62
zaman başqa dini qəbul edə bilməz, olsa da, sadəcə siaysi
məqsədlərə görə mümkündür ki, bu da dinlərin nəyə qul-
luq etdiyinin mahiyyətinin bir sübutudur. Tanrının dedi-
yi din bu cür ola bilməzdi. Yer üzündə baş verən proses-
ləri hoqqabazlıq kimi qiymətləndirən Elçin də həmin an
Tanrısı ilə birgə idi. O da həmin an Tanrısı ilə danışırdı,
fəqət Məhəmməd kimi yox, Altay kimi yox. Öz daxili istə-
yi, mənəvi saflığı naminə qəlbində Uca Yaradanı yaşadır-
dı. Vicdanının səsinə qulaq asaraq, Onu dinləyərək, Onu
duyaraq da yaşayırdı.
***
Ərlər uzun və təhlükəli məsafəni qət etdiklərindən
dayandılar və kürək-kürəyə verib meşənin insan ayağı
dəyməyən yerində istirahət etməyə başladılar. Hərdən də
gün görməyən böyürtkən kolundan giləmeyvə dərib ağız-
larına ataraq, düşüncələrə dalırdılar. Əslində, avqust ayı-
nın isti yay günləri onlara yemək üçün ən əlverişli zaman
idi. Böyürtkən və moruqla bol olan bu meşələr sanki igid-
lərin bu il, bu ayda gələcəyini bilib bol tədarük görmüş-
dülər.
Elçin isə öz-özünə düşünürdü. Üzünün cizgiləri səy-
riyirdi. Özü də fərqinə varmadan dodaqaltı: “Bu düşmən-
lərin kökünü kəsmək üçün Babəklər lazımdır bizə”, – de-
di.
Leytenant Elçinin bu sözünü ironiya ilə qarşıladı. Ağ-
zının yanı ilə gülümsünüb başını aşağı saldı.
Elçin komandirin üzünü görməsə də, ağzının səsini
və çiyinlərinin hərəkətini hiss etmişdi. O, komandirin və
Məhəmmədin bu mövzudakı münasibətlərini bilirdi. Hət-
ta dəfələrlə mübahisə də etmişdilər.
63
– Nə oldu, komandirim, ərəb damarın tutdu yenə?
Mən bilmirəm, Babək sənə nə edib? Səni işğal etmək istə-
yən bir xalqla döyüşüb də, qardaş.
– Bundan artıq nə etməlidir? Babək İslamın qatı düş-
məni olub. Onun sayəsində bu gün sənə əzab verən ermə-
nilər yaşayır, yeri gələndə səni əzir də.
– Erməninin mətləbə nə dəxli? Babək olmasa idi, sə-
nin o ərəblərin bu erməniləri də müsəlmanlaşdıracaqdı?
Hə, çox maraqlı sualdı. Niyə onlar erməni və gürcüləri iş-
ğal etmək istəməyib, dinlərindən döndərməyiblər?
– Çünki o zaman onlar təkallahlığa və Allahın gön-
dərdiyi kitaba inanırdılar.
– Qardaş, Babəkin də öz dini vardı və ona inamı da
yerində idi. Bir də ki Babəkin davası din davası deyildi
axı, o, torpağını qoruyurdu! Bu, onun qəhrəmanlığını gös-
tərən ən bariz nümunədir.
– Elə Babək kimilərə qəhrəman dedirdə-dedirdə bizi
bu günə qoydular da. O dövrdə Babək sovet hökumətinə
sərf elədiyi üçün onu belə göylərə qaldırmışdı. Halbuki,
Babəkin bu millətə elədiyi pisliyi heç erməni də etməyib.
Babək olmasa idi, Xilafət bütün dünyanı müsəlmanlaşdıra
bilərdi.
– Onda nə olacaqdı? Dünyavi-cahan abad olacaqdı?
Yoxsa əyyaş, arvadbaz, əxlaqsız, kütbeyin ərəbin idarəsi
və iradəsi altında Marsa uçacaqdı? Bəşəriyyəti sevənlər
gərək Babəkə heykəl qoysun. Çünki Babək olmasaydı, in-
di bütün dünya varın-dövlətin daşıyacaqdı Cavid demiş,
“İlan, qurbağa yeyən ərəb şeyxinə”, ərəb şeyxi də həmin
pulları yığıb, 5-10 arvad alıb özü üçün hurili, mələkli cən-
nət quracaqdı. Yaxşı ki, Babək olub. Yoxsa, doğrudan da,
bu dünya ərəb zehniyyəti ilə İslamlaşa və bərbadlaşa bi-
64
lərdi. Bir də qardaşım, onu bil ki, Babək 40 milyonluq Gü-
ney Azərbaycan türklərinin birlik, qəhrəmanlıq simvolu-
dur indi. Xalqın olub-qalan qəhrəmanlarını da əlindən al-
mağa çalışırlar. Yoxsa bu qəhrəmanlığı da murdar fars re-
jimi uydurub deyəcəksən?
Özləri də bilmədən asta səslə mübahisəyə girişmişdi-
lər. Komandir mübahisə etmək istəməsə də, alınmırdı.
Çünki din, siyasət və xəyanət mövzuları olan zaman mü-
bahisə bitməz, getdikcə daha da qaranlıq dərinliklərə çə-
kib aparır insanı. Belə ki, hər üç mövzuda insanların fikir-
ləri həmişə fərqli olub. Hər kəs öz pəncərəsindən baxır,
sadəcə gördüklərinin varlığını qəbul edir və ya onlara
uşaqlıqdan öyrədilən ənənə əsasında qəlibləşib formala-
şırlar. Necə ki bir braziliyalı qızın intim həyata münasibə-
ti ilə azərbaycanlı qızın münasibətləri arasında fərq var və
hər tərəf özünün yanaşma tərzini bəyənib onu müdafiə
edir, eləcə də dini baxış. Burda hər kəs ona təlqin edilən
dini baxış əsasında formalaşır və yalnız onu haqq və hə-
qiqət bilir. Müxtəlif dinlərə sahib olan hər kəs öz qəbul et-
diyini düzgün hesab edir.
Məhəmməd bayaqdan komandirlə Elçinin mübahisə-
sinə kənardan qulaq assa da, bu məqamda dözə bilmədi.
Komandirlə dini mövzularda çoxlu fikir ayrılıqları olsa
da, bu məqamda onlar yenə birləşdilər. O, Elçini başa sal-
mağa çalışdı:
– Elçin bəy, sən bir səbir elə. Əsəbiləşmə, ağzına gə-
ləni də danışma. Birincisi, dünyanın İslamlaşması bəşəriy-
yətin xilası demək idi. Bir də ki, onsuz da bütün insanlar
müsəlmandır. Bu heç. O ki qaldı Babəkə və onun dininə,
o, cəfəngiyat idi. İnsanlar mütləq Allaha inanmalı, onun
buyurduqlarına əməl etməlidirlər. Əgər biri əyri yolda-
65
dırsa, onu başa salmaq, haqqa çağırmaq hər bir müsəlma-
nın borcudur.
– Həə, deyəsən, sizin ortaq nöqtəniz yenə tapıldı.
Qardaşlarım, sizin dünyadan xəbəriniz yoxdur eee. Biri-
niz İranın, biriniz də Gülən bəyin ideologiyasını təbliğ
edir, bu milləti mənliyindən ayırırsınız, xəbəriniz yoxdur.
Mənim üçün millət, torpaq min cür dindən önəmlidir, bu-
nu dəqiq bilin. Öncə millət, sonra din. O ki qaldı, Babəkin
haqq savaşına, mən ona belə baxıram: Elə bilin ki, indi
müsəlman ölkəsi olan bir dövləti, lap elə tutaq ki, Azər-
baycanı hansısa bir xristian ölkəsi işğal etmək üçün mü-
haribəyə başlayıb. Və işğal etdiyi yerlərdəki bütün insan-
ları xristian edirlər. Sizlər də üsyana qalxarsınız da yəqin
ki?
Komandir özünəməxsus ağırlıqla “hə” demək istəsə
də, gözlərindən qan daman Məhəmməd, üzünü ona tərəf
çevirib: “əlbəttə!”, – deyərək, komandiri qabaqladı.
– Hə, lap yaxşı. Təsəvvür edək ki, sizin mübarizənizə
baxmayaraq, bu ölkə işğal edildi və hamımız xristianlaş-
dırıldıq. Üstündən də bir 100 il keçdi. Sizin xristian varis-
ləriniz sizi qəhrəman kimi anmalıdırlar, ya yox?
Məhəmməd düşünmədən: – “Niyə də xatırlamasın-
lar? Axı biz onlar üçün döyüşürdük, onlar üçün şəhid ol-
duq”, – dedi. Amma komandir dişlərinin arasındakı çöpü
oynada-oynada Elçinin nə demək istədiyini tam anlama-
dığı üçün təsdiq etməyə tələsmirdi. Ümumiyyətlə, ko-
mandir çox uzaqgörən, təmkinli, ağıllı və məntiqli idi. El-
çinin dili ilə desək: “onun, sadəcə, bir günahı vardı, o da
dinə çox aludə olması, sufimi, nurçumu, gülənçimi özü-
nün də tam ayırd edə bilmədiyi təriqətə çox bağlı olması
idi.
Dostları ilə paylaş: |