Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə5/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   2   3   4   5   6   7   8   9   ...   57

19 
 
xalqlarının beşinci ünsürləri ilə hər il bir qurultay keçirər-
lər. Sonra da alınan qərarları yerlərə, yəni hər ölkənin be-
şinci məclisinə çatdırırlar. Amma sən ideologiyamızı daha 
dərindən  öyrənmək  üçün  Dədə  Əfəndinin  söhbətlərinə 
qulaq asmalı olacaqsan. Əgər elminlə deyilənləri qəbul et-
məsən və bizi haqsız hesab etsən, məclisə girməmiş uzaq-
laşa bilərsən. Yox, əgər elmi dərk etmədən, gücün çatma-
yıb  yarımçıq  qoysan  və  məclisdən  uzaqlaşmaq  istəsən, 
onda yanan bir ocaq kimi üstünə su töküləcək və birdəfə-
lik  söndürüləcəksən.  İndi  de  görüm,  elmimiz  və  qayə-
mizlə tanış olmağa, onu öyrənib daşımağa gücün, iradən 
çatarmı?  – deyən Dəmirçioğlu gözlərini düz Arslana zil-
lədi.  
–  Mən  elminizi  daha  yaxından  öyrənmək  istəyirəm. 
Onu öyrənib haqlı olduğunuzu görsəm, daşıyacağıma da 
əminəm.  
Arslan hələ də beşinci şəxsin üzünün açılmasını göz-
ləyirdi. Ona görə hələ də sözlərini beşinciyə ünvanlayırdı. 
Polkovnik-leytenant  Kamandar  Heydərovun  yarım-
qaranlıq  çöhrəsində  bir  təbəssüm  yarandı.  O,  bununla 
sanki  öz  yetirməsi  –  OdƏrilə  fəxr  etdiyini  göstərirdi. 
Onun  daxili  aləminə  yaxından  bələd  olan  polkovnik-ley-
tenant Kamandar Heydərov öz kadrının bu cür düşünəcə-
yinə  əmin  idi.  Onun  iradəsinin  möhkəmliyinə  həmişə 
heyran qalmışdı. O, bu təbəssümlərin müşayiəti ilə yerin-
dən  qalxaraq  öz  yetirməsinə  bir  qılınc  uzatdı.  Bu  qılınc 
rəmzi  bir  qılınc  idi.  Tanrının  qılıncını  simvolizə  edirdi. 
Bütün  böyük  sərkərdələr  daim  həmin  bu  qılıncın  axtarı-
şında  olmuşdur.  Atillanın  əldə  etdiyi  qılınc  da,  Qoroğlu-
nun (Goroğlunun, Koroğlunun) göylərdən gələn Misri qı-
lıncı da bu qılıncdan idi. 


20 
 
– Qoroğlu, yaxın gəl, al bu qılıncı. Bundan sonra son 
damla  qanına  qədər  haqq  yolundan  yayınmayacağına 
and iç! 
Qoroğlu ona doğru gedib qılıncı iki əli ilə ondan alıb: 
“Vətən,  millət  yolundan  yayınarsam,  qınımdakı  qılınc 
göy girsin, qızılı çıxsın” dedi. Bu zaman onların hamısının 
ayağa  durduğunu  və  beşinci  kişiyə  baxdıqlarını  gördü. 
Həmin kişi də ayağa qalxdı və əlinin içini göyə doğru qal-
dırıb: Tanrı qorusun! –  dedi. 
Yeni bir OdƏri ocağa qoşmaq üçün bütün mərhələlər 
uğurla  tamamlanmışdı.  Ocaqdakıların  son  hərəkəti  bunu 
göstərirdi  ki,  Nalyığan  artıq  təşkilatın  üzvü  olmuşdu. 
Sönməz  odun  sönməməsi  üçün  Qoroğlu  da  o  gündən 
Oda  çevrildi.  Vətəni,  milləti  qorumaq  üçün  o,  bəzən  köz 
olub  düşmənin  bağrına  yapışacaq,  bəzən  məşəl  olub  elin 
yolunu işıqlandıracaq, bəzən də tonqal olub xalqı birləşdi-
rəcəkdi. 
 
*** 
Qoroğlunun  təşkilatın  ideologiyası  ilə  tanışlığı  Dədə 
Əfəndinin  söhbətləri  ilə  başladı.  Onun  beynini  didib-da-
ğıdan sualların cavabını, Dədə Əfəndinin ruhu cilovlayıb 
idarə  edən  fikirlərində,  sehrli  cümlələrində  tapacaq, 
OdƏrə bəşəri bir missiya veriləcəkdi. Hansı ki bu fikirlər, 
bu ideyalar onu fövqəltəbii bir güc ilə qoruyacaq, bəşəriy-
yətin sirlərini öyrənmək üçün Şuşadan Çinə, Çindən Vati-
kana,  Vatikandan  Hindistana,  Hindistandan  da  Mayyalı-
ların tarixini araşdırmaq üçün  Cənubi Amerikaya apara-
caqdı... 
 
 


21 
 

 
Dünya yaranandan insan sözün əsiridir. Söz forması-
nı  dəyişməsə  də,  zaman-zaman  məna  yükünü,  təqdimat 
formasını dəyişib. Sözü təqdim edənlər onun alt şüuruna 
gizlin  sirləri  ya  bilərəkdən,  ya  da  fərqinə  varmadan  yer-
ləşdirib. Onu oxuyanlar isə öz istədikləri formada yozub, 
sübut  etməyə  çalışıb.  Söz  Tanrının  sirri  olduğu  üçün  in-
san hələ də onun sehrindən çıxa bilmir, ifadə etdiyi məna-
nın  çoxluğu  arasında  başını  itirir.  Qətran  Təbrizi  sözün 
həqiqətə,  varlığa  münasibətindən  danışarkən  yazır:  “Söz 
varlığı  olmayan,  həqiqi  aləmdən  kənar  bir  anlayışdır”. 
Həqiqi  aləmdən  kənar,  bizim  dərk  edə  bilməyəcəyimiz 
yeganə  varlıq  isə  Tanrıdır.  Füzuli  fəlsəfəsində  deyildiyi 
kimi,  sözün  qüdrəti,  məğlubedilməz  azman  ordulardan 
daha böyükdür. Tanrı haqq və ədalətin bərpası üçün insa-
na iki böyük silah vermişdi: Söz və qılınc. Amma insanlar 
sözün  dəstəyindən  tutub  onu  yüksəklərə  qaldırıb,  şərin 
başını kəsə bilmədiyi təqdirdə daha asanını – silahı əlinə 
alıb və qan töküb.  Min illərdir ki, Tanrının sirrinin sözdə 
olduğunu  dərk  edənlər  onun  yarandığı  mücərrəd  ele-
mentləri araşdırıb, bunu əldə etmək üçün institutlar, aka-
demiyalar  yaradıb.  Həqiqətin  başının  zorla  kəsilə  bilmə-
yəcəyini müəyyənləşdirən əsilsizlər qılıncı kənara qoyub, 
söz  oyununa  girişmiş,  onun  sehri  ilə  bükülməyən  dizləri 
büküb,  qırılmayan  iradələri  qırıb,  kəsilməyən  başları  kə-
sib. Artıq dünyanın idarəçiliyinin sözün əlində olduğunu 
çoxları dərk edir, amma ona qarşı dura bilmirlər. Uçuru-
ma aparan sehrli sözlərin ardınca gedirlər. Uçuruma düş-
dükləri zaman bunu dərk etsələr də, artıq gec olur.  


22 
 
Bu gün dilimizdə tez-tez səslənən bir ifadə var: infor-
masiya  əsridir.  Əslində,  həmişə    informasiya  əsri  olub. 
Amma indi informasiya yox,  informasiyanın təhlilinin əs-
ridir.  Bunu  dərk  edə  bilməyən  bəşəriyyət  artıq  aldığı  in-
formasiya  dəryasında  boğulur.  Halbuki  hər  damlasında 
böyük mətləblər gizlənən su kimi, sözün də hər hecasında 
gizlin  mətləblər  gah  xoruldayır,  gah  da  mışıl-mışıl  yatır. 
Susuzluqdan  yandığın  zaman  sənə  yetəcək  bir  damla  su 
əvəzinə,  özünü  dəryaya  vurub  acgözlüklə,  birnəfəsə  in-
formasiyaları içirsən və beləcə boğulursan. Deməli, sözün 
təhlili və anlamını başa düşmək daha əhəmiyyətlidir.  
Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl, 
Edə hər saət səni ol uyqudan bidar söz.  
Bəli, zaman sözün qılıncdan güclü olduğu bir zaman 
idi. İnsan sözlə silahlanmış sosial şəbəkələrlə kainatı idarə 
edirdi.  İnternet  əsri  dünyanın  işini  asanlaşdırdığı  qədər 
də  çətinləşdirirdi.  Artıq  camaat  qəzet,  televiziya  və  jur-
nallardan  daha  çox,  sosial  şəbəkələrdə  olan  şəxsi  səhifə-
lərdəki məlumatlarla idarə edilirdi. İnsanlarda belə bir fi-
kir  formalaşmışdı  ki,  böyük  mətbuat  qurumları  sifarişlə 
işləyir,  təqdimatlarını  sifarişlə  qururlar.  Sifarişlərin  kökü 
isə  həmişə  hansısa  gizli  təşkilatlara,  qüvvələrə    bağlanır-
dı. 
Yay  səhərlərinin  birində  sosial  şəbəkələrdə  yeni  bir 
xəbər  yayıldı.  Bu  xəbərdə  deyilirdi  ki,  Azərbaycanın  Er-
mənistanla təmas xəttində yerləşən hərbi hissələrindən bi-
rində bir qrup hərbçi silah-sursat və pul oğurlayaraq qaç-
mışdır.  Müxalifət  qəzetlərində  də  bu  xəbər  dərc  edildi. 
Amma qəzetlərin hərəsi bir ehtimal irəli sürürdü. Aparıcı 
qəzetlərdən biri yazırdı:  “azərbaycanlı əsgərlər hərbi his-
sədən  külli  miqdarda  pul  və  xeyli  silah-sursat  götürərək 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə