170
doğsaydım, sən yenə belə deyəcəkdin? Yox, əlbəttə, de-
məzdin. Belə bir söz var: “yaradılanı sev Yaradandan öt-
rü”. Bu uşaqları Tanrı ona görə bizə qismət edib ki, biz
onlara baxaq. Axı sənin də, mənim də səbrimizin həddini
Tanrı bilir. 20 il uşaq gözləmişik, bircə dəfə də olsun buna
görə səndən töhmət almamışam. Səncə, Tanrı bunu gör-
mür? Görür, əlbəttə, görür.
– Ay qız, sən nə danışırsan? Məgər mən bunlara pis-
lik etmək istəyirəm? Mən düşünürəm ki, bu gün-sabah
biz ölüb gedəcəyik, bu uşaqlar qalacaq əllərdə. Nə sənin
bir qeyrətli qohumun var, nə də mənim. Məncə, onların
gələcəklərini biz bədbəxt edəcəyik. Nə qədər ki, yaşları
çox deyil, ağılları kəsmir, gəl uşaq evinə verək.
– Elman, əgər sən, doğrudan da, bunu istəyisənsə, sə-
nə bir təklif edim.
– Buyur!
– Gəl bir uşaq da övladlığa götürək!..
Bunu inamla səsləndirən Gülərin içində bir qorxu da
var idi. Ərinin nə deyəcəyini, necə cavab verəcəyini dü-
şünmədən fikrini belə izah etdi: – Əgər bir oğlan götürsək
onu düzgün tərbiyə edib yetişdirsək, o, gələcəkdə qardaş-
larına da, bizə də baxar. Hə, nə deyirsən? Ərinin susdu-
ğunu və fikrə getdiyini görən Gülər onu inandırmaq üçün
tez-tez danışır, yola gətirmək istəyirdi. Amma düşünmür-
dü ki, onun kimi əri Elmandan hər dəfə evdən çıxanda,
uşaqların məktəbə getməsini görəndə ürəyinin dərinlik-
lərində necə ağlayır, özü də bilmədən, bu ürəyini boğan
daxili gözyaşlarının içində metroya çatır, adəti üzrə qəzet
köşkündən “Azərbaycan” qəzetini alıb metroya düşürdü.
Məgər o istəmirdi ki, uşağını alıb dizi üstdə oynatsın?
Məgər o istəmirdi ki, evə qayıdanda qapını döyən zaman,
171
oğlu “kimdi?” – deyə səslənsin, o da “ata” – deyə cavab
versin? Oğlu da boyu çatmasa da, “a – ta, a – ta!..” – de-
yib qapını açmağa cəhd etsin? İstəyirdi, özü də hamıdan
çox. Övlad gülüşünə həsrət qalan, uşağı çimizdirəndən
sonra sinəsinə basıb qoxulamaq hissi ilə alışıb yanan, dö-
şünə heç vaxt süd gəlməyən, bu hissin nə olduğunu bil-
məyən Gülərdən daha çox istəyirdi Elman. Amma çox
qorxurdu. Tanrının imtahanlarının bir-birindən çətin ol-
masına əmin olan insanlar kimi qorxurdu. Qorxurdu ki,
bu dəfə də xoşagəlməz nəsə olar. Üstəlik bir də ondan
qorxurdu ki, tez-tez yuxularında gördüyü 5 yaşlı oğlunun
ölümü kimi, böyüdüb başa çatdırdığı uşaq da bir gün ölə.
Bax buna dözə bilməzdi 56 yaşlı Elman. Amma bu dəfə
nədənsə, hansısa bir qüvvə ona güc verdi, “mən razı!” de-
yərək arvadının əlindən tutdu və dedi:
– Amma bir şərtim var: – bu dəfə mən dediyim ola-
caq.
Gülər azacıq düşünsə də, tez cavab verdi: – Qoy ol-
sun!..
Onlar razılığa gəlib 6 yaşlı Ərtoğrulu övladlığa götür-
dülər. Əslində, uşağın doğum haqqında şəhadətnaməsin-
də onun adı Məhəmməd idi. Amma Hüseyn Cavid pə-
rəstişkarı olan Elman kişi uşağa Ərtoğrul adını verdi. Na-
kam taleyinə baxmayaraq, işıqlı bir həyat sürmüş Ərtoğ-
rul Cavid nəslinin ən görkəmli nümayəndəsi idi. Köhnə
evləri Üzeyr Hacıbəylinin ev müzeyinin yanında olanda
babası ona Cavidlər nəslindən, Ərtoğrulun uşaqlığından
və gəncliyindən çox danışmışdı. Cavidi Elman kişiyə elə
babası da sevdirmişdi. Ərtoğrul sənətinə vurğun olan El-
man kişi elə onun şərəfinə də musiqi sənətinə yiyələnmiş,
yaxşı bir tarzən olmuşdu. Hərdən Cavidsevərlərin yanın-
172
da olanda Cavidin qızı Turan xanımı bərk-bərk qınayırdı.
Deyirdi ki, rəhmətlik Turan xanım səhv etdi. Cavidin ge-
nini yaşatmaq üçün gərək o evlənə, övlad sahibi olaydı.
Hətta bunun üstündə bir də görürdün millətin dalınca da-
nışıb: “Bir qeyrətli kişi çıxmadı ki, bu Turanla evlənsin,
oğul-uşaq sahibi olsun?” – deyirdi. Nəsə sonsuz nəsil
onu yaman düşündürürdü. Elə bil, öz sonsuzluğundan
şikayət edirdi. İçdən yanırdı. Ona görə də uşağın adını
Ərtoğrul qoydu.
“Sovetski” məhəlləsində böyüyən Ərtoğrul istər dav-
ranışlarında, istərsə də təhsilində məhəllə uşaqlarına ox-
şamırdı. Böyüdükcə sözəbaxan, mədəni, savadlı bir gəncə
çevrilirdi. Əzizbəyovun köhnə heykəlinin yanındakı mu-
siqi gimnaziyasında təhsil alırdı. Atası onu əsl bir Ərtoğ-
rul kimi görmək istəyirdi. Amma Ərtoğrul böyüdükcə si-
yasətə meyil edir və atasının onu musiqişünas, ədəbiyyat-
şünas görmək arzusunu tərsinə çevirirdi. Beləcə, çətin və
kasıbçılıq həyatı yaşayan Ərtoğrul BDU-nun Beynəlxalq
əlaqələr fakültəsinə, sonra elə həmin universitetin eyni fa-
kültəsində magistratura pilləsinə qəbul olub və bitirdik-
dən sonra hərbi xidmətə gedir.
Hərbi hissədə ictimai fəallığına görə dəfələrlə qoca
anasına təşəkkürnamələr gəlmişdi. Amma gələn bu təşək-
kürnamələri onun atası Elman kişi heç vaxt görmədi. Onu
Biləcəridə yola salanda arxasınca baxaraq köhnə pencəyi-
nin cibindən çıxardığı səliqəli dəsmalla gözyaşlarını silən,
sildikcə də Cavidin Ərtoğrulun yadına salaraq yenidən
çeşmə kimi çağlayan gözyaşlarının içində boğulan ata oğ-
lunun taleyinin Ərtoğrulun taleyi ilə eyni olacağından
qorxurdu.
173
Amma hər şey tərsinə oldu. Oğlunun andiçmə məra-
simini belə görə bilmədi Elman kişi. Həyatın bütün əzab-
larına necə səbirlə dözmüşdüsə, eləcə sakitcə canını tap-
şırdı. Heç kimi əziyyətə salmadan, heç kimi narahat etmə-
dən, gecə iki əlil övladının arasında uzanaraq onları qolla-
rının üstünə aldı. Sonra da övladları kimi sakitcə gözlərini
yumdu.... amma övladlarından fəqli olaraq bir daha göz-
lərini açmadı, əbədiyyətə əbədi olaraq qovuşdu...
20
Ata ocağının bütün üzvləri xüsusi nömrədən aldıqla-
rı ismarıca əsasən səhər saatlarında toplanmışdılar. Hər
kəs Dədə Əfəndinin gəlişini səbirsizliklə gözləyirdi. Har-
dasa on gün olardı ki, OdƏrlərdən bir xəbər yox idi. Saba-
hın bu vaxtında nəsə ciddi bir şey olmuşdu ki, Dədənin
adından birinci dərəcəli ismarıc gəlmişdi. Kamandar Hey-
dərov yox idi təkcə... Bir neçə gün öncə hərbi hissədən qa-
çan gənclərin işinin araşdırılması ilə əlaqədar ona ev dus-
tağı hökmü kəsilmişdi. Vəkil isə cinayət işinin birbaşa
onun üçün açılmasını tələb etmişdi. Arqumenti də o idi
ki, briqada komandiri xəzinədarın onunla sonuncu söhbə-
ti haqqında düzgün məlumat vermir. Bir də ki, əsgərlərin
xəzinədən pul və maaş kartları götürmələrinə baxmaya-
raq, hələ də plastik kartlar istifadə edilməyib. Bu isə bu
hadisədə başqa nüansların olduğundan xəbər verir. Ehti-
mal edilirdi ki, birqada komandiri Kamandar Heydəro-
vun fərarilərlə bağlantısı var.
Hər kəs çox narahat idi. Sadəcə Atilla Babayevin na-
rahatlığı ilə bərabər bir az rahat görünüşü diqqət çəkirdi.
Onun siması açılmış bir qönçənin mart soyuğunda şaxta
Dostları ilə paylaş: |