Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə12/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   8   9   10   11   12   13   14   15   ...   57

44 
 
İndi isə sevginin nə olduğunu – onu yaşamağı da, yaşat-
mağı da çox yaxşı bilirdi. 
Hətta bir dəfə altıncı sinifdə oxuyanda Ayxanın sinif 
yoldaşlarından Elşən və Tuncayın ona bir sualı olmuşdu. 
Hər  iki  uşaq  öz  sevdikləri  qızın  adını  deyəndən  sonra: 
“Ayxan,  sən  kimi  sevirsən?”sualına  cavab  tapa  bilməyən 
uşaq:  “heç  kimi”  –    demişdi.  Həmin  gün  dostları  ondan 
incimişdilər  ki,  biz  sənə  ürəyimizi  açırıq,  sənsə  bizdən 
gizlədirsən. Belə dostluq olmaz. O zaman Ayxan çox mə-
yus olmuşdu. Dostlarının yanında xar olduğunu düşünə-
rək,  hətta  bir  nəfəri  sevməyə  qərar  da  vermişdi.  Amma 
onun sevgi anlayışı o vaxt tamam başqa idi. Çox fikirləş-
mişdi  ki,  görəsən,  o,  kimi  sevsin?  Axı  yaxşı  oxuyan  qə-
şəng qızları artıq dostları sevirdi. Ayxana görə onun sev-
mək istədiyi qız hökmən yaxşı oxuyan olmalı idi. Çox dü-
şündükdən sonra yadına Leyla düşmüşdü. Axı Leyla həm 
əlaçı,  həm  ağıllı,  həm  də  gözəl  qız  idi.  Qəti  qərar  verib 
dostlarına səhər kimi sevdiyini deyəcəyini düşünərək yat-
mışdı. Amma səhəri gün dostları ona həmin sualı vermə-
mişdilər. Beləcə, Ayxanın sevgisi də pünhan qalmışdı.  
Ayxan  səssizilikdən  istifadə  edib  uşaqlığını  yadına 
sadıqca,  çöhrəsində  təbəssüm  yaranırdı.  Gözünün  qaba-
ğından keçən xoş xatirələr ona bu çətin yolu elə asanlaşdı-
rırdı  ki,  ölümə  gülümsəyərək  addımlayır,  sevərək  gedir-
di. Amma o, ölümə yox, mərdlik salnaməsi yazmağa get-
diyini düşünürdü.   
 
*** 
Arslan isə Ərtoğrulu intizarda saxlamaqdan, onu da-
ha  da  qəzəbləndirməkdən,  sanki,  həzz  alırdı.  Hətta  bu 
söhbətin birinci dayanacağa qədər uzanması ona daha da 


45 
 
maraqlı  gəlirdi.  Çünki  istər-istəməz,  hələ  də  onlardan 
sonra  olacaqları  düşünməkdən  vaz  keçə  bilmirdi.  Düz-
dür, hisslərini çoxdan dəfn etmiş Arslan üçün hislərə qa-
pılmaq  yad  idi,  amma  yenə  də  qəlbinin  dərinliklərində 
anasını  düşünməyə  bilmir,  getdiyi  bu  yolun  sonunu  dü-
şünməkdən azad ola bilmirdi. Ərtoğrulla söhbəti isə onu 
bu düşüncələrdən uzaqlaşdırdı. 
Ərtoğrulun gərginləşdiyini görən Arslan dedi: 
–  Qardaş,  mənim,  də  sənin  kimi  bu  hərəkətimizdən 
xoşum gəlmədi, amma bu bir şans idi ki,  biz fikirləri ya-
yındıraq.  Əgər  pulları  götürməyib,  xəzinədarı  yuxuya 
versəydik, ayılan kimi hamımızdan danışacaq və beləlik-
lə, hara getdiyimiz haqqında ilkin də olsa, bir fikir 
forma-
laşacaqdı.  Amma  indi  bütün  Azərbaycan  elə  biləcək  ki,  bu 
hərəkəti  pul  üçün  etmişik  və  gizlincə  başqa  yerə  qaçmışıq. 
Beləcə, Ermənistan tərəfə xəbər verməyəcəklər də. Dövlət də 
bundan  narahat  olduğu  üçün  bu  məlumatı  mətbuatda  yay-
mayacaq, bizi isə başqa yerdə axtaracaqlar. Düzdür, ailələri-
miz,  bəlkə  də,  xeyli  əziyyət  çəkəcək,  missiyamız  bitənə  qə-
dər hörmətsizliyə məruz qalacaq, alçaldılacaq da, amma niy-
yətimiz  ali  olduğu  üçün  bizi  bu  yoldan  döndərmək  və  bu 
əməliyyatı  dayandırmaq  mümkün  olmayacaq.  Pulları  da 
yolda ocaq-zad qalayanda kağız kimi istifadə edərik. 
Ərtoğrul eşitdiyi söhbətdən bir az rahatlanmış, Arslanın 
izahını az da olsa, qəbul etmişdi. Sərt xasiyyətə malik oldu-
ğu üçün Arslanın düzgün etdiyini birbaşa etiraf edə bilmir-
di.  
Birdən komandir asta səslə əmr verdi:   
–Uşaqlar, bu təpəni sürünə-sürünə keçməliyik, ehtiyatlı 
olun! Ermənilərin axırınxı postlarından görünə bilərik. Düz-
dür  bu  saatda  yuxulu  olmalıdır,  amma  yenə  də  diqqətli  ol-
malıyıq.  Mən  sizi  snayperlə  müşayiət  edəcəyəm,  siz  bir-bir 


46 
 
aşmalısınız  bu  təpəni.  Əgər  nəsə  şübhəli  tərpəniş  görsəm, 
postdakı əsgəri götürəcəyəm. O Bu zamana qədər siz təpəni 
aşaraq,  aşağıdakı  qayanın  dibində  sığınacağa  yığışarsınız. 
Bir az cəld olun! 
 
 

“Z” planı 
 
Artıq Heyvalı kəndinə yaxınlaşmışdılar. Dağın yama-
cı  ilə  üzüyuxarı  qalxaraq  Heyvalının  cənubundakı  meşə 
ilə örtülmüş yüksəkliyə çıxacaqdılar. 
“Z”  əməliyyatının  təqribən  mərkəzində  idilər.  Əmə-
liyyata  adı  Arslan  vermişdi.  Yola  çıxmamışdan  bir  gün 
əvvəl komandir Arslanı evlərinə dəvət edərək,  xəritə üzə-
rində gizlincə işləmişdilər. 
– Arslan, mən düşünürəm ki, biz bu xəritə ilə hərəkət 
etməliyik.  Təpəkənddən  üzüaşağı  düşərək  Tərtərçayı  ke-
çib, Sərsəngin qabağından – Uluqarabəyin altından birba-
şa Heyvalıya çıxaq. 
Kəşfiyyatçılara məxsus 50 minlik miqyaslı topoqrafik 
xəritəyə baxan Arslan bir an duruxdu. Çünki həmişə söh-
bət  etdikləri  mövzu  olsaydı  da,  heç  vaxt  xəritə  üzərində 
bu  cür  ciddi  işləməmişdilər.  Əslində,  yolun  Heyvalıya 
qədər  olan  hissəsi  onlara  aydın  idi.  Çünki  bura  dəfələrlə 
gəlib, stansiyanın vəziyyəti ilə bağlı materiallar toplamış-
dılar. Demək olar ki, onların kəşfiyyatçı cığırları hazır idi. 
Nə  minaaxtarana,  nə  də  ciddi  bir  nəzarətə  ehtiyac  vardı. 
Arslanın  da  cibində  xəritə  vardı.  Ona  elə  gəlirdi  ki,  özü-
nün  xəritəsi  ondan  mükəmməl  olar.  Amma  komandirin 
yanındakı topoqrafik xəritənin tam hazır olduğunu, hətta 


47 
 
hansı  gün  harda  duracaqları  yerin  işarələnməsi  Arslanı 
düşündürsə də, bu haqda heç nə soruşmadı. Heç öz xəri-
təsini də cibindən çıxarmadı. Amma bəzi məqamlarla ra-
zılaşmadı: 
– Niyə Sərsəngin şimalı ilə getmirik? Axı, oraları da-
ha yaxşı tanıyırıq. Həm də burdan getdiyimiz zaman yolu 
çox uzatmış oluruq. 
–  Arslan,  öncə  mən  də  sənin  kimi  düşünmüşdüm. 
Bax  bu  xəritəyə,  görürsən,  əvvəlcə  sən  dediyin  kimi  gəl-
mişdim.  Hətta  yadımdadır ki,  bizim  bir  əməliyyatımızda 
bu  məsələdən  danışarkən  bu yolu  unutmamağımız  barə-
də  dəfələrlə  söhbət  etmişdik.  Amma  mən  çox  düşün-
düm...  Həsənrizdəki  erməni  batalyonu  bizə  əngəl  ola  bi-
lər.  O  ərazi  daha  təhlükəlidir.  İkinci  bir  tərəfdən,  Həsən-
rizdə  az  da  olsa,  erməni  yaşayır.  Amma  Mehmana  ilə 
Heyvalının arasındakı sıx meşələr bizə yardımçı olar. Bir 
də  ki,  qardaş,  Murovun  ətəklərindəki  hündürlüklər  bizi 
çox yorar. Axı biz on günə yaxın yol gedəcəyik. Arslanın 
fikrə  daldığını  görən  komandir  davam  etdi:  –  Sonra  da 
Yayıcının  cənub  hissəsi  ilə  birbaş  Vəngliyə  çıxarıq.  Bir 
Heyvalıda,  bir  də  Vənglidə  istirahət  edərik.  Xocayurdun 
ətəkləri  dincəlmək  üçün  ən  münasib  yerdir.  Orada  daha 
çox istirahət edə bilərik. 
Arslan xəritədəki qırmızı xəttin sonuna fikir verdikcə 
gözünün  qabağına  Xocayurdun,  Giləz  dağın,  Dəli  dağın 
keçilməz  aşırımları,  qayalıqları,  sıx  meşələri  gəlirdi.  Ko-
mandirdən  fərqli  olaraq  o,  yaşayış  yerlərinə  yaxın  ərazi-
lərdən keçməyə üstünlük verirdi. Ona görə də komandirə 
Meşəlinin  şərqindən  birbaşa  Cəmilliyə  çıxmağı  məsləhət 
gördü. Bu dəfə bunu deyərkən əmin idi ki, komandir bə-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə