Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə11/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   7   8   9   10   11   12   13   14   ...   57

40 
 
da onun alnından öpmək istəyəndə Elçinin papağı başın-
dan düşmüşdü. Hərbi hissə komandiri Kamandar Heydə-
rov dəhşətə gələrək geri sıçramışdı.  
 – Ay bala, bu nədir, sənin saçların niyə belə ağdır? 
Elçin  bunu  eşidən  kimi  tez  komandirin  otağında  qa-
pının yanındakı güzgüyə baxmışdı. O, bir neçə ay həmin 
əzablı  günləri  unuda  bilməmişdi.  İndi  bütün  o  dəhşətli 
yaşantılar  təkrar  yada  düşdükcə,  sanki  başının  üstündən 
keçən güllələrin vıyıltısını təzədən eşidirdi. 
Bir  kilometrdən  də  çox  bir  ərazini  sürünərək  keçən 
OdƏrlər artıq rahat yürüyə bilmə əmri aldılar.  
Qarşıya  qoyulan  əməliyyat  planının  birinci  mərhələ-
si, demək olar ki, bitmişdi. Bundan sonra  Şuşaya çatmaq 
üçün  onları  daha  çətin  sınaqlar  gözləyirdi.  Qorxunun  nə 
olduğunu  bilməyən  bu  igidlər  düşmənin  içinə  girdikcə 
güclənəcək, gücləndikcə daha da ruhlanacaqlar.  
 
*** 
Ərtoğrul  özünü  saxlaya  bilmir,  xəzinədara  olan  mü-
nasibəti  başa  düşmürdü.  Arslanın  buna  verəcəyi  izahı 
eşitmək üçün fürsət gözləyirdi. Amma Arslan heç nə de-
mirdi. Ərtoğrul bu anda əməliyyatı belə unudub, sadəcə, 
Arslanın hərəkətini götür-qoy edirdi. Oğurladıqları pulun 
nəyə lazım olacağını bilmirdi. Və günahsız bir insana edi-
lən  hərəkəti  özünə  sığışdırmırdı.  Axı  bunu  Allah  da  gö-
türməzdi.  Fürsət  düşən  kimi  özünü  saxlaya  bilmədi,  sü-
rətlə addımlayan Arslana dedi: 
 –  Sən xəzinədarı niyə öldürdün? 
 – Belə lazım idi, – deyə Arslan ona baxmadan cavab 
verdi. 


41 
 
 –  Necə  yəni  belə  lazım  idi?  Axı  biz  millət  üçün  bir 
yola  çıxmışıq,  amma  sən  millətin  günahsız  oğullarından 
birini öldürürsən. 
 – Başqa çarəmiz yox idi. 
 – Onu da növbətçi əsgər kimi yuxuya verə bilərdik. 
“O, gözlənilməz anda ortaya çıxdı”,  – deyən Arslan 
çox sakitcə, soyuqqanlı şəkildə cavab verdi, amma Ərtoğ-
rulun narahatçılığını da başa düşür, hətta özü də daxilən 
əzab çəkirdi. Ərtoğrul isə hər cavabdan sonra daha da çıl-
ğınlaşır,  qaneedici  cavab  ala  bilmədiyi  üçün  qırmızı  gör-
müş buğa kimi, enli burunlarından od püskürürdü.  
 –  Bəs  onda  bu  pulları  niyə  götürdük?  Sənin  məqsə-
din nədir? Yoxsa başqa planın var? 
 – Əlbəttə, bu, bir plandır, bilərəkdən götürdüm. 
 –  Necə  yəni  “bilərəkdən”?  Səncə,  buna  görə  bizim 
haqqımızda ölkədə nə danışarlar? 
 – Onsuz da bizim haqqımızda xoş danışmayacaqlar, 
əksinə “vətən xaini” deyə damğalayacaqlar. Pulları götür-
səydik də, götürməsəydik də.  
 –  Bundan sonra  əllərində  fakt  olacaq,  amma  pullara 
görə heç olmasa konkret bir nəticəyə gələ bilməz, bizdən 
sonra bəziləri bizi vətən xaini adlandırmağa cürət etməz-
di. 
Xarabalıq içində qalmış kəndlərin kimsəsiz təbiəti gü-
nəşin gəlişini paklığı ilə qarşılayırdı. Addımlar isə get-ge-
də  daha  ehtiyatlı  atılmalıydı.  Komandirin  həmişəki  kimi 
sayıqlığı  hamını  arxayınlaşdırırdı.  Onlar  qarşılarına  çıxa-
caq  heç  bir  təhlükədən  qorxmurdular:  nə  ermənidən,  nə 
basdırılmış minalardan, nə də vəhşi heyvanlardan.  
İnstitutda oxuduğu müddətdə hər gün səhər idmanı-
na  həvəslə  oyanan  Ayxan  qara  gözlərini  kəşfiyyatçı  mə-


42 
 
harəti  ilə  ətrafa  gəzdirərək  heç  nəyi  diqqətdən  qaçırmaq 
istəmirdi. Gözlərlə ürək arasında əlaqə qırılarsa, bu, riya-
karlıq  əlamətidir.  Lakin  bu  an  Ayxanın  gözləri  ilə  ürəyi 
arasındakı əlaqə soyuqqanlıqdan qırılmışdı, riyakarlıqdan 
yox.  Amma  ağıl  gözlərə  sahib  çıxaraq,  sanki  ona  nəzarət 
edirdi.  Ürəklə  göz  arasındakı  əlaqənin  qırılması  könül 
sultanından  ayrı  düşmək  idi.  Ayağını  qoyduğu  bu  tor-
paqlardan  ilk  dəfə  keçərkən  qundaqda  olmuş,  bəlkə  də, 
hansısa  bir  mələfəyə  bürünüb  dünyadan  bixəbərcəsinə 
keçmişdi.  Hətta yəqin o zaman bu təlatümdən  birboğaza 
ağlamışdı  da.  Amma  o  zaman  ana  sevgisindən  bir  müd-
dət ayrıldığı üçün ağlamışdı. İndi isə anasından daha çox, 
sevgilisindən  ayrı  düşdüyü  üçün  kövrəlmişdi.  Ona  görə 
ki, son məktubu yaza bilməmiş, yenicə çəkib tamamladığı 
rəsmi sevgilisinə göndərə bilməmişdi.  
Ara-sıra rəssamlıqla məşğul olan Ayxan xəyallarında 
canlandıraraq çəkdiyi rəsmi sevgilisinə göndərə bilmədiyi 
üçün  indi  bir  az  toxtaqlıq  tapmışdı.  Çünki  onu  yanında 
hiss  edirdi.  Amma  atılan  hər  addım  onu    bir  sevgilisinə 
yaxınlaşdırsa  da,  o  biri  sevgilisindən  uzaqlaşdırırdı.  Qəl-
binin  dərinliyində  şuşalı  qız  Turanəni  düşünən  bu  Qara-
bağ  əri  hərdən  digər  sevgilisinə  xəyanət  etmiş  olduğunu 
ağlından  keçirərək  bu  fikirləri  özündən  uzaqlaşdırmağa 
çalışırdı, amma mümkün deyildi, çünki ürəyin ağlı olmur 
axı heç vaxt. Bu qədər həssas düşüncələr onu məşğul etsə 
də, peşəkarlıq öz işini görürdü. Qarşıdakı yaşıl xətti anın-
da kapitana xəbər vermişdi. Düşmənin minalanmış ərazi-
sini əlinin içi kimi əzbər bilən Ayxan xüsusi istedada ma-
likdi. O, eyni anda düşünə, danışa, ətrafı da diqqətdə sax-
laya bilirdi. Minadan yayınan kimi özündən asılı olmaya-
raq, əlini yan cibinə salaraq rəsmin orda olub-olmadığını 


43 
 
bir daha yoxladı. Sanki ürəyini çıxardıb cibinə qoymuşdu. 
Və bu hərəkətini o anda sevgilisinin görüb onu necə sev-
diyini anlamasını elə istəmişdi. Düşüncələr Ayxana mətin 
addımlamağa  kömək  edirdi,  iki  sevgini  bir  qəlbdə  daşı-
maqdan usanmayan bu oğul sanki bu sevgilərdən mənəvi 
güc alırdı.  
Nəyisə itirəcəyindən qorxan adamlar kimi  əlini mas-
xalatın üstündən cibinə bir də sürtdü və bir anlıq durux-
du. Ona elə gəldi ki, cibindəki yoxdur. Tələsik üst-başını, 
ciblərini yoxladı və üzündə bir sevinc yarandı. Ona yara-
şıq  verən  almacıqları  bir  anda  alışıb-yanmağa  başladı, 
sanki  kimdənsə  utandı.  Amma  ətrafında  dağ  kimi  dur-
muş ərlərdən basqa kimsə, bir də avqustun isti günləri ol-
masına  baxmayaraq,  Kəlbəcərin  sərin  səhər  təbiətindən 
başqa heç nə yox idi. Sevgilisinin rəsmini cibində köksün-
də  daşıdığı  ürək  kimi  qoruyan  Ayxanın  yadına  bir  anda 
beşinci  sinifdə  oxuyarkən  sinif  yoldaşı  Günayın  hərəkət-
ləri  düşdü.  Belə  ki,  bir  dəfə  sinifdəki  eşq  macəralarında 
məsul şəxs sayılan Aygünün “kim kimi sevir” adlı siyahı-
sı valideynlərdən birinin əlinə düşmüşdü və götürüb gəl-
mişdi  sinfə.  Bu  siyahıdan  xəbərdar  olan  sinif  rəhbəri  də 
başlamışdı siyahını oxuyub uşaqları utandırmağa: 
– Aysel, səni gör neçə nəfər sevir? Ramil, sən neçə nə-
fəri sevirsən? Vay, vay!...Siyahıda növbə Ayxanın idi. Mü-
əllim  oxuduqca  gülüşən,  bir-birinə  baxıb  qımışan  uşaq-
lardan  fərqli  olaraq,  Ayxan  sanki  dünyadan  xəbərsiz  idi. 
Birdən müəllim üzünü Ayxana tutub:“Sən də sevirsən?” – 
dedi.  Ayxan  cinayəti  boynundan  atmaq  istəyən  adamlar 
kimi and içməyə başladı. Müəllim uşağın bu saf hərəkəti-
nə gülümsünərək söhbəti dəyişdi. Ayxan belə Ayxan idi. 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə