Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə15/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   11   12   13   14   15   16   17   18   ...   57

55 
 
Avropa  ənənələrində    mükəmməllik  ilə,  sirlərin  yolunu 
açan  açarla  və  ruhu  maddəyə  asılı  olmaqdan  qurtaran  mələklə 
əlaqələndirilir.  
Şaman  türklərdə  isə  beş  sayının  dəmir  –  paya  ulduzunu 
təmsil etdiyi məlumdur. Mayya və Şimali Amerika qırmızıdərili 
ənənəsində də bənzər şəkildə müqəddəs bir ulduzu təmsil etdiyi 
qeyd edilir.  
 Beş Mayyalar üçün də açar bir ədəddir və bu ənənədə be-
şinci günün yağış yağdıran spiral formalı Tanrının günü oldu-
ğuna  inanılır.  Onlarda  beş  rəqəmi  balıq  formalı  bir  əllə  təmsil 
edilirdi.  
Beş sayı ayrıca Manixeyizmdə də əhəmiyyətli rol oynayır, 
ilk insanın (Bağ Atanın) beş oğlu var, işığın beş elementi (ruh, 
külək, su, işıq və atəş) qaranlığın beş mənası ilə qarşılaşdırılır. 
Manixeyistler  ayrıca  yaşayan  Tanrının  beş  köməkçisinin  və 
ruhları toplayan beş mələyin olduğundan söz açmışlar.  
Beş yəhudi ənənələrində gücün və sərtliyin, radikal bir zə-
kanın rəmzidir.  
Beş sayı eyni zamanda kosmik insana işarədir. İnsan qolla-
rı açıq vəziyyətdə bir dairə içinə yerləşdirildiyində sinəsinin or-
tasına eninə və dikinə çəkilən ox bir xaç meydana gətirir. Dün-
ya insan üçün bir xaçdır, yəni bu dünya kosmik insana dar gə-
lir mənasını da verir. Bu insan fiquru astrologiyanın da simvo-
ludur.  Kabaladakı  qarşılığı  Adam  Kadmondur.   Yəni  insanın 
aşan istiqamətini və bu planeti aşma bacarığını təyin kimi Tan-
rıya tam mənasıyla təslimiyyəti də ifadə edər.  Beş, ümumiyyət-
lə canlı təbiətdə ortaya çıxan bir ədəddir. Bu səbəbdən də onun 
qalib  gəlməsi  baharın  təbiətdəki  tumurcuqlanmalarına  ekviva-
lentdir. Bu, bizim qədim Novruz bayramımızda da özünü 
göstərir.  Dörd  çərşənbədən  sonra  gələn  yeni  il,  yeni  do-
ğuş, bayram günü, təbiətin oyanışı beşinci ünsürdür. 


56 
 
Beş  sayının,  qolları  və  qıçları  açıq  haldakı  insan  forması 
nəzərə  alınaraq  mikrokosmos  olan  insanın  simvolu  olduğu  qə-
bul edildiyində bu vəziyyətilə bədənin bir beşbucaqlı təmsil etdi-
yi də deyilə bilər.  
Helenistik  dövrdə  Baalbək  şəhərindəki  Venera  məbədi  beş-
bucaqlı biçimdəydi. Xristianlıq ortaya  çıxdığında Məryəm beş-
bucaqlı simvolunun və İştarın, Veneranın sifətlərini də boynu-
na götürmüşdür.   
Apollo işıq Tanrısı olaraq beş xüsusiyyətə malikdir: hər şe-
yə  gücü  çatma,  hər  yerdə  var  olabilmə,  hər  şeyi  bilmə,  əbədilik 
və birlik.   
İslami tradisyonda dinin beş dirəyi, beş ilahi varlıq, imanın 
beş şərti vardır. İslamda gündə beş vaxt namaz, imanın və İsla-
mın beş şərti olaraq yer tapar. İslamda  beş, Allah sözünün be-
şinci və əsas hərfi “h” – nın ədədi dəyəridir.   
Beşuclu  ulduz  bütünü  təşkil  etdiyində  və  eyni  zamanda 
yuxarı dönük olduğunda ruhi həsrəti və təhsili simvollaşdıra bi-
lər.  Eynilə  dairə  kimi  beşbucaqlı  ulduz  da  bütünü  işarə  edər, 
həmçinin  dörd  küncə  və  beşinci  olaraq  bir  mərkəzə  sahib  olan 
kvadrat  mərkəzin,  səma  ilə  yer  üzünün  birləşmə  nöqtəsinin 
simvoludur.  O  eyni  zamanda  Allahın  simvoludur,  çünki  dörd 
böyük gücün mərkəzindəki, onları yaradanı işarə edər.   
Beşbucaqlı  ulduz,  uclarından  biri  yuxarıda  olduqda  müs-
bət, tərs olduğunda isə mənfi olaraq qəbul edilməkdədir. Penta-
qram,  İştarın  insanları  pis  ruhlardan  qoruduğuna  inanılan 
Qədim  Şərqdə  gözmuncuğu  kimi  istifadə  edilərdi.  Zaman-za-
man Allahın evini İblisdən və ya bədənsiz bəzi varlıqlardan qo-
rumaq üçün orta əsr kilsələrinin divarlarına çəkilərdi. Bir görü-
şə  görə  pentaqram  ruhun  elementlər  üzərindəki  suverenliyini 
ifadə edər, ayrıca hava və su ruhları və torpaqla bağlı bədənsiz 
varlıqları idarə edə bilmək üçündür.    


57 
 
Vərəsənin nümayəndəsi Muğanna da beş haqqında çox söz 
dedi:  
İnsanı insana, Yer planetini kainata bağlayan Bağ Ata ad-
lanır.  Təkdir,  lailahəilləllahdır.  Dord  oğlu  var:  birincisi  ƏsƏl-
Məndir (“Əs” yaradan deməkdir. “Əl” həm də oğul deməkdir. 
Biz də belə deyirik.) 
ƏsƏlMən – mənim yaradan oğlum deməkdir. (Ərəbcə tər-
cüməsi Süleyman peyğəmbərdir.) 
İkinci oğlu ÜnEydir (təhrifi “Nuh” “Hoydos”). 
Üçüncü  oğlu  EvƏrimdir  (Evimin  İşığı  deməkdir.  Ərəbcə 
təhrifi  İbrahim  peyğəmbərdir.  Biz  də  belə  deyirik.  Xaçpərəstlər 
isə Avraam deyir.) 
Dördüncü  oğlu  Eysardır.  (“Ey”  –  uca  deməkdir.  Sar  – 
(Çar)hökmdar deməkdir)  
EySar  –  Uca  Hökmdar  deməkdir.  ƏlAğ  (Allah)  ərəblərin 
təhrif etdikləridir. 
EySara – Əlağ (Allah) EySar da deyirlər, çünki çarmıxdan 
sonra Bağ Atanın Bağdan ibarət SimOd (Uca həqiqət) məclisin-
də ƏlAğ seçilib, indi Yer (EyƏr) planetini idarə edən ƏlAğ Ey-
Sardır. 
Əzizim, bu həqiqətlər OdƏr xalqının (qədim türklərin) Ağ 
– SafAğ elmindəndir. Türklər SafAğ elminə OdƏr mədəniyyəti 
deyirlər  və  bu  elmi  gizlin  yaşadırlar.  SafAğ  elminin  təhrif  adı 
Sufidir.  Bu təhrif farslardan gəlir. Nəsimi yazır: “Dövr Ağın, 
dövran Ağın dövranıdır. SafAğ elmini Azərbaycan aşıqları ya-
şadırlar.  “Divani”  və  “Hürufani”  (təhrifdə  “hürufi”)  Aşıq 
Ələsgər  deyir:  “Beş  gözəlin  aşiqiyəm”.  “Beş  gözəl”deyəndə  o, 
Bağ Ata və onun dörd oğlunu nəzərdə tutur. “Beş” rəqəminin 
müqəddəsliyi  Bağ  Ata  ilə  oğullarının  rəmzi  işarəsidir.  Dünya-
mızdakı  beş  simvol  –  rəmz  həyatın  bu  atribut  əsasında  qurul-
ması da Bağ Ata ilə oğullarının beşliyindən gəlir.  


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə