Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə27/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   23   24   25   26   27   28   29   30   ...   57

99 
 
düşən az oldu, tez bir zamanda susduruldular. Vərəsə də 
şəraitin  ziyanımıza  işlədiyini  bildiyi  üçün  gizləndi,  yeni-
dən güclənməyi gözlədi. Həmin o zaman yetişib artıq. Biz 
planlaşdırılan  missiyamızı  yerinə  yetirməli,  təmiz  qanı 
daşıyanları  maarifləndirməliyik. 
Nəzərində olsun ki, sənin komandada başqa məqsəd-
lə olmağını yoldaşlarının heç biri bilməməlidir. Gizlin ola-
raq komandanın rəhbəri sənsən, amma dostların səni adi 
bir hərbçi kimi  biləcək, oğul.  
 
11 
 
Komandir  xəritəni  diqqətlə  nəzərdən  keçirdi.  Yaşa-
dıqları acı faciə onları çox sarsıtmışdı. Nə edəcəklərini, elə 
bil,  unutmuşdular.  Özünü  toparlayıb:  Cənuba  doğru  ge-
dirik, –  dedi, – yolu uzatmaq olmaz. Kolatağ istiqamətin-
də yola düşürük.  
Arslan  marşrutu  komandirlə  birgə  hazırladıqların-
dan necə gedəcəklərini bilirdi. Bunun üçün də soruşdu: – 
Axı biz Vəngli istiqamətində getməliydik. Niyə istiqamə-
ti dəyişirik? 
–  Çünki  mən  belə  məsləhət  görürəm,  –  deyərək,  ko-
mandir  sərt  cavab  verdi.  Heç  bir  izaha  ehtiyac  duymadı. 
Amma  xəritəyə  baxanda  Çıldıran  kəndinin  cənub  hissəsi 
ilə  Kolatağ  istiqamətinin  daha  düzgün  olduğunu  qətiləş-
dirmişdi.  Onu  bu  qərarı  verməyə  Vəngli  istiqamətindəki 
çılpaq  sıldırım  qayaların  təhlükəli  olacağı  sövq  etmişdi. 
O, internetdən yükləyərək çap etdiyi rəsmlərə bir də bax-
dı. Arslanın sualı onu düşünməyə vadar etmişdi. Sıx me-
şələri gördükdə bir daha verdiyi qərarın düzgün olduğu-
nu təsdiq etdi.  


100 
 
 
Arslan  əsəblərin  gərildiyi  bu  məqamda  mübahisə 
etməyi  lazım  bilmədi.  Məhəmmədin  məlum  hadisədən 
daha  gərgin  olduğunu  düşünərək  onu  özü  ilə  götürdü. 
“Elçinlə sən isə bizim arxamızca gəlirsiniz”, – deyib yola 
düzəldi.  
Sıx  meşələr  onlara  bir  az  əziyyət  verirdi.  Çürümüş 
torpaq bəzən ayaqları altından qaçıb onları ləngər vurma-
ğa məcbur edir, irəliləməyə mane olurdu. Havanın qaral-
ması isə şəraiti daha da çətinləşdirirdi. Məhəmməd qarşı-
sını kəsən kolları düşməni tapdalayırmış kimi əzib keçir-
di.  Özündən  ixtiyarsız  addımlarını  sürətləndirir,  burnu-
nun deşiklərindən püskürən havanın səsini belə eşidə bil-
məyəcək dərəcədə iri addımlarla addımlayırdı. Komandir 
isə soyuqqanlı olmağı özünə borc bilən adamlar kimi gu-
ya sakit idi. O, Məhəmmədin arxasınca getdiyi üçün yolu 
bir  az  asan  hiss  edirdi.  Ağzındakı  moruq  saplağını  dur-
madan dişlərinin arasına keçirməkdən dilini yara etmişdi. 
Hərdən  də  dodağını  dişləyir,  sanki  ordakı  ağrıdan  zövq 
alırdı.  Dişləməkdən  dodağının  suluğunu  çıxarmışdı.  O, 
adətən, əsəbi olanda özünü bu cür sakitləşdirirdi.  
Elçin  isə  Vənglidən  keçə  bilmədikləri üçün  çox  bikef 
idi. Tarixi abidələrin araşdırılması ilə xeyli məşğul olmuş-
du.  Onun  üçün  də  Alban  Xaçın  knyazlığının  mərkəzi  şə-
həri olan Vəngli kəndini görə bilməyəcəkdi. Sənətini, pe-
şəsini  sevənlər  həmişə  bu  cür  olur.  Nəinki  ailələrini,  bə-
zən  sənət  üçün  vətənlərini  belə  qurban  verə  bilirdilər. 
Çünki sevdikləri və inandıqları yeganə şey sənətdir. 
Xaçın  çayının  sol  sahilində  uca  dağların  zirvəsində 
Qafqaz Albaniyasının ən görkəmli abidələrindən biri olan 
məşhur Gəncəsər qalasının, Xudavəng monastrının qalıq-
larını  görə  bilməyəcəkdi.  Onun  sirlərini  daşlardan  oxuya 


101 
 
bilməyəcəkdi. Bəlkə də, ona təskinlik verən arzunun – bu 
torpaqların azad edilməsindən sonra burada aparacağı ar-
xeoloji qazıntıların planlarının qaralamasını edə bilməyə-
cəkdi.  Xristian türklərin qədim yurdu olan Vənglini görə 
bilmək onun ən böyük arzularından idi.  
Ermənilərin Artsak adlandırdığı qədim türk tayfaları 
olan  Ər  Saklar  ölkəsinin  hökmdarı,  geniş  vilayətin  çarı, 
Böyük  Həsənin  nəvəsi,  Vaxtanqın  oğlu,  Həsən  Calalüd-
dövlə  və  anası  Xorişə  xatun  tərəfindən  1216-1238-ci  illər-
də  inşa  edilmişdir.  Vəng  qədim  türk  dilində  “abidə”, 
“möhkəm  abidə”  mənasını  verirdi.  Azərbaycanın  bir  çox 
bölgələrində  bu  toponimdən  istifadə  edilir.  Adətən,  bu 
cür qalalar relyef əsasında formalaşan möhkəm quruluşlu 
qayaların üstündə salınırdı. Naxçıvanda Araz çayının ya-
xınlığında yerləşən Qızıl Vəng, Şərur – Dərələyəz qəzasın-
da  yerləşən  Qara  Vəng,  Qıpçaq  Vəng,  Ordubad  ərazisin-
dəki  Vəng  monastrı  və  sairə  kimi  adlar  bu  adın  qədim 
türklərə  aid  olduğunu  birmənalı  sübut  edir.  Düzdür,  ya-
lançı etimologiyaya görə, “vəng”in inilti mənasında oldu-
ğunu  söyləyənlər  də  var.  Bunu  “ənilti”  sözünün  təhrif 
olunmuş  mənası  kimi  izah  edirdilər.  Hətta  itin  vəngiltisi 
ifadəsini  də  buna  arqument  olaraq  gətirənlər  az  deyildi. 
Amma bunun yalançı etimologiya olduğunu Elçin birmə-
nalı  bilirdi.  Bunu  hətta  Kamal  Abdullanın  “Unutmağa 
kimsə yox...” əsərində oxuyanda da qəbul etməmişdi. Axı 
onun  gördüyü  ərazilərdə  yerləşən  Vəng  adlı  məkanlar, 
doğrudan  da,  möhkəm  sərt  qayalardan  ibarət  idi.  
       Elçin  qədim  tarixi  araşdırdıqca  ərəblərə  nifrəti  böyü-
yürdü. Ona görə, əgər ərəb ordusu qədim OdƏr torpaqla-
rını işğal etməsə idi, türkləri İslamlaşdırmasa idi, bu gün 
erməni  tarixçilərin  dünyaya  onların  sələfi  olduğunu  bar-


102 
 
bar bağırdıqları Alban-Ağvan kilsələri bu torpağın tək sa-
hiblərinin  kimlər  olduğunu  göstərəcəkdi.  Hətta  bəzi  er-
mənilərin  belə  qədim  türklər  olduğu  iddia  edilir.  Çünki 
bir  çox  erməni  adında  və  soyadında  hələ  də  türkmənşəli 
sözlərin yaşadığı danılmaz fakt idi: Ərman, Ərtun, Altun-
yan,  Koçaryan,  Dəmirçiyan,  Balayan  və  s.  Amma  onlar 
sonradan bu ərazilərə koçürülən “hay”larla qarışaraq türk 
millətindən  qopmuşlar.  Bu  acı  tarixin  baş  verməsinin  ən 
böyük səbəbkarı dinlər, o cümlədən də İslam dini olmuş-
dur. Dünyada xristian milləti və müsəlman milləti olaraq 
qruplaşmalar  bəzi  xalqların  kökündən  ayrılmasına  səbəb 
olan amillərdəndir. O cümlədən də,  türklərin. Bu gün də 
gözümüzün  qabağında  qaqauzlar  əriyib  gedir,  onlara 
türk deməyə artıq dilimiz gəlmir. Necə ki, bolqarlar, ma-
carlar  türklükdən  çıxmışdılar.  Çünki  onları  milli  varlıq, 
genetik kod birləşdirsə də, məqsədli yaradılmış din ideo-
logiyası onları bizə yad etmişdi. Bütün bu öyrəndikləri El-
çinin beynini daima məşğul edirdi.  
Arslan  isə  bu  uca  dağların  fövqündə  idi.  Təskinliyi 
Dədə  Əfəndini  xatırlamaqla  tapırdı.  Ayxan  kimi  bir  əri 
kor  bir  güllə  ilə  itirmələri  onu  daha  çox  ağrıdırdı.  Əgər 
Ayxan döyüşərək ölsə idi, bir neçə düşməni məhv etsəy-
di, heç onun ölümünə üzülməzdi də. Axı  Ayxana bu cür 
ölüm yaraşmırdı. Dəfələrlə idman zalında 4-5 əsgərin güc 
gələ bilmədiyi bu igid, necə olurdu ki, belə sakitcə gözlə-
rini dünyaya yumurdu.  Axı bu ölüm ona yaraşmırdı... 
O, damarında cəsur, döyüşkən türk qanı axan bu igi-
din ölümünü unuda bilmir, dəfələrlə hadisəni gözü önün-
də müxtəlif cür canlandırır, “belə etsəydik o ölməzdi, elə 
etsəydik,  heç  olmasa  yaralı  qurtara  bilərdik”  və  s.  kimi 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə