Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə20/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   16   17   18   19   20   21   22   23   ...   57

74 
 
dövründə neçə-neçə ayənin sonra gələn ayələrdə keçərsiz 
olduğu  qeyd  edilir.  “Əl-bəqərə”  surəsinin  106-cı  ayəsini 
yadına sal: “Biz (zaman və şəraitin tələbinə görə) hər hansı bir 
ayəni  (ayənin  hökmünü)  ləğv  edir  və  ya  onu  unutdururuqsa, 
ondan yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə 
qadir olduğunu bilmirsənmi?” Bax, oğul, “Quran”ın özündə 
belə  yazılıb  ki,  bəzi  ayələri  sonradan  qüvvədən  saldıq. 
Görürsən,  nə  qədər  gülünc  görünür?  Necə  olur  ki,  bu 
dünyanı  Yaradan  və  insanların  taleyini  yazan  bir  qanun 
göndərir və sonra bu qanunu bəyənməyib yenisini göndə-
rir. Axı “Quran”da hər cümlədən bir “Allah hamıdan bö-
yükdür və hər şeyi biləndir”, “Allahdan qorxun” fikri səs-
ləndirilir. Bəs onda Tanrı niyə belə səhvlər edirmiş. Yaxşı, 
lap onu da başa düşək  ki, o dövr üçün bu lazım idi. Bəs 
onda o dövrdən 1300 il keçib, yeni ayələrə, qaydalara eh-
tiyac  yoxdur  bəyəm?  Hardadır  bizə  təqdim  edilən  dinlə-
rin  Allahı?  Niyə  gəlib  insanlara  yeni  qaydalar,  qanunlar 
göndərmir? Axı Onun dini kitablarda qoyduğu qaydalar, 
qanunlar  bu  gün  tamam  fərqli  formada  həyata  keçirilir. 
Hə,  deyəcəksən  ki,  bəs  bu  imamlar,  üləmalar  yeni  şəriət, 
qayda-qanunlar  yazanlar  kimlərdir?  Onlar  fırıldaqçılar-
dır,  oğul.  Kimlərinsə  qara  niyyətlərini  həyata  keçirmək 
üçün ilk baxışdan xoşniyyətli görsənir, arxasına müridlər 
yığır və sonra altdan-altdan öz mənfur niyyətlərini həyata 
keçirirlər.  
Bizim  inandığımız  Tanrı  belə  ola  bilməz,  oğul.  Mil-
yardlarla  səma  cismini,  təkcə  beyində  140  milyard  sinir 
hüceyrəsini  yaradan  Uca  Tanrı  heç  zaman  insanlara  qa-
dınlar  tellərini  gizlətsin,  kişilər  sünnət  olunsun  deyə 
hökm  verməz.    Bu  Tanrının  işi  deyil,  oğul.  “Quran”ın 
ümumi mahiyyəti bütün bəşəriyyət üçün olduğunu göstə-


75 
 
rir.  Amma  diqqətlə  oxunduqda  görursən  ki,  bəzi  ayələr 
var  ki,  yalnız  o  dövr  üçün  yaradlıb.  Amma  onu  təqdim 
edənlər orda olan cümlələrin hamı üçün həmişə qüvvədə 
olduğunu deyirlər. Bir misal deyim sənə, “Əl-bəqərə” su-
rəsində deyilir: “Ey iman gətirənlər! (Qəsdən) öldürülən şəxs-
dən  sizin  üçün  qisas  almaq  hökmü  qərara  alındı  (vacib  oldu). 
Azad  şəxsi  azad  şəxsin,  qulu  qulun,  qadını  qadının  əvəzində 
(öldürə  bilərsiniz).  (Öldürülən  şəxsin)  qardaşı  (varisi)  tərəfin-
dən (müəyyən bir şey, qanbahası müqabilində) bağışlanmış (qa-
til)  ilə  adətə  görə  (yaxşı)  rəftar  edilməlidir.  Bağışlanmış  (qatil 
də)  yaxşılıqla  (qan  sahiblərinə)  “diyə”  (qanbahası)  verməlidir. 
Bu, (qisası qanbahası ilə əvəz etmək hökmü) Rəbbiniz tərəfindən 
sizin üçün bir yüngüllük və mərhəmətdir. Bundan (diyə müqa-
bilində bağışlamaqdan) sonra təcavüzkarlıq edən (qatili öldürən 
və ya onun qohum-qardaşı ilə düşmənçilik edən) kimsəni (qiya-
mətdə) şiddətli əzab gözləyir!” (178) İndi sən de görum, Tan-
rı  bu  qədər  dardüşüncəli  və  qəddar  ola  bilərmi?  Mənim 
qulumu  öldürənin  günahı  onun  özünündür.  Necə  olur, 
Tanrı  əmr  edir  ki,  sən  də  get  onun  günahsız  qulunu  öl-
dür? Oğul, Tanrı belə deməz. O, insana belə əmr verməz. 
Bunu,  sadəcə,  insan  insana  əmr  edə  bilər.  Bir  də  əgər  bu 
“Quran”da  ki,  insanlar  iki  yerə  bölünür:  qul  və  ağa.  Bu 
necə  haqq  sözü  oldu?  Məhəmməd  bunları  söyləmədi, 
sonralar kitaba əlavə edildi. İndi biz bunları desək və yaz-
saq  deyəcəklər  ki,  bunlar  kimlərəsə  xidmət  edir.  Amma 
əslində deməmək onlara xidmət etməkdir. Bütün bu din-
lər  məqsədli  yaradıldı.  Bunların  hamısı  bizim  kitablarda 
var, oğul. Bütün dinləri, məzhəbləri, təriqətlərin hamısını 
yaradan dünyaya sahib çıxmaq istəyən əsilsizlərdir. Tanrı 
dərgahından qovulanlardır. Fikir ver, niyə həmişə Şərqdə 
–  Peyğəmbərlərin  peyda  olduğu  məkanda  əsrlərdir  qan 


76 
 
axır? Çünki bunu onlar yaratdı. Heç diqqətini çəkibmi ki, 
“Quran”ın  bir  çox  ayələrində  İsrail  oğullarından  danışı-
lır? Hətta “Əl-isra” adlı surə də var. Yadına bir ayəni sal-
maq istəyirəm: Ey İsrail övladı! Sizə bəxş etdiyim nemətimi və 
sizi (vaxtilə əcdadınızı) aləmdə xəlq olunmuşların (başqa insan-
lardan)  üstün  tutduğumu  yadınıza  salın!  (“Əl  –  bəqərə”  47). 
Səncə,  niyə  Quranda  dəfələrlə  İsrail  oğullarını  insanların 
seçilmişləri  deyə  təqdim  edirlər?  Necə  oldu  ki,  bu  qədər 
rəngarəng xalqlara sahib olan dünyada Tanrı yalnız İsrail 
oğullarına bu müqəddəs kitabda yer ayırdı? Bunların ha-
mısı  ora  düşünülmüş,  məqsədli  şəkildə  yerləşdirilib  ki, 
Tanrının belə onlarla bacarmadığını insanlara təlqin etsin-
lər.  Bunu  çox  mükəmməl  şəkildə  bacarıblar  da.  Bu  gün  
dünyada  nə  baş  verirsə,  hamı  yəhudilərin  etdiyini  düşü-
nür. Onların iradəsi olmadan heç nəyin baş verə bilməyə-
cəyini fikirləşirlər. Çünki insan düşünməyi, beyninin qat-
larını araşdırmağı çoxdan unudub, manqurtlaşıb, yaddaşı 
əlindən alınıb.   
Təəssüflər olsun ki, seçilmiş Məhəmmədə türklər sa-
hib çıxa bilmədilər. Şamanların bir qismini gizləyib saxla-
dılar,  Dədə  Qorqudu  qorudular,  amma  Məhəmmədə  sa-
hib  çıxa  bilmədilər.  Hə,  görürəm,  Məhəmməd  haqqında-
kı  bu  fikrimə  şübhə  ilə  baxırsan.  Bunun  da  zamanı  gələ-
cək. Amma hələ insanlar bunu eşitməyə hazır deyil, oğul. 
Heç sən də hazır deyilsən həqiqətləri eşitməyə. Ona görə 
də səbir etməli və öyrənməlisən. Özümüzlə insanlığın ta-
rixini  daşımalıyıq,  əsilsizlərin  kəşfiyyatı  artıq  gizlədilmiş 
kitablar haqqında məlumata malikdirlər. Onlar yerini bil-
mədən, üzə çıxarmadan sən onları bura gətirməlisən. Nə-
yin  bahasına  olursa,  olsun.  Sən  özünü  qorumalısan,  əgər 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə