  lazım  idi. 
Kapitanla Arslan yola çıxacaqları beş nəfəri son dəfə mü-
zakirə  etdilər.  Onlardan  başqa,  gizir  Elçin  Alıyev,  əsgər 
Ərtoğrul  Hüseynov  və  əsgər  Ayxan  İsmayılovun  da  bu 
komandada olmasına razılaşdılar. Düzdür, Arslan Ərtoğ-
rulun komandada olmasına narazı idi. Çünki bir neçə də-
fə kəşfiyyatda birgə olduqları üçün onu tanıyırdı. Mərdli-
yinə, vətənpərvərliyinə söz ola bilməyən Ərtoğrulun dinə 
ifrat dərəcədə bağlılığı bir az narahatlıq yaradırdı. İnancı 
o qədər möhkəm idi ki, bəzən adama elə gəlirdi ki, millət 
anlayışı onda dindən geri qalırdı. Bəzən elə görünürdü ki, 
o, ermənilərə erməni olduğuna görə yox, xristian olduqla-
rına görə nifrət edirdi.  
Hətta  bir  dəfə  kəşfiyyat  məhz  Ərtoğrulun  namazına 
görə pozulmuşdu. O, kəşfiyyata yeni cəlb edildiyi günlər-
də namazda əyilib-qalxdığı zaman erməni hərbçilər bunu 
görmüş və onları atəşə tutmuşdular. Bunun üstündə Ars-
lan onu yaxşıca döymüşdü də. Ona görə yox ki, o namaz 
qılırdı, ona görə ki, həmin gün Arslan ona çox tapşırmışdı 
ki, uzandığı yerdə namazını qılsın. Amma Ərtoğrul buna 
məhəl qoymamış, öz istədiyini etmişdi.  
Ərtoğrul güc baxımdan Arslandan geri qalmırdı. Bəl-
kə  də,  müqavimət  göstərsəydi,  o,  Arslanı  susdurardı. 
Uzun illər kinqboksla məşğul olmuşdu. Səhvini başa dü-


28 
 
şürdü.  Sonra  da  ağzının  qanını  silə-silə  “eşq  yolunda  ca-
nım  fəda  olsa,  uf  demərəm.  Nə  edim,  qardaş,  mənim  da 
Allaha olan eşqim öldürür məni” – demiş, Arslanı qucaq-
lamışdı. 
Ərtoğrulun bu xasiyyətinə görə Arslan narahatlıq ke-
çirirdi. Kəşfiyyatda belə hallar məqbul sayılmırdı. Amma 
Ərtoğrul  kəşfiyyata  getmək  üçün  bəzən  dini  dünyagörü-
şünü gizlətməyə çalışırdı. Millət və din eşqini heç zaman 
müqayisə edə bilmirdi.  
Ərtoğrulun  damarlarında  Bakıda  Sisianovun  ölümü-
nü  həyata  keçirən  Qacarlar  nəslinin  cəsarətli  oğlu  Hü-
seynqulu xanın qanı axırdı. Bütün bunların köməyi ilə ka-
pitan Altay Arslanı inandırdı ki, elə bizə də onun əqidəcə 
bütövlüyü  lazımdır.  Kapitanı  qorxudan  həm  də  o  idi  ki, 
əsgər Ərtoğrul hiss etsə idi, neçə vaxtdır gözlədiyi səfərə 
dostları onsuz gedib, bəlkə tək də olsa, onların ardınca gə-
lərdi.  Bu  da  planın  pozulması  deməkdi.  Buna  görə  də 
Arslanı onu da götürməyə inandıra bildi. 
Ayxanı  isə  Arslan  çoxdan  tanıyırdı.  Bir  ilə  yaxın  idi 
ki, onlar bir yerdə gizli əməliyyatlara gedir, posta çıxırdı-
lar.  Onun  dünyagörüşü,  mədəniyyəti  və  sədaqətinə  söz 
ola bilməzdi. Onların arasında gizli bir sirr də vardı: Ars-
lanın  kəşfiyyatda  verilən  tapşırıqdan  kənara  çıxaraq,  er-
məni postundakı əsgəri asaraq öldürməsi, bəlkə də, qəbi-
rə kimi gedəcəkdi bu pünhan saxlanclar. Onun ailəsini də 
tanıyırdı  Arslan.  Səbəbini  özü  dərk  etməsə  də,  Ayxanın 
da  ona  böyük  hörməti  olduğunu  bilirdi.  Hərdən  ona  elə 
gəlirdi  ki,  bunları  birləşdirən  onların  görüşlərinin  yaxın 
olmasıdır.  Sınanmışdı...  Onun  təhsili  də  buna  imkan  ve-
rirdi.  Bakı  Dövlət  Universitetinin  hüquq  fakültəsini  bitir-
mişdi Ayxan. Birgə əməliyyatlar zamanı onun aclığa, su-


29 
 
suzluğa, ağrıya necə dözümlü olduğu Arslana məlum idi. 
Bunu kapitan da bilirdi. Ayxanın Qarabağdan, İbrahimxə-
lil  xanın  nəslindən  olması,  ona  bu  komandada  iştirak  et-
məyə  bir  vəsiqə  də  verirdi.  Həmişə  öz  aralarındakı  söh-
bətlərdə Ayxan deyirdi ki, bizim qabağımızı kim kəsir ki, 
partizan döyüşlərinə girməyək? Məgər buna da Prezident 
tapşırıq  verməlidir?  Mübarizə  verilən  “Milli  Qəhrəman” 
adından  sonra  öz  yerlilərini  daha  çox  məzəmmət  edərək 
“Prezident  necə  deməlidir  öz  fikrini?  Day  bundan  artıq 
necə deyərlər ki, ay millət, oyan!”. Bunları danışanda əsə-
bindən az qalırdı ki, boğazındakı damarlar partlasın. Ona 
görə  də  Şuşaya  bayrağın  sancılması  ən  çox  onun  ürəyin-
dən tikan çıxardardı. Bir də ki, ata yurdunu görüb ölmək 
onun üçün böyük xoşbəxtlik idi.  
Elçin isə nə qədər sakit görünsə də, çılğın, emosional, 
qorxmaz bir oğlan idi. Xidmətə başlayanda uşaqlardan bi-
rinin  haqqını  qorumaq  üçün  leytenantlarla  etdiyi  dava 
onun  qorxmazlığından  xəbər  verirdi.  Hərbi  xidmətə  təzə 
gəldiyi vaxtlarda kapitan ona dayaq olmuşdu. Hətta Elçin 
ilk dəfə kapitana kobudluq etsə də, kapitan onun iradəsi-
nin möhkəmliyinə görə bağışlamışdı. Və beləcə, kəşfiyyat 
dəstəsinə  cəlb  edilmişdi.  Verilən  tapşırıqları  inanılmaz 
dərəcədə dəqiq yerinə yetirirdi. Bir dəfə erməni alayında-
kı yüksək rütbəli hərbçilərin sayının müəyyənləşdirilməsi 
ona tapşırılmışdı. Bu onun həm də təkbaşına aparmalı ol-
duğu ağır əməliyyatlardan idi. Böyük çətinliklərə baxma-
yaraq, iki gün ərzində məlumatları dəqiq şəkildə koman-
danlığa  təqdim  etmişdi.  Bu  hadisəni  bütün  kəşfiyyat  bö-
lüyündə  danışırdılar.  Yeni  kəşfiyyatçılar  ona  həsədlə  ba-
xırdılar.  Amma  bir  az  dəli-dolu  olduğu  üçün  hər  adam 
ona yaxınlaşa bilmirdi. O, kiminlə istəsəydi, zarafat edər, 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə