28
şürdü. Sonra da ağzının qanını silə-silə “eşq yolunda ca-
nım fəda olsa, uf demərəm. Nə edim, qardaş, mənim da
Allaha olan eşqim öldürür məni” – demiş, Arslanı qucaq-
lamışdı.
Ərtoğrulun bu xasiyyətinə görə Arslan narahatlıq ke-
çirirdi. Kəşfiyyatda belə hallar məqbul sayılmırdı. Amma
Ərtoğrul kəşfiyyata getmək üçün bəzən dini dünyagörü-
şünü gizlətməyə çalışırdı. Millət və din eşqini heç zaman
müqayisə edə bilmirdi.
Ərtoğrulun damarlarında Bakıda Sisianovun ölümü-
nü həyata keçirən Qacarlar nəslinin cəsarətli oğlu Hü-
seynqulu xanın qanı axırdı. Bütün bunların köməyi ilə ka-
pitan Altay Arslanı inandırdı ki, elə bizə də onun əqidəcə
bütövlüyü lazımdır. Kapitanı qorxudan həm də o idi ki,
əsgər Ərtoğrul hiss etsə idi, neçə vaxtdır gözlədiyi səfərə
dostları
onsuz gedib, bəlkə tək də olsa, onların ardınca gə-
lərdi. Bu da planın pozulması deməkdi. Buna görə də
Arslanı onu da götürməyə inandıra bildi.
Ayxanı isə Arslan çoxdan tanıyırdı. Bir ilə yaxın idi
ki, onlar bir yerdə gizli əməliyyatlara gedir, posta çıxırdı-
lar. Onun dünyagörüşü, mədəniyyəti və sədaqətinə söz
ola bilməzdi. Onların arasında gizli bir sirr də vardı: Ars-
lanın kəşfiyyatda verilən tapşırıqdan kənara çıxaraq, er-
məni postundakı əsgəri asaraq öldürməsi, bəlkə də, qəbi-
rə kimi gedəcəkdi bu pünhan saxlanclar. Onun ailəsini də
tanıyırdı Arslan. Səbəbini özü dərk etməsə də, Ayxanın
da ona böyük hörməti olduğunu bilirdi. Hərdən ona elə
gəlirdi ki, bunları birləşdirən onların görüşlərinin yaxın
olmasıdır. Sınanmışdı... Onun təhsili də buna imkan ve-
rirdi. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitir-
mişdi Ayxan. Birgə əməliyyatlar zamanı onun aclığa, su-