Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə10/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   6   7   8   9   10   11   12   13   ...   57

37 
 
möcüzə  kimi  təqdim  edilən  donuz  əti  yeməmək  belə  qə-
dim türklərin adətidir. Çünki onlar yürüşlərdə bu heyva-
nın  ətindən  istifadə  edə  bilmədikləri  üçün  onu  özlərinə 
haram buyurdular. Axı yağlı əti çox saxlamaq olmurdu.  
Bu üzdəniraqlar İslamı daha çox region dininə çevir-
dilər.  Başqa  xalqları  düşünmədən  bir  çox  əlavələr  etdilər 
və  beləcə  bəşəri  ideyaları  sadəcə  bir  zümrənin,  bir  ərazi-
nin ideyasına çevirdilər.  
Ərəb  dili  Tanrının  dili  ola  bilməz,  oğul,  heç  vaxt  ola 
bilməz.  Heç  indi  də  deyil.  Sadəcə  kütlə  bunu  belə  qəbul 
edir. O, məkansız, zamansız, rəngsiz, cinssiz, dilsizdir. O, 
bütün dilləri bilir. Onun üçün bütün dillər eyni cür anlaşı-
lır.  Axı  bütün  dillər  bir  dildən  –  OdƏr  dilindən  yaranıb. 
Sənin niyyətin pak olduğu təqdirdə, ona necə müraciət et-
sən, olar. Bax görürsənmi, nəyin davası gedir? Dilin. De-
məli,  dil  yaradılışın  genetik  daşıyıcısıdır.  Hər  şey  dildə 
yaşayır.  Bütün  kodlar,  sirlər  hamısı  dildə  yaşayır.  Əgər 
kimsə  dilini  unudursa,  deməli,  təfəkkürü  manqurtlaşır. 
Manqurtu yadına sal. Əli vardı, ayağı vardı, hətta danışa 
da  bilirdi.  Amma  danışdığının  heç  bir  mənası  yox  idi. 
Çünki yaddaşı dilinə xidmət etmirdi. Yaddaş dil ilə təza-
hür edilir. Bu siyasəti yürüdənlərin məqsədi odur ki,  sən 
dilini unudasan,  özünü unudasan. Amma bu dil süni dil 
deyil, Yaradanın bizə bəxş etdiyi ulu dildir. 200000 ildən 
çoxdur  ki,  sənin  dilinə  qarşı  mübarizə  aparırlar.  Yerə  ilk 
enən Qrek tayfaları səni gördükdə və anlamadıqda, onun 
kimi  danışmadığın  üçün  sənə  bar-bar  dedi,  yəni  kəkələ-
yənlər. Çox mübarizə apardılar ki, onların şər niyyətlərini 
məhv etmək üçün göndərilən Tanrının qılıncı olan türklə-
ri  məhv  etsinlər.  Fiziki  gücləri  çatmadıqda  dilinin  məhvi 
üçün  çalışdılar.  Onlar  istəyirlər  ki,  sən  öz  doğma  dilini 


38 
 
unudasan, amma bacarmırlar. Kodlardan ibarət olan dilin 
əlindən  alınanda,  sən  də  itib-batacaqsan.  Fikir  ver,  bu 
ərəb dili dinin köməyi ilə sənin dilinə nə qədər hücum et-
sə  də,  sən  indi  də  atalarının  dediyi  kimi  “Yer  haqqı”, 
“Göy haqqı”, “İşıq haqqı”, “Tanrı haqqı”, – deyə and içir-
sən.  Bilirsən,  bu niyə  belədir? Bilməlisən,  oğul,  bil  ki,  sə-
nin dilini qoruyanlar və yaşadanlar var. Uzun illərdir mü-
barizə  aparırlar  ki,  qədimlərdən  də  qədim  olan  ana  dilin 
itib-batmasın. Sən gətirəcəyin kitablar o dildə yazılıb. Qə-
dim  OdƏr  dilində.  Bilgə  Kağanın,  Atillanın,  Oğuz  xanın 
dilində  yazılıb.  Biz  və  bizdən  öncəkilər  sənin  kimilərə 
bunları  yorulmadan,  usanmadan  danışmışıq.  Danışmışıq 
ki,  yaşasın,  sən  də  danışmalısan,  amma  seçilmişlərə.  Sis-
tem elə qurulub ki, 1000 illərin tarxini sinəsində gəzdirən 
insanların arasına heç vaxt xəyanətkar girə bilməz. Bunun 
əsas  səbəbi  qan  təmizliyidir.  Seçilənlərin  birinci  şərti  qan 
qarışığının olmamasıdır. Ən vacib  məsələdir bu. Əgər bir 
şey  kirləndisə,  onu  təmizləmək  çox  çətin  olur.  Nə  qədər 
təmizlənsə də, əvvəlki saflığını qaytara bilmir. Bu mövzu-
ya sonra yenə qayıdacağam. Bu qan məsələsini sonra da-
ha  geniş  danışacağam  sənə.  Görürsən,  hardan  başlayıb, 
hara gedirəm? 
 
 

Arslanı düşüncələrdən ayıran kapitanın “uşaqlar, de-
yəsən,  yaxınlaşırıq,  bundan  sonra  diqqətli  olmalıyıq.  Ar-
tıq  hava  da  işıqlanır.  Sığınacağa  təxminən  5  km  qalır”,  – 
deyə asta səslə pıçıldaması  oldu.  
Artıq  meşə  seyrəkləşirdi.  Bundan  sonra,  sadəcə,  sü-
rünmək lazım idi. Arxalarında təqribən 20-30 kq ağırlığın-


39 
 
da çanta daşıyan bu əsgərlər kapitanın əmri ilə yerə uzan-
dılar.  Erməni  postlarını  keçsələr  də,  postdan  bura  yaxşı 
görünürdü. Kapitanın hələ ilk dəfə yaralanması 1992-ci il-
də  Kəlbəcərdə  olmuşdu.  Azərbaycan  ordusunun  N  saylı 
milli taborunun ilk əsgərlərindən olan kapitan bu ərazilə-
ri əlinin içi kimi tanıyırdı. Demək olar ki, hər daşına, qa-
yasına, hər cığırına, izinə bələd idi. Hansı təhlükənin han-
sı  istiqamətdən  gələcəyini  bilirdi.  Buna  baxmayaraq,  ciz-
gilərində təbiətlə uzlaşan xoş bir təbəssüm var idi. Yayın 
ortası olsa da, bu dağların sərin mehi məsum bir gözəlin 
sevgisi kimi onu oxşayırdı.  
Süründükcə  2012-ci  ildə  Tərtərdəki  son  əməliyyatı 
yadına  salan  Elçin  elə  bil  morfi  vurmuş  adam  kimi,  heç 
nəyi  hiss  etmirdi.  Bir  neçə  kilometr  məsafəni  sürünərək 
təmas  xəttində  yaralı  vəziyyətdə  olan  dostlarını  qurtar-
maq üçün Elçin iki gün geriyə qayıda bilməmişdi. Sıyrıq-
sıyrıq olmuş dirsəklərindən qan süzülən Elçin verilən tap-
şırığı yerinə yetirməmiş gəlmədi. Zabitlərin sağ olduğunu 
müəyyənləşdirib  koordinatları  verəndən  sonra  şəhrəsi
1
 
çıxmış qollarını əvəzləyərək hər dəfə bir dirsəyi üstə geri-
yə  qayıda  bilmişdi.  O  iki  gündə  leysana  düşmək,  heç  bir 
ərzağı olmadan qalmaq, hətta tapdığı qurbağanı belə çiy-
çiy yemək bir tərəfə, hər an ermənilərin əlinə düşmək qor-
xusu və həyəcanı tamam başqa bir vahimə və dəhşət do-
ğuran  hiss  idi.  Cəmi  otuz  yaşı  olan  Elçinin  saçları  o  iki 
gündə ağappaq olmuşdu. Uşaqların sağ olduğunu eşidən-
də  əslən  Lənkəranlı  olan  hərbi  hissə  komandiri  o  ki  var 
ağlamışdı.  Hətta  o  boyda  kişi  başını  Elçinin  çiyninə  də 
qoymuş,  uşaq  kimi  ondan  təsəlli  almaq  istəmişdi.  Sonra 
                                                            
1
 Soyulmuş qoyun quyruğu.  


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə