52
lədilib. Amma ona da məlum deyildi ki, onu axtaranlar
kimlərdir, gizlədənlər kimlər. O sirləri almaq üçün soydu-
lar o bədbəxti. Yaxşı ki atalarımız hələ də onu insanlıq ta-
rixində gizlin saxlaya biliblər. Təəssüflər olsun ki, həmin
kitablar bizim əlimizdə deyil.
Amma türk qövmü də uzun müddət aralı düşdü öz
tarixindən. Yunanların, çinlilərin əli ilə param-parça oldu.
Ənənələrindən yayındılar. Sonra da türklərin sahib ol-
duqları bilgini ələ keçirən qüvvələr beşguşəli ulduzu öz-
lərinə rəmzi atribut seçdilər. Tanrının mukafatlandırdığı
bir millət kimi özlərini təqdim etdilər. Bunlar olmasaydı,
bəlkə də, bu baş verənlər o qədər faciəyə çevrilməzdi. Bu
bilgiləri bizdən oğurlayanların da əlindən oğurlayanlar
oldu. Bu oğrular isə beş güşəli yaradılış
simvolunu tərsinə
çevirərək özlərinin atributu etdilər. Beləliklə Tanrının
qoyduğu bütün qaydaları pozdular. Halbuki, beşguşəli
ulduz yaradılışı əks etdirən simvoldur. İnsanın yaşadığı
Olamın simvoludur, yəni var oluşun göstəricisi. Bu gün
pentoqram kimi tanınan simvol dünyanın yaranmasını
özündə daşıyır. Əslində, bu beşguşəli ulduz insana oxşa-
yır. Axı Yaradan insanı yaradılışın əşrəfi sayır. Beşguşəli
ulduzun aşağıdakı iki ayağı su və torpağı,
insan qolu kimi
yanlara açılan iki guşə od və havanı, baş isə Yaradanı
özündə gizlədir. Bu beşlik tamdır. Fikir verirsən, Tanrı
başdır, birincidir, təkdir, idarə edəndir. Bütün əzalara siq-
nallar başdan, beyindən gəlmirmi? Elə buna görə Nəsimi
deyirdi də, “haqq mənəm”, Tanrının adı insanın sifətində
yazılıb. Çünki Tanrının dərki insan beynindən keçir. Orda
hər şey kodlaşdırılıb və gizlədilmişdir. İnsan o kodları aç-
malı, həqiqət mərhələsinə çataraq Tanrısına qovuşmalı-
dır.
53
Beş rəqəmi Tanrının insan vasitəsilə özünü maddədə
təzahür etdirməsi mənasına da gəlir. Ən qısa tərifi ilə mü-
qəddəs evliliyə işarədir. Bu xüsusi və əhəmiyyətli rəqəm
Tanrıya birlikdəlik və inteqrasiya arzusunu ifadə etdiyi
kimi, adama aid bəzi təməl məlumatları da ifadə etməsi
baxımından da xeyli əhəmiyyətlidir.
Diqqət etsən, görərsən ki, bugünkü yarımçıq dinlərin
hamısında beşguşəli ulduz, beş rəqəmi simvol kimi istifa-
də edilir. “Quran”da yazılıb ki, Tanrı bu dünyanı 6 günə
yaratdı. O nə deməkdi, niyə altı günə? Bunlar da dediyi-
miz bu beş rəqəmi ilə bağlı idi. Bəs niyə həftənin beşinci
günü müqəddəs gün hesab edilir? Bunları düşündünmü
heç? Bu, Tanrı başda olmaqla torpaq, od, su, havadan iba-
rət olan dünyanın yaradılışıdır. Bütün bunların vəhdəti
hazır olandan sonra kainat yaradılmışdı. Beş günə bitirilib
və altıncı gün bu vəhdətin fəaliyyəti başlamışdır.
Ağacların çiçək tacı, meyvəsinin daxili quruluşu, barmaq-
larımızın sayı və dünyanın 5 günlük olması deyimi. Bu kimi
həqiqətlər və deyimlər xalqın mifoloji anlayışıyla bağlıdır. Türk
dövlətlərindən birinin paytaxtının adı Beşbalıqdı, Bişkek sözü
də bununla bağlıdır. Türk dünyasında Beşalma adında bir çox
yer adı vardır. Koroğlu da deyir:
Göydən uçan beş durnalar
Bizim ellər yerindəmi?
Bir birindən xoş durnalar
Bizim ellər yerindəmi,
Çənlibellər yerindəmi?
Niyə üç, dörd, on yox, “beş” durnalar sözü işlədilib? Bu
sualın cavabı mifin özündədir. Bu xalqın müqəddəs inamlarıy-
la bağlı olduğunu göstərir. Bunların hamısı əsərlərə edilən dü-