Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə9/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   5   6   7   8   9   10   11   12   ...   57

34 
 
Arslan  isə  sanki  bir  boşluqda  idi.  İllərdir,  bu  günlər 
üçün yetişdirilən gənc ən önəmli tapşırıqlardan birini hə-
yata  keçirmək  ərəfəsində  idi.  Əgər  qayıtmasa  idi,  qoca 
anasının  onun  üçün  necə  əzab  çəkəcəyini  düşünürdü. 
Amma  anasını  nə  qədər  çox  istəsəydi  də,  nə  qədər    çox 
düşünsəydi  də,  Dədə  Əfəndinin  dediyi  sözlər  onun  bey-
nində  təkrar  səslənərək,  ən  ali  sevgi  ünvanının  millət  ol-
duğunu  anladırdı.  Addımlarını  tez-tez  sürətləndirən  ka-
pitan Altay Cavadov sanki ona Dədənin sözlərinin ahən-
gini  xatırladırdı.  Həmin  fikirləri  düşündükcə  səhər  açıl-
mamış  müəyyənləşdirdikləri  məkana  çatmalarını  tezləş-
dirmək  istəyirdi.  Özündən  asılı  olmayaraq,  Dədənin 
onunla  görüşdüyü  ilk  günlərdə  etdiyi  söhbəti  xatırlayır-
dı... 
 
 
Dədə Əfəndinin birinci söhbəti 
 
 –  Oğul,  sən  elə  zənn  etmə  ki,  türklər  İslamı  qəbul 
ediblər.  Onlar  İslamı  qəbul  etməyiblər,  sadəcə  tanıyıblar. 
Tanımaqla  qəbul  etmək  arasında  çox  böyük  fərq  vardır. 
Türklərin – bəşəriyyətin uydurulmuş dinlərinə qədər dini 
də vardı, peyğəmbər sayılacaq insanı da, hətta müqəddəs 
kitabı  da.  Onu  da  bilməlisən  ki,  dünyada  yaşayan  ilk  və 
ən qədim xalq bizik ki, əzəldən göydəki Tanrıya inanaraq, 
ona tapınmışıq. İslam türklərə yeni adlı din kimi gəlsə də, 
bu  yeni  dinin  dərinliklərinə  enərkən  gördülər  ki,  inanıb 
etiqad etdikləri dinlə bu din arasında o qədər də fərq yox-
dur.  Onların  inancının  kəsişdiyi  ən  önəmli  ortaq  nöqtə 
Tanrının  tək  olması  və  bizlərdən  yuxarıda  qərar  tutması 
idi. Yeni yaradılmış İslam dinində icra olunan bir çox dini 


35 
 
ayinlərdən – qurban kəsmə, nəzir vermə, sədəqə paylama 
kimi  adətlər  qədim  türklərin  yaranışından  mövcud  ol-
muşdur.  
Oğul,  əski  türklərin  “tura”  adlanan  qanunları  vardı. 
El  arasında  xaqan  da  daxil  olmaqla,  hər  kəs  turaya  itaət 
etməyə borclu idi, ona qarşı çıxanlar və ya turaya zidd iş 
görənlər ciddi cəzalandırılırdı. 
  Turanın qayəsi bunlar idi: ədalət, yaxşılıq və fayda-
lılıq, insanlıq və cahani olmaq. Bax türklər bunu İslamda 
görəndə, İslama hörmətlə yanaşdılar. Və dini fərq qoyma-
dan  özləri  üçün  onu  müqəddəs  saydılar  və  yaşadılar. 
Çünki  onların  əsl  dini  zaman-zaman  təhrif  edilərək  yeni 
din  adı  altında  xalqlara  təqdim  edildi.  Sadəcə  atalarının 
dilində, ürəklərində yaşayırdı qədim Tanrı inancı. 
Baxma  ki,  bu  gün  bir  çox  təriqət  sahibləri  yaradana 
Tanrı deyəndə qıcıqlanır, onun Allah, Rəbb və s. kimi təq-
dim  edilməsini  tələb  edir,  şüurlarınıza  təsir  edirlər.  Bu 
dünyanı yaradanın adını yaradılan özü vermişdir. Siz Ya-
radılanlar ona Tanrı və ya Yaradan deyəndə heç bir yan-
lışlığa  yol  vermirsiniz.  Bəziləri  deyir  ki,  Allaha  Yaradan 
yox,  Tanrı  yox,  məhz  Allah  deyilməlidir.  Yox,  bala,  heç 
bir fərqi yoxdur. Ona necə səslənməyimizin nə fərqi var? 
Elə hislər var ki, onu duyur və yaşayırsan, amma ad ver-
məkdə çətinlik çəkirsən. Bax Tanrı hissi də belədir. Bu Al-
lah ərəbin deyil ki, Ona onların dediyi kimi müraciət edə-
sən.  Onlar  səni  qandırmaq  istəyirlər  ki,  Tanrı  bütə,  ilaha 
deyirlər. Başlarından böyük qələt edirlər. Türkün bütü ol-
mayıb,  o  göydəki  Yaradana  denqri,  tenqri,  tanrı  deyib, 
sən də elə deməlisən. Elə həmin ərəblər idi ki, bütün büt-
lərə  ilahlar,  allahlar  deyirdilər.  Görürsən,  nə  saçma  fikir-
dir? Görürsən ki, məqsəd səni səndən almaqdır? Yəni in-


36 
 
sanları,  bəşəri  bir-birindən  ayırmaq.  Bir  olan  Tanrının 
adından  belə  istifadə  edib  insanları  bir-birinə  qarşı  qoy-
maq, aralarındakı nifaqı böyütməkdir.  
Tenqri, Göydə oturan görünməz ruha deyirdilər. Babaları-
mıza görə O, Uludur. Göydən və bütün dünyadan uca idi. Bu 
üzdən,  əski  türklər  Onu  “Sonsuz  Mavi  Göy”  və  ya  “Xan  – 
Tenqri”  deyə  hörmətlə  adlandırırdılar.  Bilirsənmi  Ona  niyə 
“Xan  Tenqri”  deyə  müraciət  edirdilər?  Çünki  “Xan”  adı  
Onun qalaqtikadakı hakimiyyətinə işarə demək idi.  
Tenqriyə  olan  inancın  hikmətini  və  dərinliyini  anlamaq 
üçün insanların mütləq bir həqiqəti qavraması vacib idi: “Tanrı 
birdir, O, hər şeyi görür”. Ondan heç nə gizlətmək mümkün de-
yil. O, malikdir, O, hakimdir.  
Tanrı...  Himayə  və  cəza  bir  şəxsiyyətdə!  Türklərdəki  bir 
Tanrı inancı buna söykənirdi.  
Din... Türk millətinin mənəvi kültürünün ən üstün qələbə-
sidir.  Onlar  Tenqriyə  həmişə  fərqli  müraciət  etdilər:  Boq,  Bağ, 
Boje, Hoday, Koday, Alla, Ollo, Qospadi və s. 
Altay  dağları  bu  sözləri  iki  min  beş  yüz  il  bundan  əvvəl 
eşitdi. 
Görürsənmi, oğul, sənin dilində nələr gizlənir. Yoxsa 
ki, dünyanın bir qismi  Tanrının dinini Xristian, bir qismi 
Musəvilik,  bir  qismi  isə  İslam  adlandırır.  Hamısı  səndən 
oğurlanıb, indi istəyirlər, yenidən öz mədəniyyətləri kimi 
sənə sırısınlar. Əslində çoxdan sırıyıblar, sadəcə, indi ye-
nidən dirçəlirik. Bunu unutmamalısan. 
Bütün  bu  uydurulmuş  kitablı  dinlərdən  öncə  Yara-
dan  bütün  sirlərini  ilk  insanlara  –  türklərə  –  OdƏrlərə 
vermişdi. Cənnət və cəhənnəm anlayışı (türklər buna uç-
maq və damu deyərdi), qiblə anlayışı da, tək Tanrı anlayı-
şı  da  türklərə  məxsusdur.  Hətta  İslamın  adına  çıxarılıb 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə