Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə32/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   28   29   30   31   32   33   34   35   ...   57

117 
 
Həmişəki kimi düşüncələrə dalan Elçin bu dəfə dözə 
bilmədi: – Hüseynov, səbirli ol! Yəqin, Bir çıxış yolu var. 
Amma sənin dediyin diriykən ölümə məhkum olmaq de-
məkdir. Səncə, biz komandirə cismani həyatı bəxş edərək 
onu  yaşada  biləcəyikmi?  Heç  bunu  sən  də  istəməzsən, 
özünü ələ al, – deyib əlini onun çiyninə qoydu. İri, bir az 
da kobudlaşmış, silah daşımaqdan qabar olan barmaqları 
ilə onun çiynini sıxdı. Məhəmməd sakitləşdi, çünki başqa 
çarələri də yox idi. 
 Arslan  Məhəmmədin  sakitləşdiyini  görüncə  bir  az 
rahatlanmışdı, sanki düşünməyə macal tapmışdı. Uşaqla-
rın haqlı olduğunu başa düşürdü,  amma onlar kimi Ars-
lan  da  sadəcə  üçrəngli  bayrağı  Qarabağda  dalğalanmağa 
öz arzusu ilə gəlsə idi, bəlkə də, onlara haqq verərdi. La-
kin  onun  qarşısında  qoyulan  tapşırıq  üçün  min  illərdir, 
bəlkə  də,  neçə  belə  igid  qurban  verilmişdi.  Axı  onlar  bir 
nəfərin yox, bəşəriyyətin xilası üçün gedirdilər. Hətta bu-
nu Elçinlə Məhəmməd bilməsə idi belə... 
Arslan təəssüflənirdi ki, ürəyini onlarla bölüşə bilmir. 
Amma  burda  bir  insan  taleyini  qurtara  bilməyən  birinin, 
bəşəriyyəti  necə xilas edəcəyi fikri  onu  utandırdı. Bayaq-
dan ürəyindən keçən bir fikri dilinə gətirdi: – Bir yol var... 
–  dedi.  O,  bir  az  uzaqlara  baxdı.  Sanki  demək  istəmirdi. 
İkilik  onu  parçalayırdı.  –  Siz  komandiri  qoruyursunuz, 
mən  aşağı  düşürəm.  Kolatağda  bir  neçə  evin  işığı  yanır. 
Yəqin bir həkim taparam. Zorla da olsa gətirərəm bura. 
Elçin acı bir gülüşlə:  “Öz dediyinə inanırsan sən?” – 
dedi. 
 – Başqa çarə var? Axı biz onun ölümünü gözləyə bil-
mərik.  Siz  gözdə-qulaqda  olun.  Heç  yerə  tərpənməyin. 


118 
 
Mən bir-iki saata qayıdaram, deyərək silahlarını yoxlayıb, 
kəmərini bərkitməyə başladı. 
 – O zaman mən də səninlə gedim,– deyə Məhəmməd 
nəsə demək istəyən Elçinin sözünü kəsdi.  – Səni tək bura-
xa bilmərəm. 
 –  Hüseynov,  sən  narahat  olma.  Siz  komandiri  və 
özünüzü  qoruyun,  mən  hökmən  qayıdacağam.  Bir  də  ki, 
sən  dil  bilmirsən.  Qarşımıza  çıxan  olsa,  nə  edəcəksən? 
Ona  görə  də  burda  gözlə.  Sən  komandirlə  məşğul  ol.  El-
çin də postda dursun. Səhərə qalsaq, heç nə edə bilmərik. 
Gecə ilə hər şeyi həll etməliyik. 
 – Arslan, gəl inad etmə, mən səni müşayiət edərəm. 
Nəsə çətinlik olsa, silahla müdaxilə edərəm. Amma sənin 
təkcə dığaların arasına girməyin çox təhlükəlidir. 
Arslan  bunların  hamısını  bilirdi.  Edəcəyi  hərəkətin 
də  düzgün  olmadığını  bilirdi.  Axı  komandiri  əməliyyat 
etmək lazım idi. O, lap bir həkim tapaydı, onun iynə-dər-
manının  olmaması,  meşədəki  şəraitsizlik  bunlar  imkan 
vermirdi  ki,  komandir  əməliyyat  olunsun.  Bütün  bunları 
yaxşı  bilən  Arslan,  başqa  heç  nə  düşünə  bilmirdi.  Bunu 
isə  özünü  daxilən  sakitləşdirmək  üçün  düşünmüşdü. 
Onun  kəndə  getməsi  10  ildən  çox  onun  üzərində  çalışan 
bir qurumun arzularını bir nəfəsdə yox etmək demək idi. 
Bəlkə də, bütün Turan elinin xilası bu kitablara bağlı idi. 
Arslan  hər  şeyi  bilirdi.  Amma  kəşfiyyatçılara  nə  qədər 
ağır psixoloji təlimlər keçirilib beyinlərdə olan insan sev-
gisi çıxarılıb yerinə proqramlar yazılsa da, insan Tanrının 
etdiyini edə bilmirdi. Onu on illik bir əməliyyatı təhlükə-
yə  atacaq  addımlar  atdırmasına  səbəb  qəlbindəki  insan 
sevgisi idi. 


119 
 
Bu  zaman  bir  inilti  səsi  gəldi...  Bu,  komandirin  səsi 
idi. Arlsan uşaqlara yerlərinə keçməyi tapşırıb tez koman-
dirin  yanına  getdi.  Komandir  sayıqlayırdı:  Ərtu..u..ran, 
hə, oğlum, hə... yıx.. hə bir də. 
Arslan komandirin yanında dizi üstə yerə çökdü. Di-
zinin  qapağına  toxunan  daş  onu  göynətsə  də,  bu  ağrının 
fərqinə varmadı. Əlini komandirin alnına qoydu: hərarəti 
çox yüksək idi. O, tez termometri komandirin qoltuğunun 
altına qoydu. 
 Ay ışığında komandirin rənginin saraldığı aydın gö-
rünürdü.  Qalın, ağı qarasını üstələmiş bığları diqqəti cəlb 
edirdi. Dodaqları qıpqırmızı qızarmışdı. Ətli göz qapaqla-
rını isə soyuq tər damcıları örtmüşdü. Komandirin büzüş-
məsi  canında  ağrının  hələ  də  olması  demək  idi.  Arslan 
dözə  bilmədi.  Onun  açıq  alnından  öpüb,  eşidilməsi  çətin 
olan  bir  pıçıltı  ilə:  –  Komandirim,  bir  az  güclü  olun,  dö-
zün,  sizi  qurtaracağıq,  –  dedi.  Bu  zaman  artıq  komandir 
gözlərini  açmışdı.  Durmağa  çalışan  Arslanın  qolundan 
tutdu. Astaca:  – otur aşağı, – dedi. Bu səsdə sanki bir baş-
lanğıc vardı. Bu tapşırıq bir az da son nida kimi səsləndi. 
Gözləri  isə  Arslana  təşəkkür  dolu  baxışlarla  baxırdı.  Hər 
şeyə görə sağ ol deyirdi. Elə bil, komandir onun nə edəcə-
yini duymuşdu.  
Komandir bir az dirçəlmək istəsə də, bacarmadı. Aza-
cıq  səngimiş  ağrının  güclənəcəyindən  qorxdu.  Sonra  de-
di: 
– Arslan, əgər mənə bir şey olsa, siz Şuşaya yox, Xan-
kəndinə gedin. O, bunu dedikcə göbək nahiyəsində başla-
yan küt ağrı bütün qarnını doğrayırdı. Su istədi. 
 – Komandir, axı bilirsiniz, su olmaz sizə.  


120 
 
 – Su ver!... Su... Yüksək temperaturdan pörtüb çatla-
yan  dodaqlarını  gəmirdi  komandir.  Bunu  görən  Arslan 
dözə  bilmədi.  Tez  onun  başı  üstündəki  su  qabını  quru-
muş  dodaqlarına  toxundurdu.  Sadəcə,  boğazını  yaşlaya-
caq qədər su verdi komandirinə. Bir az özünə gəlmiş ko-
mandir  sözünə  davam  etdi:  –  Bayrağı  qondarma  Dağlıq 
Qarabağ Respublikasının prezidentinin binasının ən hün-
dür  yerindən  sancacaqsınız.  Özü  də  gecə  ilə  etməlisiniz. 
Bina  ciddi  şəkildə  qorunur.  Əgər  bunun  çətin  olduğunu 
görsəniz,  onunla  üzbəüz  binalardan  birinə  sancarsınız. 
Komandirin ağrıları yenə də başlamışdı. O sancıdan qıvrı-
lırdı.  Sözlər  qırıq-qırıq,  parça-parça  çıxırdı  ağzından. 
Özünü  toparlayıb  danışığını  davam  etdirdi:  –  Bolqar  qız 
sizi  gözləyəcək.  Bayrağı  asdığınız  zaman  o  gizlin  çəkiliş 
edəcək, sizi Xankəndindən çıxaracaq. Sonrası sizi maraq-
landırmasın.  Onun  arxasınca  gedin.  Sizin  üçün  yeni  pas-
port da hazırlanıb. Gürcüstana qaçırılacaqsınız. 
Arslan  eşitdiklərinə  inana  bilmirdi.  Deməli,  onun  da 
bilmədiyi məsələlər vardı. Axı bu, necə ola bilərdi? Özün-
dən başqa digərlərinin, sadəcə, şəxsi istəyi ilə buraya mü-
qəddəs iş üçün gəlməsini düşünən Arslan birdən-birə bir 
oyunun  içində  hiss  etdi  özünü.  Sual  vermək  istəmirdi. 
Axı  bütün  bunları  Dədə  Əfəndinin  bilməməsi  mümkün 
deyildi.  Ona  niyə  xəbər  verilməmişdi  bu  haqda?  Bu  bol-
qar qızı məsələsi hardan çıxdı? Şuşa niyə birdən-birə Xan-
kəndi  ilə  əvəz  edilmişdi?  Əgər  belə  asanca  gəlib  getmək 
olardısa, onlar bu qədər əziyyəti niyə çəkmişdilər? Bu də-
qiqə hər şeyi buraxıb Dədə Əfəndidən bu sualların cava-
bını  tələb  etmək  arzusu  keçdi  ürəyindən.  Amma  Dədə 
Əfəndinin “Sən hər şeyə hazır olmalısan, hətta dostlarının 
xain  çıxma  ehtimalına  da.  Adətlərimizi  əldə  əsas  tutaraq 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə